Məhkəmə qərarları › İş №2(102)-3571/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3571/2024

15.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3571/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı, müddətin buraxılma səbəbənin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-522/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmirtikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması və ya obyektə çəkilmiş xərclərə görə 120.00 0 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Abdullayev)

3. İddiaçının apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 18.878 manat pulun tutularaq İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)

4. İddiaçı və cavabdeh ayrı-ayrılıqd a kassasiya şikayətləri vermişlər.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4340/2023 nömrəli iş üzrə 4 dekabr 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-864/2023 nömrəli, 8 iyun 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-522/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(060)-28/2023 nömrəli qətnaməsinin iddia tələbinin - iddiaçı tərəfindən ünvan 1 ünvanı nda yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə görə 120.000 manat pulun cavabdehdən tutularaq ödənilməsinə dair hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi, iş üzrə 100 manat ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, İlqar Dəmirov)

7. Qətnamə 10 may 2024-cü il tarixdə İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir.

8. İddiaçı 10 iyul 2024-cü il tarixdə qətnamədən kassasiya şikayəti vermişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 202 4-cü il tarixli, 2(105)-522/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti, Mülki Prosessual Məcəlləsinin 407.1-ci maddəsinin tələblərinə uyğun tərtib olunmadığından geri qaytarılmışdır.

10. Qeyd edilən qərardad 30 iyul 2024-cü il tarixdə İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir.

11. İddiaçı (nümayəndə-Vəkil3) 07 avqust 2024-cü il tarixdə kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə də vermişdir.

12. İddiaçı müddətin bərpası barədə ərizəni belə əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-522/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ona xx.xx.2024-cü il tarixində təqdim edilsə də, ondan asılı olmayan səbəblərə görə kassasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Belə ki, vaxtında verilmiş kassasiya şikayətində müəyyən texniki qüsurlar səbəbi ilə şikayət xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. Qeyd edilən qərardad xx.xx.2024-cü il tarixində sistemə yüklənmişdir. Qərardadda qeyd edilən qüsurlar aradan qaldırılaraq şikayət yenidən verilmişdir. Buna görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-522/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə buraxılmış müddəti üzrlü hesab etməklə, kassasiya şikayətini baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçı (nümayəndəsi və vəkili Vəkil3) tərəfindən Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(105)-522/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət təmin edilməmiş və verilmiş kassasiya şikayəti isə geri qaytarılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, Almaz Süleymanova)

14. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə iddiaçı tərəfin dəlillərinə münasibətdə qeyd etmişdir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

15. İddiaçı ərizəsində qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbi ilk dəfə verilmiş kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmaması əsası ilə geri qaytarılması olmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi həmin halı üzrlü hesab etməyərək qeyd etmişdir ki, iddiaçı vəkil və nümayəndə tərəfindən təmsil edilmiş, bu da iddiaçı tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmalı olduğundan məlumatlı olduğunu təsdiq edir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 10-1.3, 128.3, 129.1, 129.2, 130.1, 133.1, 135.6, 4 05.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-522/2024 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası ilə bağlı vəsatətin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə cavabdehin etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, müüdət üzrsüz səbəbdən ötürülüb, buna görə də kassasiya şikayəti əsaslı hesab edilə bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət t əmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədə n maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-522/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi 10 may 2024-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilib.

26. İddiaçı 10 iyul 2024-cü il tarixdə qətnamədən kassasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2024-cü il tarixli, 2(105)522/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti, Mülki Prosessual Məcəlləsinin 407.1-ci maddəsinin tələblərinə uyğun tərtib olunmadığından geri qaytarılmışdır.

27. İddiaçı (nümayəndə-Vəkil3) 07 avqust 2024-cü il tarixdə kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə də vermişdir.

28. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır. Çünki iddiaçı vəkil və nümayəndə tərəfindən təmsil edilmiş, bu da iddiaçı tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmalı olduğundan məlumatlı olduğunu təsdiq edir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

30. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini n və müddətin bərpası barədə ərizəsinin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-in 408.5-ci maddəsinə əsasən həmin Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməlidir, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərə tutulmuş müddətdə aradan qaldırıla bilər.

31. Kassasiya şikayətinin qaytarılması barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

32. Hazırkı işdə kassator olan iddiaçının peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin və şikayətin forma və məzmun tələblərinə aid olan qaydalarından xəbərsiz olmasını istisna edir.

33. Belə hallarda nəzərə alınmalıdır ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət edilməməsi, vəkil orderinin əlavə edilməməsi, dövlət rüsumunun ödənilməməsi və yaxud az ödənilməsi, şikayətin imzalanmaması, şikayətin elektron qaydada verilməməsi kimi pozuntular qəbuledilməzdir və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu halların təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməməsi düzgün olmuşdur.

34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-522/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar