Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-542/2022 06.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili: Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maliyyə lizinq müqaviləsi üzrə borcun və lizinq predmetinə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Qurbanov) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli 10/0097/LİZ saylı maliyyə Lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli 10/0097/LİZ saylı X5 əsasən 2.949 (iki min doqquz yüz qırx doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində gecikdirilmiş lizinq borcu, 12.319 (on iki min üç yüz on doqquz) manat məbləğində lizinq predmetinə vurulmuş ziyan olmaqla, cəmi 15.268 (on beş min iki yüz altmış səkkiz) manat 48 (qırx səkkiz) qəpik məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məhkəmə xərclərinin Cavabdeh1 və Cavabdeh2 Sahibqulu oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı MMC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli 10/0097/LİZ saylı maliyyə Lizinqi Müqaviləsinin ləğv edilməsi, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli 10/0097/LİZ saylı X5 əsasən 2.949,48 manat məbləğində gecikdirilmiş lizinq borcu, 12.319 manat məbləğində lizinq predmetinə vurulmuş ziyan olmaqla, cəmi 15.268,48 manat məbləği və ödənilmiş 30 manat məhkəmə xərclərinin Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli 10/0097/LİZ saylı X5 əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən və ümumi dəyəri 11.756 manat olan, 2014-cü il buraxılışı TİP: Sedan, Ban LGJEİFE0XEM263382, mühərrik №DFMA 16E0030056 olan, ag rəngli **-AK-*** dövlət qeydiyyat nişanlı «DONG FENG» minik markalı bir ədəd avtomobili öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Həmçinin lizinq müqaviləsinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 04 iyun 2015-ci il tarixli 10/0097/LİZ saylı üçtərəfli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh1 16 yanvar 2015-ci il tarixli 10/0097/LİZ saylı X5 əsasən öz növbəsində 11.756 manat məbləğində əsas borcu v 3.332 manat məbləğində lizinq verənin mükafatını 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Lizinq Müqaviləsinə 1 saylı əlavədə göstərilmiş illik 17% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduqları halda, müqavilənin bu şərtini pozaraq ödəniş cəbvəli üzrə dövri olaraq ödəməli olduqları məbləği ödəməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdilər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bununla da məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutları araşdırmış qətnamədə lizinq obyektinə dəymiş zərərin məbləğinə dair qüsur aktına istinad etmişdir və heç bir ekspertiza keçirməmişdir. Cavabdeh1 lizinq şirkəti avtomobilin 100 km məsafə qət etmək üçün 6 litr yanacaq sərf etdiyini bildirmişdir. Lakin avtomobil idarə etməyə başladıqdan sonra Cavabdeh1 avtomobilin 100 km məsafəyə 12 litr yanacaq sərf etdiyini görmüş və bununla da bağlı lizinq şirkətinə müraciət edərək narazılığını bildirmişdir. 2015-ci ilin yay aylarında lizinq obyekti olan avtomobil Cavabdeh1 xəbəri olmadan qaçırılmış, bununla bağlı o, 102 xidmətinə zəng etmişdir. Onun şikayəti əsasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-də araşdırma aparılmış və həmin avtomobilin şirkətin əməkdaşları tərəfindən qaçırıldığı məlum olmuşdur. Lizinq şirkətinin əməkdaşları bunun səbəbini lizinq ödənişlərinin gecikdirilməsi ilə izah etmişlər. 2015-ci ilin dekabr ayında qarlı hava şəraiti ilə əlaqədar avtomobil buzda sürüşmüş və avtomobilin sol qabaq hissəsi əzilmişdir. Maşın əzilən an Cavabdeh1 avtomobilin şəklini çəkmiş və şəkildən də görünür ki, avtomobilə dəymiş ziyanın məbləği cüzi olmaqla, iddiaçının təqdim etdiyi qüsur aktında göstərilən məbləğdən əhəmiyyətli dərəcədə aşagıdır. Avtomobil Cavabdeh1 tərəfindən könüllü iddiaçıya verilməmişdir, avtomobil qanunsuz olaraq lizinq şirkətinin əməkdaşları tərəfindən aparılmışdır. Şabran Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2(031)-804/2017 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 bildirdi ki, iddiaçı ilə aralarında razılıq əldə olunub. Bu səbəbdən aralarındakı razılaşmanın təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir, razılaşmanın təsdiq edilməsinin və işin icraatına xitam verilməsinin hüquqi nəticələri ona aydındır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 göstərdi ki, cavabdeh tərəflə razılıq əldə olunub, razılaşmanı imzalamışlar, bu səbəbdən də razılaşmanın şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş edir, razılaşmanın təsdiq edilməsinin və işin icraatına xitam verilməsinin hüquqi nəticələri ona aydındır. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış 06 iyun 2022-ci il tarixli razılaşmadan görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşma imzalanmışdır: 1.Cavabdeh1 İddiaçı MMC-nin ona və Cavabdeh2 qarşı hazırkı iddia tələbindən imtina etməsi müqabilində bu Sazişin təsdiq edildiyi gündən 1 ay sonra İddiaçı MMC-yə birdəfəlik 2000 (iki min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür.
2. İddiaçı MMC Cavabdeh1 bu Sazişin təsdiq edildiyi gündən 1 ay sonra İddiaçı MMC-yə birdəfəlik 2000 (iki min) manat məbləğində pul vəsaiti ödəcəyi barədə öhdəlik götürməsi müqabilində Cavabdeh1 və Cavabdeh2 qarşı maliyyə lizinq müqaviləsi üzrə borcun və lizinq predmetinə vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbindən imtina edir və gələcəkdə onlara qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəlsinə götürür.
3. Hazırkı saziş eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci və 262-ci maddələrinin tələbləri onlara aydındır.
5. Hazırkı barışıq sazişinin şərtləri könüllü icra edilmədiyi təqdirdə məcburi icra sənədi qüvvəsinə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflər arasıda bağlanmış razılaşmanın şərtlərini araşdırıb, razılaşmanın şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, razılaşmaya qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən, hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin şərtləri təsdiq olunmalı, Şabran Rayon Məhkəməsinin 2(031)-804/2017 saylı, 22 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış razılaşmanı (barışıq sazişini) təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, razılaşmanın (barışıq sazişinin) bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 263-264, 370, 391 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maliyyə lizinq müqaviləsi üzrə borcun və lizinq predmetinə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə bağlanmış 06 iyun 2022-ci il tarixli razılaşma (barışıq sazişi) aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh1 İddiaçı MMC-nin ona və Cavabdeh2 qarşı hazırkı iddia tələbindən imtina etməsi müqabilində bu Sazişin təsdiq edildiyi gündən 1 ay sonra İddiaçı MMC-yyə birdəfəlik 2000 (iki min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür.
2. İddiaçı MMC Cavabdeh1 bu Sazişin təsdiq edildiyi gündən 1 ay sonra İddiaçı MMC-yə birdəfəlik 2000 (iki min) manat məbləğində pul vəsaiti ödəcəyi barədə öhdəlik götürməsi müqabilində Cavabdeh1 və Cavabdeh2 qarşı maliyyə lizinq müqaviləsi üzrə borcun və lizinq predmetinə vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbindən imtina edir və gələcəkdə onlara qarşı heç bir tələb irəli sürməyəcəyini öhdəlsinə götürür.
3. Hazırkı saziş eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci və 262-ci maddələrinin tələbləri onlara aydındır.
5. Hazırkı barışıq sazişinin şərtləri könüllü icra edilmədiyi təqdirdə məcburi icra sənədi qüvvəsinə malikdir. Tərəflər arasında bağlanmış razılaşma (barışıq sazişi) təsdiq edildiyindən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maliyyə lizinq müqaviləsi üzrə borcun və lizinq predmetinə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-804/2017 saylı, 22 iyun 2017-ci il qətnaməsi ləğv edilsin və hazırkı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, razılaşmanın (barışıq sazişinin) bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.