Məhkəmə qərarları › İş №2(105)-509/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-509/2021

25.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-509/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1052/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X20 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1052/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdeh X6 ilə X18 arasında bağlanan 7 mart 2015-ci il tarixli, AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və X18 ilə onun arasında bağlanan 12 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üçün ödənilmiş olan 18000 manat pul vəsaitinin, 15000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir (hakim E.T.Məmmədov). Qətnamədən İddiaçı nümayəndəsi və vəkili X20 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddanın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 ilə X18 arasında bağlanan 07 mart 2015-ci il tarixli, AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və X18 ilə onun arasında bağlanan 12 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üşün ödənilmiş olan 18000 manat pul vəsaitinin, 15000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı nümayəndəsi və vəkili X20 apelyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində hakim əsassız olaraq qeyd etmişdir ki, məhkəmədə sübutların tədqiqatı zamanı həqiqətən İddiaçı iddia ərizəsində göstərdiyi və məhkəmədə iddiaçının nümayəndəsi X10 verdiyi izahatındakı işin faktiki halları təstiqini tapır. İşin faktiki hallarından görünür ki. Abşeron rayon Xırdalan şəhər 1 saylı notariat kontorunda X18 ilə X6 arasında 7 mart 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlanmış, həmin müqaviləyə əsasən X8 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 1800 manata Tural Əhmədova satmış, əslində isə qeyd olunan torpaq sahəsi üçün X17 Məmmədova hər bir sot torpaq sahəsi üçün 3000 (üç min) manat olmaqla 0.06 ha torpaq sahəsi üçün ümumilikdə 18000 (on səkkiz min ) manat pul ödəmiş, alqı-satqı müqaviləsi bağlanan zaman fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsini göstərilmiş, əslində isə Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşməmişdir. Göstərilən bu xüsusatlar məhkəmədə iddiaçının nümayəndəsinin izahatından başqa məhkəmədə şahid ifadələri ilə də təstiqini tapır. Lakin, bu hallların baş verməsindən beş ildən çox bir müddət keçdiyindən məhkəmə X18 ilə X6 arasında 7 mart 2015-ci il tarixli AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasını mülki qanunvericiliyin tələbləri baxından mümkün hesab etmir. Müddətin keçmə hissəsinə gəldikdə isə məhkəmə əsassiz olaraq belə bir nəticəyə gəlmişdir. Belə ki, artıq hüquqlarının pozulmasını bilən Əhmədov şikayətlərini verməyə başlamış və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun hüquqlarını pozulmasını bildiyi ana gəldikdə isə bu an göstərilən torpagın atasından bağışlama müqaviləsindən onun adına keçdiyi və sənədləşmə ücün müraciət etdiyi an hesab edilir. Bu andan sonra o şikayətlərə başlamış və artıq prokurorluq orqanlarına müraciətinin nəticəsiz olmasının başa düşdükdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində etibarsız əqdlər üzrə müddətlər göstərilmişdir. MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericilik alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il müddət müəyyən etmiş və iddiaçı da bu hüqundan istifadə edərək dəfələrlə Prokurorluq orqanlarına müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1 -ci maddəsinə xas olan “'ədalətli balans” prinsip özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans" gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı işüzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı. §148. 150; Skordino İtaliyaya qarşı işüzrə Böyük Palatanın 29 mart 2006- cı il tarixli Qərarı. § 93). Bütün yuxarıda qeyd edilən hallardan və qanunvericilik normalarından da açıq-aydın görünür ki, mülki iş üzrə məhkəmə araşdırması səthi aparılmış, hakim işdə olan sübutları işin hallarına düzgün tətbiq etməmiş və mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin əsasları göstərilir və deyilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. MPM-nin 387.3-cü maddəsinə əsasən göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Hakimin çıxardığı qərara gəldikdə isə onun qərarı maddi və hüquq normalarına əsaslanmalı olduğu halda, şəxsi mülahizələrinə və daxili inamına əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinəəsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin həmin iş üzrə qətnaməsinin ləgv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı, cavabdeh X3, maraqlı tərəf X18, Sumqayıt «ASAN» xidmət mərkəzində notariat kontoru və Abşeron rayon, 1 saylı notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlərşdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edlməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AN-İ № ******* saylı, 07.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, satıcı Cavabdeh ilə alıcılar X16, X18, X11 və X7 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.6 ha torpaq sahəsinin 0.06 ha hissəsini 1800 manata alıcı X1. İş materiallarında olan 12.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X18 ilə hədiyyə alan İddiaçı arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən hədiyyə verən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi hədiyyə alanın mülkiyyətinə vermişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmədə sübutların tədqiqatı zamanı həqiqətən İddiaçı iddia ərizəsində göstərdiyi və məhkəmədə iddiaçının nümayəndəsi X10 verdiyi izahatındakı işin faktiki halları təsdiqini tapır. Abşeron rayon Xırdalan şəhər 1 saylı notariat kontorunda X18 ilə X6 arasında 7 mart 2015-ci il tarixli, AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X8 rayonu, Məmmədli kəndi ünvanında yerləşən 0.06 ha torpaq sahəsini 1800 manata Tural Əhmədova satmış, əslində isə qeyd olunan torpaq sahəsi üçün X17 Məmmədova hər bir sot torpaq sahəsi üçün 3000 (üç min) manat olmaqla 0.06 ha torpaq sahəsi üçün ümumilikdə 18000 (on səkkiz min ) manat pul ödəmiş, alqı-satqı müqaviləsi bağlanan zaman fərdi ev tikmək üçün yararlı olan torpaq sahəsi göstərilmiş, əslində isə Məmmədov Xəyaləddinin göstərdiyi torpaq sahəsi ilə sənəd üzərində olan torpaq sahəsi üst-üstə düşməmişdir. Göstərilən bu xüsusatlar məhkəmədə iddiaçının nümayəndəsinin izahatından başqa məhkəmədə şahid qismində dindirilən X14, X16 və X2 ifadələri ilə də təsdiqini tapır. Lakin bu hallların baş verməsindən beş ildən çox bir müddət keçdiyindən məhkəmə X18 ilə X6 arasında 7 mart 2015-ci il tarixli, AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasını mülki qanunvericiliyin tələbləri baxından mümkün hesab etmir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikas Mülki Məcəlləsinin 347.1, 354-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Buna görə də qətnamənin prosessual əsaslarla ləğv edilməsi qənaətinə gəldiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə yenidən qiymət verilməlidir. İddia tələbinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AN-İ № ******* saylı, 07.03.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, satıcı Cavabdeh ilə alıcılar X16, X18, X11 və X7 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.6 ha torpaq sahəsinin 0.06 ha hissəsini 1800 manata alıcı X1. İş materiallarında olan 12.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X18 ilə hədiyyə alan İddiaçı arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən hədiyyə verən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi hədiyyə alanın mülkiyyətinə vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, 2016-cı il tarixdən 2020-ci il tarixədək Məmmədli kənd bələdiyyəsində bələdiyyə sədri olaraq işləmişdir. O, Rasimə 1 ha torpaq sahəsini satmış, lakin iddiaçıya heç vaxt torpağın yerini göstərməmişdir. Hazırki iş üzrə iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, o, cavabdeh X4 2014-cü il tarixdə Məmmədli bələdiyyəsinin üzvü olaraq tanımışdır və həmin vaxt o, ev alqı-satqısı ilə məşğul idi. Xəyaləddin ona yaxınlaşaraq özünə məxsus olan torpaq sahəsini hissələrə bölərək satdığını bildirmişdir. Əhmədov Tural əvvəllər bir neçə dəfə ondan torpaq sahəsi almışdı və bu səbəbdən də o, Turala belə bir torpaq sahəsi olduğunu bildirmişdir. Bir neçə gün sonra Xəyaləddin, Tural və digər alıcılarla birlikdə mübahisə predmeti olan sahəyə birlikdə gedərək torpağa baxış keçirmişlər. Torpağa baxış keçirildikdən sonra 6 sot torpaq sahəsini 18.000 manata satmağa razılaşmışlar. Torpağın plan və ölçüsü, çıxarışı mövcud idi. Torpağın alqısatqısına dair notarial qaydada müqavilə bağlamışlar. Həqiqətən Məhəmmədi bələdiyyəsinin sabiq sədri Cavabdeh göstərişinə əsasən T.Əhmədova satılma niyyəti ilə olan torpaq sahəsini göstərmiş, 1 saylı notariat kontorunda Turalla Xəyaləddin arasında olan alqı-satqıda iştirak etmiş, torpaq sahəsi üçün 18000 (on səkkiz min) manat pulu alaraq Xəyaləddinə vermişdir. Sonradan Tural onunla görüşərək aldığı torpaq sahəsinin göstərdikləri yerlə üst-üstə düşmədiyini bildirdikdə T.Əhmədovla birgə Cavabdeh yanına getmiş, Cavabdeh vəziyyətdən xəbərdar olduğunu bildirmiş və yaxın günlərdə məsələni həll edəcəyinə yalandan vəd vermişdir. Xəyaləddin bir neçə şəxsə eyni qaydada torpaq sahəsi satdığı üçün zərərçəkən şəxslər polisə müraciət etmişlər. Nəticədə dələduzluqla bağlı cinayət işi açılmışdır. Məmmədov Xəyaləddin vəzifəli şəxs olduğuna görə ona bütün hər şeyi boynuna götürməyini və sonradan ona kömək edəcəyinə yalandan vəd vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadə verərək bildirmişdir ki, o, cavabdeh X6 iddiaçı X13 fərdi ev tikintisi üçün yararlı olan torpaq sahəsi satmalı olduğu halda, Xəyaləddin Turalı aldadaraq tikinti üçün yararlı torpaq sahəsini göstərmiş, lakin faktiki olaraq iddiaçıya başqa bir ərazini, Dövlət Neft şirkətinin mühafizə olunan göl olan ərazini satmış, 6 sot torpaq sahəsi üçün Turaldan 18000 manat pul almış, lakin alqı-satqı müqaviləsində satılan torpağın dəyəri 1800 manat göstərilmişdir. Xəyaləddin Məmmədov eyni yol ilə onu da aldadaraq ona 36000 manata gölün içərisinə düşən torpaq sahəsi satmışdır. Torpaq sahəsinin satılması üçün notariusa getdikdə müqavilədə torpağın dəyəri 36000 manat yerinə 3900 manat göstərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Əskər adlı şəxs ona Məmmədli kəndi ərazisində torpaq sahəsi olduğunu bildirmişdir. Torpaq sahəsinə axşam vaxtları Rasim adlı şəxslə baxış keçirməyə getmişlər. Torpaq sahəsinin sənədləşməsi üçün 9500 manat pul vermiş və bir il sonra torpağı su basmışdır. Hadisə ilə bağlı o, prokurorluğa şikayət etmişdir və bununla bağlı cinayət işi açılmışdır. Əlavə olaraq bildirmişdir ki, X6 eyni üsulla etibardan sui-istifadə edərək bir neçə nəfəri, o cümlədən X15 aldadaraq torpağın alqı-satqı müqaviləsində satılan torpağın dəyərini az göstərmiş, əslində müqavilədə göstəriləndən dəfələrlə çox pul almış, torpağı satmamışdan qabaq Turala tikinti üçün yararlı torpaq sahəsini göstərmiş, lakin faktiki olaraq sonuncuya başqa bir ərazini, Dövlət Neft şirkətinin mühafizə olunan göl olan ərazini satmışdır. İş materiallarında olan Abşeron rayon prrokurorluğunun cinayət işinin bpaşlanılmasının rədd edilməsi barədə 25 oktyabr 2019-cu il tarixli qəparından görünür ki, Cavabdeh və Rahib İsmayılovun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 ilə X18 arasında bağlanan 07 mart 2015-ci il tarixli, AN-İ №0490867 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və X18 ilə onun arasında bağlanan 12 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsi üşün ödənilmiş olan 18000 manat pul vəsaitinin, 15000 manat maddi zərərin, 50000 manat mənəvi zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçı alqı-satqı müqaviləsinin və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin hər iki müqavilənin tərəfi olan X18, eləcə də həmin müqavilələrin bağlanıldığı Sumqayıt «ASAN» xidmət mərkəzində notariat kontoru və Abşeron rayon, 1 saylı notariat kontoru iş üzrə cavabdehlik daşımalarına baxmayaraq nə iddiaçı, nə də ki, birnci instansiya məhkəməsi tərəfindən cavabdeh kimi işin baxılmasına cəlb olunmamışlar. Əksinə, iş materiallarından görünür ki, X18 müqavilələrin tərəfi olmasına, əslində cavabeh kimi işə cəlb edilməli olmasına rəğmən məhkəmə tərəfindən o, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi mübahisənin baxılmasına cəlb olunmuş və onun iştirakı ilə işə baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası bununla razılaşmır və qanunvericiliyin tələblərinə uyğun olmadığını hesab edir. Məhkəmə kollegiyası tərəfindən X18, Sumqayıt «ASAN» xidmət mərkəzində notariat kontoru və Abşeron rayon, 1 saylı notariat kontoru iş üzrə maraqlı tərəf kimi cəlb edilmişlər. İş materiallarından görünür ki, İddiaçını onunla əsaslandırmışdır ki, cavabdeh onu aldatmışdır, ona görə də müqavilə ləğv olunmalıdır. Lakin iş materiallarından görünür ki, müqavilə onunla deyil, X26 ilə bağlanılmışdır. X26 isə alqı-satqı müqaviləsini və bağışlanma müqaviləsini mübahisələndirməmiş, İddiaçı isə belə bir hüquq verməmişdir. Yəni iddiaçının ümumiyyətələ belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəlləsin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfdli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi və bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə əməl olunmaqla, notiarial qaydada tərtib olunmuşdur. İş materiallarından görünür ki, tərəflər arasında müqavilə qanunvericiliyin tələblərinə uyğun olmaqla, hər iki tərəfin iradi ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Yəni, müqavilə bağlanarkən hər iki tərəf könüllü olaraq notariat orqanında müqaviləni rəsmi qaydada bağlamış, şəxsən imzalamış, heç bir qeyd-şərt göstərməmiş, hər hansı bir narazılıqlarını bildirməmişlər. Eləcə də iş materiallarından tərəflərdən hər hansı birinə təsir və ya təzyiq nəticəsində müqavilə bağlanması və imzalanması müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Müəyyən edilmişdir ki, qanunvericilik alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il müddət müəyyən etmiş və iddiaçı da bu halllardan məlumatlı olmuşdur. Yəni iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Qanunveiciliyin tələblərinə görə şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə iddia müddətinin axımı o hallarda kəsilir ki, yalnız məhkəmədə iddia qaldırılmış olsun. Bu səbəbdən də iddiaçının məhkəmədən başqa digər orqanlara müraciət etməsi iddia müddətinin axımını dayandırmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi dəlillər müqavilənin etibarsızlığı üçün deyil əsas ola bilməzdi. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası müqavilənin etibarsız hesab edilməsinə dair əsassız olduğundan iddia ərizəsində göstərilən digər tələblər iddia tələbinin bilavasitə ilkin alqı-satqı hissəsi ilə bağlı olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv qətnamə çıxarmışdır. Bu da Mülki-Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkili apelyasiya şikayətində iddanın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyantın dəlillərini formal və əsassız saymaqla idianın təmin edilməsi üçün əsas olmadığını hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh eilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1052/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar