Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-493/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh1, Cavabdehin vəkili: X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikilinin sökülməsi və cavabdehlərə məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Saray bağlar massivi, 4576C ünvanında yerləşən fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini almış və müvafiq çıxarış əldə etmişdir. Torpaq sahəsi alınarkən orada mübahisəli ev olmuş, lakin evdə heç kim yaşamamışdır. Hazırda həmin evdə cavabdehlərin əşyaları mövcuddur. Cavabdehlər bundan sui-istifadə edərək onun torpaq və evdən istifadəsini məhdudlaşdırırlar. O, cavabdehlərdən əşyaların çıxarılmasını tələb etsə də bu günədək çıxarılmamışdır. Əvvəl də həmin əmlaka dair cavabdeh X4 ilə arasında məhkəmə mübahisəsi olmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-l881/2015 saylı qətnaməsinə əsasən cavabdehin mübahisəli evdən istifadəsinə son qoyulması, evin boşaldılması, cavabdeh tərəfindən tikilmiş daş hasarın sökülməsi və cavabdehin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması və evin ona təhvil verilməsi tələbi rədd edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyətindən istifadə edə bilmir. Mərhum T.Mollayev qeyd olunan 6 sot torpaq sahəsi ilə əlaqədar onun adına etibarnamə vermiş və oda T.Mollayev ilə aralarında olmuş razılığa əsasən torpaq sahəsinin ona lazım deyil və onun mülkiyyət hüquqlarının pozur, tikiliyə görə müvafiq kompensasiya ödəmək fikrində deyil. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər ona mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə mane olur. Buna əsas kimi isə ona məxsus torpaq sahəsində mövcud özbaşına tikiliyə istinad edirlər. Halbuki, əslində özbaşına tikili olsa da torpaq sahəsini əldə edərkən həmin tikilinin də dəyərini ödəmişdir. Lakin hazırda həmin qanunsuz tikili ona lazım deyil və sökülməlidir. Cavabdehlər imtina edərlərsə həmin qanunsuz tikilini özü də sökdürə bilər və həmin tikinti materiallarını onlara verər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-5837/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi T.S.Cavadov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 və vəkili A.G.Ələkbərov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının cavabdehlər tərəfindən tikilinin sökülməsinə dair subyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsassız olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin MəCəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5348/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsindən görünür ki, X2 Sumqayıt şəhəri, Saray bağlar nassivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, həmin evdən və torpaq sahəsindən çıxarılması, iddiaçının icazəsi olmadan tikilmiş daş hasarın sökülməsi, evin boşaldılması və torpaqla birlikdə İddiaçı təhvil verilməsi vəzifəsinin T.H.Mollayevə həvalə edilməsi qət edilmişdir. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının 2(105)l881/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi T.H.Mollayevin Sumqayıt şəhəri, Saray bağlar massivi 4576C ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə son qoyulması, T.H.Mollayevin evdən çıxarılması, evin boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi 4576 C ünvanında yerləşən 0,0942 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1 bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yenə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx xxxxxxxx 2014-cü ildə Saray bağlar massivi 4576C ünvanında yerləşən 0,06 ha torpaq sahəsini almış və müvafiq çıxarış əldə etmişdir. Həmin torpaqda özbaşına tikili mövcud olmuş, həmin tikilinin pulu iddiaçı tərəfindən ödənilmişdir və hazırda həmin evdə cavabdehin əşyaları mövcuddur. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının belə bir tələb irəli sürmək üçün subyektiv hüququnun olmamasını qeyd edərək, iddianı rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinin tələblərinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Cavabdehlər hazırda iddia etdikləri tikilinin altında yerləşən torpaq sahəsinin o vaxt iddia edə bilərdilər ki, həmin tikili onların mülkiyyətində olmuş olsun və bu ha lisə istisna olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan maddi hüquq normalarına əsasən iddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsinə son qoyulmasını və ərazinin boşaldılaraq ona qaytarılması üçün orada olan özbaşına tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(060)- 5873/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 4576C ünvanında 0,06 ha torpaq sahəsinin üzərində yerləşən qanunsuz tikili cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülsün və onlara məxsus əşyalar həmin sahədən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-493/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-493/2021
08.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver