Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-515/2021 04.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onların vəkili X2, maraqlı şəxs və Cavabdeh4ə Cavabdeh2 qızının nümayəndəsi Səfərov Səbuhi Cavabdeh2 oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-564/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızının və maraqlı şəxs Səfərov Səbuhi Cavabdeh2 oğlunun apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-564/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğluna, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızına qarşı evdən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğlu, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı evdən çıxarılmaları, evin İddiaçı təhvil verilməsi, mənəvi zərərə görə 2000 manat və 30,40 manat dövlət rüsumuna görə pulun Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğlu, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızından müştərək qaydada tutulub İddiaçı verilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızı və maraqlı şəxs Səfərov Səbuhi Cavabdeh2 oğlu qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğlu, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızı və digər şəxslərin Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı evdən çıxarılmaları, evin açarları ilə birlikdə təhvil verilməsi, cavabdehlərdən 7770 manat məbləğində maddi ziyanın, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə 10000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı evi 25000 manat məbləğində pul ödəməklə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 almışdır. Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla onun mülkiyyətindədir, bu barədə RX seriyalı, ******* saylı, xx xxxxxx 2016-cı il tarixli çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən cavabdehlər xx xxxxxx 2017-ci il tarixinə kimi həmin evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. xx xxxxxx 2017-ci il tarixdən cavabdehlərdən ona məxsus evdən çıxmalarını dəfələrlə tələb etsə də, Cavabdeh1 onu şərləyib tutduracağını bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1526/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqları itirilmişdir. O, 2-ci qrup əlildir, infarkt keçirmiş, ürəyindən əməliyyat olunmuşdur. O, evi alarkən bir ayı 350 manatdan olmaqla kirayə verib əldə edəcəyi pulla əməliyyat olunmalı idi. Lakin cavabdehlərin evdən uzun müddət çıxmamaları, onu şərləyəcəkləri barədə ifadələri ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Cavabdehlərin onun evindən çıxmalı olduqları müddətdən, yəni xx xxxxxx 2017-ci il tarixdən hal-hazıradək 22 ay ərzində ayı 350 manat olmaqla, ona 7770 manat maddi və 10000 manat mənəvi ziyan dəymişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər və maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnaməni qeyri obyektiv hesab edirlər. Belə ki, Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhimov küçəsindəki 43 saylı ev Səfərov Cavabdeh2 Samir oğluna (Cavabdeh2) məxsusdur, DƏDRXdə Cavabdeh2 xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Evin sahəsi 100,8 kv.metrdir, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi isə Səfərov Cavabdeh2 Samir oğluna (Cavabdeh2), Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə mülkiyyət hüququ üzrə məxsusdur. Cavabdeh2 ağır ürək xəstəsi olduğundan və gözləri görmədiyindən onu müalicə etdirmək məqsədi ilə onlara pul lazım olmuşdur. Bu zaman tanışlarından biri, yəni Nadir adlı şəxs onlara İddiaçı məsləhət görmüş, İddiaçı onlara borca pul verə biləcəyini deyərək Cavabdeh1la İddiaçı görüşdürmüşdür. Cavabdeh1 övladlıq borcunu yerinə yetirib atasını müalicə etdirmək məqsədi ilə İddiaçı 25000 manat borc pul istəmişdir. İddiaçı həmin pulu 20 faizlə verməyə razılaşmış, lakin hər hansı bir əmlakı girov qoymağı tələb etmişdir. Cavabdeh1 evdən başqa heç bir əmlakı olmadığını bildirmişdir. İddiaçı evi və torpağı müvəqqəti olaraq alqı-satqı yolu ilə öz adına keçirilməsini, borcunu qaytardıqda isə yenə evi və torpağı geri qaytaracağını demişdir. Cavabdeh1 əvvəlcə razı olmamış, lakin atasının xəstəliyi şiddətləndiyindən 25000 manatı qaytardıqdan sonra İddiaçı tərəfindən evin geri qaytarılacağına inanmış, buna görə də 25000 manat borc pul alaraq evi və torpağı İddiaçı adına keçirmişlər. Evlə bağlı alqı-satqı etdikdən sonra İddiaçı tamamilə dəyişmiş və onların telefonlarını açmamışdır. Mübahisəli evin qiyməti 150000 manatdır və onların küçədə qalıb evi 25000 manata satmaq fikirləri olmamışdır. Maddi ziyana düşdüyünü və ev alıb kirayəyə verib hər ay 350 manat alaraq ürəyindən əməliyyat olunmalı olduğunu bildirən iddiaçının 25000 manatı olduğu halda, ürəyini əməliyyat etdirməməsi ağlabatan deyildir. İddiaçı məhkəməyə bu barədə arayış təqdim etməmişdir. Qətnamədə eyni zamanda onlardan mənəvi zərər olaraq 2000 manat və 30,40 manat dövlət rüsumu tutulması qət edilmişdir. Onlar iddiaçıya mənəvi zərər vurmamışlar, əksinə, iddiaçı onları aldadaraq borc kimi verdiyi 25000 manatın əvəzinə, onların evini, torpağını öz adına keçirərək onlara mənəvi sarsıntı vermişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və işin obyektiv araşdırılaraq yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Səfərov Səbuhi Cavabdeh2 oğlu həm öz adından, həm də nümayəndəsi olduğu Cavabdeh4ə Cavabdeh2 qızının adından apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh4ə Cavabdeh2 qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərə aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamədə cavabdeh Səfərov Cavabdeh2 Samir oğlu Cavabdeh2 kimi göstərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin və maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılaraq 4Ə-2642 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 həm öz adından, həm də etibarnamə ilə nümayəndələri olduğu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının adlarından Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsini 25000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx xxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)- 1526/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğluna, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızına qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğlunun, X1 və Cavabdeh4ə Cavabdeh2 qızının İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020ci tarixli, 2(006)-972/2020 saylı qətnaməsi ilə Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğlunun, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2980/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020ci tarixli, 2(006)-972/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2(102)-1031/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2980/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılaraq 4Ə-2642 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həm öz adından, həm də etibarnamə ilə nümayəndələri olduğu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının adlarından Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsini 25000 manata İddiaçı satmış, Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx xxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 203.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İnsan hüquqlarının və X5 haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 0 Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan,iddiaçının həmin daşınmaz əmlaklara mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehlərin evdən çıxarılması hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli, 2(012)-1526/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğluna, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızına qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğlunun, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərərə dair olan hissəsini qismən təmin etmiş, cavabdehlərdən mənəvi zərərə görə müştərək qaydada 2000 manat tutulub İddiaçı verilməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni tərəflər arasında mübahisəli evə dair alqı-satqı müqaviləsi bağlanandan ötən iki ildən artıq müddətdə cavabdehlərin mübahisəli evi tərk etməməklə, mülkiyyətçi olaraq iddiaçıya mənəvi zərər vurmasının qaçılmaz olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissəsi üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı ona mənəvi zərər dəyməsini cavabdehlərin evdən uzun müddət çıxmamaları, onu şərləyəcəkləri barədə ifadələr işlətməsi ilə əsaslandırmışdır. İş materiallarında iddiaçıya mənəvi zərər dəyməsi, bunun məhz cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi iddia tələbinin mənəvi zərərə görə 2000 manat tutulmasına aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Cavabdehlər və maraqlı şəxs apellyasiya şikayətində 25000 manat borc müqabilində evi və torpağı girov kimi qoyduqlarını, İddiaçı təklifi ilə müvəqqəti olaraq alqı-satqı yolu ilə evi və torpağı İddiaçı adına keçirdiklərini, borc qaytarıldıqdan sonra İddiaçı evi və torpağı geri qaytaracağını vəd etməsi, mübahisəli evin qiymətinin 150000 manat olması və evi 25000 manata satmaq fikirlərinin olmamasını göstərmişlər. Cavabdehlərin və maraqlı şəxsin apellyasiya şikayətində göstərdikləri bu dəlillər qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(006)- 972/2020 saylı qətnaməsi ilə təkzib edilir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə mobil telefon nömrəsinə SMS-lə çatdırılmış məhkəmə bildirişi vasitəsilə xəbərdar edilmişlər. Azərbaycan Respublikası MPM-nin 135.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin və maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. İşdən görünür ki, qətnamədə cavabdeh Səfərov Cavabdeh2 Samir oğlu kimi göstərilsə də, şəxsiyyət vəsiqəsində Cavabdeh2 qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi mənəvi zərərin ödənilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, cavabdeh Səfərov Cavabdeh2 Samir oğlu qətnamədə Cavabdeh2 kimi göstərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızının və maraqlı şəxs Səfərov Səbuhi Cavabdeh2 oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-564/2019 saylı qətnaməsi mənəvi zərərə görə 2000 manatın Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğlu, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızından müştərək qaydada tutulub İddiaçı verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamədə cavabdeh Səfərov Cavabdeh2 Samir oğlu Cavabdeh2 kimi göstərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-515/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-515/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver