Məhkəmə qərarları › İş №2(105)-522/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-522/2024

16.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-522/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-28/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən əmlak kompeksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 1 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi,57 ünvanında yerləşən, ümumi sahəsi: 411,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəni müqavilə imzalandığı gündən 5 il müddətinə İddiaçı icarəyə verir.

3. Notariat qaydada verilmiş xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən istehsalat sexini istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 5 il müddətinə, 12 may 2016-cı il tarixə kimi verilmişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktuba əsasən, ünvan 3nda, yerləşən, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin (istehsalat müəssisəsi) qaz təsərrüfatının Agentliyə təqdim olunmuş layihə sənədləri "xxxx" MMC tərəfindən verilmiş müsbət ekspertiza rəyinə (**-LS-***6-2016) əsasən Agentliyin Sumqayıt regional sənayedə X1 və dağ-mədən müfəttişliyində 11 yanvar 2016-cı il tarixdə 010 nömrə ilə qeydiyyata götürülmüşdür.

5. Cavabdeh ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış xx.xx.2016-cı il tarixli, **-QS-***6 saylı müqaviləyə əsasən, “Azəriqaz” İB-nin xx.xx.2016-cı il tarixli SOCAR**********4189160X00096 saylı telefonoqramı əsasında cavabdeh ünvan 3nında yerləşən, ona məxsus qeyri-yaşayış sahəsinin 1 ədəd Elster G-40 markalı 75158461 nömrəli qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsi və ilkin quraşdırılması məqsədilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə təqdim edir, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qaz sayğacını dövlət yoxlamasında keçirir və obyektdə quraşdırır.

6. Cavabdeh ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış 29 Yanvar 2016-cı il tarixli, 80-QS saylı müqavilənin qiymətrazılaşma protokoluna əsasən, G-40 markalı Elster qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsi üçün 108,53 manat, G-40 markalı Elster qaz sayğacının quraşdırılması üçün 703,20 manat, qaz sayğacı üçün 87,18 manat, yeşiyin yerinə quraşdırılması üçün 25,21 manat olmaqla, işlərin qiymət cəmi 1.090,46 manat təşkil edir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat, istifadə edilmiş qaza görə 17.157 manat, istifadə edilmiş işığa görə 1.253,49 manat, cəmi 45.315 manat 49 qəpik məbləğində pul Cavabdeh xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia İddiaçı aid hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1280/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.

8. İcarəyə verən Cavabdeh ilə icarəçi "xxxx" MMC adından təsisçisi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı icarəçi "xxxx" MMC adından təsisçi İddiaçı icarəyə vermiş, icarə müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmiş, icarəyə götürən "xxxx" MMC adından təsisçi İddiaçı icarəyə verən Cavabdeh aylıq 500 manat icarə haqqını ... kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqları, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqını, o cümlədən əlavə vergi haqqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür.

9. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı Səbuhi Dadaşovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 iyun 2018-ci il tarixli qərarına əsasən, Cavabdeh şikayəti əsasında araşdırma aparılaraq, İddiaçı Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən istehsalat sahəsini (sexi) qəsdən və ya ehtiyatsızlıqdan məhv etmədiyi, eyni zamanda İddiaçı aparmış olduğu 2.200 metr diametrli 76-lıq ölçüdə olan qaz borusunun özünə məxsus olduğu, Cavabdeh məxsus olmadığı müəyyən edilmiş, cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmirtikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması və ya obyektə çəkilmiş xərclərə görə 120.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 411,1 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə qeyri-yaşayış sahəsinin istehsalat sexi kimi istifadə edilməsi nəzərdə tutulurdu. İcarə obyektinin istehsalat üçün əlverişsiz olması səbəbi ilə həmin obyektə iddiaçı müqavilənin uzun müddətli olmasına güvənərək 110.000 manatdan çox məbləğdə təmir-tikinti işləri aparmış və istehsalat sexi üçün lazimi infrastruktur qurulmuşdur. Tikinti işlərinin aparılması üçün istehsal binasına 52.957 manat, talvar tikintisinə 6.737 manat, hasar tikintisi üçün isə 10.353 manat, təxmini 40.000 manatdan artıq məbləğ isə sənaye qazının obyektə çəkilməsi, elektirik şəbəkəsinin yenilənməsi və digər rəsmi və ya qeyrirəsmi xərcləmələr üçün xərc çəkilmişdir. 2 obyektə qaz xəttinin çəkilməsi üçün "xxxx" MMC ilə ünvan 4 ünvanında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin (istehsalat müəssisəsi) qazlaşdırılması işçi layihəsinin hazırlanması məqsədilə əməkdaşlıq edilmiş, işçi layihə tam hazır olduqdan sonra isə yeni qaz kəmərinin mövcud qaz kəmərinə qoşulması üçün sözügedən işçi layihə xx.xx.2015-ci il tarixdə “Azəriqaz” İB-nin Layihəsmeta və ekspertiza şöbəsi ilə razılaşdırılmışdır. İşçi layihənin həyata keçirilməsi və dolayısı ilə qaz xəttinin çəkilməsi məqsədi ilə 2015-ci ilin sonlarında "xxxx" TəmirTikinti MMC ilə razılaşmış və "xxxx" Təmir-Tikinti MMC qaz xəttini çəkmək öhdəliyini öz üzərinə götürmüşdür. Bununla yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyi tərəfindən layihə sənədlərinə müsbət ekspertiza rəyi verilərək xx.xx.2016-cı il tarixdə icarə obyektində qaz təsərrüfatının quraşdırılmasına icazə verilmiş və xx.xx.2016-cı il tarixdə “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alğı-satqısına dair müqavilə bağlanmış və icarə obyektinə qazın verilişinə nail olunmuşdur. Bütün bunlarla yanaşı o, qeyri-işlək vəziyyətdə olan elektrik xətlərinin yenilənməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin müraciət əsasında və onun hesabına icarə obyekti xx.xx.2016-cı il tarixdən etibarən yeni elektrik xətləri ilə təmin olunmuşdur. Onunla cavabdeh arasında mövcud olan xx.xx.2014-cü il tarixli müqavilənin qüvvədə olma müddəti bitməməsinə baxmayaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixli eyni predmetli, 5 illik müddətə yeni icarə müqaviləsi imzalanmışdır. O, sözügedən icarə obyektindən uzun müddət istifadə edərək gəlir əldə edəcəyini düşünmüş və həmin icarə obyektində aparılmış təmir-tikinti və abadlaşdırma işləri üçün 100.000 manat məbləğində vəsaiti bu səbəbdən sərf etmişdir. Həmin təmir-tikinti və abadlaşdırma işlərinin öz hesabına yerinə yetirdiyinin digər və əsas sübutu cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli, 5 illik müddətə verilmiş etibarnamədir. Həmin istehsalat sexi yararsız vəziyyətdə olduğu üçün və onu istifadə etməyin mümkünsüzlüyündən dolayı, həmçinin xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən verilmiş tapşırığın icra edilməsi məqsədi ilə əsaslı təmir işləri aparılması nəticəsində istehsalat sexinin vəziyyəti tamamilə yaxşılaşdırılmış və dəyəri dəfələrlə artmışdır.

12. Cavabdeh iddia tələbinə qarşı birinci instansiya məhkəməsinə yazılı etiraz ünvanlayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 nömrəli mülki iş üzrə 26 dekabr 2019-cu il qətnaməsində iddiaçının iddia ərizəsində pul tələbi ilə göstərdikləri araşdırılmış və hüquqi qiymət verilmişdir. Binəqədi Rayon Məhkəməsi 2(001)-4734/2019 nömrəli mülki iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsində istehsalat sahəsinə vurduğu ziyana görə cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 16.905 manat pulun iddiaçı Cavabdeh xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə hazırkı iddia tələbi araşdırılmış, hətta istehsalat sahəsinə vurduğu ziyana görə tərəfdən pul tutulması belə qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4533 saylı ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda qeyd olunan “A” literli, “B” literli və “C” literli tikililərin texniki pasportda qeyd olunan ölçülərə və parametrlərə uyğun olaraq faktiki yerində mövcud olduğu, “E” literli tikilinin və “D” literli tikilinin bir hissəsinin söküldüyü müəyyən edilir. Eyni zamanda istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan, “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hisəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin və istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilir. Texniki pasportda qeyd olunmayan “C" literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin isehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14.752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3.426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia tələbi təmin edilməmiş, iş üzrə 100 (yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 45.315 manat 49 qəpik nəbləğində pul hazırkı iş üzrə cavabdehin xeyrinə tutulsa da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi İddiaçı aid hissədə rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Həm apellyasiya, həm də kassasiya instansiya məhkəmələri belə bir nəticəyə gəlmişlər ki, icarə münasibətləri hazırkı iş üzrə cavabdehlə "xxxx" MMC arasında yaranmışdır.

16. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlə mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə münasibətlərinin "xxxx" MMC arasında yaranması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə çıxış etməkdə subyektiv hüquqa malik deyildir. Hazırkı iddia tələbi ilə məhz "xxxx" MMC çıxış edə bilərdi. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsində əsaslı yaxşılaşdırmalar etdiyini bildirir və həmin yaxşılaşdırmalara çəkdiyi zəruri xərcləri cavabdehdən tələb edir. Öncə qeyd edilməlidir ki, iddiaçı cavabdehi həmin yaxşılaşdırmaları aparacağı ilə bağlı əvvəlcədən xəbərdar etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh həmin mübahisəli qeyri-yaşayış sahəsindən kommersiya və ya digər məqsədlərlə özü istifadə etmir. Qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən icarəyə verilmişdir. Bu halda iddiaçının mübahisəli qeyri-yaşayış sahəsində apardığı tikinti və digər cavabdehin işlərin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi iş materialları ilə sübut edilmir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini 2017 və ya 2018-ci illərdə tərk etmişdir. Yəni həmin vaxtdan tərəflər arasında icarə münasibətlərinə xitam verilmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə 2022-ci ildə verilmişdir. Beləliklə iddiaçı xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi tələbinin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır.

18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.1. 680.1.1, 680.2, 697.4, 700.1, 700.2, 700.3, 1087.1, 1090.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Qətnamədən iddiaçı (vəkil X2) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi mövqe tamamilə yanlışdır. Belə ki, iddiaçı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan obyektdə əsaslı təmir-tikinti işləri aparmış, yararsız olan əmlakı yararlı hala gətirərək icarə müqaviləsinə xitam olunduqdan sonra belə obyektə tələbat yaranmasına səbəb olmuşdur. Obyektin istehsalata yararlı hala gətirilməsi tamamilə iddiaçının hesabına və onun təşəbbüsü ilə həyata keçirilmişdir. Məhkəmənin iddiadan imtina üçün əsas olaraq iddiaçının cavabdehi öncədən xəbərdar etmədiyini qeyd etməsi tamamilə absurddur. Çünki cavabdeh onsuz da öncədən iddiaçının həmin obyektdən istehsalat məqsədilə istifadə edəcəyini bildirmiş və bununla razılaşılmışdır. İddiaçı tərəfindən çəkilən xərcin məbləği 120.000 manatdır. Bu o deməkdir ki, icarə obyekti tamamilə təmirsiz olmuş, nə istehsalat, nə də başqa hər hansı bir məqsəd üçün yararlı olmamışdır və cavabdeh də bundan tamamilə xəbərdar idi. Lakin əks halda belə iddiaçının cavabdehi xəbərdar etməməsi halı vicdanlı sahib olaraq iddiaçını icarə obyektinə çəkdiyi xərcin əvəzini tələb etmək hüququndan məhrum edə bilməz. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Sumqayıt Şəhər Məhkəməsinin məhz sözügedən müddəaya istinad edərək iddiaçının mübahisə üzrə subyektiv hüquqa malik olmadığını qeyd etməsi düzgün deyildir. Belə ki, hər iki icarə müqaviləsində iddiaçının imzası atılmışdır. Məhkəmənin sonuncu iclasında da deyildiyi kimi, "xxxx" MMC şirkəti formal olaraq yaradılmışdır və icarə haqqı da daxil olmaqla obyektə çəkilən bütün xərclər faktiki olaraq şirkətin deyil, iddiaçının vəsaiti hesabına ödənilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsi cavabdehlə "xxxx" MMC arasında öncədən icarə müqaviləsi ilə bağlı münasibətlərin olduğu və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olduğu üçün hazırki iddia tələbi ilə də məhz Arif Novruzovun deyil, "xxxx" MMC-nin çıxış etməli olduğunu qeyd etmiş, iddiaçının subyektiv hüququnu tanımamışdır. İkinci bir məqam isə bundan ibarətdir ki, məhkəmə baxışının gedişində sözügedən icarə obyektində aparılan təmir-tikinti və abadlıq işlərinə sərf olunan pul məbləğinin müəyyən edilməsi məqsədilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində isə iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Bu da onu göstərir ki, iddiaçı həqiqətən də iş üzrə subyektdir. Məhkəmə işi icraata götürüldükdən, dəfələrlə hazırlıq və baxış iclasları keçirildikdən, hətta məhkəmə-tikinti ekspertizası belə keçirildikdən sonra son nəticədə şəxsin subyekt kimi tanınmaması tamamilə absurddur. Bu halda belə bir sual meydana çıxır: əgər İddiaçı həqiqtən də sözügedən icarə münasibətlərinin subyekti deyilsə, o zaman nə üçün ilk hazırlıq iclasından məhkəmə işə xitam verməmiş və iddianı mümkünsüz hesab etməmişdir. Bir ildən artıq davam edən məhkəmə prosesində nə üçün son anda məhkəmə belə bir nəticəyə gəlmişdir. Hətta sonradan belə müəyyən edilsə idi ki, İddiaçı mübahisə üzrə əsl iddiaçı deyil, bu zaman qərardad qəbul edilməli və işin hansı mərhələdə olmasına baxmayaraq, iddia digər sənədlərlə birlikdə geri qaytarılmalı idi. Belə ki, müvafiq məhkəmə sözügedən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsinə istinad edərək mübahisəyə iddia müddəti tətbiq etmişdir. Halbuki iş üzrə materiallarda cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı hər hansı bir tələbi mövcud deyildir. Belə bir tələb olmadığı halda məhkəmə öz səlahiyyət həddini aşaraq, MPM-in 218.3-cü maddəsinə zidd qətnamə qəbul etmiş, məhz bu səbəbdən dolayı iddia tələbini rədd etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnamədə məhkəmə tərəfindən qeyd edilmişdir ki, “İddiaçı sözügedən obyekti 2017 və ya 2018-ci illərdə tərk etdiyi, həmin vaxtdan tərəflər arasında icarə münasibətlərinə xitam verildiyi və sözügedən iddia ərizəsi məhkəməyə 2022-ci ildə təqdim edildiyi üçün iddia tələbi üzrə qanunla müəyyən edilmiş müddəti buraxmışdır.” Məhz qeyd olunan hallardan da görüldüyü kimi, açıq və aydın şəkildə bəllidir ki, məhkəmənin qanunu tətbiq etmə praktikası tam şəkildə formalaşmamışdır. Hətta hesab edilsə belə ki, iddia müddəti ötürülmüşdür, məhkəmənin mövqeyi yanlışdır. Çünki iddiaçı tərəfindən 2022-ci il tarixində məhkəməyə müraciət edilməsinin səbəbi Sumqayıt Şəhər Məhkəməsinin məhz özüdür. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə daha öncə müraciət edilmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iş qeyri-mümkün hesab edilmiş və cavabdehin olduğu yer üzrə göndərilməli olduğu qeyd edilərək bütün sənədlərlə birlikdə iş iddiaçıya geri qaytarılmışdır. Daha sonra iddiaçı iddia ərizəsi və əlavə sənədləri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərardadına əsasən 2021-ci ilin mart ayında cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə Ağdam Rayon Məhkəməsinə göndərmişdir. Haqlı olaraq Ağdam Rayon Məhkəməsinin 2(013)- 2566/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə də işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu qeyd edilmiş, iddia ərizəsi və qoşmaları iddiaçıya geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, Ağdam Rayon Məhkəməsi “Elektron Məhkəmə” informasiya sistemində mövcud olmadığı üçün iddia ərizəsi əyani qaydada poçt vasitəsilə göndərilmişdir. İddia ərizəsinin göndərilməsi, işin qeydiyyata alınması, baxılması və geri qaytarılması xeyli vaxt itkisinə səbəb olmuşdur. Yəni, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Sumqayıt Şəhər Məhkəməsi sözügedən məhkəmə işi üzrə məhkəmə iclaslarının heç birində iddiaçının iddia müddətini ötürməsi ilə bağlı hər hansı bir halı qeyd etməmişdir. Bir ildən artıq davam edən məhkəmə prosesi ərzində sadəcə iş üzrə yekun məhkəmə aktında iddia müddətinin ötürüldüyünün qeyd edilməsi gülünc haldır. Çünki iddia ərizəsi xx.xx.2022-ci il tarixində qeydiyyata alındıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1827/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Əgər həqiqətən də iddiaçı tərəfindən prosessual müddət ötürülmüş olsa idi, bu halda məhkəmə tərəfindən iddia ərizəsi dərhal geri qaytarılmalı idi. Bu da onu göstərir ki, Sumqayıt Şəhər Məhkəməsi iddia tələbi rədd edilsin deyə sadəcə “iddia müddətinin ötürülməsi” bəhanəsinə istinad etmişdir. İddiaçının təqdim etmiş olduğu təsdiqedici sənədlərin hüquqi təhlil edilməməsi və qətnamədə öz əksini tapmaması da bu halı qüvvətləndirən əsasdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan obyektin qaz və işıqla təmin edilməsi barəsində gördüyü işlər və çəkdiyi xərcləri təsdiq edən zəruri sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, qaz sayğacının alınması, quraşdırılması və fəaliyyətinin yoxlanılması ilə bağlı bağlanmış xx.xx.2016-cı il tarixli, 80-QS saylı müqavilə, Sumqayıt Qaz İstismar Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar Aktı”, “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2016-cı il tarixdə qazın alğısaqtısına dair müqavilə, “Azəriqaz” İB tərəfindən təqdim edilmiş Abonentin saldosu və aylıq elektrik sərfiyyatının verilməsi ilə bağlı "xxxx" ASC tərəfindən təqdim edilmiş 108150 saylı “Uçot haqqında” çıxarış da Anar Novzurovun sözügedən obyektə dair çəkdiyi maddi xərcləri sübut edir. Lakin məhkəmə tərəfindən ümumiyyətlə həmin sənədlər əhəmiyyətli sübut kimi qiymətləndirilməmiş, hətta 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnamədə həmin sənədlərə istinad belə olunmamışdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 18.878 manat (on səkkiz min səkkiz yüz yetmiş səkkiz) pulun tutularaq İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd etmişdir ki, ilk öncə iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarında müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış obyektinə dair müqavilə 2014-cü ildə iddiaçı və cavabdeh arasında bağlanmış, 2016-cı ildə müvqavilədə dəyişiklik edilmiş, iddiaçı "xxxx" MMC ilə əvəz edilmişdir. Bununla da müəyyən edilmişdir ki, mübahisəli obyekt ilk əvvəl iddiaçı tərəfindən icarəyə götürülmüşdür və iddiaçı tərəfindən 2014-2018ci illərdə aparılmış əsaslı təmir işlərinin xərci tələb edilir. Obyektdə əsaslı təmir işləri 2014cü ildən aparıldığından təmirə çəkilən xərc də iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda da iddiaçının qeyri-yaşayış obyektinə çəkdiyi xərcləri cavabdehdən tələb etmək hüququ vardır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin digər mövqeyinə, iddia müddətin ötürülməsi barədə gəldiyi nəticəyə qiymət verərək qeyd etmişdir ki, iddia müddətinin tətbiqi yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında baş verir. Hazırki işdə isə cavabdeh tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Bununla da məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq etməməklə yekunda səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iddianın 2022-ci ildə verilməsi, bu səbəbdən iddia müddətinin keçməsini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə daha öncə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərardadı ilə iş qeyri-mümkün hesab edilmiş və cavabdehin olduğu yer üzrə göndərilməli olduğu qeyd edilmişdir. İddiaçı iddia ərizəsi və əlavə sənədləri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6962/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərardadına əsasən 2021-ci ilin mart ayında cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə - Ağdam Rayon Məhkəməsinə göndərmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-2566/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə də işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğunu qeyd edilmiş, iddia ərizəsi və qoşmaları iddiaçıya geri qaytarılmışdır. Bununla da müəyyən edilir ki, iddia ərizəsinin 2022-ci il tarixdə məhkəməyə verilməsi iddiaçının günahı üzündən olmamışdır.

24. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi onun tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə tələb təmin edilə bilməz. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Həmin obyektdə həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə obyektdən pay ayrılmasına dair tərəflər arasında hər hansı yazılı müqavilə mövcud deyildir. Obyektə çəkilmiş təmir xərclərinə görə obyektdən pay ayrılması mülkiyyətçinin qanunla qorunan hüquqlarını pozmuş olardı.

25. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının obyektə çəkilmiş təmir xərclərini onun sahibindən tələb etmək hüququ vardır. İşə əlavə edilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, mübahisəli qeyri-yaşayış obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda qeyd olunan “A” literli, “B” literli və “C” literli tikililərin texniki pasportda qeyd olunan ölçülərə və parametrlərə uyğun olaraq faktiki yerində mövcud olduğu, “E” literli tikilinin və “D” literli tikilinin bir hissəsinin söküldüyü müəyyən edilir. Eyni zamanda istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan, “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hisəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin və istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilir. Texniki pasportda qeyd olunmayan “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin isehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14.752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3.426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə 18.878 manat (14.752+3.426+700 pul xərclənmişdir. Belə olan halda iddiaçının çəkdiyi təmir xərcini tələb etməsi qanunvericilikdə nəzərdə tutulduğundan təmirə çəkilmiş həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

26. Məhkəmə kollegiyası cavabdeh tərəfin işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmaması barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki işdə iddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınmasını və ya çəkilmiş xərcləri tələb edir. Bununla da mübahisəli qeyri-yaşayış sahəsi Sumqayıt şəhərində yerləşdiyindən işə də həmin məhkəmədə baxılmalıdır.

27. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 680.1, 680.1.1, 680.2, 697.4, 700.1, 700.2, 700.3, 1087.1, 1088.1, 1090.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunmasını və iddianın tam təmin edilməsini, cavabdeh isə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4340/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Zəki Babayev (məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

30. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamədə mübahisəli obyektin ilk əvvəl 2014-cü ildə iddiaçı tərəfindən icarəyə götürülməsini, 2016-cı ildə müvqavilədə dəyişiklik edilərək iddiaçının "xxxx" MMC ilə əvəz edilməsini, həmçinin iddiaçı tərəfindən 2014-2018-ci illərdə aparılmış əsaslı təmir işlərinin xərcinin tələb edilməsini qeyd etməsinə baxmayaraq, bu xərclərin cavabdehlə "xxxx" MMC arasında icarə müqaviləsinin yeni əsaslarla bağlandığı xx.xx.2016-cı il tarixə kimi, yaxud həmin tarixdən sonraya aid olmasını dəqiq müəyyən etmədiyi halda, iddiaçının hazırki iş üzrə iddia tələbi ilə çıxış etməkdə subyektiv hüquqa malik olmaması nəticəsinə gələrkən, həmin məsələyə düzgün hüquqi qiymət verməmişdir.

31. O da qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş münasibətlərlə bağlı işdə olan, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1280/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı) həmçinin müəyyən edilir ki, "xxxx" MMC-nin 19 sentyabr 2019cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəyinə əsasən, “ ... əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, konstruksiyası, aşınması və digər xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 3nında yerləşən istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportunda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların bərpa edilməsi üçün tələb olunan vəsait 19 sentyabr 2019-cü il tarixinə 16.905 manat təşkil edir”. Cavabdeh (hazırki iş üzrə iddiaçı) həmin məbləğin ondan tələb edilməsi ilə razılaşmasa da və əmlaka ziyanın onun tərəfindən deyil, dövlət qurumu tərəfindən yetirildiyini göstərsə də, dəlillərini əsaslandıra biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən həmçinin müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC icarə müqaviləsinin şərtlərindən kənara çıxaraq, iddiaçının mülkiyyətində olan icarə obyektində qanunsuz tikinti işləri aparmış və icarə obyektinin texniki vəziyyətinə ziyan vurmuşdur. Belə olan halda vurulmuş ziyanın aradan qaldırılması üçün tələb olunan 16.905 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməlidir. Məhz qeyd olunan ekspert rəyi və Cavabdeh təqdim etdiyi sübutlar əsas götürülməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat məbləğində pul Cavabdeh xeyrinə tutulmuşdur.

32. Eyni zamanda hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4533 saylı ekspert rəyində göstərilmişdir ki, “... istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin isehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14.752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3.426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilir.”

33. Yuxarıda qeyd olunan 19 sentyabr 2019-cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəylindən və qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən edildiyi kimi, “istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportunda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların” bərpa edilməsi üçün tələb olunan 16.905 manat vəsait - qanunsuz tikinti işləri aparması və icarə obyektinin texniki vəziyyətinə ziyan vurmasının əvəzi kimi qiymətləndirilmiş və həmin vəsaitin hazırki iş üzrə İddiaçı təsisçisi olduğu "xxxx" MMC-dən tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Hazırda baxılan iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən isə 26 oktyabr 2022ci il tarixli, 10/4533 saylı ekspert rəyində göstərilmiş “istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan” tikililərə çəkilmiş 18.878 manat xərc - iddiaçıya ödənilməli vəsait kimi qiymətləndirilərək, həmin pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

34. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim edilmiş hər hansı sübuta deyil, yalnız çəkilmiş xərclərin dəyərini müəyyən etmiş 26 oktyabr 2022-ci il tarixli, 10/4533 saylı ekspert rəyinə əsaslanmış, bununla belə iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları, qeyd olunan məhkəmə aktlarının qəbul olunduğu mülki işin materiallarını tələb edərək öyrənib qarşılıqlı şəkildə yoxlamadan, hər iki iş üzrə keçirilmiş ekspertizalar nətiəsində müəyyən edilmiş məbləglərin “istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan” eyni tikililərə aid olub-olmamasını, həmin tikililərin qanuni qüvvəsini almış məhkəmə aktları ilə qanunsuz aparılması nəticəsində icarə obyektinin texniki vəziyyətinə ziyan vurması müəyyən edilmiş tikililər olub-olmamasını, zəruri biliyə ehtiyac olduğu halda ekspertiza təyin etməklə aydınlaşdırmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

36. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

42. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

43. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

44. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

45. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

46. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

47. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

48. Maddə 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.

49. Maddə 1089.1. İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.

50. Maddə 1089.3. Əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

51. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

52. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.

Q.Məmmədova və digərlərinin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 15 iyul tarixli Qərarı və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

53. “... Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

“G.Əhmədovanın şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 24 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

54. “... Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

59. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

61. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

63. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

65. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

66. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

67. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

68. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4340/2023 nömrəli iş üzrə 04 dekabr 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, baxılan hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

71. İş materiallarında olan dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur.

72. xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən cavabdeh Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən istahsalat sexini istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi iddiaçıya etibar etmişdir.

73. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi: 411.1 kv.m olan əmlak kompleksi kimi müəssisəni (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) müqavilə imzalandığı gündən 5 il müddətinə iddiaçıya icarəyə verir.

74. İcarəyə verən Cavabdeh ilə icarəçi "xxxx" MMC adından təsisçisi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı aylıq 500 manat icarə haqqı ödənilməklə MMC-yə icarəyə vermişdir.

75. Hazırki iddia tələbində İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, eyni zamanda onun tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmirtikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə görə 120.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

76. Kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında tərəflər arasında əvvəllər mövcud olmuş iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı pul tələbinə dair 2(001)-4734/2019 nömrəli mülki iş tələb olunmuş və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilkin olaraq cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və iddia tələbini həmçinin onunla əsaslandırmışdır ki, ünvan 4 ünavanında iddiaçıya məxsus istehsalat sahəsi (sexi) mövcuddur. İddiaçı həmin istahsalat sahəsini 2014-cü il tarixdən xx.xx.2021-il tarixədək qüvvədə olan icarə müqaviləsi əsasında cavabdeh İddiaçı istifadəsinə vermişdir. Cavabdeh iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsinin şərtlərini pozaraq iddiaçıya məxsus istehsalat sahəsində qanunsuz tikililər tikərək istehsalat sahəsinin beton örtüklərinə zərər vurmuş, iddiaçıya məxsus istehsalat sahəsinin dam örtüyü, mətbəxi divarlarını və sair yararsız hala salmışdır. İddiaçının təkidi ilə cavabdeh həmin yerə özünün tanıdığı ustaları dəvət etmiş və həmin ustalar iddiaçıya məxsus istehsalat sahəsinin təmir xərclərinə 20.000 manat məbləğində vəsait lazım olduğunu bildirmişlər.

77. Həmin iş üzrə məhkəmə iclsında iştirak edən cavabdeh, hazırki iş üzrə iddiaçı qismində iştirak edən İddiaçı izahatında həmçinin göstərmişdir ki, əksinə o, həmin ərazini abadlaşdırmış, həmin ərazidə öz hesabına tikililər inşa etmişdir. İstehsalat sahəsi İcra Hakimiyyətinin nümayəndələri tərəfindən dağıdılmış və bunu hamı bilir. O, eyni zamanda digər cavabdeh olan və adından müqavilə bağladığı "xxxx" MMC-nin qanuni təmsilçisidir və atdığı bütün imzaların legitimliyi hüquqi şəxsin sənədləri ilə təsdiq olunur.

78. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin iddiaçıya və "xxxx" MMC-yə qarşı olan pul tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat, istifadə edilmiş qaza görə 17.157 manat, istifadə edilmiş işığa görə 1253,49 manat, cəmi 45.315 manat 49 qəpik nəbləğində pul hazırkı iş üzrə cavabdehin xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3841/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia İddiaçı aid hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1280/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.

79. Həmin işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən həmçinin müəyyən edilir ki, "xxxx" MMC-nin 19 sentyabr 2019-cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəyinə əsasən, “ ... əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, konstruksiyası, aşınması və digər xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 3nında yerləşən istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportunda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların bərpa edilməsi üçün tələb olunan vəsait 19 sentyabr 2019-cü il tarixinə 16.905 manat təşkil edir”. Cavabdeh (hazırki iş üzrə iddiaçı) həmin məbləğin ondan tələb edilməsi ilə razılaşmasa da və əmlaka ziyanın onun tərəfindən deyil, dövlət qurumu tərəfindən yetirildiyini göstərsə də, dəlillərini əsaslandıra biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh "xxxx" MMC icarə müqaviləsinin şərtlərindən kənara çıxaraq, iddiaçının mülkiyyətində olan icarə obyektində qanunsuz tikinti işləri aparmış və icarə obyektinin texniki vəziyyətinə ziyan vurmuşdur. Belə olan halda vurulmuş ziyanın aradan qaldırılması üçün tələb olunan 16.905 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməlidir. Məhz qeyd olunan ekspert rəyi və Cavabdeh təqdim etdiyi sübutlar əsas götürülməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat məbləğində pul Cavabdeh xeyrinə tutulmuşdur.

80. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı işdə olan 26 oktyabr 2022-ci il tarixli, 10/4533 saylı ekspert rəyində göstərilmiş istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan tikililərə çəkilmiş xərcin öz xeyrinə tutulmasını tələb edir. Lakin yuxarıda qeyd olunan 19 sentyabr 2019-cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəylindən və qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən edildiyi kimi, “istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportunda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların” bərpa edilməsi üçün tələb olunan 16.905 manat vəsait - qanunsuz tikinti işləri aparması və icarə obyektinin texniki vəziyyətinə ziyan vurmasının əvəzi kimi qiymətləndirilmiş və həmin vəsaitin hazırki iş üzrə İddiaçı təsisçisi olduğu "xxxx" MMC-dən tutularaq Cavabdeh verilməsi qət olunmuşdur.

81. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən tikililər tapşırıqsız həyata keçirildiyindən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması kimi qiymətləndirilə və həmin xərclərin əvəzini ödəmək vəzifəsi isə əmlakı kirayəyə vermiş iddiaçının üzərinə qoyula bilməz.

82. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

83. İşdən görünür ki, mübahisəli qeyri-yaşayış obyektinə dair müqavilə tərəflər arasında ilk dəfə 2014-cü ildə bağlanmışdır. Tərəflər arasında mövcud olmuş əvvəlki mübahisəyə dair mülki işdən görünür ki, həmin iş üzrə iddiaçı olmuş Cavabdeh qismində İddiaçı qarşı da tələb irəli sürmüşdür. Digər tərəfdən İddiaçı eyni zamanda "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olmuş, mübahisəli tikililəri də öz hesabına tikdirdiyini iddia etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tələb əsassız olsa da iddiaçı mövcud iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir və kollegiya birinci instansiya məhkəməsinin hazırda baxılan tələbə dair hissədə subyektiv hüquqla bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmır.

84. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

85. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

86. Beləliklə qeyd edilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-28/2023 nömrəli qətnaməsi iddia tələbinin - iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə görə 120.000 manat pulun cavabdehdən tutularaq ödənilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

87. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-28/2023 nömrəli qətnaməsi iddia tələbinin - iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə görə 120.000 manat pulun cavabdehdən tutularaq ödənilməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar