Məhkəmə qərarları › İş №2(105)-531/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-531/2021

11.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-531/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-500/2020 №-li qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-500/2020 №-li qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hazırda mülki iş üzrə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-500/2020 №-li qətnaməsini rayonda olduğu üçün gec almış, pandemiya dövrünə düşdüyü üçün və eləcə də karantin rejimi ilə bağlı Bakıya gəlib-gedə bilmədiyinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına görə məhkəmələr müəyyən müddətə işləmədiyi səbəbindən apellyasiya şikayətini gec vermişdir. Məhkəmədən bu halın üzrlü hal kimi sayılmasını, qətnamədən şikayət vermə müddətini ötürməsini üzrlü hesab edərək buraxılmış müddətin bərpa olunmasını və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. O, yeni növ Covid-19 pandemiyasına yoluxmağı səbəbindən evdən çölə çıxa bilməmişdir. Lakin ev şəraitində müalicə olduğuna görə məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-500/2020 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-500/2020 №-li qətnaməsi İddiaçı tərəfindən xx xxxxx 2020-ci il tarixdə qəbul edilmiş, sonuncu məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəblərdən ötürməsini sübut edən əsaslandırıcı dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətində apellyasiya şikayətinin vaxtında verilməməsinin səbəbini pandemiya dövründə səhhətində yaranmış problemlər ilə əsaslandırsa da bununla əlaqədar hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi izahatınada Qətnamənin bu il aprel ayında aldığını etiraf etmiş və qətnamədən apellyyasiya şikayəti verilməsi müddətinin ötürülməsini pandemiya ilə əlaqədar xəstələnməsi ilə izah etsə də onun, apellyasiya şikayətini poçt vasitəsilə Abşeron Rayon Məhkəməsinə vaxtında göndərmək imkanının olmasına baxmayaraq bu imkandan istifadə etməmiş qətnamənin alınmasından beş ay keçəndən sonra müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Heç bir sübut təqdim etmədən yalnız sözlərə əsaslanan bu kimi səbəblər üzürlü səbəb kimi qəbul edilə bilinməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunun mənasından görünür ki, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə sübutlar təqdim edilərsə və əgər məhkəmə müddətin buraxılması səbəblərini üzrlü hesab edərsə, prosessual müddəti bərpa edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinin tələbində göstərilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-500/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar