Məhkəmə qərarları › İş №2(105)-524/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-524/2022

15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-524/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3 və ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən isə Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.(hakim S.M.Quliyeva) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın ona dair hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci tarixli, 2(105)- 1113/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)- 2659/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh "Fuad LTD” MMC-yə qarşı mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" LTD MMC arasında bağlanmış 04 sentyabr 2008-ci il tarixli müqaviləyə əsasən iddiaçı 129.168 manat pul ödəməklə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən binanın təhvil verilmə müddəti 2009-cu il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 19.250 manat ödəməklə iddiaçı ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 saylı mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 29.750 manat ödəməklə iddiaçı ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 saylı mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqaviləyə əsasən 29.750 manat ödəməklə iddiaçı ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-cü blokunun 4-cü mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 saylı mənzili əldə etmişdir. Müqavilənin 7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2011-ci il qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11- ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcmini artıraraq ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11- ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3, ünvan 1ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən Cavabdeh2 çıxarılması və ona təhvil verilməsi, həmçinin hər bir cavabdehdən xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 manat pulun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı bundan sonra iddia tələbini dəqiqləşdirərək, cavabdehlər "xxxx" ilə 11.08.2008-ci il tarixdə Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev keçəsi , 1 ünvanda yerləşən 50 kv.metr sahəsi olan 19 saylı mənzilin tikintisinə dair müqavilənin, 16.09.2007-ci il tarixində "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 3 ünvanında 82 kv.metr sahəsi olan 192 saylı mənzilin tikintisinə dair müqavilənin, 16 may 2008-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında 87 kv.metr sahəsi olan 194 saylı mənzilin tikintisinə dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Barəsində şikayət verilən məhkəmə aktında iddianın təmin edilməsi belə əsaslandırılmışdır ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməlidir. Barəsində şikayət verilən məhkəmə aktının 6-cı səhifəsinin 3-cü abzasında “lakin qətnamənin nəticə hissəsində "xxxx" MMC ilə 11.08.2008-ci il tarixdə aralarında ünvan 4 ünvanda yerləşən, 50 kvadrat metr olan otaqlı 19 saylı mənzilin tikintisinə dair müqavilənin etibarsızlığına dair heç bir yekun qərar yoxdur. Bundan başqa məhkəmə iddianı təmin edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə Cavabdeh1 dəymiş ziyanın ödənilməsinə dair hissəni sübutlar baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, həmin hökmə görə "xxxx" MMC cinayət məsuliyyətinə cəlb edilmiş, məhkum edilmiş rəhbər vəzifəli şəxsləri tərəfindən Cavabdeh1 ödəməli olduqları pul ödənilməmişdir. "xxxx" MMC-nin hüquqi varisinin Cavabdeh4 MMC olduğu barəsində şikayət verilən məhkəmə aktında da göstərilmişdir. Cavabdeh4 MMC qanunla müəyyən edilmiş qaydada fəaliyyətinə icazə verilmiş sahibkarlıq subyektidir. "xxxx" MMC-nin hüquqi varisi olan “Abşeron LTD-tarixli hökmü ilə Cavabdeh1 dəymiş ziyanın ödənilməməsi, əksinə Cavabdeh1 əlavə pul ödəyərək faktiki mülkiyyətində olan mənzilə görə «Abşeron LTD2013” MMC-yə pul ödəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur. Məhkəmə nəzərə almalı idi ki, «Abşeron LTD-2013” MMC ilə aralarında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hazırda da qüvvədədir, mübahisəli mənzil həmin müqaviləyə uyğun olaraq Cavabdeh1 mülkiyyətindədir, həmin müqavilə mübahisə predmeti olmamışdır. Qətnamədən göründüyü kimi iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 14 dekabr 2009-cü il tarixdə, Cavabdeh1la isə 11.08.2008-ci il tarixdə bağlanmışdır. Yəni iddiaçı müqavilə ilə tikilib Cavabdeh1 mülkiyyətinə verilməli olan mənzilə həmin müqavilə qüvvədə ola-ola müqavilə bağlanmışdır ki, bu da iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 14 dekabr 2009-cu il tarixli müqavilənin etibarsızlığı kimi qiymətləndirilməlidir. Qəbul edilmiş qətnamə Cavabdeh1 mülkiyyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)- 2659/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddianın Cavabdeh1 dair hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh4 MMC-nin vəkili Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirak etdikləri məhkəmə iclaslarında işlə tanış olmamaları səbəbilə izahat verməyərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, səbəblərini bildirmədən sonuncu məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 rəsmi qeydiyyatda olan ünvana göndərilmiş məhkəmə bildirişləri “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək, eləcə də apellyasiya şikayəti vermiş şəxsin məhkəmə iclaslarında iştirakını nəzərə alaraq, məhkəmə kollegiyası işə göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 16 may 2008-ci il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi Cavabdeh3 arasında, kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 194 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür.Mənzilin ümumilikdə dəyəri 34.800 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 16 may 2008-ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. Yenə iş materiallarında olan 11 avqust 2009-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi Cavabdeh1 arasında, kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 50 kv.m olan 19 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 10.000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 11 avqust 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. Yenə də iş materiallarında olan 16 sentyabr 2007-ci il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi Cavabdeh2 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 6 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 82 kv.m olan 192 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 28.372 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 16 sentyabr 2007-ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş 14 dekabr 2009-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı arasında, kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 55 kv.m olan 19 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 19250 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. Yenə iş materiallarına əlavə edilomiş 14 dekabr 2009-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı arasında, kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 85 kv.m olan 194 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 29750 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. İş materiallarında olan 14 dekabr 2009-cu il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı arasında, kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 85 kv.m olan 192 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumilikdə dəyəri 29750 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2cbəndindən və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. Yenə iş materiallarında olan 04 sentyabr 2008-ci il tarixdə icraçı kimi "xxxx" MMC ilə payçı kimi İddiaçı arasında, "xxxx" MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilənin surətindən görünür ki, icraçı ünvan 7 ünvanında tikilən 2-ci blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini payçıya verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumilikdə dəyəri 129168 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 2-ci bəndindən və 04 sentyabr 2008- ci il tarixli maliyyə arayışından görünür ki, payçı tərəfindən icraçıya qeyd olunan məbləğ tam ödənilmişdir. Yenə də iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüiarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 7800 manat, Cavabdeh3, Cavabdeh2 xeyrinə 28372 manat pulun təqsirləndirilən şəxsdən şəxsdən tutulması müəyyən edilmişdir. İşə əlavə edilmiş Sumqayt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)- 63/206 saylı, 08 noyabr 2016-cı il tarixli qərarından məlum our ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ləğv edilmiş, X2 Azərbaycan Resublikası CMnin178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə oan cinayət təqibinə təqsirlənirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci madəsinə əsasən xitam verilmişdir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 8 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4- cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzili, ünvan 9 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, ünvan 10 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 12ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsini ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması qət olunmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Hazırki iş üzrə qətnamədən işdə iştirak edən şəxslərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti verdyindən, eləcə də iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını və iş üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə yalnız mübahisələndirilən hissədə və hədlərdə apelyasiya baxışının predmetidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 saylı, 28.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 194 №-li mənzilə dair 16 may 2008-ci il tarixdə MMC ilə Cavabdeh3 arasında, ümumi sahəsi 50 kv.m olan 19 №-li mənzilə dair 11 avqust 2009-cu il tarixdə MMC ilə Cavabdeh1 arasında, ümumi sahəsi 82 kv.m olan 192 №-li mənzilə dair 16 sentyabr 2007-ci il tarixdə MMC ilə Cavabdeh2 arasında kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Eləcə də, müəyyən olundu ki, həmin mənzillərə dair "xxxx" MMC ilə İddiaçı arasında da 14.12.2009-cu ildə anoloji müqavilələr bağlanmışdır. Məhkəmə araşdırması zamanı o fakt da müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 8 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4- cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzili, ünvan 9 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, ünvan 10 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsini ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsi qoyulmuş, qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. Həmçinin o hal da müəyyən olundu ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüiarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 7800 manat, Cavabdeh3, Cavabdeh2 xeyrinə 28372 manat pulun təqsirləndirilən şəxsdən şəxsdən tutulması müəyyən edilmişdir. Sumqayt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-63/206 saylı, 08 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ləğv edilmiş, X2 Azərbaycan Resublikası CMnin178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirlənirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci madəsinə əsasən xitam verilmişdir. Beləliklə də, mövcud məhkəmə qərarları ilə bir tərəfdən İddiaçı mübahisəli mənzilə olan hüququ təsdiq edilmiş, digər tərəfdən Cavabdeh1la mübahisəli mənzilə dair müqavilə bağlanarkən aldadıldığı müəyyən edilmişdir. Cavabdeh1 qeyd edilən cinayət işi üzrə ifadəsində aldadıldığını, ev satmaq adı ilə ondan pul alındığı və müqavilə verildiyini göstərmiş, zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışdır. Daha öncə qeyd olunduğu kimi Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmiş və həmin qətnamə icra edilmişdir. Həmin qətnamə qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda Cavabdeh1 tərəfindən həmin mənzildən istifadə üçün heç bir hüquqi əsas yoxdur. Əksinə, onun həmin mənzili boşaltmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçilik, mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər. Belə ki, AR MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qeyd edilən mənzilə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzilə dair onun sahiblik və istifadə hüququ məlum alğı-satqı müqaviləsi bağlandığı andan yaranmış, bu hal cavabdehlərdən fərqli olaraq daha öncə istinad olunan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Başqa sözlə, qeyd edilən yaşayış sahəsinə dair hüquqların qeydiyyatı üçün hüquqi maneə də yoxdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.3 və 8.0.4-ci maddələrinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də alqı-satqı müqavilələri və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Başqa sözlə, iddiaçı həmin mənzilə dair “qanuni gözlənti” hüququ olan şəxsdir. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyаsının 02 iyun 2009-cu il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir” 15 yаnvаr 2010-cu il tаrixli Qərаrındа məsələyə аşаğıdаkı kimi hüquqi mövqe nümаyiş etdirilmişdir: «Sаhiblik və istifаdə hüquqlаrını həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnının mövcud olmаsı əmlаk sаhibinin hüquqlаrının dа mülkiyyətçinin hüquqlаrı ilə bərаbər həddə müdаfiə olunmаsı zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi Önəryıldız Türkiyəyə qаrşı iş üzrə 30 noyаbr 2004-cü il tаrixli qərаrındа göstərmişdir ki, 1 sаylı Protokolun 1-ci mаddəsinin 1-ci hissəsində “mülkiyyət” аnlаyışı fiziki mаllаr üzərində mülkiyyətlə məhdudlаşmаyаn müstəqil mənаyа mаlikdir və dаxili qаnunvericilikdəki formаl təsnifаtdаn аsılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin hаllаrı ilə həmin mаddə əsаsındа müdаfiə olunаn əhəmiyyətli mənаfelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibаrətdir. Müvаfiq olаrаq, bu müddəаnın məqsədləri üçün fiziki mаllаrlа yаnаşı, əmlаkı təşkil edən bəzi digər hüquqlаr və mаrаqlаr dа “əmlаk hüquqlаrı” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” аnlаyışı “mövcud mülkiyyətlə” məhdudlаşmır və ərizəçinin mаrаqlаrını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyаtа keçirilməsinin əldə olunmаsınа ən аzı əsаslı və “qаnuni gözləntiyə” mаlik olduğunа dаir tələblərini də əhаtə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Başqa sözlə, iddiaçının sahibliyinə və istifadəsinə, daha öncə istinad olunan Qanunla isə mülkiyyətinə verilmiş, hazırda mübahisə predmetinə çevrilmiş yaşayış sahəsinə dair hüquqları qanunla qorunur. Daha öncə istinad olunan maddi hüquq normalarına əsasən həmin mənzil cavabdeh Anar Qsımov tərəfindən aidiyyəti üzrə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə ümumən düzgün hüquqi nəticəyə gəlmiş, qətnamənin mübahisələndirilən hissədə ləğvinə səbəb ola biləcək pozuntulara yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki şikayət üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar