Məhkəmə qərarları › İş №2(105)-505/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-505/2022

16.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-505/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(012)-2806/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(012)-2806/2021 saylı qətnaməsi ilə (hakim M.A.Abbasova) İddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ƏMDK yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsi və Abşeron rayonu 2 saylı notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə ilk iddiası təmin edilməmiş, Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilib, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsində yerləşən tikililərin İddiaçı hesabına sökülməsi, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsindən İddiaçı çıxarılması, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsinin İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi və Cavabdeh2 qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(012)-2806/2021 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın təmin olunması və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Abşeron rayonu 2 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (üçüncü şəxs Azərbaycan Respublikası İN yanında ƏMDK DƏDRX-nın 4 saylı Ərazi İdarəsi) qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu 2 saylı notariat ofisində rəsmiləşdirilən 12 iyun 2015-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə1231 reyestr nömrəli və 12 iyul 2015-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-1374 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqavilələrinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 12 iyun 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Cavabdeh4 ilə Cavabdeh2 arasında olan AN-İ № ******* saylı 4Ə-1231 reyestr nömrəli və 10.07.2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında rəsmiləşdirilən AN-İ № ******* saylı 4Ə-1374 reyestr nömrəli və 12 iyul 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, onun mülkiyyətində olmaqla, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsində tikililərin İddiaçı hesabına sökülərək onun və ailə üzvlərinin torpaqdan çıxarılması, torpağın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 16 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən madi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın təmin olunması və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı elektron informasiya sistemi vasitəsi ilə məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsinə dair aralarında barışıq əldə olunduğuna görə qarşı tərəflə onun arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış və torpaq sahəsini satın almışdır. Hazırda işə məhkəmədə baxılması zərurəti aradan qalxmışdır. Odur ki, iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, qarşı tərəflə onun arasında barışıq əldə olunduğuna görə qarşılıqlı iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı elektron informasiya sistemi vasitəsi ilə məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsinə dair aralarında barışıq əldə olunduğuna görə qarşı tərəflə onun arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış və torpaq sahəsini satın almışdır. Hazırda işə məhkəmədə baxılması zərurəti aradan qalxmışdır. Odur ki, iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ərizə ilə məhkəməyə kollegiyasına müraciət edərək göstərmişdir ki, qarşı tərəflə onun arasında barışıq əldə olunduğuna görə qarşılıqlı iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ilk və qarşılıqlı iddialardan imtina qanuni və əsaslı olduğundan qəbul edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-265, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiadan imtinası qəbul edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddiadan imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(012)-2806/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ƏMDK yanında DƏDRXnın 4 saylı Ərazi İdarəsi və Abşeron rayonu 2 saylı Dövlət notariat kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia və Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə İddiaçı özünə, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar