Məhkəmə qərarları › İş №2(102)-4340/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4340/2023

04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4340/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4340/2023 (Açar sözlər: mülkiyyət hüququnun tanınması, pul tələbi, subyektiv hüquq, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə1) və Cavabdeh (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 04 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən əmlak kompeksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 1 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Tərəflər arasında bağlanmış x x.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi,57 ünvanında yerləşən, ümumi sahəsi: 411,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəni müqavilə imzalandığı gündən 5 il müddətinə İddiaçı icarəyə verir.

3. Notariat qaydada verilmiş xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən istehsalat sexini istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 5 il müddətinə, 12 may 2016-cı il tarixə kimi verilmişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyi tərəfindən cavabdehə ünvanla nmış xx.xx.2016-cı il tarixli məktuba əsasən, ünvan 3nda, yerləşən, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin (istehsalat müəssisəsi) qaz təsərrüfatının Agentliyə təqdim olunmuş layihə sənədləri "xxxx" MMC tərəfindən verilmiş müsbət ekspertiza rəyinə (**-LS-***6-2016) əsasən Agentliyin Sumqayıt regional sənayedə X1 və dağ-mədən müfəttişliyində 11 yanvar 2016-cı il tarixdə 010 nömrə ilə qeydiyyata götürülmüşdür.

5. Cavabdeh ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış xx.xx.2016-cı il tarixli, **-QS-***6 saylı müqaviləyə əsasən, “Azəriqaz” İB-nin xx.xx.2016-cı il tarixli SOCAR**********4189160X00096 saylı telefonoqramı əsasında cavabdeh ünvan 3nında yerləşən, ona məxsus qeyri-yaşayış sahəsinin 1 ədəd Elster G-40 markalı 75158461 nömrəli qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsi və ilkin quraşdırılması məqsədilə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə təqdim edir, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qaz sayğacını dövlət yoxlamasında keçirir və obyektdə quraşdırır.

6. Cavabdeh ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında bağlanmış 29 Yanvar 2016-cı il tarixli, 80-QS saylı müqavilənin qiymət-razılaşma protokoluna əsasən, G-40 markalı Elster qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsi üçün 108,53 manat, G-40 markalı Elster qaz sayğacının quraşdırılması üçün 703,20 manat, qaz sayğacı üçün 87,18 manat, yeşiyin yerinə quraşdırılması üçün 25,21 manat olmaqla, işlərin qiymət cəmi 1.090,46 manat təşkil edir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixl i qətnaməsi ilə, Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat, istifadə edilmiş qaza görə 17.157 manat, istifadə edilmiş işığa görə 1.253,49 manat, cəmi 45.315 manat 49 qəpik məbləğində pul Cavabdeh xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia İddiaçı aid hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1280/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qə rarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.

8. İcarəyə verən Cavabdeh ilə icarəçi "xxxx" MMC adından təsisçisi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı icarəçi "xxxx" MMC adından təsisçi İddiaçı icarəyə vermiş, icarə müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmiş, icarəyə götürən "xxxx" MMC adından təsisçi İddiaçı icarəyə verən Cavabdeh aylıq 500 manat icarə haqqını... kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqları, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqını, o cümlədən əla və vergi haqqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür.

9. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı Səbuhi Dadaşovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 iyun 2018-ci il tarixli qərarına əsasən, Cavabdeh şikayəti əsasında araşdırma aparılaraq, İddiaçı Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən istehsalat sahəsini (sexi) qəsdən və ya ehtiyatsızlıqdan məhv etmədiyi, eyni zamanda İddiaçı aparmış olduğu 2.200 metr diametrli 76-lıq ölçüdə olan qaz turbasının özünə məxsus olduğu, Cavabdeh məxsus olmadığı müəyyən edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması və pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması və ya obyektə çəkilmiş xərclərə görə 120.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 411,1 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə qeyri-yaşayış sahəsinin istehsa lat sexi kimi istifadə edilməsi nəzərdə tutulurdu. İcarə obyektinin istehsalat üçün əlverişsiz olması səbəbi ilə həmin obyektə iddiaçı müqavilənin uzun müddətli olmasına güvənərək 110.000 manatdan çox məbləğdə təmir-tikinti işləri aparmış və istehsalat sexi üçün lazimi infrastruktur qurulmuşdur. Tikinti işlərinin aparılması üçün istehsal binasına 52.957 manat, talvar tikintisinə 6.737 manat, hasar tikintisi üçün isə 10.353 manat, təxmini 40.000 manatdan artıq məbləğ isə sənaye qazının obyektə çəkilməsi, elektirik şəbəkəsinin yenilənməsi və digər rəsmi və ya qeyrirəsmi xərcləmələr üçün xərc çəkilmişdir. 2 obyektə qaz xəttinin çəkilməsi üçün AR "xxxx" MMC ilə ünvan 4 ünvanında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinin (istehsalat müəssisəsi) qazlaşdırılması işçi layihəsinin hazırlanm ası məqsədilə əməkdaşlıq edilmiş, işçi layihə tam hazır olduqdan sonra isə yeni qaz kəmərinin mövcud qaz kəmərinə qoşulması üçün sözügedən işçi layihə xx.xx.2015-ci il tarixdə “Azəriqaz” İB-nin Layihəsmeta və ekspertiza şöbəsi ilə razılaşdırılmışdır. İşçi layihənin həyata keçirilməsi və dolayısı ilə qaz xəttinin çəkilməsi məqsədi ilə 2015-ci ilin sonlarında "xxxx" Təmir-Tikinti MMC ilə razılaşmış və "xxxx" Təmir-Tikinti MMC qaz xəttini çəkmək öhdəliyini öz üzərinə götürmüşdür. Bununla yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyi tərəfindən layihə sənədlərinə müsbət ekspertiza rəyi verilərək xx.xx.2016-cı il tarixdə icarə obyektində qaz təsərrüfatının quraşdırılmasına icazə verilmiş və xx.xx.2016-cı il tarixdə “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alğı-satqısına dair müqavilə bağlanmış və icarə obyektinə qazın verilişinə nail olunmuşdur. Bütün bunlarla yanaşı o, qeyri-işlək vəziyyətdə olan elektrik xətlərinin yenilənməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin müraciət əsasında və onun hesabına icarə obyekti xx.xx.2016-cı il tarixdən etibarən yeni elektrik xətləri ilə təmin olunmuşdur. Onunla cavabdeh arasında mövcud olan xx.xx.2014-cü il tarixli müqavilənin qüvvədə olma müddəti bitməməsinə baxmayaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixli eyni predmetli, 5 illik müddətə yeni icarə müqaviləsi imzalanmışdır. O, sözügedən icarə obyektindən uzun müddət istifadə edərək gəlir əldə edəcəyini düşünmüş və həmin icarə obyektində aparılmış təmir-tikinti və abadlaşdırma işləri üçün 100.000 manat məbləğində vəsaiti bu səbəbdən sə rf etmişdir. Həmin təmir-tikinti və abadlaşdırma işlərinin öz hesabına yerinə yetirdiyinin digər və əsas sübutu cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixli, 5 illik müddətə verilmiş etibarnamədir. Həmin istehsalat sexi yararsız vəziyyətdə olduğu üçün və onu istifadə etməyin mümkünsüzlüyündən dolayı, həmçinin xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən verilmiş tapşırığın icra edilməsi məqsədi ilə əsaslı təmir işləri aparılması nəticəsində istehsalat sexinin vəziyyəti tamamilə yaxşılaşdırılmış və dəyəri dəfələrlə artmışdır.

12. Cavabdeh iddia tələbinə qarşı birinci instansiya məhkəməsinə yazılı etiraz ünvanlayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 nömrəli mülki iş üzrə 26 dekabr 20 19-cu il qətnaməsində iddiaçının iddia ərizəsində pul tələbi ilə göstərdikləri araşdırılmış və hüquqi qiymət verilmişdir. Binəqədi Rayon Məhkəməsi 2(001)-4734/2019 nömrəli mülki iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsində istehsalat sahəsinə vurduğu ziyana görə cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 16.905 manat pulun iddiaçı Cavabdeh xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə hazırkı iddia tələbi araşdırılmış, hətta istehsalat sahəsinə vurduğu ziyana görə tərəfdən pul tutulması belə qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4533 saylı eksper t rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda qeyd olunan “A” literli, “B” literli və “C” literli tikililərin texniki pasportda qeyd olunan ölçülərə və parametrlərə uyğun olaraq faktiki yerində mövcud olduğu, “E” literli tikilinin və “D” literli tikilinin bir hissəsinin söküldüyü müəyyən edilir. Eyni zamanda istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan, “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hisəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həm in tikiliyə bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin və istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilir. Texniki pasportda qeyd olunmayan “C" literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin isehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14.752 manat vəsait sərf olunduğu müəyyən e dilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3.426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia tələbi təmin edilməmiş, iş üzrə 100 (yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 45.315 manat 49 qəpik nəbləğində pul hazırkı iş üzrə cavabdehin xeyrinə tutulsa da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi İddiaçı aid hissədə rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Həm apellyasiya, həm də kassasiya instansiya məhkəmələri belə bir nəticəyə gəlmişlər ki, icarə münasibətləri hazırkı iş üzrə cavabdehlə "xxxx" MMC arasında yaranmışdır.

16. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlə mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə münasibətlərinin "xxxx" MMC arasında yaranması qanuni qüvvəyə min miş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə çıxış etməkdə subyektiv hüquqa malik deyildir. Hazırkı iddia tələbi ilə məhz "xxxx" MMC çıxış edə bilərdi. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsində əsaslı yaxşılaşdırmalar etdiyini bildirir və həmin yaxşılaşdırmalara çəkdiyi zəruri xərcləri cavabdehdən tələb edir. Öncə qeyd edilməlidir ki, iddiaçı cavabdehi həmin yaxşılaşdırmaları aparacağı ilə bağlı əvvəlcədən xəbərdar etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh həmin mübahisəli qeyri-yaşayış sahəsindən kommersiya və ya digər məqsədlərlə özü istifadə etmir. Qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən icarəyə verilmişdir. Bu halda iddiaçının mübahisəli qeyri-yaşayış sahəsində apardığı tikinti və digər cavabdehin işlərin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi iş materialları ilə sübut edilmir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini 2017 və ya 2018-ci illərdə tərk etmişdir. Yəni həmin vaxtdan tərəflər arasında icarə münasibətlərinə xitam verilmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə 2022-ci ildə verilmişdir. Beləliklə iddiaçı xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi tələbinin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır.

18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.1. 680.1.1, 680.2, 697.4, 700.1, 700.2, 700.3, 1087.1, 1090.1-ci madd ələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi mövqe tamamilə yanlışdır. Belə ki, iddiaçı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan obyektdə əsaslı təmir-tikinti işləri aparmış, yararsız olan əmlakı yararlı hala gətirərək icarə müqaviləsinə xitam olunduqdan sonra be lə obyektə tələbat yaranmasına səbəb olmuşdur. Obyektin istehsalata yararlı hala gətirilməsi tamamilə iddiaçının hesabına və onun təşəbbüsü ilə həyata keçirilmişdir. Məhkəmənin iddiadan imtina üçün əsas olaraq iddiaçının cavabdehi öncədən xəbərdar etmədiyini qeyd etməsi tamamilə absurddur. Çünki cavabdeh onsuz da öncədən iddiaçının həmin obyektdən istehsalat məqsədilə istifadə edəcəyini bildirmiş və bununla razılaşılmışdır. İddiaçı tərəfindən çəkilən xərcin məbləği 120.000 manatdır. Bu o deməkdir ki, icarə obyekti tamamilə təmirsiz olmuş, nə istehsalat, nə də başqa hər hansı bir məqsəd üçün yararlı olmamışdır və cavabdeh də bundan tamamilə xəbərdar idi. Lakin əks halda belə iddiaçının cavabdehi xəbərdar etməməsi halı vicdanlı sahib olaraq iddiaçını icarə obyektinə çəkdiyi xərcin əvəzini tə ləb etmək hüququndan məhrum edə bilməz. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Sumqayıt Şəhər Məhkəməsinin məhz sözügedən mü ddəaya istinad edərək iddiaçının mübahisə üzrə subyektiv hüquqa malik olmadığını qeyd etməsi düzgün deyildir. Belə ki, hər iki icarə müqaviləsində iddiaçının imzası atılmışdır. Məhkəmənin sonuncu iclasında da deyildiyi kimi, "xxxx" MMC şirkəti formal olaraq yaradılmışdır və icarə haqqı da daxil olmaqla obyektə çəkilən bütün xərclər faktiki olaraq şirkətin deyil, iddiaçının vəsaiti hesabına ödənilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsi cavabdehlə "xxxx" MMC arasında öncədən icarə müqaviləsi ilə bağlı münasibətlərin olduğu və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olduğu üçün hazırki iddia tələbi ilə də məhz Arif Novruzovun deyil, "xxxx" MMC-nin çıxış etməli olduğunu qeyd etmiş, iddiaçının subyektiv hüququnu tanımamışdır. İkinci bir məqam isə bundan ibarətdir ki, məhkə mə baxışının gedişində sözügedən icarə obyektində aparılan təmir-tikinti və abadlıq işlərinə sərf olunan pul məbləğinin müəyyən edilməsi məqsədilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində isə iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Bu da onu göstərir ki, iddiaçı həqiqətən də iş üzrə subyektdir. Məhkəmə işi icraata götürüldükdən, dəfələrlə hazırlıq və baxış iclasları keçirildikdən, hətta məhkəmə-tikinti ekspertizası belə keçirildikdən sonra son nəticədə şəxsin subyekt kimi tanınmaması tamamilə absurddur. Bu halda belə bir sual meydana çıxır: əgər İddiaçı həqiqtən də sözügedən icarə münasibətlərinin subyekti deyilsə, o zaman nə üçün ilk hazırlıq iclasından məhkəmə işə xitam verməmiş və iddianı mümkünsüz hesab etməmişdir. Bir ildən artıq davam edən məhkəmə prosesində nə üçün son anda məhkəmə belə bir nəticəyə gəlmişdir. Hətta sonradan belə müəyyən edilsə idi ki, İddiaçı mübahisə üzrə əsl iddiaçı deyil, bu zaman qərardad qəbul edilməli və işin hansı mərhələdə olmasına baxmayaraq, iddia digər sənədlərlə birlikdə geri qaytarılmalı idi. Belə ki, müvafiq məhkəmə sözügedən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.4-cü maddəsinə istinad edərək mübahisəyə iddia müddəti tətbiq etmişdir. Halbuki iş üzrə materiallarda cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı hər hansı bir tələbi mövcud deyildir. Belə bir tələb olmadığı halda məhkəmə öz səlahiyyət hədd ini aşaraq, MPM-in 218.3-cü maddəsinə zidd qətnamə qəbul etmiş, məhz bu səbəbdən dolayı iddia tələbini rədd etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnamədə məhkəmə tərəfindən qeyd edilmişdir ki, “İddiaçı sözügedən obyekti 2017 və ya 2018-ci illərdə tərk etdiyi, həmin vaxtdan tərəflər arasında icarə münasibətlərinə xitam verildiyi və sözügedən iddia ərizəsi məhkəməyə 2022-ci ildə təqdim edildiyi üçün iddia tələbi üzrə qanunla müəyyən edilmiş müddəti buraxmışdır.” Məhz qeyd olunan hallardan da görüldüyü kimi, açıq və aydın şəkildə bəllidir ki, məhkəmənin qanunu tətbiq etmə praktikası tam şəkildə formalaşmamışdır. Hətta hesab edilsə belə ki, iddia müddəti ötürülmüşdür, məhkəmənin mövqeyi yanlışdır. Çünki iddiaçı tərəfi ndən 2022-ci il tarixində məhkəməyə müraciət edilməsinin səbəbi Sumqayıt Şəhər Məhkəməsinin məhz özüdür. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə daha öncə müraciət edilmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərardadı ilə iş qeyri-mümkün hesab edilmiş və cavabdehin olduğu yer üzrə göndərilməli olduğu qeyd edilərək bütün sənədlərlə birlikdə iş iddiaçıya geri qaytarılmışdır. Daha sonra iddiaçı iddia ərizəsi və əlavə sənədləri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərardadına əsasən 2021-ci ilin mart ayında cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə Ağdam Rayon Məhkəməsinə göndərmişdir. Haqlı olaraq Ağdam Rayon Məhkəməsinin 2(013)-2566/2021 nömrəli, 0 5 oktyabr 2021-ci il tarixli qərardadı ilə də işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu qeyd edilmiş, iddia ərizəsi və qoşmaları iddiaçıya geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, Ağdam Rayon Məhkəməsi “Elektron Məhkəmə” informasiya sistemində mövcud olmadığı üçün iddia ərizəsi əyani qaydada poçt vasitəsilə göndərilmişdir. İddia ərizəsinin göndərilməsi, işin qeydiyyata alınması, baxılması və geri qaytarılması xeyli vaxt itkisinə səbəb olmuşdur. Yəni, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Sumqayıt Şəhər Məhkəməsi sözügedən məhkəmə işi üzrə məhkəmə iclaslarının heç birində iddiaçının iddia müddətini ötürməsi ilə bağlı hər hansı bir halı qeyd etməmişdir. Bir ildən artıq davam edən məhkəmə prosesi ərzində sadəcə iş üzrə yekun məhkəmə aktında iddia müddətin in ötürüldüyünün qeyd edilməsi gülünc haldır. Çünki iddia ərizəsi xx.xx.2022-ci il tarixində qeydiyyata alındıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1827/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Əgər həqiqətən də iddiaçı tərəfindən prosessual müddət ötürülmüş olsa idi, bu halda məhkəmə tərəfindən iddia ərizəsi dərhal geri qaytarılmalı idi. Bu da onu göstərir ki, Sumqayıt Şəhər Məhkəməsi iddia tələbi rədd edilsin deyə sadəcə “iddia müddətinin ötürülməsi” bəhanəsinə istinad etmişdir. İddiaçının təqdim etmiş olduğu təsdiqedici sənədlərin hüquqi təhlil edilməməsi və qətnamədə öz əksini tapmaması da bu halı qüvvətləndirən əsasdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sah əsi 411,1 kv.m. olan obyektin qaz və işıqla təmin edilməsi barəsində gördüyü işlər və çəkdiyi xərcləri təsdiq edən zəruri sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, qaz sayğacının alınması, quraşdırılması və fəaliyyətinin yoxlanılması ilə bağlı bağlanmış xx.xx.2016-cı il tarixli, 80-QS saylı müqavilə, Sumqayıt Qaz İstismar Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar Aktı”, “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2016-cı il tarixdə qazın alğı-saqtısına dair müqavilə, “Azəriqaz” İB tərəfindən təqdim edilmiş Abonentin saldosu və aylıq elektrik sərfiyyatının verilməsi ilə bağlı "xxxx" ASC tərəfindən təqdim edilmiş 108150 saylı “Uçot haqqında” çıxarış da Anar Novzurovun sözügedən obyektə dair çəkdiyi maddi xərcləri sübut edi r. Lakin məhkəmə tərəfindən ümumiyyətlə həmin sənədlər əhəmiyyətli sübut kimi qiymətləndirilməmiş, hətta 2(060)-28/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnamədə həmin sənədlərə istinad belə olunmamışdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimləri Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 18.878 manat (on səkkiz min səkkiz yüz yetmiş səkkiz) pulun tutularaq İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.

22. Apellyasiya instansiya məhkəməs i birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd etmişdir ki, ilk öncə iddiaçının hazırki iddianı vermək üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarında müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış obyektinə dair müqavilə 2014-cü ildə iddiaçı və cavabdeh arasında bağlanmış, 2016-cı ildə müvqavilədə dəyişiklik edilmiş, iddiaçı "xxxx" MMC ilə əvəz edilmişdir. Bununla da müəyyən edilmişdir ki, mübahisəli obyekt ilk əvvəl iddiaçı tərəfindən icarəyə götürülmüşdür və iddiaçı tərəfindən 2014-2018ci illərdə aparılmış əsaslı təmir işlərinin xərci tələb edilir. Obyektdə əsaslı təmir işləri 2014cü ildən aparıldığından təmirə çəkilən xərc də iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda da iddiaçının qeyri-yaşayış obyektinə çəkd iyi xərcləri cavabdehdən tələb etmək hüququ vardır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin digər mövqeyinə, iddia müddətin ötürülməsi barədə gəldiyi nəticəyə qiymət verərək qeyd etmişdir ki, iddia müddətinin tətbiqi yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında baş verir. Hazırki işdə isə cavabdeh tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Bununla da məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq etməməklə yekunda səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iddianın 2022-ci ildə verilməsi, bu səbəbdən iddia müddətinin keçməsini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə daha öncə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərardadı ilə iş qeyri-mümkün hesab edilmiş və cavabdehin olduğu yer üzrə göndərilməli olduğu qeyd edilmişdir. İddiaçı iddia ərizəsi və əlavə sənədləri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6962/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərardadına əsasən 2021-ci ilin mart ayında cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə - Ağdam Rayon Məhkəməsinə göndərmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-2566/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə də işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğunu qeyd edilmiş, iddia ərizəsi və qoşmaları iddiaçıya geri qaytarılmışdır. Bununla da müəyyən edilir ki, iddia ərizəsinin 2022-ci il tarixdə məhkəməyə verilməsi iddiaçının günahı üzün dən olmamışdır.

24. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi onun tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 411,1 kvadrat metr olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə tələb təmin edilə bilməz. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Həmin obyektdə həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə obyektdən pay ayrılmasına dair tərəflər arasında hər hansı yazılı müqavilə mövcud deyildir. Obyektə çəkilmiş təmir xərclərinə görə obyektdən pay ayrılması mülkiyyətçinin qanunla qorunan hüquqlarını pozmuş olardı.

25. Bununla yanaşı məhk əmə kollegiyası qeyd etmişdir ki, iddiaçının obyektə çəkilmiş təmir xərclərini onun sahibindən tələb etmək hüququ vardır. İşə əlavə edilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, mübahisəli qeyri-yaşayış obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda qeyd olunan “A” literli, “B” literli və “C” literli tikililərin texniki pasportda qeyd olunan ölçülərə və parametrlərə uyğun olaraq faktiki yerində mövcud olduğu, “E” literli tikilinin və “D” literli tikilinin bir hissəsinin söküldüyü müəyyən edilir. Eyni zamanda istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan, “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hisəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin və istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilir. Texniki pasportda qeyd olunmayan “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin is ehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14.752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3.426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə 18.878 manat (14.752+3.426+700 pul xərclənmişdir. Belə olan halda iddiaçının ç əkdiyi təmir xərcini tələb etməsi qanunvericilikdə nəzərdə tutulduğundan təmirə çəkilmiş həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

26. Məhkəmə kollegiyası cavabdeh tərəfin işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olmaması barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki işdə iddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınmasını və y a çəkilmiş xərcləri tələb edir. Bununla da mübahisəli qeyri-yaşayış sahəsi Sumqayıt şəhərində yerləşdiyindən işə də həmin məhkəmədə baxılmalıdır.

27. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 680.1, 680.1.1, 680.2, 697.4, 700.1, 700.2, 700.3, 1087.1, 1088.1, 1090.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) və cavabdeh (vəkil Nümayəndə2) ayrıayrılıqda kassasiya şikayətləri vermişlər.

29. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

30. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mövcud mübahisədən göründüyü kimi, İddiaçı sözügedən istehsalat sexindən 2011-ci ildən etibarən 2016-cı ilədək istifadə etmişdir və bu vaxt ərzində əmlak üzərində ciddi dəyişikliklər edilmiş, istifadəyə yararlı hala gətirilmişdir. Həmin vaxt aralığından nə öncə, nə də sonra cavabdeh tərəfindən mövcud əmlaka dair heç bir təmir-tikinti, yenidənqurma işləri aparılmamışdır. Mövcud tələblərə cavab verməyən və istifadəyə yararsız bir əmlak üçün cavabdeh tərəfindən müəyyən olunmuş icarə dəyəri isə çox yüksək idi. Hətta obyektin vəziyyəti o qədər qeyri-qənaətbəxş idi ki, iddiaçı onu icarəyə götürmədən öncə qaz, elektrik xətləri belə mövcud olmamışdır. Bu səbəbdən icarə obyektinə qaz xəttinin çəkilməsi üçü n "xxxx" MMC ilə sözügedən istehsalat müəssisəsinin qazlaşdırılmasına dair işçi layihəsinin hazırlanması məqsədilə əməkdaşlıq edilmiş, işçi layihə tam hazır olduqdan sonra isə yeni qaz kəmərinin mövcud qaz kəmərinə qoşulması üçün sözügedən işçi layihə xx.xx.2015-ci il tarixdə “Azəriqaz” İB-nin Layihə-smeta və ekspertiza şöbəsi ilə razılaşdırılmışdır. 242712015-01896 saylı işçi layihə müqabilində isə xx.xx.2016-cı il tarixində "xxxx" MMC-yə 400 AZN ödənilmişdir. Eyni zamanda, işçi layihənin həyata keçirilməsi və qaz xəttinin çəkilməsi məqsədi ilə 2015-ci ilin sonlarında "xxxx" Təmir-Tikinti MMC ilə razılaşma əldə olunaraq "xxxx" Təmir-Tikinti MMC tərəfindən quraşdırılan X6 2 №-li Texniki Pasportuna əsasən şirkət qaz xəttinin çəkilməsi üçün sifarişçini zəruri qaz boruları ilə təmin etmək öhd əliyini öz üzərinə götürmüşdür. İcarə obyektinə qaz xətti çəkilərkən AR FHN Sənayedə X1 və X3 Agentliyi tərəfindən layihə sənədlərinə müsbət ekspertiza rəyi verilərək xx.xx.2016-cı il tarixində icarə obyektində qaz təsərrüfatının quraşdırılmasına icazə verilmişdir. İddiaçı tərəfindən qaz sayğacının alınması, quraşdırılması və fəaliyyətinin yoxlanılması məqsədi ilə SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə xx.xx.2016-cı il tarixli, 80QS saylı müqavilə imzalanmış, müqavilə üzrə qaz sayğacının alğı-satqısı yolu ilə istehlakçının mülkiyyətinə keçirilməsi, onun quraşdırılması və yoxlanılması üçün 1.090,46 AZN pul ödənilmişdir. Həmçinin icarə obyekti üçün qaz sayğacları quraşdırıldıqdan sonra onun inventarizasiyası həyata keçirilmiş və Sumqayıt Qaz İstismar Şöbəsi tərəfindən xx. xx.2016-cı il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar Aktı” tərtib edilmişdir. İcarə obyektinə qaz kəmərlərinin çəkilməsi prosesi başa çatdıqdan sonra iddiaçının səyləri nəticəsində “Azəriqaz” İB-nə sözügedən icarə obyektinə təbii qazın verilişi ilə bağlı müraciət edilmiş və müsbət rəy əldə edilmiş, xx.xx.2016-cı il tarixində “Azəriqaz” İstehsalat Birliyi ilə qazın alğı-satqısına dair müqavilə bağlanmış, bu sayədə icarə obyektinə qazın verilişinə nail olunmuşdur. Bütün bunlarla yanaşı iddiaçı qeyri-işlək vəziyyətdə olan elektrik xətlərinin yenilənməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin müraciət əsasında və iddiaçının hesabına icarə obyekti xx.xx.2016-cı il tarixdən etibarən yeni elektrik xətləri ilə təmin olunmuşdur. Elektrik xətlərinin yenilənmə tarixi və yenilən mədən sonra aylıq elektrik sərfiyyatı "xxxx" ASC tərəfindən verilmiş 108150 saylı “Uçot haqqında” çıxarışda öz əksini tapmışdır. Yəni, mövcud sübutlar da təsdiq edir ki, 2011-2016-cı illər aralığında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan mülkiyyət üzərində əsaslı dəyişikliklər aparılmışdır. Hətta yuxarıda qeyd olunan xx.xx.2016-cı il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar Aktı”nda qaz təsərrüfatının varlığı ilə bağlı “yeni qazlaşdırma” ifadəsindən istifadə edilmişdir. Yəni, daha öncə cavabdeh tərəfindən belə bir təşəbbüs edilməmişdir. Sözsüz ki, qeyd olunan dəyişikliklər külli miqdarda maddi xərc tələb edir və bütün vəsaitlər iddiaçının hesabına ödənilmişdir. Həmçinin “Azəriqaz” İB tərəfindən təqdim edilmiş Abonentin saldosu da təsdiq edir ki, qaz sayğacı xx. xx.2016-cı ildə ilk dəfə istismara verilmiş, cavabdeh daha öncə icarə obyektinə qaz xətti çəkdirməmiş və sayğac qoymamış, bütün bu proseslər məhz iddiaçının səyləri və maliyyə vəsaiti hesabına başa gəlmişdir. Doğrudur, bağlanılan müqavilələr cavabdehin adına bağlanılmışdır, çünki obyekt cavabdehin mülkiyyətindədir. Lakin aparılan şifahi danışıqlar, çəkilən xərclərın hamsı məhz iddiaçı tərəfindən edilmişdir. Ödəniş qəbzləri də hələ iddia ərizəsi verildiyi zaman qoşmaya əlavə olunmuş, birinci instansiya məhkəməsi üzrə aparılan məhkəmə iclaslarında da bu hal kifayət qədər işıqlandırılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı görməzdən gəlmiş, yalnız ekspert rəyində qeyd olunan, iddiaçı tərəfindən çəkilən xərcin beşdə biri qədər belə olmayan məbləği təmin etmişdir. Qeyd olunmalı dır ki, cavabdeh iddiaçının çəkdiyi xərclər hesabına normal vəziyyətə gətirilən obyektindən hər ay külli miqdarda gəlir əldə etməkdədir. Halbuki istifadəyə yararlı, təmirli obyektin təmir xərcləri mülkiyyətçinin deyil, keçmiş icarədarın hesabına ödənilmişdir. Belə olan halda, yuxarıda qeyd olunan maddədə olduğu kimi, iddiaçının icarə obyektinə çəkdiyi maddi xərclər icarədar tərəfindən tam məbləğdə ödənilməlidir. Buna baxmayaraq, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində qeyd olunmuşdur ki, “mübahisəli qeyri-yaşayış obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasportda qeyd olunan “A” literli, “B” literli və “C” literli tikililərin texniki pasportda qeyd olunan ölçülərə və parametrlərə uyğun olaraq faktiki yerində mövcud olduğu, “E” literli tikilinin və “D” literli tikilinin bir hissəsinin söküldüyü müəyyən edilir. Eyni zamanda istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan, “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin və istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın faktiki vəziyyətdə mövcud olduğu müəyyən edilir. Texniki pasportda qeyd olunmayan “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtəbəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat nin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin istehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14.752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3.426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd met al darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli qeyriyaşayış sahəsinin təmir-tikinti işlərinə 18.878 manat (14.752+3.426+700) pul xərclənmişdir.” Qeyd olunmalıdır ki, sözügedən obyektin təmir dəyəri ekspert rəyində göründüyündən qat-qat artıq məbləğdə olmuşdur. İş üzrə sübutlara əlavə olunan ödəniş qəbzləri də buna əyani sübutdur. Ekspertiza Mərkəzinin belə bir nəticəyə gəlməsi də əslində cavabdehin mənafelərinə xidmət etdiyini açıq-aşkar göstərir. İddiaçı nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı ekspert rəyi ilə razı olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş müqaviləl ər və ödəniş qəbzləri çəkilən xərclərin miqdarını tam şəkildə göstərir. Həmin sənədlər iş üzrə mötəbər sübutdur və məhkəmə tərəfindən çıxarılan yekun nəticə zamanı mütləq qaydada nəzərə alınmalıdır. Sadəcə ekspert rəyində qeyd olunan məbləğlə bir obyekt üzərində əsaslı təmir aparıldığını, onun qaz, işıqla təmin olunduğunu qeyd etmək gülünc haldır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sözügedən mübahisədə cavabdehin iddiaçını n əmlakı hesabına rahat şəkildə gəlir əldə etdiyi aşkardır. Belə ki, iddiaçıya ilk icarəyə verildiyi zaman bərbad halda olan obyekt iddiaçının pul vəsaiti hesabına istifadəyə yararlı hala gətirilmiş, qarşılığında isə nə təmir xərcləri iddiaçıya geri ödənmiş, nə şəxs çəkdiyi xərc həddində icarə haqqından azad olunmuşdur. Belə ki, obyektdən istifadə etdiyi son günədək hesablanan bütün icarə haqları iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilmişdir. Tərəflər arasında icarə münasibətlərinə son verildikdən sonra isə başqasının hesabına təmir olunmuş əmlakdan cavabdeh rahat şəkildə gəlir əldə etmişdir. Nəticə etibarilə cavabdeh başqasının hesabına bu günədək əsassız gəlir əldə etmişdir. Bu halda təbii ki, AR Mülki Məcəlləsinin 1092.3-cü maddəsi deyir ki, əsassız varlanmış şəxs məhrum olana ə ldə etdiklərindən götürülən faydanı, kompensasiya olaraq əldə ediləni, bu mümkün olmadıqda isə onun əvəzini qaytarmalıdır. Məhkəmə isə bu hala ümumiyyətlə toxunmamış, Cavabdeh sözügedən əmlak üzərindən iddiaçının hesabına əsassız varlandığını, bu səbəbdən çəkilən külli miqdarda maddi xərcin (hansı ki bu illər ərzində onun hesabına gəlir əldə edir) əvəzini iddiaçıya geri ödəməli olduğunu nəzərə almamışdır.

31. İddiaçı həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən sözügedən mübahisə üzrə ekspert rəyi sübut kimi qiymətləndirilsə də, iş materiallarında olan, iddiaçının çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədlərinə hüquqi qiymət verilməmişdir. İddiaçının sözügedən obyektə dair çəkdiyi xərclər ekspert rəyinin müəyyən etdiyi məbləğin 5 mislindən də çoxdu r, çünki obyekt üzərində əsaslı dəyişikliklər aparılması üçün rəydə qeyd olunan məbləğ kifayət edə bilməz. Ekspert rəyi nəzərə alınmalı olsa belə, bu iddiaçının çəkdiyi xərcləri istisna edə bilməz, çünki ortada çəkilən xərcləri təsdiq edən ödəniş sənədləri vardır və iş materiallarına da əlavə olunmuşdur. Həmçinin sözügedən sənədlər məhz iddiaçının mübahisəli obyektdən istifadə etdiyi dövrə aiddir. Sumqayıt Apellyasiya Məhkəməsi isə 2(105)-864/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədə bu hala ümumiyyətlə toxunmamış, sadəcə ekspert rəyini işıqlandırmışdır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi üçün əsasdır. Aşağıda qeyd olunan əsaslardan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-864/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməlidir:

1. İş materiallarında olan mötəbər sübutlara tam qiymət verilməmişdir;

2. Apellyasiya baxışı hədlərində deyil, sadəcə kiçik bir hissədə işə baxılmış, mübahisənin böyük hissəsinə toxunulmamışdır;

3. Təmin olunmayan hissənin nə üçün təmin olunmadığı tam şəkildə əsaslandırılmamışdır.

32. Cavabdeh (vəkil Nümayəndə2) verdiyi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı mövqeyi səh vdir. Mülki işdə olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 nömrəli, 26 dekbr 2019-cu il tarixli qətnaməsindən də görünür ki, hazırkı iş üzrə cavabdehin 102 xidmətinə şikayəti əsasında aparılmış apaşdırmanın nəticəsinə dair xx.xx.2018-ci il tarixli qərarda hazırkı üş üzrə İddiaçı izahatında icarayə götürdüyü sexdə metal əritmə işləri ilə məşğul oldugunu, müvafiq orqanlar tərəfindən xx.xx.2018-ci il tarixdə həmin sex dağıdılaraq yararsız hala gətirilmişdir. Yəni, cavabdeh mübahisəli obyekti icarəyə verir, həmin obyektdə İddiaçı metal əritmək üçün özü üçün etdiyi yaxşılaşdırmaların cavabdehin mənafeyi ilə heç bir əlaqəsi olmamış, sonradan xeyli hissəsi dağıdılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq belə nəticəyə gəlmişdir ki, mübahis əli qeyriyaşayış sahəsinə dair müqavilə iddiaçı və cavabdeh arasında 2014-cü ildə baglanmış, 2016-cı ildə müqavilədə dəyişiklik edilmiş, iddiaçı "xxxx" MMC ilə əvəz edilmiş, mübahisəli obyekt ilk əvvəl iddiaçı tərəfindən icarayə götürülmüş və iddiaçı tərəfindən 2014-2018-ci illərdə aparılmış əsaslı təmir işlərinin xərci tələb edilir, təmir işləri 2014-cü ildən aparıldığından təmirə çəkilən xərc iddiaçı tərəfindən ödənilməlidir. Halbuki, hər iki instansiya məhkəməsində mübahisəli obyektə təmir işlərinin 2016-cı ildən başladığı hər iki tərəfin izahatlarında öz əksini tapmış və mülki işin materiallarına əlavə edilmiş sənədlər də bunu sübut edir. Belə ki, AR FHN Sənayedə X1 və Dağ Mədən X4, SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə cavabdeh arasında yazışmalar, tikintinin aparılm ası ilə əlaqədar iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahat işlərin 2016-cı ildən aparıldığını bir daha sübut edir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı oglu və "xxxx" MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat, istifadə edilmiş qaza görə 17.157 manat, istifadə edilmiş işıga görə 1.253 manat, cəmi 45.315 manat məblgində pul cavabdehin xeyirinə tutulmudur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-473 4/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia İddiaçı aid hissədə rədd edilmişdir. AR Ali Məhkəməsinin MK-nın 2(102)-1280 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3841/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Ona görə, hazırkı iş üzrə cavabdehlə mübahisəli qeyri-yaşayış sahəsinin icarayə verilməsi ilə bağlı müqavilə münasibətlərinin "xxxx" MMC arasında yaranması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Qeyd olunan qərara görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikincə və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazıl ı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması x ərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

39. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düş ür.

40. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

41. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

42. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

43. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

44. Mad də 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

45. Maddə 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.

46. Maddə 1089.1. İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.

47. Maddə 1089.3. Əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

48. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

49. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkə mə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

57. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

58. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf e tməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsi aktı tam, iddiaçı tərəfindən isə iddianın təmin edilməyən hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

70. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən iddianın təmin edilməsi hissəsində Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

71. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldıqdan sonra kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilməlidir.

72. Hazırki iddia tələbindən görünür ki, iddiaçı cavabdehin mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 411,1 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinə dair xx.xx.2014-cü il tarixdə cavabdehlə icarə müqaviləsi bağlamasını, həmin müqavilənin qüvvədə olma müddəti bitməməsinə baxmayaraq, tərəflər arasında xx.xx.2016-cı il tarixli eyni predmetli, 5 illik müddətə yeni icarə müqaviləsi bağlanmasını, sözügedən icarə obyektindən uzun müddət istifadə edərək gəlir əldə edəcəyini düşünərək icarə obyektində təmir-tikinti və abadlaşdırma işləri aparmasını, bu məqsədlə obyektə 110.000 manatdan çox məbləğdə pul vəsaiti xərcləyərək istehsalat sexi üçün lazimi infrastruktur qurulmasını, o cümlədən tikinti işlərinin aparılması üçün istehsal binasına 52.957 manat, talvar tikintisinə 6.737 manat, hasar tikintisi üçün isə 10.353 manat, sənaye qazının obyektə çə kilməsi, elektirik şəbəkəsinin yenilənməsi və digər rəsmi və ya qeyri-rəsmi xərcləmələr üçün isə təxminən 40.000 manatdan artıq məbləğdə pul xərclədiyini, cavabdeh tərəfindən obyekti istifadə və digər hərəkətləri etməyi ona etibar etməsi barədə xx.xx.2011-ci il tarixdə 5 illik müddətə verilmiş etibarnaməyə əsasən tapşırığın icrası məqsədi ilə əsaslı təmir işləri aparılması nəticəsində istehsalat sexinin vəziyyətinin tamamilə yaxşılaşdırılmasını və dəyərinin dəfələrlə artmasını qeyd edərək, iddia ərizəsində onun tərəfindən ünvan 4 ünvanındaki icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş xərclərə nisbətdə həmin obyekt üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması və ya obyektə çəkilmiş xərclərə görə 120.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

73. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı tətbiq etdiyi hüquqi əsaslandırması ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına tam uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması barədə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış obyektinə dair müqavilə 2014-cü ildə iddiaçı və cavabdeh arasında bağlanmış, 2016-cı ildə müvqavilədə dəyişiklik edilmiş, iddiaçı "xxxx" MMC ilə əvəz edilmiş, bununla da müəyyən edilmişdir ki, mübahi səli obyekt ilk əvvəl iddiaçı tərəfindən icarəyə götürülmüş və iddiaçı tərəfindən 2014-2018-ci illərdə aparılmış əsaslı təmir işlərinin xərci tələb edilir. Obyektdə əsaslı təmir işləri 2014-cü ildən aparıldığından təmirə çəkilən xərc də iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda da iddiaçının qeyriyaşayış obyektinə çəkdiyi xərcləri cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin təmir-tikinti işlərinə 18.878 manat (14.752+3.426+700 pul xərclənməsi barədə nəticəyə gələrək, həmin hissədə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 10/4533 saylı rəyinə əsaslanmışdır.

74. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi hissəsində tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qeyd olunan hissədə qanuni və əsaslı sayıla bilməz.

75. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisi ya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

76. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq no rmasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konst itusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

78. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

79. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

80. İddiaçı konkret tələblə məhkəməyə o halda müraciət edə bilər ki, bu onun qanunla qorunan hüquq və azadlıqlarını pozmuş olsun, yaxud maraqlarına toxunsun.

81. Mülki məhkəmə icraatının prin sipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

82. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

83. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə topla nmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

84. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

85. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edil mədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

86. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, əmlak kompleksinin icarəyə verilməsi barədə xx.xx.2014-cü il tarixli icarə müqaviləsi iddiaçı və cavabdeh arasında bağlansa da, daha sonra müqavilədə dəyişiklik edilərək xx.xx.2016-cı il tarixdə cavabdehlə icarəçi "xxxx" MMC adından təsisçisi İddiaçı arasında icarə müqaviləsi bağlanmışdır.

87. Həmçinin işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş münasibətlərlə bağlı işdə olan məhkəmə aktına - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 nömrəli, 26 de kabr 2019-cu il tarixli qətnaməsinə əsasən, - İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 45.315 manat 49 qəpik nəbləğində pulun hazırkı iş üzrə cvabdehin xeyrinə tutulması təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi İddiaçı aid hissədə rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1280/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış, məhkəmə aktları qanuni qüvvəsini almışdır. Qeyd olunan mülki işlərdə həm apellyasiya, həm də kassasiya instansiya məhkəmələri belə bir nəticəyə gəlmişlər ki, icarə münasibətləri hazırkı iş üzrə cavabdehlə "xxxx" MMC arasında yaranmışdır.

88. Birinci instansiya məhkəməsi b ir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübut edilməməsi barədə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlə mübahisəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə münasibətlərinin "xxxx" MMC arasında yaranması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə çıxış etməkdə subyektiv hüquqa malik deyildir. Hazırkı iddia tələbi ilə məhz "xxxx" MMC çıxış edə bilərdi.

89. Apellyasiya instansiya məhkəməsi isə iddiaçı tərəfindən iddia tələbində istehsalat sahəsində (əmlak kompleksində) işlərin hansı tarixlərdə görülməs ini və konkret olaraq hansı işə görə, nə vaxt və nə qədər vəsait xərcləməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsinə əhəmiyyət vermədən, mübahisəli obyektin ilk əvvəl 2014-cü ildə iddiaçı tərəfindən icarəyə götürülməsini, 2016-cı ildə müvqavilədə dəyişiklik edilərək iddiaçının "xxxx" MMC ilə əvəz edilməsini qeyd edərək, hər hansı sübuta əsaslanmadan iddiaçı tərəfindən 2014-2018-ci illərdə aparılmış əsaslı təmir işlərinin xərcinin tələb edilməsi, habelə obyektdə əsaslı təmir işlərinin 2014-cü ildən aparıldığını nəzərə almış və təmirə çəkilən xərcin də iddiaçı tərəfindən ödənilməli olduğu barədə əsassız nəticəyə gəlmişdir.

90. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi qətnamədə mübahisəli obyektin ilk əvvəl 2014-cü ildə iddiaçı tərəfindən icarəyə götürülməsini, 2016-cı ildə müvqavilədə dəyişiklik edilərək iddiaçının "xxxx" MMC ilə əvəz edilməsini, həmçinin iddiaçı tərəfindən 2014-2018-ci illərdə aparılmış əsaslı təmir işlərinin xərcinin tələb edilməsini qeyd etməsinə baxmayaraq, bu xərclərin cavabdehlə "xxxx" MMC arasında icarə müqaviləsinin yeni əsaslarla bağlandığı xx.xx.2016-cı il tarixə kimi, yaxud həmin tarixdən sonraya aid olmasını dəqiq müəyyən etmədiyi halda, iddiaçının hazırki iş üzrə iddia tələbi ilə çıxış etməkdə subyektiv hüquqa malik olmaması nəticəsinə gələrkən, həmin məsələyə düzgün hüquqi qiymət verməmişdir.

91. O da qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş münasibətlərlə bağlı işdə olan, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən (Bakı şəhəri Binəqədi Rayon Məh kəməsinin 2(001)-4734/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1280/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı) həmçinin müəyyən edilir ki, "xxxx" MMC-nin 19 sentyabr 2019-cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəyinə əsasən, “... əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, konstruksiyası, aşınması və digər xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 3nında yerləşən istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportunda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexini n zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların bərpa edilməsi üçün tələb olunan vəsait 19 sentyabr 2019-cü il tarixinə 16.905 manat təşkil edir”. Cavabdeh (hazırki iş üzrə iddiaçı) həmin məbləğin ondan tələb edilməsi ilə razılaşmasa da və əmlaka ziyanın onun tərəfindən deyil, dövlət qurumu tərəfindən yetirildiyini göstərsə də, dəlillərini əsaslandıra biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən həmçinin müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC icarə müqaviləsinin şərtlərindən kənara çıxaraq, iddiaçının mülkiyyətində olan icarə obyektində qanunsuz tikinti işləri aparmış və icarə obyektinin texniki vəziyyətinə ziyan vurmuşdur. Belə olan halda vurulmuş ziyanın aradan qaldırılması üçün tələb olunan 16.905 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməlidir. Məhz qeyd olunan ekspert rəyi və Cavabdeh təqdim etdiyi sübutlar əsas götürülməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3841/2020 nömrəli, 26 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat məbləğində pul Cavabdeh xeyrinə tutulmuşdur.

92. Eyni zamanda hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4533 saylı ekspert rəyində göstərilmişdir ki, “... istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan “C” literli tikiliyə bitişik inşa edilən 6 metr enində 10 metr uzunluğunda bir mərtə bəli mişar daşından inşa edilmiş tikilinin (inzibati bina), “A” literli istehsalat sexinin arxa hissəsində dəmir konstruksiyalardan inşa edilmiş 18 metr uzunluğunda 4,5 metr enində tikilinin (anbar), həmin tikiliyə (anbar) bitişik hasarın üzərində quraşdırılmış dəmir təbəqənin isehsal sexinin yola tərəf olan hissəsində 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarın tikintisinə orta bazar qiymətlərinə uyğun olaraq təqribən 14.752 manat vəsait sərf olunduğu müəyyən edilir. Həmin istehsal sexinin 42,7 metr uzunluğunda 3 metr hündürlükdə hasarında aparılmış fasad (aqlay) işlərinin görülməsinin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3.426 manat məbləğində olunduğu müəyyən edilir. İstehsal sexinin girişində yerləşən bir ədəd metal darvazanın köhnəlmə dərəcəsi nəzərə alınmaqla möv cud bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 700 manat təşkil etdiyi müəyyən edilir.”

93. Yuxarıda qeyd olunan 19 sentyabr 2019-cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəylindən və qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən edildiyi kimi, “istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportunda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların” bərpa edilməsi üçün tələb olunan 16.905 manat vəsait - qanunsuz tikinti işləri aparması və icarə obyektinin texniki vəziyyətinə ziyan vurmasının əvəzi kimi qiymətləndirilmiş və həmin vəsaitin hazırki iş üzrə İddiaçı təsisçisi olduğu "xxxx" MMC-dən tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Hazırda baxılan iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən isə 26 oktyabr 2022ci il tarixli, 10/4533 saylı ekspert rəyində göstərilmiş “istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan” tikililərə çəkilmiş 18.878 manat xərc - iddiaçıya ödənilməli vəsait kimi qiymətləndirilərək, həmin pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

94. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim edilmiş hər hansı sübuta deyil, yalnız çəkilmiş xərclərin dəyərini müəyyən etmiş 26 oktyabr 2022-ci il tarixli, 10/4533 saylı ekspert rəyinə əsaslanmış, bununla belə iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları, qeyd olunan məhkəmə aktlarının qəbul olunduğu mülki işin materiallarını tələb edərək öyrənib qarşılıqlı şəkildə yoxlamadan, hər iki iş üzrə keçirilmiş ekspertizalar nətiəsində müəyyən edilmiş məbləglərin “istehsal sexinin ərazisində texniki pasportda əks olunmayan” eyni tikililərə aid olub-olmamasını, həmin tikililərin qanuni qüvvəsini almış məhkəmə aktları ilə qanunsuz aparılması nəticəsində icarə obyektinin texniki vəziyyətinə ziyan vurması müəyyən edilmiş tikililər olub-olmamasını, zəruri biliyə ehtiyac olduğu halda ekspertiza təyin etməklə aydınlaşdırmamışdır. 95. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburi liyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

96. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki hallar ın təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

97. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi əmlak kirayə müqaviləsinə (Mülki Məcəllənin 33-cü fəsli) və özgə işlərini tapşırıqsız aparma ilə (Mülki Məcəllənin 33-cü fəsli) bağlı normalara istinad etsə də, cavabdeh tərəfindən iddiaçıya verilmiş 12 may 2016-cı il tarixli etibarnamədə istehsalat sexini istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi iddiaçıya etibar etməsi istisna olmaqla başqa konkret tapşırıqların verilməməsinə, iddiaçı tər əfindən istehsal sexinin ərazisində aparılmış təmirtikinti işlərinin cavabdehin tapşırığı əsasında aparılmamasına, həmçinin cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə işlərin tapşırıqsız aparılmasını sonradan bəyənmədiyini nümayiş etdirməsinə düzgün hüquqi qiymət verməmişdir.

98. Bundan başqa məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, 30 may 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı Asif oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi izahatında qeyd olunan fikirləri (məhkəmə iclas protokolu. 2-ci cild i.v. 53-54), apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamədə Cavabdeh nümayəndə və vəkili Vəkil2 izahatında qeyd olunmuş fikirləri kimi əks etdililmiş, o cümlədən cavabdehin nümayəndə və vəki li Vəkil2, “iddianı MMC qaldırsa 15.000 manat ödəməyə etiraz etməyəcəyi barədə” fikiri qətnamədə əks olunmuşdur ki, məhkəmə iclas protokollarında Vəkil2 apellyasiya məhkəməsinin iclaslarında belə bir fikir söyləməsi müəyyən edilmir. Odur ki, həmin izahatqa qeyd olunan fikirlər cavabdehin işlərin tapşırıqsız aparılmasını sonradan bəyənməsini təsdiq edən fikirlər kimi qəbul edilə bilməz.

99. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib düzgün yoxlamamış, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə nəticəyə gəlmişdir.

100. Azərbayc an Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

101. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.

102. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymə tləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

103. Bu baxımdan kassasiya i nstansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 104. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq iş ə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

105. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

106. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

107. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

108. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərar ında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

109. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktların da işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

110. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək cavabdehdən 18.878 manat pulun tutularaq iddiaçıya verilməsi hissəsində düzgün olmayan nəticəyə gəlsə də, iddia tələbini qalan hissələrdə təmin etməməkdə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır. Bu səbəbdən də iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin iddia tələbinin tam təmin edilməsi ba rədə dəlilləri əsassızdır.

111. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti isə təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

112. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edil ən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-864/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar