Məhkəmə qərarları › İş №2(105)-507/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-507/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-507/2023 18.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı ilk iddia və Cavabdeh İB-nin İddiaçı qarşı qarşılıqlı iddialara dair mülki iş üzrə Açar sözlər: (təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dail ilk və Cavabdeh İB-nin İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddialara dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4853/2022 nömrəli qətnaməsindən tərəflərin verdiyi apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İstehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 1 ünvanında yerləşən evə aid abonent kodu **********03559 olan Abonentin saldosundan görünür ki, 2022-ci ilin avqut ayına abonentin borcu 2714,45 manat təşkil edir.

2. Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, abonent İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evə (abonent kodu: **********03559) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktının olduğu müəyyən olunmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə 27 aprel 2023-cü tarixli, 9/1454 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” qaydalarına əsasən İddiaçı “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlara əsasən orta günlük iş rejimi və hesabat müddətləri nəzərə alınmaqla nə qədər borcunun olması müəyyən edilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlara əsasən qanunsuz hesablanmış 2471 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 2471,40 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 243,05 manat pulun və 47,15 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2761,60 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Bu mənzilin əvvəllər qaz xətti olmamışdır, lakin yaxınlıqdakı qonşuda qaz xətti mövcud olduğundan sayğac qoydurmaq məqsədi ilə həmin qonşudakı qaz xəttindən ayrıca qaz xətti çəkmişdir. Qonşu ilə razılığa gələ bimədiyindən həmin boru orada qalmışdır. Qaz işçiləri əraziyə baxış keçirərkən həmin borunu görüb bununla bağlı müxtəlif vaxtarda akt tərtib etmişlər. Lakin onun bundan xəbəri olmamışdır. 2021-ci ilin may ayında məhəlləyə qaz çəkilərək onun evinə də sayğac quraşdırhmışdır. Ondan sonra, aylıq istifadə edilmiş sərfiyyata uyğun olaraq qaz pulunu ödəmişdir. 3 aydan sonra sistemdə borc olduğunu görmüş, həmin borcu aydınlaşdırmaq üçün Abşeron rayon qaz idarəsinə yaxınlaşmış, orada demişlər ki, kəndin borcu olduğundan hamıya borc yazılıb və yaranmış yanlışlıq aradan qaldırılacaqdır. Lakin bu müddətdə bu məsələ ilə bağlı heç bir ciddi tədbir görülməmişdir. O, daha sonra Cavabdeh İB-nə müraciət edərək, köməklik olunmasını xahiş etmişdir. Ona gözləməyi və qısa zamanda məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin yenə də nəticəsi olmamışdır, yəni həmin pulu yenə də ondan tələb edirlər. 1 il ərzində işlətdiyi təbii qazın dəyərini ödəmişdir. Daha sonra, Cavabdeh İBdən zəng edilərək ona 2471 manat borcun olduğunu bildirmişlər. İdarədə təbii X3nın pozulması haqqında 02013046, 0231465, 0237745, 0241415, 0233871, 0265821, ******* və ******* nömrəli aktlar ona tədqim edilmişdir. Həmin aktlarda mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunduğu göstərilmişdir. O, idarədə əvvəllər mənzilə qaz xətti çəkilmədiyi üçün qonşunun qaz xəttindən qaz götürmək məqsədilə boru çəkdiyini, lakin sonradan qonşu ilə razılığa gələ bilmədiklərindən həmin xətdən heç vaxt istiafdə etmədiyini bildirmişdir. İdarədən əraziyə gəlmiş, oraya baxış keçirmiş və heç bir əlavə qoşulma xəttinin olmadığı məlum olmuşdur. Sonra isə aktları götürəndə cavab vermişlər ki, fakt aşkar olunub. Faktın yoxlanışında heç bir qazpaylayıcıya əlavə qoşulmuş xətt aşkar olunmamışdır. Bununla bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət edilmiş, oradan da eyni məzmulu cavab məktubu gəlmişdir. Bundan əlavə, baxış keçirilən zaman onun iştirakı təmin olunmamış və bu barədə abonentə heç bir məlumat verilməmişdir. Cavabdeh İB-nin əməkdaşları öz səhvlərini vətəndaşlara yükləyərək, xeyli miqdarda pul cəriməsi tətbiq etmişlər.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 685,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 2471,40 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Bundan başqa, cavabdehin 2020-ci ilin may-dekabr ayları üzrə ödənilməmiş 162,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 569,25 manat sərfiyyat borcu və limitdən əlavə 12,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 286,04 manat sərfiyyat borcu və limitdən əlavə 36,16 manat sərfiyyat borcu, cəmi 1066,05 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin may ayından 2022-ci ilin iyul ayına qədər cavabdeh cəmi 823 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 243,05 manat borcu (debitor borc) da qalmışdır Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumilikdə 2714,45 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

8. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4853/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********03559) dair hesablanmış 1470,15 manat borcun silinməsi, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 757,8 manat, eləcə də İddiaçı adına olan **********03559 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosu üzrə tələb olunan 243,05 manat olmaqla, cəmi 1000,85 manat və dövlət rüsumu üçün 47,15 manat pulun tutularaq Cavabdeh hesabına ödənilməsi, ilk iddia və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi həyət evində (abonent kodu: **********03559) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X3”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradıldığından, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən ümumilikdə 1000,85 manat (757,8+243,05) borc abonent İddiaçı düzgün tətbiq edilmişdir. İlkin iddianın 2471 manat məbləğində qaldırılması nəzərə alındığında onun qismən, yəni 1470,15 manat hissəsində (2471- 1000,85) təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Eləcə də, qarşılıqlı iddia 1000,85 manat hissəsində əsaslıdır və təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2, 4.5, 4.7, 4.8, 6.5, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.

12. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4853/2022 nömrəli qətnaməsinin qismən ilk iddia tələbinin təmin edilməyən hissədə ləğv edilib, ilk iddianın tam təmin olunmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Onlara məxsus mənzilin əvvəllər qaz xətti olmamışdır, lakin yaxınlarındakı qonşuda qaz xətti mövcud olduğundan sayğac qoydurmaq məqsədi ilə həmin qonşudakı qaz xəttindən ayrıca qaz xətti çəkmiş, lakin qonşu ilə razılığa gələ bilmədiklərindən həmin boru xətti olduğu kimi qalmışdır. Qaz işçiləri əraziyə baxış keçirərkən həmin borunu görmüş və bununla bağlı müxtəlif vaxtarda akt tərtib etmişlər, onun bundan xəbəri olmamışdır. 2021-ci ilin may ayında məhəlləyə qaz çəkilərək onların evinə də sayğac quraşdırlımışdır. Bundan sonra aylıq istifadə edilmiş sərfiyyata uyğun olaraq qaz pulunu ödəmişdir. 3 aydan sonra sistemdə borc olduğunu görmüş, həmin borcu aydınlaşdırmaq üçün Abşeron Rayon Qaz idarəsinə yaxınlaşmış, oradan bildirmişlər ki, “kəndin borcu olduğundan hamıya borc yazılıb və yaranmış yalnışlıq aradan qaldırılacaqdır”. Lakin bu müddətdə bu məsələ ilə bağlı heç bir ciddi tədbir görülməmişdir. O, daha sonra Cavabdeh İB-nə müraciət edərək, kömək olunmasını xahiş etmiş, ona qısa zamanda məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin yenə də nəticə olmamışdır, həmin pulu ondan tələb edirlər. Halbuki onun heç bir borcu yoxdur. Daha sonra Cavabdeh İB-dən zəng edilərək ona 2471 manat borcu olduğu bildirilmişdir. Cavabdeh İB-nə getmiş, ona “Təbii X3nın pozulması” haqqında 02013046, 0231465, 0237745, 0241415, 0233871, 0265821, ******* və ******* nömrəli aktlar təqdim edilmişdir. Həmin aktlarda mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi göstərilmişdir. O, əvvəllər ona məxsus mənzilə qaz xətti çəkilmədiyi üçün qonşunun qaz xəttindən qaz götürmək üçün boru çəkdiyini, lakin sonradan qonşu ilə razılığa gələ bilmədiklərindən həmin xətdən heç vaxt istifadə etmədiyini bildirmişdir. Bundan sonra Cavabdeh İB-nin əməkdaşları tərəfindən yenidən mənzilə baxış keçirilmiş, heç bir əlavə qoşulma xətt olmadığı müəyyən edilmişdir.

14. İlk iddia üzrə Cavabdeh İB apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4853/2022 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh İB apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdi qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən ilk iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Sonradan həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmiş və itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə qarşılıqlı iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına Birlik tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi məhkəməsi əsassız yerə qarşılqılı iddia tələbini tam təmin yox, qismən təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o sayğacdan kənar qaydada qazdan istifadə etməmişdir. Əvvəl qonşu ilə razılaşaraq qaz xətti aparsa da, sonradan qonşu ilə aralarında narazılıq yaranmış, bu səbəbdən də həmin xətti ana xəttə bağlamamışdır. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın

1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, hər iki tərəf özünə münasibətdə iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir.

25. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4853/2022 nömrəli qətnaməsini yalnız mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

27. İlk iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.

28. Araşdırılan işdən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********03559) təbii X3na riayət olunması vəziyyəti yoxlanılmış, abonentin sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuşdur, bununla əlaqədar olaraq aktlar tərtib olunmuş, lakin istehlakçı aktın tərtibində iştirak etməmiş, birtərəfli qaydada tərtib edilmişdir.

29. İş materiallarından aşkar olunur ki, həqiqətən də iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Aktlar tərtib etmiş, lakin dəymiş ziyanın bərpasına dair tədbirlər həyata keçirməmişdir.

30. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və Aktla) sübut olunur.

31. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu mövqe ilə razılaşmır və əlavə olaraq bildirir ki, Azəriqaz İB tərəfindən ilk iddiaçının yaşadığı (abonent kodu: **********03559) Abşeron rayonu, Hökməli kəndində təbii X3na riayət olunması vəziyyəti yoxlanılarkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmasına, bununla bağlı akt tərtib olunmasına baxmayaraq, səlahiyyətli orqan olan Azəriqaz İB tərəfindən hərəkətsizlik edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın 6.5-ci bəndinə riayət edilməmiş, əksinə pozuntunun davam etdirilməsinə şərait yaradılaraq borc məbləğinin artmasına imkan yaratmışdır.

32. Apellyasiya kollegiyası iş materiallarına istinad edərək qeyd edir ki, ilk iddia üzrə iddiaçının ünvanına cavabdeh Azəriqaz İB-in əməkdaşları tərəfindən ilk dəfə xx.xx.2019cu il tarixdə baxış keçirilərkən həmin ünvanda abonentin qeydiyyatsız olaraq təbii qazdan istifadə etməsi faktı aşkarlanmış və fakt eyni tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnamə adlı sənədinə əsasən abonentə məxsus qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 135 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 6858 m3 müəyyən edilmişdir.

33. Kollegiya bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 180 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir.

34. Apellyasiya kollegiyası hesab edir ki, həm PQ4-ün maksimal saatlıq qaz sərfi, həm də QSQ-nin və dəmir sobanın maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır.

35. Abonentin gün ərzində qaz qurğularından orta hesabla aktda qeyd olunan saatlarla istifadə etməsi qəbul olunarsa, “Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq İddiaçı Birliyə 90 gün üçün xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 399.6 manat (1,2 x 6 x 90; 1,5 x 8 x 90; 1,4 x 18 x 90 = 399.6 kub.metr) ziyan vurması müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalıdır.

36. Qarşılıqlı iddiaçı Cavabdeh İB-nin apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya qeyd edir ki, hazırkı iş üzrə ilk iddia tələbi və qarşılıqlı iddia tələblərinin yaranması əsaslarını qismən eyni faktlar təşkil edir ki, ilk iddia üzrə iddiaçı tələbdə qeyd olunan aktlar əsasında ona hesablanmış borcun silinməsini xahiş etmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə yenə həmin aktlar əsasında hesblanmış borc məbləğinin cavabdehdən tutularaq Birliyə ödənilməsini xahiş etmişdir.

37. Bunun davamı kimi kollegiya qeyd edir ki, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə cavabdehin ünvanına dair tərtib olunmuş aktlardan yalnız xx.xx.2019-cu il tarixli, ******* saylı aktı mötəbər sübut kimi qəbul etdiyindən, qarşılıqlı iddia tələbi sayğacdan qanunsuz istifadə barədə tərtib edilmiş aktlar üzrə hesablanmış borc yalnız həmin akt əsasında və yuxarıda qeyd olunan formada (1,2 x 6 x 90; 1,5 x 8 x 90; 1,4 x 18 x 90 = 399.6 kub.metr) təmin edilməlidir.

38. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı Birliyə 243,05 manat debitor borcu vardır.

39. Kollegiyanın qənaətincə bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait İddiaçı tutulub iddiaçıya ödənilməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

41. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

42. Lakin işə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış,yaranmış borc məbləğini özünün müəyyən etdiyi qaydada hesablamışdır.

43. Beləliklə kollegiya yaranmış mübahisənin obyektiv və yekun həlli kimi hesab edir ki, iş üzrə tərəflərin apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış 2071.40 manat borc (2471–399.6) silinməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, cavabdeh İddiaçı Cavabdeh İB-nin xeyrinə təbii qazdan qanunsuz istifadə nəticəsində vurulmuş zərərin əvəzi olaraq 399.60 manat pulun, 243,05 manat debitor borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47.15 manat dövlət rüsumunun 20 manatı tutulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul tərəflərdən müştərək qaydada tutulmalıdır.

44. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

45. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(012)-4853/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********03559) dair hesablanmış 2071.40 manat borc silinsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış zərərin əvəzi kimi 399.60 manat, 243,05 manat debitor borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçün 20 manat olmaqla cəmi 662,65 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğdə pul İddiaçı və Cavabdehndən müştərək qaydada alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar