Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-503/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X21 (sədrlik edən və məruzəçi), X9 və X11 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X12 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Quba Regional ASAN Xidmət mərkəzi Notariat Kontoru, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(027)-972/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon İ Nügədi kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli 30 nömrəli Vəsiyyətnaməyə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə X2 vərəsəlik hüququnun müəyyən edilməsi və həmin vərəsəlik hüququ üzrə Mehman Nadirovdan qalmış miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(027)-972/2021 nömrəli qətnaməsi qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Vüqar Seyidov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(105)-2972/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev) İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2379/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ali Məhkəmənin qərarında ifadə olunmuş göstərişə əsasən işə yenidən apellyasiya qaydasında baxılarkən, eyni mübahisə predmetləri ilə bağlı olan hər iki mülki iş bir icraatada birləşdirilməklə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X17 hazırkı mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X5 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, habelə ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı və Cavabdeh2 cavabdeh X6 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair 2(105)-188/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsinə etiraz etmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Digər cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Kontorunun notariusu Süleyman Məmmədov məhkəməyə müraciət edərək notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirakı mümkün deyildir. Ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada göndərilmiş bildiriş poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı 2(105)- 503/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X5 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, habelə ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı və Cavabdeh2 cavabdeh X6 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair 2(105)-188/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, işə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-188/2023 nömrəli bildirişindən görünür ki, birinci iddia üzrə iddiaçı X5 cavabdehlər Cavabdeh1, Quba rayonu, İ Nügədi İcra nümayəndəsini əvəz edən X7, Quba Regional ASAN Xidmət Mərkəzində notariat kontoruna qarşı qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair, ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı, Cavabdeh2 cavabdeh X6 və maraqlı şəxslər X3, X8, X4 və X1 qarşı maraqlı şəxs Quba regional ASAN Xidmət Mərkəzinin notaiat kontoruna qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 nömrəli qətnaməsindən ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə 08 fevral 2023-cü il tarixdə, saat 15:10-da baxılacaqdır. Göründüyü kimi, hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları üst-üstə düşür, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni vərəsəlik hüquq münasibətləri üzrə yaranan hallarla bağlıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-nin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinadən hesab edir ki, hazırkı 2(105)- 503/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X5 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, habelə ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı və Cavabdeh2 cavabdeh X6 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair tələbinə dair 2(105)-188/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3,169.4, 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Quba Regional ASAN Xidmət mərkəzi notariat kontoru, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair hazırkı 2(105)-503/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X5 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, habelə ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı və Cavabdeh2 cavabdeh X6 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair 2(105)-188/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-503/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-503/2023
08.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver