Məhkəmə qərarları › İş №2(105)-530/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-530/2023

04.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-530/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X58 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 2(027)-1023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək babası miras qoyan X7 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası X16 düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qoyan X7 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və nənəsi miras qoyan X18 qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka (miras qoyanlar X7 və X18 qalmış miras əmlaka) tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X28 18 oktyabr 1973-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində, anası Nümayəndə xx xxxxxxxx 1978-cu il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. X2 atası X19, anası X35r. Nənə ilə babasının onun atasından başqa Mafızə və Esmira adlı qızları, Vüqar və Elman adlı oğulları olmuşdur. X28 və X38 nikahlarını 23 noyabr 2001-ci il tarixdə rəsmiləşdirmiş, birgə nikahdan İddiaçı xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. Anası atası ilə ailə quraraq babası və nənəsinə məxsus Quba rayonu, Zərdabi qəsəbəsində olan JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evinə gəlin köçərək yaşamış, o, orada doğulmuşdur. Atası ilə anasının nikahı 02 mart 2009-cu ildə Quba Rayon Məhkəməsinin 2(027)-224/2009-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların nikahları pozulana kimi orada yaşamışdır. Sonradan atası ilə anasının nikahı pozulduğu üçün o, anası ilə birlikdə Xaçmaz rayonu, Arzu kəndinə qayıtmış, lakin atası babası və nənəsi ilə birlikdə Quba rayonu, Zərdabi kəndində JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən həmin evdə yaşamışlar. X50 02 iyul 2014-cü ildə vəfat etmişdir. Babasının vəfatından sonra atası ilə nənəsi evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək, babasından qalmış mirası qəbul etmişlər. X65 10 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ondan qalmış miras əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, Notariat Kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. Quba Regional «Asan» Xidmət Mərkəzində Notariat Ofisinin 07 avqust 2020-ci il tarixli, 83 nömrəli məktubuna əsasən o, atası, 10 avqust 2018-ci il tarixdə vəfat etmiş Kamran Ağasiyevin vərəsəsi sırasına daxildir. X54 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən 3 ay sonra qanunla altı aylıq müddəti ötürmədən nənəsindən və babasından qalmış nənəsinin qəbul etdiyi miras əmlakdan X65ə düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat Kontoruna ərizə vermiş və ərizəsi 07 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. X71 Xidmət Mərkəzində Notariat Ofisinin 05 mart 2021-ci il tarixli, 640 nömrəli məktubuna əsasən o, 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X8 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş X29 qanun üzrə vərəsələri sırasında daxildir. Beləliklə miras qoyan babası X30 02 iyul 2014-cü il tarixdə vəfat etdiyindən, onun vəfatından sonra qalan miras əmlakı miras qoyan X65 və miras qoyan nənəsi Sədiqə Aqasiyeva idarə edərək faktiki olaraq qəbul etdiyindən, atasından qalmış miras əmlakı qəbul etdiyindən, nənəsindən qalmış miras əmlakın qəbul edilməsi notariat kontoruna qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmədən ərizə verdiyindən dolayısı ilə miras qoyan X37 qalmış miras əmlakı da qəbul etmişdir. Lakin babasından qalmış miras əmlakın atası X16 düşən hissəsinə miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. O isə yuxarıda qeyd etdiyi kimi babası 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakın qəbul edilməsi üçün müddəti ötürməmişdir. Nənəsi və babasından qalmış miras əmlak olan Quba rayonu, Zərdabi kəndində JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsində paylar ümumi birgə olduğundan və həmin torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evində onun ölümündən sonra nənəsinin və atasının yaşaması ümumi bilinən inkar edilməz fakt olduğundan, o, nənəsi və atasından qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verərək onların vərəsəsi kimi tanındığından dolayısı ilə babasından qalmış miras əmlakı da qəbul etmişdir. Bundan başqa o, X71 Xidmət Mərkəzinin Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ilə ərizəsinin təmin edilməsi qət edilmişdir. Bundan sonra qətnamə üzrə maraqlarına toxunan şəxs bibisi Cavabdeh2 Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)- 1634/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)3701/2021 saylı qərardadına əsasən hüquq haqqında mübahisə olduğu üçün Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 qətnaməsi ləğv edilmiş, ona iddia qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı X39 cavabdehlər Cavabdeh2, X20, X21 və Quba Regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə etiraz edərək hesab edir ki, qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçının atası X31 18 oktyabr 1973-cü ildə Quba rayonu, Zərdabi qəsəbəsində, anası Nümayəndə isə xx xxxxxxxx 1978-ci ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. Onun valideynləri 23 noyabr 2001-ci il tarixdə ailə qurmuşlar. Onların nikahından xx xxx 2002-ci il tarixdə X39 doğulmuşdur. Valideynlərinin nikahı 02 mart 2009cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının anası nikahın pozulması barədə mülki işə baxılarkən məhkəmədə verdiyi izahatında bildirmişdir ki, o 2001-ci ildə iddiaçının atası X31 ilə rəsmi nikaha daxil olsa da birgə nikahdan xx xxx 2002-ci ildə doğulmuş azyaşlı oğlu Əlibəylə 09 fevral 2002-ci ildən hal-hazıra qədər Xaçmaz rayonu, Arzu kəndində pensiyaçı olan atası Tofiqin himayəsində yaşayırlar. İddiaçının atası X31 10 avqust 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, Notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X56 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etsə də oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün imtina məktubu verilmişdir. İddiaçı qeyd edir ki, guya atası X31 babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X61 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babanın vəfatından sonra nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qalmış mirası qəbul etmişdir. Lakin 27 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, X31 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində xx.xx.2014-cü ildə vəfat etmiş atası X12 məxsus evdə yaşamamış və həmin evə gəlib getməmişdir. (akt əlavə edilir) Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair JN181AKOD30316018 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 saylı qərarı ilə Quba rayonu, Zərdabi kəndində X22, X41, X21 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Bu sənədlərdə iddiaçının atası X13 adı qeyd edilməmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə xx.xx.2018-ci ildə vəfat etmiş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı X23 məhrum atası Ağasıyev Kamranın sağlığında babası X6 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X22 02 iyul 2014-cü ildə vəfat etsə də, oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Guya atası babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X53 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babasının vəfatından sonra atası nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qalmış mirası qəbul etmişdir. X67 isə 10 avqust 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, Notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X56 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etsə də həmin Mərkəzdən xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, ona sahiblik etmək barədə sübutlar təqdim etmədiyindən onun vərəsəsi olan X32 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu səbəbdən ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün 07 avqust 2020-ci il tarixli imtina məktubu verilmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə xx.xx.2018-ci ildə vəfat etmiş atası X4 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı X23 atası Ağasıyev Kamran sağlığında babası X6 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X22 02 iyul 2014-cü ildə vəfat etsə də oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçının atası X31 da 10 avqust 2018ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçının atası vəfat etdiyi tarixə qədər (4 ildən artıq müddət) Əlibəyin babasından qalmış miras əmlakı faktiki qəbul etmədiyindən və notariat orqanına ərizə vermədiyindən üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. Belə olan halda ərizəçinin dəlilləri tamamilə əsassız olmaqla mötəbər sübutları yoxdur. Mülki qanunvericiliyə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməklə, yaxud da vərəsəlik açılan gündən 6 ay müddətində notariat kontoruna ərizə verməklə qəbul etməlidir. İddiaçının X67 10 avqust 2018-ci ildə vəfat etmiş, lakin o 2014-cü ilin iyul ayında vəfat etmiş atasından miras qalmış evin hissəsini faktiki idarə etməklə, yaxud da notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Kamran Ağasıyev atasından miras qalmış əmlakı qəbul etmədiyindən, ərizəçi Əlibəy Ağasıyev isə miras evə və torpaq sahəsinə vərəsə hesab oluna bilməz, bu barədəki tələbi əsassızdır. Bundan başqa iddiaçı X39 10 avqust 2018-ci il tarixdə atası X13 vəfatından sonra da mirası faktiki qəbul etməmiş və yaxud vərəsə kimi notariat orqanına ərizə verməmişdir. Müddətin gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzrlü olmalıdır, məsələn, üzrlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyədə olma, miras qoyanın ölümündən xəbərsiz olma və s. ola bilər. İddiaçı isə gecikdirmənin səbəbləri, onun uzadılması üçün əaslar və s. barədə ümumiyyətlə heç bir sübut təqdim edə bilməmişdir. Mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlər üzrə aşağıdakı sübutların təqdim edilməsi zəruridir: əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyə faktiki başlamağı təsdiq edən sübutlar (vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər) cavabdehlərdən olan Cavabdeh2 X6 miras qalmış JN 181AKOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X22 və anası X33 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir. (Quba rayonu, Zərdabi Bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışı əlavə edilir) Qeyd edilənlərə əsasən iddiaçı X23 cavabdehlər Cavabdeh2, X20, X21 və Quba Regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsini xahiş edir. Quba Rayon Məhkəməsinin 2(027)- 1023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Vüqar Seyidov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X30 02 iyul 2014-cü il tarixdə vəfat etmiş, vəfatından sonra miras qoyan X7 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi oğlu X28 tərəfindən nə faktiki, nə də rəsmi qəbul edilməmişdir. İddiaçı tərəf də iddia predmeti olan miras torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin atası X9 miras qalması və həmin torpaq sahəsi və üzərində yerləşən evə vərəsəlik hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 1272, 1273-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1023/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə razılaşmır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi miras qoyanlar onun nənəsi Sədiqə Aqasiyeva və X50dir. Qeyd edilən miras qoyanların oğlu olan X65 nənəsi Sədiqə Aqasiyeva vəfat edərkən sağ olmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən nənəsi Sədiqə Aqasiyevadan miras qalmış əmlakın X65ə düşən hissəsinə o vərəsədir. Bununla bağlı nənəsi Sədiqə Aqasiyevanın ölümündən 3 ay müddət keçməmiş notariusa ərizə ilə müraciət edərək mirası qəbul edib. Notariusa ərizə ilə müraciət edərək mirası qəbul edib. Nənəsi miras qoyan Sədiqə Ağasiyevadan (vəfat edib xx.xx.2020-ci il tarixdə) isə o mirası notariusa ərizə verərək (ərizə verib 07 avqust 2020-ci il tarixdə, 339 nömrəli vərəsəlik işi) və heç bir müddəti ötürmədən onsuz da qəbul edib. Çünki mövcud qanunvericiliyin tələbinə əsasən vərəsə tərəfindən miras əmlak iki yolla qəbul edilə bilər ki, bunlardan birincisi faktiki qəbul, digəri isə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməkdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsi). Eyni zamanda X65dən qalan miras əmlakı da notariat ofisinə ərizə ilə müraciət edərək qəbul edib. X37 miras qalmış əmlakı isə həm X65, həm də nənəsi Sədiqə Aqasiyeva faktiki olaraq eyni təsərrüfatı idarə edərək və Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evində yaşayaraq qəbul etmiş və həmin şəxslərdən miras qalan əmlakı isə o qəbul etdiyindən dolayısı ilə babası miras qoyan Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı da qəbul etmiş sayılmalıdır. Hal-hazırda mübahisə edilən miras kütləsinə daxil olan əmlak JN 181A KOD 30316018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X19 və X29 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin miras qoyanlara aid hissəsi və X40 Aqasiyevanın birgə nikah dövründə əldə etdiyi fərdi yaşayış evindən ibarətdir. Eyni zamanda məhkəmə prosesində miras kütləsinə daxil olan fərdi yaşayış evinin X40 Aqasiyevanın birgə nikah dövründə satın alındığı, ona görə də həmin evin yarısının Sədiqə Aqasiyevaya məxsus olması, Sədiqə Aqasiyeva vəfat etdikdən sonra isə mirası qəbul etməyi ilə bağlı ərizə verdiyi üçün həmin əmlakda da onun payının olması əsaslarına, o cümlədən Qəzənfər Ağasiyevin vəfatından sonra Sədiqə Aqasiyevanın qeyd edilən fərdi yaşayış evində və torpaq sahəsində yaşayaraq öz mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul etdiyi və Sədiqə Aqasiyeva vəfat edərkən ondan qalan miras kütləsinə eyni zamanda birgə nikah dövründə əldə etdiyi əmlaklardakı payı və mərhum əri Qəzənfər Ağasiyevdən faktiki olaraq qəbul etdiyi paylarının da daxil olması hallarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələri). Bundan əlavə X65 vəfat etdiyi günə kimi Quba rayonu, Zərdabi kəndində yerləşən valideynlərinə məxsus olmuş fərdi yaşayış evində yaşamış, atası Qəzənfər Ağasiyevdən miras qalmış əmlakı faktiki qəbul etmişdir. Əgər belə olmasaydı, məhkəmə araşdırması zamanı cavabdehlər və onlar tərəfindən məhkəmədə şahid qismində ifadə vermiş şəxslər özləri də də etiraf edirlər ki, miras qoyanlar Qəzənfər və Sədiqə Ağasiyevlərin vəfat edənə qədər bütün ailə üzvlərinin evdə olmasını, atasının dəfni və yas mərasiminin də qeyd edilən evdə həyata keçirilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, miras əmlak Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən 6 sot həyətyanı torpaq sahəsi və torpaq sahəsinin üzərindəki fərdi yaşayış evidir. Mirasqoyan iddiaçının babası Ağasıyev Qəzənfər və nənəsi Ağasıyeva Sədiqədir. İddiaçı məhkəməyə ilkin olaraq iddiaçının X53dən qalan miras əmlakın qəbulu faktı ilə bağlı müraciət etmişdi. Məhkəmə prosesinin gedişində iddiaçının X56 da xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2020-ci ildə notariusa nənədən qalan miras əmlakın qəbulu barədə də ərizə verilib. Çünki iddiaçının atası ölmüşdü. Ərizə qəbul olundu. Sonradan miras əmlaka maneənin aradan qaldırılması barədə iddia qaldırılıb. Maneənin aradan qaldırılmasına dair iddiası üzrə iddianın təmin olunmaması barədə qətnamə qəbul olundu. Hüquqi faktın tanınmasına dair iddia isə apellyasiya icraatı zamanı hüquq haqqında mübahisə olduğuna görə baxılmamış saxlanıldı. İddia icraatı qaydasında təkrar miras əmlaka dair məhkəməyə müraciət etdikdə artıq nənədən qalan miras əmlaka dair məsələni də qoymuşdular. İddiaçı miras əmlakı notarial qaydada faktiki qəbul etmişdi. Baba öləndən sonra miras əmlakda nənə yaşayıb. Şahidlər də təsdiq edir ki, Kamran Ağasıyevin yas və dəfn mərasimi mübahisəli evdə olub. Məhkəmə işin hallarını tam araşdırmayıb. Məhkəmə tələb həcmindən kənara çıxıb və iddiaçının atasından qalan əmlakı qəbul etməməsi məsələsinə qiymət verib. Bununla bağlı notariusun ərizəsi var ki, Kamran Ağasıyevin ölümündən sonra Əlibəy Ağasıyev onun vərəsəsidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 1023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirirdi iddiaçı babası və atası öləndən sonra vaxtında ərizə ilə müraciət etməyib. Yalnız nənə öləndən sonra notariusa müraciət edib, notarius da imtina verib. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» qərarı var. Həmin qərarda göstərilir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariusa mirasın qəbul edilməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki mirası qəbul edən şəxs mirası qəbul etdiyini nümayiş etdirən hərəkətlər etməlidir. Notarius hər iki mirasqoyana münasibətdə iddiaçıya imtina məktubu verib. İddiaçının mirasqoyanlarla heç bir əlaqəsi olmayıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 1023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4 və Quba Regional Cavabdeh1tariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: Notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, İddiaçı atası X9 və nənəsi X24 miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsinin qəbul edilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, X8 adına Quba rayonu, Zərdabi qəsəbəsində (xx.xx.1993cü il tarixli, 294 nömrəli qeydiyyat vəsiqəsi) fərdi yaşayış evi, X15 və X29 adına Quba rayonu, Zərdabi qəsəbəsində ümumi birgə 0.06 torpaq sahəsinə verilmiş JN-181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" aşkar edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X11 adına Quba rayonu, Zərdabi qəsəbəsində 0,25 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə verilmiş JN 400 KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı X15 adına Zərdabi qəsəbəsində fərdi yaşayış evi və ümumbirgə JN 181A KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydə alınmışdır. Əlavə olaraq X17 və X36 0,78 ha torpaq sahəsinə JN 398 KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmiş, lakin həmin torpaq sahəsi 15 mart 2002-ci il tarixdə 4ə/18 nömrəli alğı-satqı müqaviləsinə əsasən Quba Notariat X1 adına ozgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 1,0 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X34 mülkiyyətindədir. JN 398 KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, X19, X42 və X25 Quba rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 115 nömrəli qərarı ilə 0,78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsindən görünür ki, X7 qalmış mirasın X16 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılmış; X5 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X16 düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-3701/2021 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1554/2021 saylı qətnaməsindən görünür ki, X19 və X36 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-401/2022 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(027)1554/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Quba rayonu Zərdabi Bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışından və 23 avqust 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 X6 miras qalmış JN 181AKOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X22 və anası X33 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir. Quba rayonu Zərdabi Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 27 dekabr 2021-ci il tarixli, Zərdabi bələdiyyəsinin sədri, bələdiyyənin üzvləri və qəsəbə sakinlərinin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, mərhum X28 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində mərhum atası X17 məxsus evdə yaşamamışdır və ümumiyyətlə həmin evə gəlib-getməsi müəyyən olunmamışdır. İş materiallarında görünür ki, iddia tələbi üzrə iddiaçı şəxs irəli sürdüyü tələblərin əsaslarını sübuta yetirə bilməmişdir. Müəyyən olunmuşdur ki, X30 02 iyul 2014-cü il tarixdə vəfat etmiş, vəfatından sonra miras qoyan X7 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi oğlu X28 tərəfindən nə faktiki, nə də rəsmi qəbul edilməmişdir. İddiaçı tərəf də iddia predmeti olan miras torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin atası X9 miras qalması və həmin torpaq sahəsi və üzərində yerləşən evə vərəsəlik hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. İş materiallarından görünür ki, iddiaçı eləcə də nənəsi miras qoyan X18 qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka tam payının müəyyən edilməsini xahiş etmişdir. X10 atasının vəfatından sonra mirası nə vərəsə kimi notariat orqanına ərizə verməklə, nə də faktiki qəbul etməmişdir. İddiaçının atası 10 avqust 2018-ci il tarixdə vəfat etmiş, iddiaçı isə 07 avqust 2020-ci il tarixdə notariat orqanına müracət etmişdir. Mirasın qəbul edilməsi üçün müddətin gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır. İddiaçı mirasın qəbul etmə müddətinin gecikdirməsinin səbəbləri, müddətin uzadılması üçün əsaslar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, X26 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri iddiaçı tərəfindən sübuta yetirilməmişdir və dəlillərə məhkəmə kollegiyası tərəfindən qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)- 1023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Quba Rayon Məhkəməsinin 2(027)-1023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar