Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-537/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Külək MMC Hərrac Mərkəzi və "xxxx" KB ASC-nə qarşı hərracın etibarsız sayılması nəticəsində 29/04 nömrəli protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2(060)-7159/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2(060)-7159/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, "xxxx" MMC Hərrac Mərkəzi və "xxxx" KB ASC-nə qarşı «hərracın etibarsız sayılması nəticəsində 29/04 nömrəli protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Azər İsmayılov). Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2(060)-7159/2021 saylı tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, "xxxx" MMC Hərrac Mərkəzi və "xxxx" KB ASC-nə qarşı «hərracın etibarsız sayılması nəticəsində 29/04 nömrəli protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Sumqayıt şəhər üzrə İcra İdarəsinin sifarişi ilə "xxxx" MMC-də keçirilən 09.04.2021-ci il tarixli hərracın və 29/04 nömrəli protokolun, 09.04.2021ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2016-cı il tarixli, 2(060)14343/2016 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin onlara qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən “Unibank KB" ASC ilə aralarında bağlanmış 19.02.2014-cü il tarixli və 02.07.2014-cll cü il tarixli kredit və əlavə kredit müqavilələri ləğv edilmişdir. 19.02.2014-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 36981.27 ABŞ dolları əsas borc, 3119.74 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 40201.01 ABŞ dolları, 02.07.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2087.16 manat , faiz borcu üzrə 107.56 manat, İddiaçı2 iddiaçı “Unibank" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Tələbin İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0.0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinə yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 79200 manat müəyyən edilməsi, ipoteka qoyulmuş Saray bağlar massivində yerləşən 3276A saylı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş məbləğin “Unibank KB" ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17.04.2018-ci il tarixli, 2(105)-259/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin hazırki qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2016-cı il tarixli qətnaməsi əsas borca hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. İddiaçıdan 19.02.2014-cü il tarixli, 1 1Y/14 saylı əlavə kredit müqaviləsi və 02.07.2014-cli il tarixli, 19ınpsYSM/l4 saylı əlavə kredit müqaviləsi üzrə tutulmalı olan əsas borca hesablanmış faiz məbləği azaldılaraq 19.02.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 2388,04 ABŞ dolları və 02.07.2014-cü il tarixli, 19mpsYSM/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 28 manat "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlan massivində yerləşən 0,0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinin satış qiyməti dəyişdirilərək 78.500 manat müəyyən edilmişdir. Qalan hissədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilsə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10.10.2018-ci il tarixli, 2(102)- 46/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmişdir. X5 Massivində yerləşən 0.0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinin qiymətinin dəyişdirilinəsi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Hal-hazırda bununla bağlı məhkəmə mübahisəsi davam etsə də onlara məlum olmuşdur ki, 09.04.2021-ci il tarixdə iddiaçılardan İddiaçı1 mülkiyyətində olan torpaq və bağ evi "xxxx" MMC tərəfindən təşkil olunmuş hərracda 50043.75 manata iş üzrə digər cavabdeh ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmışdır. Hesab edirlər ki, keçirilmiş hərrac etibarsız hesab olunmalı və həmin hərracın nəticələrinə görə tərtib olunmuş protokol və alğı-satqı müqavilələri də etibarsız hesab olunmalıdır. İddiaçılardan İddiaçı1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, "xxxx" KB ASC-yə və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə qarşı ipoteka predmetinin qiymətinin dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə mübahisəsi getdiyi zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə icra idarəsi "xxxx" MMC-yə sifariş göndərərək hərracdan məhkəmə mübahisəsi gedəgedə satılmasını xahiş etmişdir. İcraata başlama haqqında qərarın surəti onlara göndərilməmişdir. Həmin qərarın surəti göndərilsəydi, təbii ki bununla bağlı müəyyən tədbirlər görərdilır. Bu səbəbdən də Saray bağlar massivində yerləşən 10 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evi 50043,75 manat satılmazdı. İcra işində onlara bildirişin gəlməsi, bildirişin alınması ilə bağlı hər-hansı məlumat yoxdur. Bir neçə gün əvvəl icra məmurunun yanında olub məhkəmə mübahisəsinin davam etdirilməsi barədə məlumat vermək istədikdə məlum olmuşdur ki, artıq hərrac keçirilib və İddiaçı1 mülkiyyətində olan əmlak ucuz qiymətə "xxxx" KB ASC-yə satılmışdır. Rəsmi qaydada müraciət edib hərracın yekunları barədə sənədləri icra şöbəsindən almışlar. Hesab edirlər ki, hərracın keçirilməsi qaydaları pozulduğundan vətəndaş kimi hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər. Lakin işə baxan məhkəmə heç bir araşdırma aparmadan, maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır. Bununla da qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də hesab edirlərki ki, qətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, hərracın keçirilməsi ilə bağlı bildirişin iddiaçılar tərəfindən alınmasına dair sənəd olmasa da onlara göndərilmiş məktublar “evdə yoxdur”q eydi ilə geri qayıtmış, həmçinin apellyasiya şikayətində göstərilən ünvana da məlumat göndərilmişdir. Hərracın keçirilməsinə dair mətbuatda da mütəmadi elanlar verilmişdir. Bütün proseslər qanunauyğun olaraq həyata keçirilib. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2(060)-7159/2021 saylı tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, "xxxx" MMC Hərrac Mərkəzinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nemayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbində Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Sumqayıt şəhər üzrə İcra İdarəsinin sifarişi ilə "xxxx" MMC-də keçirilən 09.04.2021-ci il tarixli hərracın və 29/04 nömrəli protokolun, 09.04.2021ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etsələr də sözügedən protokolu və alqı-satqı müqaviləsinin surətini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi , Külək MMC Hərrac Mərkəzi və Unibank KB ASC-nə qarşı «hərracın etibarsız sayılması nəticəsində 29/04 nömrəli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan qətnamələrin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2016-cı il tarixli, 2(060)14343/2016 saylı qətnaməsi ilə "xxxx" ASCnin iddiaçıya qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən "xxxx" ASC ilə iddiaçının oğlu İddiaçı2 arasında bağlanmış 19.02.2014-cü il tarixli və 02.07.2014-cü il tarixli kredit və əlavə kredit müqavilələri ləğv edilmişdir. 19.02.2014-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 36 981.27 ABŞ dolları əsas borc, 3119.74 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 40 201.01 ABŞ dolları, 02.07.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2087.16 manat, fazi borcu üzrə 107.56 manat, İddiaçı2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Tələb onun mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0.0985 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinə yönəldilməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 79200 manat müəyyən edilməsi, ipoteka qoyulmuş Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsində və onun üzərində yerləşən 3276A saylı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş məbləğin "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci iltarixli, 2(105)259/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 22.12.2016-cı il tarixli 2(060)14343/2016 saylı qətnaməsi ipoteka predmeti olan Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsində və onun üzərində yerləşən 3276A saylı bağ evinin ilkin satış qiyməti dəyişdirilərək 78500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2(102)6046/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 aprel 2018-ci iltarixli, 2(105)259/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-777/2019 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinə qoyulmuş qiymətin dəyişdirilməsi tələbinə” dair iddiası təmin edilməmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(105)2534/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 777/2019 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 dekabr 2019cu il tarixli, 2(102)7787/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(105)2534/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iş materiallarından görünür ki, cavabdehlər tərəfindən hərrac keçirilərkən iddiaçıların yaşadığı və özlərinin şikayətlərində qeyd etdiyi ünvanlara rəsmi xəbərdarlıqlar göndərilmiş, mətbuatda elan verilmiş, yəni bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına uyğun olaraq qeyd olunan maddi hüquq normaları baxımından düzgün nəticəyə gəlmişdir. Bundan başqa cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilmişdir. Belə ki, hərracın keçirilməsi vaxtı və yeri barədə kütləvi ionformasiya vasitələrində elan verilmişdir. İddiaçı və digər iş üzrə maraqlı tərəflər hərracın keçirilməsi vaxtı və yeri barədə rəsmi bildirişlərlə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında belə nəticəyə gəlmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır və ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələrı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Bununla da iddiaçıların apelyasiya şikayətində göstərdikləri dəlillər iş materialları ilə təkzib edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2(060)-7159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2(060)-7159/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-537/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-537/2022
15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver