Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-545/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-4063/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-4063/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli mənzilə dair bağlanmış 16 iyul 2018-ci il tarixli, 162 nömrəli müqavilənin ləğv edilməsi, həmin mənzilin iddiaçıya qaytarılması qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-4063/2021 saylıi qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı MMC cavabdehlər Qürbətova Şəmsiyyə Ağaxan qızı, X2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, Cavabdeh ilə İddiaçı MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli mənzilə dair bağlanmış 16 iyul 2018-ci il tarixli, 162 №-li müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, İddiaçı MMC- ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli mənzilə dair bağlanan 16 iyul 2018-ci il tarixli, 162 №-li müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hazırki mübahisə üzrə önəmli fakt ondan ibarətdir ki, iddiaçı ilə aralarında ilkin müqavilə 16 iyul 2018-ci il tarixdə deyil, 07.10.2017-ci il tarixində bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “icraçı Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbə, 262 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öhdəsinə götürür. Qeyd edilən müqavilə üzrə də Cavabdeh, yəni o, müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan məbləği, yəni 66379 manatı ödəmişdir. İddiaçı ilə cavabdeh arasında eyni mənzil barəsində bağlanmış ikinci müqavilə üzrə də o, Cavabdeh müqavilə üzrə müəyyən edilmiş pay haqqını tam ödəmişdir. Yəni o 66379 manatı İddiaçı MMC-yə ödəmiş və bununla bağlı maliyyə arayışı almışdır. İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışında qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli mənzilə dair pay haqqı olan 66379 manat cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-4063/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında MPM-nin 379-cu maddəsinə əsasən Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə qətnamə qəbul edərkən MM-in 324.5-ci, 399.1 və 407-ci maddələrini düzgün tətbiq etməmiş və ya ümumiyyətlə nəzərə almamışdır. MM-in 325.4-cü maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd edilən norma hazırki mübahisəyə tətbiq edilsəydi, məhkəmə sonda iddianı təmin yox, rədd etməli idi. Belə ki, məhkəmə iddianı təmin edərkən qətnamənin sonuncu abzasında bir cümlə əsaslandırma ilə kifayətlənmiş və müqavilənin 5.7-ci bəndinə istinad edərək bildirmişdir ki, cavabdeh tərəf pay haqqını ödəmədiyinə görə müqavilə ləğv edilməlidir. Hesab edir ki, bu əsaslandırma həm işin faktiki hallarına, həm də qeyd edilən normanın mahiyyətinə ziddir. Tərəflər arasındakı münasibət müqavilədən əmələ gəldiyinə görə müqavilə şərtlərinə tərəflərin iradəsi baxımından yanaşılmalı və müqavilə şərtləri o iradə ifadələrinə uyğun tətbiq edilməlidir. Qətnamənin əsaslandırma hissəsində müqavilənin 5.7-ci bəndinə istinad edildiyi üçün ilk öncə qeyd edilən şərtin həm hərfi mənada təfsiri, həm də ağlabatan mühakimə əsasında təfsiri önəmlidir. Müqavilənin 5.7-ci bəndində qeyd edilir ki, müqavilə payçının qohumu X9 tərəfindən İddiaçı MMC şirkətinə 66379 manatlıq kərpic ödənildikdən sonra qüvvəyə minir. Əks təqdirdə payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilə etibarsız sayılır və İddiaçı MMC tərəfindən bir tərəfli qaydada ləğv olunur. Hərfi olaraq qeyd edilən şərtin birinci cümləsində müqavilənin qüvvəyə minməsi anı başqa bir hadisə ilə şərtləndirilmişdir. Hesab edir ki, belə bir şərtin müqaviləyə əlavə edilməsi MM-nin 399.1-ci maddəsinin və MM-nin 407-ci maddəsinin tələblərinin pozulması deməkdir. Belə ki, MM-nin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 407.1- ci maddəsinə görə müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı andan bağlanmış sayılır. MM-nin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzlandığı andan bağlanmış sayılır. Müqavilənin 5.7-ci bəndinin birinci cümləsini hərfi mənada təfsir edilən zaman aydın olur ki, həmin şərt MM-nin imperativ normalarına zidd olduğuna görə əsassızdır və ya etibarsızdır. Belə ki, MM-nin qeyd edilən normalarında konkret olaraq müəyyən edilmişdir ki, müqavilə bağlandığı andan qüvvəyə minir. Hazırki müqavilə də tərəflər arasında 16 iyul 2018-ci il tarixində bağlandığına görə qüvvəyə minmişdir. Yəni qüvvəyə minmiş müqavilə üçün yenidən qüvvəyə minməsi ilə bağlı şərtin müəyyən edilməsi absurddur. Müqavilənin qeyd edilən şərtinin ikinci cümləsini hərfi mənada təfsir etmək üçün ikinci cümlənin özünü iki yerə bölmək lazımdır. İkinci cümlənin birinci hissəsi də iki yerə bölünür. İkinci cümlənin birinci hissəsinin əvvəlində qeyd edilir ki, əgər X5 İddiaçı MMC ödəməsə - çünki birinci cümlədən sonra əks təqdirdə ifadəsi hərfi olaraq bunu ifadə edir - payçı tərəfindən şirkətə pul ödənilməmiş hesab edilir. İkinci cümlənin birinci hissəsinin sonunda isə hərfi mənadan belə çıxır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə X7 öhdəliyi üçün girov qoyulmuşdur. Qeyd edilən fikirlər ümumiləşdirilsə müqavilənin 5.7-ci bəndinin ikinci cümləsinin birinci hissəsi hərfi mənada bunu ifadə edir ki, X7 öhdəliyi üçün girovdur və X5 İddiaçı MMC-yə ödəməsə müqavilə etibarsızdır. Belə bir şərtin məhkəmə tərəfindən nəzərə alınaraq iddianın təmin edilməsi ağlasığmazdır. Belə ki, işin təkzib edilməz halıdır və payçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışdan görünür ki, payçı Cavabdeh pay haqqını tam ödəmişdir. Belə olan halda necə ola bilər ki, X1 İddiaçı MMC-yə verməməsi pay haqqının ödənilməsi ilə bağlı cavabdeh üçün yenidən öhdəlik yaratsın. Ona görə də həmin şərtin hərfi mənada təfsiri ağlabatan deyildir. Müqavilənin 5.7-ci bəndinin ikinci cümləsinin ikinci hissəsini hərfi olaraq təfsir edilən zaman aydın olur ki, X3 İddiaçı MMC-yə verməsə iddiaçı müqaviləni bir tərəfli qaydada ləğv edə bilər. Müqavilənin qeyd edilən şərtinin hərfi mənada təfsiri işin faktiki hallarına ziddir. Bu səbəblə də qeyd edilən şərti ağlaban mühakimə əsasında tərəflərin iradə ifadəsinə uyğun olaraq təfsir edərək qeyd edir ki, müqavilənin ağlabatan mühakimə əsasında təfsiri demək olar ki, qeyri-mümkündür. Çünki, Cavabdeh 16 iyul 2018-ci il tarixli müqaviləni bağlayarkən müqavilənin 5.7-ci bəndinə fikir verməmişdir. Bu səbəblə də qeyd edilən şərt cavabdehin arzu etdiyi iradə ifadəsi ola bilməz. Lakin bütün bunlara baxmayaraq müqavilənin qeyd edilən şərti ağlabatan mühakimə əsasında təfsir edilsə yenə həmin şərt etibarsız olacaqdır. Belə ki, qeyd edilən şərt guya ona görə daxil edilib ki, X7 İddiaçı MMC qarşısında öhdəliyi olub, İddiaçı MMC də həmin öhdəliyi guya cavabdehlə bağlanmış müqavilə ilə təminat altına almışdır. Təbii ki, ağlabatan mühakimə yürütmək üçün iddiaçı ilk öncə X9 ilə aralarında müqavilə münasibətlərin olmasını məhkəmədə sübut etməli idi. Lakin iş materiallarında belə bir sübut yoxdur. Necə ola bilər ki, belə bir sübut olmadan məhkəmə o qənatə gəlir ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə X7 İddiaçı MMC qarşısında öhdəliyinin təminatıdır. Bütün sadaladıqlarına əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-4063/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarından olan 16 iyul 2018-ci il tarixli, 162 nömrəli Mənzil Tikintisi haqqında müqavilədən müəyyən edilir ki, “icraçı” İddiaçı MMC Abşeron rayon İH başçısının 14.03.2016-cı il tarixli 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili “payçı” Cavabdeh ayırmağı öhdəsinə götürür. Müqavilənin: 3.1-ci bındinə əsasən mənzilin sahəsi 120.69 kv.m-dir. 3.2-ci bəndinə əsasən 1 kv.m-nin dəyəri 550 (beş yüz əlli) AZN-dən başlayır. 3.3. Mənzilin ümumi dəyəri 66379 (altmış altı min üç yüz yetmiş doqquz) AZN-dir. 3.4-cü bəndinə əsasən ”Payçı” ilkin olaraq tam ödənilmişdir. Mülki işin materiallarından olan 16 iyul 2018-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 1 ünvanında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası İddiaçı/ MMC şirkətinə məxsusdur. Bu binanın 4-cü blok,13-cü mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 otaqlı, 52 nömrəli mənzilin pay dəyəri 66.379 (altmış altı min üç yüz yetmiş doqquz) AZN-dir. Payçı Cavabdeh. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 07.10.2017-ci il tarixli, 162 saylı müqavilənin kserosurətindən ünvan 3 ünvanda yerləşən, podratçı "xxxx" MMC tərəfindən inşa edilən binanın 4-cü blok, 13-cü mərtəbə, 262 saylı, 3 otaqdan ibarət olan 120,69 kv.v. sahəyə malik mənzilin Cavabdeh ayrılması, mənzilin dəyərinin 66379 (altmış altı min üç yüz yetmiş doqquz) manat olması müəyyən edilir. Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq “İcraçı”, yəni İddiaçı MMC-nin Abşeron rayon İH başçısının 14.03.2016-cı il tarixli 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 №-li mənzil, izolə olunmuş 3 (üç) otaqdan ibarət bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürmüşdür. 16 iyul 2018-ci il tarixində 162 nömrəli müqavilənin 1-ci bəndinə müvafiq olaraq Sifarişçi”, yəni İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 №-li izolə olunmuş 3 (üç) otaqdan ibarət mənzili pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 16 iyul 2018-ci il tarixində 162 nömrəli müqavilənin xüsusi şərtlərində qeyd olunmuş 5.7-ci bəndinə əsasən müqavilə payçının qohumları X4 və X9 tərəfindən FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinə 66379 (altmış altı min üç yüz yetmiş doqquz) manatlıq kərpic ödənildikdən sonra qüvvəyə minir. Əks təqdirdə payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilə etibarsız sayılır və İddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunur. Bu müqavilə 1 (bir) il müddətinə qüvvədədir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 262 nömrəli mənzilə dair 07 oktyabr 2017-ci il tarixli, 162 nömrəli müqavilə bağlanmış, İddiaçı MMC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli mənzilə dair 16 iyul 2018-ci il tarixli, 162 nömrəli müqavilə bağlanmış, tərəflər arasında bağlanmış 16 iyul 2018-ci il tarixli, 162 nömrəli müqavilənin 5.7-ci bəndinin tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də, müqavilənin qeyd edilən bəndinə əsasən müqavilə payçının qohumları X4 və X9 tərəfindən FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinə 66379 (altmış altı min üç yüz yetmiş doqquz) manatlıq kərpic ödənildikdən sonra qüvvəyə mindiyindən, əks təqdirdə payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilə etibarsız sayılır və İddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunur. Bu müqavilə 1 (bir) il müddətinə qüvvədədir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 752.1, 759.2, 421-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan 07.10.2017-ci il tarixli, 162 saylı müqavilənin kserosurətindən görünür ki, ünvan 3 ünvanda yerləşən, podratçı "xxxx" MMC tərəfindən inşa edilən binanın 4-cü blok, 13-cü mərtəbə, 262 saylı, 3 otaqdan ibarət olan 120,69 kv.v. sahəyə malik mənzilin Cavabdeh ayrılması, mənzilin dəyərinin 66379 (altmış altı min üç yüz yetmiş doqquz) manat olması müəyyən edilir. Müqavilədən və müqaviləyə əlavə edilmiş maliyyə arayışından görünür ki, mənzilin tam dəyəri 66379 manat tam ödənilib, MMC-yə borcu yoxdur. Göründüyü kimi mübahisəli mənzillə bağlı ilk dəfə "xxxx" MMC ilə cavabdeh arasında 07.10.2017-ci il tarixli, 162 saylı müqavilə bağlanmış, mənzilin dəyəri 66379 manatın ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Daha sonra “icraçı” İddiaçı MMC ilə cavabdeh arasında 16 iyul 2018-ci il tarixli, 162 nömrəli Mənzil Tikintisi haqqında müqavilə bağlanmış, “icraçı” İddiaçı MMC Abşeron rayon İH başçısının 14.03.2016-cı il tarixli 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 52 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzili “payçı” Cavabdeh ayırmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarından olan 16 iyul 2018-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 1 ünvanında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası İddiaçı/ MMC şirkətinə məxsusdur. Bu binanın 4-cü blok,13-cü mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 otaqlı, 52 nömrəli mənzilin pay dəyəri 66.379 (altmış altı min üç yüz yetmiş doqquz) AZN-dir. Payçı Cavabdeh. Göründüyü kimi, cavabdehlə daha əvvəl müqavilə bağlanmış, həmin müqavilə üzrə 66379 manatın tam ödənilməsi barədə maliyyə arayışı verilmiş, daha sonra cavabdehlə “icraçı” İddiaçı MMC arasında eyni mənzilə dair təkrar müqavilə bağlanmışdır. Müqavilələr üzrə yalnız mənzilin qapı nömrəsi dəyişdirilmişdir. Bununla da müəyyən edilir ki, ilk müqavilə bağlanan zaman cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və mənzilin dəyərini tam ödəmişdir. Məhkəmə kollegiyası 16 iyul 2018-ci il tarixli, 162 saylı müqavilənin 5.7-ci bəndinə (müqavilə payçının qohumları X4 və X9 tərəfindən FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinə 66379 (altmış altı min üç yüz yetmiş doqquz) manatlıq kərpic ödənildikdən sonra qüvvəyə mindiyindən, əks təqdirdə payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilə etibarsız sayılır və İddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunur) münasibət bildirərək qeyd edir ki, müqavilədə qeyd edilən şəxslərə dair öhdəlik göstərilsə də, iddiaçı təşkilatla həmin şəxslər arasında hər hansı öhdəlik müqaviləsinin bağlanmasına dair müqailə mövcud deyildir. Həmin şəxslərin cavabdehin yaxın qohumları olmasına dair də müqavilədə hər hansı məlumat mövcud deyildir. Həmçinin hazırki müqavilə imzalanan zaman həmin şəxslər hazırki müqaviləni imzalamamışdır, bu səbəbdən də cavabdeh qeyd edilən şəxslərin iddiaçı ilə aralarında olan öhdəliklərinə cavab verməli şəxs kimi qəbul edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilənin 5.7-ci bəndinə payçı tərəfindən şirkətə pul ödənilmədiyi üçün girov qoyulmuş müqavilə etibarsız sayılması və İddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunması müqavilə şərtlərində göstərildiyi halda iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da dolayısı yolla müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməsini təsdiq etmişdir. Həmçinin iddiaçı təşkilat cavabdehin qohumları tərəfindən kərpic verilməli olmasını müqavilədə qeyd etsə də, bu öhdəlik barədə onlar arasında olan hər hansı müqaviləni təqdim etməmiş, eyni zamanda həmin şifahi razılaşmanın həmin şəxslər tərəfindən yerinə yetirilməməsinə dair hər hansı sübutu da təqdim etməmişdir. Bununla da iddiaçı təşkilatla qeyd edilən şəxslər arasında sadalanan faktlara dair hər hansı başqa müqavilənin mövcud olması müəyyən edilməmişdir. Belə bir razılaşma mövcud olduğu təqdirdə isə iddiaçı onlara qarşı iddia qaldıra bilər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin dəyəri cavabdeh tərəfindən tam ödənilməsi iş materialları ilə təsdiqini tapdığından, bununla da müqavilə üzrə öhdəlik tam yerinə yetirildiyindən hazırki müqavilənin ləğv edilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-4063/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-545/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-545/2022
29.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver