Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-54/2024 13.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontoru və üçüncü şəxslər X18, X32, X24, X19 və X6 qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ) X36 Süleymanovanın sədrliyi və məruzəsi, X42 Məmmədov və X5 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçılar İddiaçı1 və Fəridə Rəfail qızıHəsənovanın, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X9, Üçüncü şəxslərin nümayəndəsi və vəkili X22 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontoru və üçüncü şəxslər X18, X32, X24, X19 və X6 qarşı “tam payda qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1992/2022 nömrəli qətnaməsindən üçüncü şəxslər X32, X18 və X29 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı1 cavabdeh X25 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı mənzilə dair onun adına qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, X7, X20, X10, X8 və X3 üçüncü şəxs qismində işə cəlb olunmasını və Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə, 79 ünvanında yerləşən 239 saylı mənzilə dair İddiaçı1 tam payda qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, övladları İddiaçı2, İddiaçı4 və İddiaçı3 iş üzrə birgə iddiaçı qismində prosesə cəlb edilməsini və miras əmlaka, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə, 79 ünvanında yerləşən 239 saylı mənzilə dair yalnız onun və övladlarının adına bərabər payda vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, 1995-ci ildə X26 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladı vardır: xx.xx.1997-ci il təvəllüdlü X11, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2. Qayınatası - X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı, X26 isə xx.xx.2012ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı mənzil qayınatası – X4 adına olmuşdur. Həmin ünvanda qayınatası, həyat yoldaşı, o və övladları yaşamışdır. Qayınatası və həyat yoldaşının vəfatından sonra evi faktiki qəbul edərək övladları ilə yaşamağa davam etmişdir. Həyat yoldaşının ili çıxdıqdan sonra - 2013-cü il tarixdə həmin evi sökdürərək yoldaşından ona miras qalan Bakı şəhərində yerləşən 3 otaqlı evin satışından əldə olunmuş pul ilə iki mərtəbəli ev tikmişdir. Qayınatasının sağlığında vəsiyyətnamə qoymamış, lakin həmişə evi Rəfailə verəcəyini bildirmişdir. Onlardan başqa həmin ünvanda heç kim yaşamamışdır. Qeyd etdiyi kimi həmin mirası faktiki olaraq qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququna dair vərəsəlik işi açılmışdır. Ondan başqa qaynı – X32, qaynı – X18, baldızı – X24, qayınatasının ikinci həyat yoldaşı – X19, oğlu – İddiaçı2, qızı – İddiaçı4, qızı – X11, baldızı (ikinci həyat yoldaşı ilə rəsmi nikahlarından dünyaya gəlib) – X17. Qeyd olunan şəxslərdən həmin ünvanda İddiaçı3, X18, İddiaçı4, X32, X24 və İddiaçı2 qeydiyyatdadırlar. Bildirmək istəyir ki, həmin ünvanda o və övladları yaşayır, digərlərinin qeydiyyatı formal xarakter daşıyır. Onlar mirası faktiki qəbul etməyiblər. Mirasın rəsmi qəbulu üçün isə 8 il sonra müraciət ediblər. Bundan əlavə nəzərə almaq lazımdır ki, mərhum həyat yoldaşı mirası faktiki qəbul etdikdən sonra vəfat etdiyi üçün onun istəyinə uyğun olaraq, yoldaşının vəfatından sonra o, Bakı şəhərində olan mənzillərini sataraq miras əmlakı yenidən qurmuş, əsaslı təmir-tikinti işləri aparmışdır. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 24 iyun 2021-ci il tarixli 1779 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Sizin Sumqayıt “Asan Xidmət” mərkəzi notariat ofisinə ünvanladığınız xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) və 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.” Odur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etmiş hər bir vərəsənin bərabər pay hüququları vardır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən “Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.” Halbuki, yuxarıda da qeyd olunduğu kimi, miras əmlak yalnız onun mərhum əri tərəfindən qəbul olunubdur. Digər vərəsələr mirası nə faktiki, nə də hüquqi qəbul etməyiblər. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
6. AZ İ 577238 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1464 nömrə ilə qeyd edilmişdir.
7. AZ İ 585186 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1705 nömrə ilə qeyd edilmişdir.
8. 05Q-4556/69 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X26 xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, X1, anası İddiaçı4 Hacıağa qızıdır.
9. JQ 376105 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə İddiaçı1 xx.xx.1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar.
10. 09.12.2019-cu il tarixli, **********100 nömrəli ərizədən görünür ki, İddiaçı1 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa vərəsəsi yoxdur.
11. 21.12.2019-cu il tarixli, **********44 nömrəli ərizədən görünür ki, İddiaçı2 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı4, İddiaçı1.
12. AZ İ 497432 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2003-cü ildə Sumqayıt şəhərində doğulmuş, atası X26, anası Həsənova Aygün Müzəffər qızıdır.
13. 21.12.2019-cu il tarixli, **********746 nömrəli ərizədən görünür ki, xx.xx.2003cü ildə doğulmuş İddiaçı1 oğlu, İddiaçı2 vərəsəlik işinin qəbulu ərizəsini imzalamağa etiraz etmir.
14. 21.12.2019-cu il tarixli, **********745 nömrəli ərizədən görünür ki, İddiaçı4 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı1 və İddiaçı2.
15. AZ İ 381572 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx.xx.2000-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X26, anası Həsənova Aygün Müzəffər qızıdır.
16. 25.01.2020-ci il tarixli, **********062 nömrəli ərizədən görünür ki, X11 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı1 İddiaçı4, İddiaçı2.
17. AZ İİ 902403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X26, anası Həsənova Aygün Müzəffər qızıdır.
18. AZ İİ 369200 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə İddiaçı3 xx.xx.2019-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Nikahdan sonra arvada Məmmədli soyadı verilmişdir.
19. 29.12.2019-cu il tarixli, **********766 nömrəli ərizədən görünür ki, X19 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı4, İddiaçı1, İddiaçı2.
20. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2001-ci il tarilxi kitabın 386 səhifəsindən edilmiş çıxarışdan görünür ki, X16 ilə X19 rəsmi nikaha daxil olmuşdurlar.
21. 30.12.2019-cu il tarixli, **********904 nömrəli ərizədən görünür ki, X17 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı1, İddiaçı4, İddiaçı2 və X21.
22. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2001-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X12r.
23. xx.xx.2020-ci il tarixli, **********107 nömrəli ərizədən görünür ki, X32 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: X18, X32 və X24.
24. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.1966-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası İddiaçı4 Hacıağa qızıdır.
25. xx.xx.2020-ci il tarixli, **********108 nömrəli ərizədən görünür ki, X18 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: X18, X32 və X24.
26. AZ 744476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1964-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası İddiaçı4 Hacıağa qızıdır.
27. xx.xx.2020-ci il tarixli, **********109 nömrəli ərizədən görünür ki, X24 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: X18, X32 və X24.
28. 301677 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X27 xx.xx.1989-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Nikahdan sonra arvada Sadıxova soyadı verilmişdir.
29. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1968-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası İddiaçı4 Hacıağa qızıdır.
30. AZ İİ 025179 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı4 Hacıağa qızı 20 mart 1999-cu ildə ölmüşdür.
31. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı2, İddiaçı4, İddiaçı3, X18, X32, X24 və digərləri Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə, ev 239 saylı mənzildə qeydiyyatdadırlar.
32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 may 2020-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evi Sumqayıt şəhər İcraiyyə Komitəsinin 11 nömrəli xx.xx.1967-ci il tarixli qərarı əsasında mərhum X4 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir.
33. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır.
34. Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisinin 24 iyun 2021-ci il tarixli 1779 nömrəli məktubundan görünür ki, İddiaçı1 cavab olaraq bildirilmişdir: “Sizin Sumqayıt “Asan Xidmət” mərkəzi notariat ofisinə ünvanladığınız xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) və 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.” Odur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etmiş hər bir vərəsənin bərabər pay hüququları vardır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən “Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.”
35. Məhkəmə mübahisəli mənzilin texniki pasportundakı göstəriciləri ilə hazırkı vəziyyəti arasındakı fərqi əks etdirən müvafiq mütəxəssis rəyinin təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ünvanlamışdir. Həmin sorğu əsasında verilmiş mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə İddiaçı1 istifadəsində olan (mərhum Feyzulla Həsənov) fərdi yaşayış evinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evi 2 mərtəbəlidir, ümumi sahəsi 206.3 kv.metrdir. Fərdi yaşayış evinin 2 mərtəbə üzrə ümumi sahəsi 136.4 kv.metr hissəsi köhnə tikilidir, 69.9 kv.metr hissə isə yeni, sonradan inşa edilmişdir. Digər sahə açıq eyvan sahəsi 3.6 kv.metr yeni tikilidir. Həyətyanı sahədə 2 ədəd tikinti altı sahəsi 10.9 kv.m və 45.9 kv.m köməkçi tikililər mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
36. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1992/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva)iddianın təmin edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evinə dair yalnız iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 adına bərabər payda vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontorunun üzərinə qoyulması qət edilmişdir.
37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi, 29-cu maddəsinin V bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134, 1145, 1146, 1159.1.1, 1243, 1245, 1255, 1246 və 1248.1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
38. Üçüncü şəxslər X32, X18 və X29 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1992/2022 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişlər.
39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı4, İddiaçı2 orlu, İddiaçı3, İddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı mənzilə onların adına qanun üzrə vərəsəlik hüququna dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2022-ci il tarixdə e-2(060)-1992/2022 saylı qətnamə ilə onların iddiasını təmin edərək, bərabər payda vərəsəlik hğququna dair şəhadətnamə vermək vəzifəsi cavabdeh Sumqayıt "Asan Sumqayıt" Xidmət Mərkəzində Notariat Kontorunun üzərinə qoyulması barədə qətnamə çıxarmışdır. Hesab edirlər ki, qətnamə qanunsuzdur və ləğv olunmalıdır. Ona görə ki, Sumqayıt Şəhər Məhkəməsi MPM-nin 388-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan halları araşdırmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti bşçısının Corat qəsəbəsi İD nümayəndəsi tərəfindən təsdiq olunmuş 21 sentyabr 2022-ci il tarixli aktdan gürünür ki, X32 X1 ilə birlikdə Corat qəsəbəsi, məhəllə 79, ev 239-da yaşamaqdadır. Atası vəfat etdikdən sonra da 2013-cü ilin dekabrına qədər mübahisəli evdə yaşamaqdadır. X1 6 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçıların həyat yoldaşı və atası olan qardaşı Rəfail Həsənov da 27 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Qardaşı və atası vəfat edəndən sonra X32 mirası faktiki olaraq qəbul edərək mübahisəli mənzildə yaşamaqdadır. Ondan əlavə 22 sentyabr 2022-ci il tarixdə Corat qəsəbəsində tərtib olunmuş aktdan görünür ki, Bəxtiyar usta kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 29, ev 239-da 2014-cü ilin yanvar ayından başlayaraq X32 və X18 onun yanında olub bu işlərə nəzarət etmişlər. Ustanın pulunu da X18 üdəmişdir. Bu fakt da onu təsdiq edir ki, həm Həsənov Baba, həm X18, həm də bacıları X28 atalarına məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 29, ev 239-da olan mübahisəli mənzili faktiki qəbul edərək idarə etmişlər.
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(105)-228/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli ekspert rəyinin tədqiqatının nəticə hissəsində göstərilmişdir: Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvaninda yerləşən 239 saylı fərdi yaşayış evinin daxili konstruktiv elementlərinin o cümlədən əsas yük daşıyıcı elementleri üzərində yenidənqurma işlərinin aparılmasını və mühəndis-komunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsini nəzərə alaraq, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evində əsaslı təmir-tikinti işlərinin aparıİdığı müəyyən edilir. 239 saylı ünvanda yerləşən ferdi yaşayış evinin texniki pasportun məlumatları ilə evin faktiki vəziyyeti ilə müqaisə aparılan zamanı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən tikililərin arakəsmə divarları sökülərək yeni tikililərin (hamam, ayaqyolu, dəhliz ) inşa olunduğu müəyyən edilmişdir. 239 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən tikililərin arakəsmə divarları sökülərək əlavə yaşayış otağının və dəhliz tikilisinin inşa olunduğu müəyyən edilmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evinin daxili konstruktiv elementlərinin üzərində dəyişikliklər aparıldığından fərdi yaşayış evinin texniki pasportun göstəricilərinə (ölçülər otaqların sayı) uyğun gəlmədiyi müəyyən edilir.
42. Üçüncü şəxs X28 tərəfindən iş üzrə verilmiş ekspert rəyinə qarşı etiraz daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, o, 2(105)-228/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü tarixli 10/814 saylı məhkəmə ekspertizasının rəyi ilə razı olmadığından etiraz edir. Belə ki, həmin evdə heç bir əsaslı təmir tikinti işləri aparılmayıb, daha doğrusu həmin evdə yalnız təmir işləri aparılmışdır. Bu evin özülü, divarları, dam örtüyü, tavanı, döşəməsi, həmçinin daimi suyu, qazı, elektrik təchizatı, ondan başqa bir neça hamamı və ayaqyolusu olmuşdur, yəni bu evdə çatışmayan heç bir şey qalmamışdır. İddiaçı1 iddia ərizəsində qeyd etdiyi kimi “ev koma olub sökdürüb təzədən öz şəxsi vəsaitimlə yenidən özüm tikdirmişəm” deməsi əsassızdır. Sonradan məhkəmə iclasında evin sökülmədiyini, yalnız təmir olunduğunu dəfələrlə İddiaçı1 etiraf etsə də, məhkəmə ekspertizanın keçirilməsini zəruri hesab etmişdir. Hazırda keçirilmiş ekspertizanın rəyi tamamilə yanlışdır.Bildirir ki, evin texniki pasportunda olan görüntüsü evin faktiki halı ilə daha uyğundur. Yalnız təmir zamanı birinci mərtəbəyə düşmək üçün quraşdırılan pilləkən evin texniki pasportu ilə uyğun gəlməyə bilər. Evin qabarit ölçülərində heç bir ciddi dəyişiklik edilməmişdir.Qeyd edilən ünvanda - atasına məxsus yaşayış evində uzun illər boyu çox böyük bir (20 nəfərə yaxın) ailə üzvləri birlikda yaşamış və evin təmiri də zamanına görə həmişə yüksək səviyyəli olmuşdur. Müəyyən dövr ərzində ailə üzvlərinin rahatlığa tam təmin olunması ücün mövcud evdə əlavə böyük sahəli 2 otaq, mətbəx və böyük ölçülü üstü açıq yay balkonu tikilmişdir. Lakin sonradan sözügedən təmir zamanı həmin artırmalar olan təmirli otaqlar, mətbəx və böyük ölçülü, üstü açıq yay balkonu sökülmüşdür. Həmin bu sadaladıqlarını toy kasetlərində əks olunduğundan vacib bir sübut kimi təqdim etmək istəyir. Evin içində əvvəlcədən mövcud olan digər bir mətbəxi İddiaçı1 öz zövqünə uyğun müasir zamanın tələbi ilə rahatçılığı üçün təmir etdirmişdir. Həyətdəki hamam və ayaqyolunun da biri sökülərək həmin şəraiti evin içində yaratmışdır. Bütün bu işlərin görülməsində digər qardaşlarının yaxından maddi və mənəvi dəstəyi olmuşdur, çox da İddiaçı1 desə ki, o etmişdir, məlum məsələdir ki, tək bir qadın bu boyda böyük bir işi heç vaxt tək edə bilməz.Rəyin 2-ci vərəqində göstərilən “1-ci mərtəbədə yerləşən tikililərə dair” qeyd etmək istəyir ki, məhz həmin yerdə əvvəllər yaşayış olmuşdur, əvvəlcə 2 ayını kirayəçi ailə, sonra isə öz valideynləri orada yaşamışlar, sökülən arakəsmə bunu sübut edir ki, burada həqiqətən yaşayış olmuşdur. 1 saylı holl sahəsi, 2 saylı dəhlizin sahəsi, 3 saylı ayaqyolunun sahəsi və 4 saylı hamamın sahəsi ekspertin apardığı təhqiqatdan sonra müəyyən edilərək dəqiq göstərilmişdir. 2-ci mərtəbədə 5 saylı dəhliz-mətbəx tikilisinin sahəsi, 6 saylı dəhliz tikilisinin sahəsi, 7,8, 9 saylı yaşayış otaqların sahəsi də eyni qaydada göstərilmişdir. Rəydə evdə aparılan təmir işləri ekspertin “bərbəzəkli” sözləri ilə əks olunmuşdur, məlum məsələdir ki, təmir edən hər bir kəs rahat yaşaması üçün öz zövqünə yğun hərəkət edir. 5 saylı dəhliz-mətbəxlə bağlı bildirir ki, bu böyük ölçüyə malik yerdə əvvəldən də mətbəx olmuşdur, sadəcə təmir zamanı yerdəyişmə aparılaraq mətbəxin yeri otağın aşağı tərəfindən baş tərəfinə çəkildiyindən əlavə dəhliz də düzəldilmişdir, yəni heç bır əlavə tikili aparılmadan mövcud yerdə dəyişim aparılmişdir. 6 saylı dəhliz tikilisi ilə bağlı bildirir ki, otaqlar iç-içə olduğu üçün mövcüd olan bir otağın sahəsini kiçiltməklə məhz həmin dəhliz yaradılmışdır, yəni 7 saylı yaşayış otağının sahasi 12.1 kv.m deyil, həmin 6 saylı dəhliz tikilisinin sahəsi 5,6 kv.m ilə birlikdə 17,7 kv.m olmalı idi. Göründüyü kimi digər 3 otağın sahəsi kifayət qədər böyükdür. Beləliklə, sahəsi 5,6 kv.m olan 6 saylı dəhliz - həmin 7 saylı yaşayış otağından bölünmüş dəhlizdir. Rəyin 3-cü vərəqinin 6-cı abzasında “Mənzil elektrik, su, qaz va (kombi) istilik xolları ilə yenidən təmir olunmuşdur” qeydi ila bağlı bıldırir ki, kombidən başqa digərləri evdə olmuşdur, yəni avvəldən olmayan bir şey haqqında yenidən təmir sözünü ekspert hansı əsasla yazmışdır?? Rəyin 3-cü vərəqinin 11,12,14,15-ci və 4-cü vərəqinin 2,3-cü abzasları təkrar qeyd edilmişdir. Rəyin 4-cü vərəqində nəticə hissəsinin birinci abzasında sözügedən fərdi yaşayış evində əsaslı təmir tikinti işlərinin aparıldığı müəyyən edilir qeydi ilə bağlı birmənalı şəkildə bildirir ki, evdə yalnız kosmetik təmir işləri aparılmışdır. 2-ci mərtəbədəheç birəlavə yaşayış otağı, dəhliz tikilməmişdir.4-cü abzasda fərdi yaşayış evinin texniki pasportunun göstəricilərinə (olçulər otaqların sayı) uyğun gəlmədiyi müəyyən edilirqeydi ilə bağlı onu da bildirir ki, birinci mərtəbədə quraşdırılan pilləkən yalnız texniki pasportla uyğun gəlmir, otaqlardan birinin həcmi kicildilərək dəhliz düzəldilmişdir. Bildirir ki, bu məsələ ilə bağlı hələ 2019-cu ilin dekabr ayında Sumqayıt şəhəri, Corat qəsəbəsi,239 saylı evə vərəsəlik paylarının verilməsinə dair Sumqayıt ASAN xidmət notariat kontoruna müraciət edən zaman təsadüf nəticəsində məlum olmuşdur ki, mərhum qardaşı X13 həyat yoldaşı İddiaçı1 onlardan xəbərsiz gizlin səkildə ata evinin öz adına keçirilməsi ilə bağlı notariat kontoruna müraciət etdiyindən, bu halla bağlı vərəsəlik işi acilmiş, təkcə onunsoyadı ilə bağlı (ailə qurduqdan sonra Sadıqova) bu iş bır qədər ləngimişdir. Evin kupçası və digər vacib olan sənədləri İddiaçı1 özündə saxlayır, məsələnin qanuni şəkildə həll olunması üçün lazım olan məqamlarda gizlədərək heç bir rəsmi orqana taqdim etmir. Sonradan işin ardıcıl olaraq qanuni şəkildə davam etdirilməsi zamanı məhz İddiaçı1 bilərəkdən evə baxış keçirmək üçün gələn mütəxəssisi evə buraxmamaqla, bu işi qəsdən pozmuş va vərəsəlik paylarının bölünməsinə qərəzli şəkildə mane olmuşdur. Göründüyü kimi sadə bir proses İddiaçı1 eqosu nəticəsində səbəbsiz yerə aylarla uzanan məhkəmə prosesinə çevrilmişdir. Bu da sonda iş yükünün süni şəkildə artırılmasına dəlalət edir.Ekspertizanın keçirilməsini mübahisənin əsas məzmununa aid olmayan artıq prosessual bir hərəkət hesab etməklə onun mötəbər bir sübut kimi qəbul edilməsinə etiraz edir. Bütün bunları nəzərə alaraq problemin kökündə duran vərəsəlik paylarının bölgüsünə dair ədalətli qərar qəbul edilməsini xahiş edir.
43. Sumqaygt Apellyasiya Məhkəməsinin Mğlki Kollegiyasgngn 08 avqust 2023cğ il tarixli, 2(105)-228/2023 nümrəli qərardadg ilə Azərbaycan Respubliksaı Mülki Məcəlləsinin 1243.2, 1246, 1273.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair müraciətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilənədək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməi Plenumu 26 dekabr 2023cü il tarixdə Qərar qəbul edərək qərara almışdır:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
45. Sumqaygt Apellyasiya Məhkəməsinin Mğlki Kollegiyasgngn 30 dekabr 2023cğ il tarixli, 2(105)-228/2023 nümrəli qərardadg ilə iö ğzrə icraat təzələnərək məhkəmə baxışına təyin edilmiєdir.
46. X17 tərəfindən xx.xx.2024-cğ il tarixdə məhkəməyə daxil olmuö ərizədən görünür ki, o, atası mərhum X35 orlundan miras qalan Sumqaygt öəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə, ev 239 nümrəli fərdi yaöaygö evinə vərəsə kimi tangnmgödgr, hal-hazgrda ona dğöən paydan imtina edir və bunun nəzərə alınmasını xahiş edir.
47. X41 qgzg tərəfindən xx.xx.2024-cğ il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, o, yoldaşı mərhum X2 miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə, ev 239 nümrəli fərdi yaşayış evinə vərəsə kimi tanınmış, hal-hazırda ona düşən paydan imtina edir və bunun nəzərə alınmasını xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
48. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
49. Üçüncü şəxslər X24 və İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.
50. Üçüncü şəxslərin nümayəndəsi və vəkili X30 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
51. İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
52. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
53. Cavabdeh 1 saylı Sumqaygt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə gündərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
54. İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
55. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi üçüncü şəxslər X32, X18 və X24 verdikləri apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
56. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.
59. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evi Sumqayıt şəhər İcraiyyə Komitəsinin 11 nömrəli xx.xx.1967-ci il tarixli qərarı əsasında mərhum X4 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. X23 Həsənov və onun ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. F.Həsənov 06 sentyabr 2012-ci ildə vəfat etmişdir. Həmin vaxt oğlu R.Həsənov və ailəsi onunla birlikdə yaşamışdır. Rəfail Həsənov isə 27 oktyabr 2012-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra da evdə iddiaçılar İddiaçı1 və onun övladları yaşamağa davam etmişlər. Hazırda iddiaçılar mübahisəli mənzilə dair yalnız onların adına bərabər payda vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışlar.
60. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddianın təmin edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evinə dair yalnız iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 adına bərabər payda vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontorunun üzərinə qoyulması qət edilmişdir.
61. Üçüncü şəxslər X32, X18 və X29 məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişlər.
62. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
63. İşin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evi Sumqayıt şəhər İcraiyyə Komitəsinin 11 nömrəli xx.xx.1967-ci il tarixli qərarı əsasında mərhum X4 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Həmin əmlak əvəzsiz qaydada əldə edilməklə birgə nikah dövründə əldə edilmiş əmlak rejiminə aid deyildir. Feyzulla Həsənov 06 sentyabr 2012-ci ildə vəfat etmişdir. Mübahisə predmeti olan əmlakla bağlı vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü anından başlasa da miras kütləsi ilə bağlı vərəsəlik işi açılmamış, miras əmlak nə vəsiyyət üzrə, nə də qanun üzrə vərəsəlik qaydasında qəbul edilməmiş, vərəsəlik şəhadətnaməsi verilməmişdir.
64. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsələr daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər.
65. Kollegiya araşdırması zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada vərəsə ola biləcək şəxslərin dairəsi araşdırılmış, miras qoyan Feyzulla Həsənovun vərəsələrinin - X18, X32, X24, X26, X19 və X17 olduğu müəyyən edilmişdir.
66. Həmçinin müəyyən edildi ki, X19 və X17 ərizə verərək miras əmlakdan onlara düşən paydan imtina etdiklərini göstərmişlər.
67. Eləcə də müəyyən edildi ki, iddiaçılar, miras qoyan Feyzulla Həsənovun vəfatından sonra, 27 oktyabr 2012-ci ildə ölmüş oğlu Rəfail Həsənovun arvadı və övladlarıdır.
68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
69. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən mövqedən çıxış edərək qeyd edir ki, miras qoyan Feyzulla Həsənovun ölümündən sonra X18, X32, X24, X26 mirasdan imtina etmədiklərindən miras əmlaka münasibətdə vərəsə hesab olunurlar və miras əmlakda payları vardır. Şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
70. Eyni zamanda kollegiya qeyd edir ki, X26 vəfat etdiyindən miras əmlakda ona çatası pay irsi transmissiya qaydasında araşdırılan mübahisə üzrə iddiaçılara (birinci növbə qanuni vərəsələr) keçmişdir.
71. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir.
72. Kollegiya, araşdırılan iddianı miras əmlaka vərəsəlik hüququ ilə bağlı mübahisə konteksində qiymətləndirərək hesab edir ki, iddia tələbi bərabər payda vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı olduğundan miras əmlakda vərəsələrin payı müəyyən edilməklə iddiaya qiymət verilməlidir.
73. Kollegiya qeyd edir ki, miras qoyan X16 06 sentyabr 2012-ci tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras əmlaka X4 öldüyü məqamadək malik olduğu ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi daxildir. Məhkəmə araşdırması zamanı miras əmlaka dair vəsiyyətnamə olmadığı müəyyən edildi. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan X4 öldüyü məqamda sağ olmuş arvadı və övladları qanun üzrə birinci növbə vərəsələridir. Miras qoyanın arvadı X19 və qızı X17 miras əmlakda onlara düşən paydan imtina edərək digər vərəsələrin payları müəyyən edilərkən bunun nəzərə alınmasını xahiş etmişlər.
74. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vərəsələr X19 və X3 miras əmlakda onlara düşən paydan imtina etmələri nəzərə alınmaqla, X18, X32, X24, X26 miras qoyanın birinci növbə vərəsələri olmaqla miras kütləsinə aid olan fərdi yaşayış evində ¼ hissədə hər birinin payı müəyyən edilməlidir.
75. X26 27 oktyabr 2012-ci il tarixdə vəfat etdiyindən sonuncuya aid ¼ hissədə miras payı irsi transmisiya qaydasında birinci növbə vərəsələr olan iddiaçılara keçmiş hesab edilməli, iddiaçıların həmin ¼ hissədə pay üzərində hər birinin ¼ hissədə payı müəyyən edilməlidir.
76. Kollegiya hesab edir ki, iddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsində əsassız olduğundan təmin edilə bilməz. Belə ki, hazırki iddia tələbindən görünür ki, iddiaçı həm vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, həm də mirasda payının tam olaraq verilməsini tələb etmişdir. Kollegiyanın qənaətinə görə iddiaçı payının məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyindən əlavə olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə lüzum qalmır. Miras payın məhkəmə qaydasında müəyyən edilməsi, həmin payın dövlət qeydiyyatına alınması üçün əsasdır. Belə ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri vərəsəlik hüququ haqqında şəhadətnamə, digəri isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır.
77. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1992/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.
78. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 100 (yüz) manat İddiaçı1. İddiaçı2, İddiaçı4 və İddiaçı3 alınaraq SAP (XİİS) hesabı X15 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Üçüncü şəxslər X32, X18 və X29 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(060)-1992/2022 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontoru və üçüncü şəxslər X18, X32, X24, X19 və X6 qarşı “tam payda qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair iddiası qismən təmin olunsun. Miras kütləsinə daxil olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X7, X20, X10 və X14 hər birinin ¼ hissədə payı müəyyən edilsin. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində mərhum X14 ¼ hissədə yaranmış pay hüququ üzərində vərəsələri - iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 hər birinin ¼ hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 100 (yüz) manat İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 alınaraq SAP (XİİS) hesabı X15 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.