Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-533/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adina X18 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Hüseynzadə və X1 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Heydər Əliyev adına X26”nun Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(012)-37/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Heydər Əliyev adına X26 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanında yerləşən tikililərin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X21 məxsus neft məhsulu nəql olunmuş Dş-250 mm (naftal) neft boru kəmərinin “Mühafizə Zonası” nın 28 metrlik məsafəsində zəbt edilməklə Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanda mişar daşından tamamlanmamış 2 fərdi yaşayış evi inşa edilmişdir. Bundan başqa həmin Dş-250 mm neft boru kəmərinə paralel Dş-300mm (quru qaz),Dş-300 mm (reaktiv mühərrik yanacağı) və Dş-500 mm (dizel) X22 keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X26 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, X22 və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edih.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2023-cü il tarixli, 10/3729 saylı ekspert rəyindən görünür ki, Heydər Əliyev adına X21 məxsus Dş-250 mm (nafta) neft boru kəmərinin qarşısında Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanda Cavabdeh məxsus mişar daşından tamamlanmamış 2 fərdi yaşayış evi olduğu müəyyən olunmuşdur. Aparılmış ölçü işləri nəticəsində fərdi yaşayış evlərinin Heydər Əliyev adına X21 məxsus Dş-250 mm (nafta) neft boru kəmərindən 23 və 32 metr məsafələrdə yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac X13 “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndində aşağıdakılar göstərilir: ixrac X13 (İNBK) maşurutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 m-lik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli ixrac X22 xətləri boyunca kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 m-lik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudaşdırılır. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2004-cü il tarixli 167 № li qərarı ilə təsdiq edilmiş “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş seriya RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(012)-37/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, iddiaçı Heydər Əliyev adına X21 məxsus Dş-250 mm (nafta) neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanında yerləşən tikililərin özbaşına (qanunsuz) tikililər hesab edilməsi və tikililərin Cavabdeh hesabına sökülməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.2 və 111-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2 və 180.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4, 218.3, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
8. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(012)-37/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli məhkəmə qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, Abşeron rayonu, X10, 9-cu küçədə yerləşən və onun xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində bir mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi inşa etdirib başa çatdırmışdır. Həmin fərdi yaşayış evinin 3 otağı onun üçün, iki otağı isə Qarabağ qazisi X11 üçün inşa edilmişdir. Fərdi yaşayış evinin dam örtüyü bağlanan zaman - 25 və 26 noyabr 2020-ci il tarixlərdə gecə saatlarında X25 Mühafizə Polisinin əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq sökülüb yerləyeksan edilmişdir. Bu zaman həmin şəxslər tərəfindən onlara fərdi yaşayış evinin sökülməsi barədə hər hansı bir sənəd, məhkəmə qərarı və sair təqdim edilməmişdir. İddia ərizəsində və mübahisəli məhkəmə qətnaməsində göstərilmişdir ki, həmin ərazidən X22 keçir və həmin X13 mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq onun tərəfindən zəbt edilmişdir və bu hal, həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı, insanların həyatı üçün təhlükə yaradır. Bundan başqa, iddia ərizəsində AR Mülki və Torpaq Məcəlləsinin müvafiq maddələrinə istinad edilməklə, sözügedən tikilinin özbaşına tikili sayılması, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməməsi, torpaqların özbaşına tutulmasının qadağan olunması və sair barədə göstərilmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, bunlar hamısı həqiqətə uyğun olmayan sözlərdir. Belə ki, həmin ərazidə yerləşən torpaq sahəsi tərəfindən zəbt olunmamış, qanuni əsaslarla onlara ayrılmış və həmin torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evi özbaşına tikilməmişdir. Həmin fərdi yaşayış evi AR ƏMDKY DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və Çıxarış verilmişdir. Lakin, bütün bunlara baxmayaraq AR X18 Mühafizə Polisinin əməkdaşları onun mülkiyyət hüququnu pozaraq heç bir şifahi və yaxud yazılı xəbərdarlıq etmədən, müvafiq məhkəmə qərarı olmadan xüsusi mülkiyyətində olan fərdi yaşayış evini sökdürmüş və xeyli miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşlar. Hesab edir ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu kimi öz qanunsuz hərəkətinə haqq qazandırmaq məqsədi ilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, onun hüquqları Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev-127 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququ kimi dövlət tərəfindən qorunan hüquq kimi qiymətləndirilməlidir. Çünki, həmin evə dair ona Çıxarış verilmiş, dövlət qeydiyyatına alınmış, Abşeron rayon İcra Hakimiyyəti Başçısının həmin ərazidə iki fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Hesab edir ki, AR X17 həm mənəvi, həm də maddi zərər vurmuş və buna görə də cavabdeh AR X14rşı “Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon məhkəməsinin 2(012)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev-127 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh AR X7 xeyrinə 17.000 manat, mənəvi zərər kimi 1.700 manat, 10.00 manat məbləğində ödənilmiş dövlət rüsumu, X6 xeyrinə maddi zərərin əvəzi olaraq 10.009 manat, mənəvi zərər kimi 1.000 manat, 10.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 50.00 manat pul vəsaitinin cavabdeh AR X15 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – mənəvi ziyanın təmin edilməsi hissəsində ləğv edilmiş, digər hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mahiyyətcə heç nəyi həll etməyən, heç bir əhəmiyyət kəsb etməyən lazımsız bir qətnamədir. 2020-ci ildə sökülmüş fərdi yaşayış evlərinin 2023-cü ildə yenidən “sökülməsi” hansı məntiqə xidmət edir bu onlara aydın deyil.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı “Heydər Əlı̇ yev adına X27” tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
11. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallan bundan ibarətdir ki, RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən ümumi sahəsi 18.6 kv.m. olan 1 otaqlı fərdi yaşayış evi X5 mülkiyyətindədir. Evin yerləşdiyi 0,00223 ha torpaq sahəsi isə bələdiyyənin mülkiyyətindədir. X12 03 noyabr 2020-ci il tarixli etibarnamə ilə Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən ümumi sahəsi 18.6 kv.m. olan 1 otaqlı fərdi yaşayış evi barəsində ümumi səlahiyyətlərini 2067-ci il tarixədək Cavabdeh etibar etmişdir. Cavabdeh və X6 cavabdeh Heydər Əliyev adına X14rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə aparılmış məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ona verilmiş etibarnamədə göstərilən səlahiyyətlərdən kənara çıxaraq Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərinin mühafizə zonasında onun və X11 tərəfindən qanunsuz olaraq fərdi yaşayış evi tikilmişdir. Bildirir ki, NEZ-in mühafizə zonasında tikilmiş qanunsuz tikili ilə bağlı araşdırılma aparılan zaman Cavabdeh tikinti aparılan torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə dair hər hansı hüquqtəsdiqedici sənəd təqdim etməyərək, həmin fərdi yaşayış evinin onun tərəfindən inşa edildiyini bildirdiyindən hazırkı “qanunsuz tikilinin sökülməsi barədə” iddia tələbində cavabdeh qismində yalnız Cavabdeh cəlb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2013-cü il tarixli, 10/3729 saylı ekspert rəyindən də görünür ki, Heydər Əliyev adına X21 məxsus Dş-250 mm (nafta) neft boru kəmərinin qarşısında Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanda Cavabdeh məxsus mişar daşından tamamlanmamış 2 fərdi yaşayış evi olduğu müəyyən olunmuşdur. Aparılmış ölçü işləri nəticəsində fərdi yaşayış evlərinin Heydər Əliyev adına X21 məxsus Dş-250 mm (nafta) neft boru kəmərindən 23 və 32 metr məsafələrdə yerləşdiyi müəyyən olunmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanda yerləşən torpaq sahəsi zəbt olunmamış, qanuni əsaslarla ayrılmış və həmin torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evi özbaşına tikilməmişdir. Həmin fərdi yaşayış evi AR ƏMKY DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və Çıxarış verilmişdir. Lakin, bütün bunlara baxmayaraq, 25 və 26 noyabr 2020-ci il tarixlərdə gecə saatlarında heç bir məhkəmə qərarı olmadan AR X18 Mühafizə Polisinin əməkdaşları fərdi yaşayış evini əsassız və qanunsuz olaraq sökmüşlər. Yəni, onun mülkiyyət hüququ pozularaq heç bir şifahi və yaxud yazılı xəbərdarlıq edilmədən, müvafiq məhkəmə qərarı olmadan xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi sökülmüşdür. Həmin evə dair ona Çıxarış verilmiş, dövlət qeydiyyatına alınmış, Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həmin ərazidə iki fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları təsdiq edən sənədləri birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəməyə təqdim edə bilməmişdir. Onu da bildirir ki, Cavabdeh və X6 cavabdeh Heydər Əliyev adına X14rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2 (105)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən “Əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.” Həmin qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac X13 “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1. bəndinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1.bəndinə əsasən “Mühafizə Zonasın’nda Energetika Nazirliyinin və X3 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istişmarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüğuqi rejimli mühafizə zonaları yaradılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır.” Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, “özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.” Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-37/2023 saylı, 17.11,2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
13. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması:
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul olunaraq iddia rədd edilməlidir.
20. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələbləri pozularaq Heydər Əliyev adına X21 məxsus Dş-250 mm (nafta) neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanında mişar daşından fərdi yaşayış evinin inşa edildiyini iddia edir və həmin tikilinin sökülməsini tələb edir.
21. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(012)-37/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Heydər Əliyev adına X21 məxsus Dş-250 mm (nafta) neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, X10 9-cu küçə, ev 127 ünvanında yerləşən tikililərin özbaşına (qanunsuz) tikililər hesab edilməsi və tikililərin Cavabdeh hesabına sökülməsi qət dilmişdir.
22. Məhkəmə qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
23. Göründüyü kimi şikayətin dəlili olaraq göstərilmişdir ki, Abşeron rayonu, X10, 9-cu küçədə yerləşən, cavabdehə məxsus torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi 25 və 26 noyabr 2020-ci il tarixlərdə gecə saatlarında X25 Mühafizə Polisinin əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq sökülməklə iddia predmetini təşkil edən tikili mövcud deyildir.
24. Kqollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında hazırda iddia predmetini təşkil edən ərazidə inşa edilmiş tikilinin qanunsuz sökülməsi ilə bağlı məhkəmə çəkişmələri olmuşdur.
25. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01 aprel 2024-cü il tarixli 2(102)-579/2024 saylı Qərarının məzmunundan görünür ki, Abşeron Rayon məhkəməsinin 2(012)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası X15 iddiaçı Cavabdeh xeyrinə 17.000 manat, mənəvi zərər kimi 1.700 manat, 10 manat məbləğində ödənilmiş dövlət rüsumu, iddiaçıX6 xeyrinə maddi zərərin əvəzi olaraq 10.009 manat, mənəvi zərər kimi 1.000 manat, 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 50.00 manat pul vəsaitinin cavabdeh X15 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – mənəvi ziyanın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsi Mülki kollegiyasının 01 aprel 2024-cü il tarixli 2(102)-579/2024 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. İşin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan ərazi yerli müayinə edilmiş, baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazidə tikililər mövcud olmuş, həmin tikililər sökülmüş, hazırda həmin ərazidə yarımtikililər və sökülmüş tikinti qalıqları vardır. İddiaçı tərəfə məxsus neft boru kəməri tikili olmuş ərazinin yaxınlığından keçir. Cavabdehin istifadəsində olan mülkiyyət hüququ qeydə alınmış 18.6 kv. metr tikili bu ərazinin daxilindədir.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2024-cü il tarixli, 2(105)-533/2024 nömrəli qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2024-cü il tarixli məlumatından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəmə tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən tikilini naturada müəyyən etmək mümkün olmadığından iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsindən imtina edilmişdir.
29. Göründüyü kimi kollegiya araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan tikili mövcud deyildir. Bu hal isə araşdıran tələbin əhəmiyyətini itirməsinə səbəb olmuşdur.
30. Kollegiyanın qənaətincə qanunvericiliyin tələbinə görə məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarna uyğun gəlir.
31. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla məhkəmə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(012)-37/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
32. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 manat iddiaçıdan tutularaq X2 ödənilməidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(012)-37/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Heydər Əlı̇ yev adına X27”nun Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia təmin olunmasın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçı Heydər Əlı̇ yev adına X16 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X4, kod- 210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.