Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-527/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi üzrə (Açar sözlər: borcun silinməsi, dəymiş zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(074)-860/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Təbii X4nın pozulması haqqında 31 may 2022-ci il tarixli ******* saylı akta əsasən Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilərkən sayğacdan kənar xətt ilə qazdan qanunsuz istifadə halı aşkarlanmış və kənar xətt ləğv edilmişdir. Cavabdeh İB-nin “Dəymiş ziyanın bərpasına dair 31 may 2022-ci il tarixli tələbnamə”sinə əsasən Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan İddiaçı yaşayış evinə evində qaz işlədicilərindən 1 saat PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3 saat, orta günluk ış rejimi 24 saat və hesabat müddəti 90 gün, 1 ədəd axımlı su qızdırıcı maksimal saatlıq qaz sərfi 2.25 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 80 gün, 1 ədəd iran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük ış rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. Abonent İddiaçı adına olan saldoya əsasən Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış Zenner G-4T tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il may ayı üçün 1127,52 manat debitor borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh İB-nə qarşı hesablanmış cərimənin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X6 X11 İdarəsinin ******* saylı aktına əsasən ona qanunsuz hesablanmış 1127,52 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Qıyas oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1127.52 manat məbləğində dəymiş ziyanın, debitor borcun, 31.28 manat dövlət rüsumunun, ümumilikdə isə 1158.80 manat pulun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-975/2022 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı təbii X4 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(074)-975/2022 nömrəli işin, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair 2(074)-860/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şamaxı rayon Qaz istismar idarəsi evində qaz xəttinin qəzalı vəziyyətdə olması barədə xəbərdarlıq etməyərək ailə üzvlərinin iştirakı olmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli "X4"nın təsdiq edilməsi haqqında Qanunun 6.5 bəndinə əsasən Qazpaylayıcı çəbəkəyə qoşulma tələblərinə zidd olaraq sayğaçdan kənar qeyri-qanuni qaz xətti vastəsi ilə təbli qazdan istifadə oldunduğu aşkar edilmiş və 1127,52 manat cərimə edilməyi barədə bildiriş göndərilmişdir. Həmin qaz xətti çöldədir və köhnə istifadə olunmayan qaz xəttidir və hal hazırda həmin qaz xəttdidə təbii qaz yoxdur. Qaz sayğacı çöldədir, yəni küçədədir və buna cavabdehliyi Cavabdeh Agsu X11 İdarəsinin Şamaxı Qaz Xidmət sahəsi daşıyır. Əgər bu günə kimi qaz xəttinə müdaxilə olmunmuşdursa nə üçün nəzarətçi susmuş, nə onlara nə də Cavabdeh Agsu X11 İdarəsinin Şamaxı Qaz Xidmət sahəsinin rəhbərliyinə məlumat verməmişdir. İddiaçı Cavabdeh İB iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, ******* saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” əsasında İddiaçı məxsus Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Cavabdeh Ağsu X10 İdarəsinin Şamaxı Xidmət Sahəsinə tərəfindən **********02563 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X4”nın tələblərinə əməl etməyərək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh Ağsu X10 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqinda aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçun onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1127,52 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 1127,52 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(074)-860/2022 nömrəli qətnaməsi ilə İddiaçı, Cavabdeh İB-nə qarşı borcun silinməsinə dair iddia tələbi təmin edilmiş, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1127,52 manat borc məbləğinin İddiaçı abunə hesabından silinməsi, iddiaçı Azəriqaz İB-nin cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Etibar Hümbətov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən sayğacdan kənar xətt ilə qazdan qanunsuz istifadə halının təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş video diskdən qaz xəttinə qanunsuz qoşulma halını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin diskdən çəkilişin aparılması görünsə də, qanunsuz qoşulmanın olmasını və belə qoşulmanın ləğv edilməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə, cavabdehin hər hansı bir tutarlı sübutu təqdim edə bilməməsini nəzərə alaraq, onun tərəfindən sayğacdan kənar xətt ilə qazdan qanunsuz istifadə edilmədiyinə dair iddiaçının dəlillərini işin hallarına uyğun sayır. Beləliklə, iş üzrə olan sübutlarla iddiaçının qaz xəttinə qanunsuz qoşulma halı təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “X4”nın 6.7, 4.2, 4.8, 4.9-cu bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Hakim qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə almamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarmışdır. İstehlakçı hazırkı vəziyyətdə sayğac üzrə hesablanmış qaz sərfinin dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İstehlakçı hazırda mübahisələndirdiyi sayğac üzrə aparılmış hesabata əsasən hesablanmış borcu ödəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPMin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymis ziyana görə məsuliyyət daşıyır. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda sadalanan normativ hüquqi aktın tələblərindən də göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz Cavabdeh İB hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, tərtib olunmuş akta görə hesablayıb tələb etdiyi məbləğ (cəmi 1127,52 manat) baxımından Cavabdeh İB bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsinə dair iddia tələbinin təmin edilərək xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 1127,52 manat borc məbləğinin İddiaçı abunə hesabından silinməsi, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbinin isə rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(074)-860/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-527/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-527/2023
08.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver