Məhkəmə qərarları › İş №2(105)-55/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-55/2020

06.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-55/2020 06.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X24 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və bu əmlaka dair çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 2(059)- 308/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı "miras əmlakın qəbul edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1983-cü il tarixdə ölmüş atası X9 və xx xxxxxxx 1999-cu il tarixdə ölmüş anası X7 qalmış Siyəzən şəhəri, H.Əliyev küçəsi, 91 ünvanında yerləşən miras evin qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, H.Əliyev küçəsi, 91 saylı ünvanda mərhum valideynlərindən qalmış mirasın qəbul edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon dövlət notariat kontoru tərəfindən verilmiş xx xxxxxxx 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, AN-İ nömrəli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində qeyd edilib ki, Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixində anasının yeganə vərəsəsi kimi mübahisəli ünvanda yaşadığı üçün miras əmlak onun adına keçirilmişdir. Halbuki cavadbehin anasının yeganə vərəsəsi olduğunu təsdiq edən nə vəsiyyətnamə, nə də digər sübutedici sənədlər mövcud deyildir. Məhkəmədə vəsiyyətnamənin olub-olmaması ilə maraqlananda ona bildirilmişdir ki, vəsiyyətnamə işin içərisindədir, lakin ona göstərilməmişdir Məhkəmə iclasında şahid kimi dindirilmiş qardaşı Ağacan Dadaşov və digərləri onun kimi qanun üzrə cavabdehdən başqa miras qoyanın qanun üzrə vərəsələri olmuşdur. Qətnamədə qeyd edlmişdir ki, 29 oktyabr 199-cu ildə vəfat etmiş X10 vərəsəsi Cavabdehdır və o, vərəsəliyi qəbul etməklə X10 əri olmuş və xx.xx.1983-cü ildə vəfat etmiş X17 məxsus ünvan 2 ünvanında yerləşən 0,05 ha toprpaq sahəsində yerləşən fərdi yaşayış evi onun miras əmlakı hesab edilmişdir. Lakin Siyəzən rayon Dövlət Notariat kontoru tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2009-cu il tarixində yox, xx.xx.2014-cü il tarixdə verilmişdir. Mübahisəli evin mülkiyyətçisi RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X11r. Həmin şəxs üçüncü şəxs qismində məhkəmyə cəlb edilmiş, lakin məhkəməyə gəlməmişdir. X12 AN-İ ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında satılmışdır. Həmin əmlak 5000 manata satılması bildirilmişdir. Halbuki, 2015ci ildə daşınmaz əmlak bazarında 0,05 ha torpaq sahəsi üzərində yerləşən 57 kv.m (4 otaq) daşınmaz əmlakın 5000 manata satılması mümkün deyildir. Həmin müqavilə bağlanan zaman cavabdeh müəyyən müddətə azadlıqdan məhrum edilmiş və cəzaçəkmə müəssisəsində olmuşdur. Belə olan halda daşınmaz əmlakın alqı-satqi müqaviləsi hansı qayda və hansı əsaslarla verilməsi məlum deyildir. Odur ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə iddiaçının hüquqi varisi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclası iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid X25 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə bacısıdır. Onun atası Dadaş Dadaşov xx xxxxxx 1983-cü il tarixdə vəfat etmişdir. X38 xx xxxxxxx 1999-cu il tarixdə vəfat etdikdən sonra mübahisələndirilən evin 2 yaşayış otağından və bir bağlı eyvandan ibarət hissəsinin açarı qardaşı İddiaçı olmaqla evin bu hissəsi onun istifadəsindədir. Bu evdə qardaşı İddiaçı yaşayışı üçün zəruri olan əşyalar bacısı Cavabdeh tərəfindən sökülüb daşınmışdır. Belə ki, qardaşı İddiaçı öz ailəsi ilə birgə Bakı şəhərində yaşasa da, mütəmadi olaraq bu evə gəlib-gedirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh onun yaxın qohumlarıdır. Onların valideynləri vəfat etdikdən sonra mübahisələndirilən ev həm İddiaçı, həm də, Cavabdeh istifadəsində olmuşdur. Cavabdeh bu evdə daimi olaraq yaşasa da, İddiaçı öz ailəsi ilə birgə Bakı şəhərindən mütəmadi olaraq bu evə gəlib-getmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat kontorundan xx xxxxxxxx 2009-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1999-cu il tarixdə vəfat etmiş X10 vərəsəsi Cavabdehdır və o, vərəsəliyi qəbul etməklə X10 əri olmuş və xx xxxxxx 1983-cü il tarixdə vəfat etmiş X17 məxsus olan ünvan 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun miras əmlakı hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi X15 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş İİİ-TQ nömrəli 356448 və 349592 saylı arayışlardan görünür ki, X26 xx xxxxxx 1983-cü il tarixdə və X22 isə xx xxxxxxx 1999-cı il tarixdə Siyəzən şəhərində ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2014cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 91 saylı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3, X5 və Cavabdeh Siyəzən şəhəri, H.Əliyev küçəsi, 91 saylı ünvanda 0,05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini X13 5000 manata satmışlar. İşdə olan X6 və X3 tərəfindən xx xxxx 2015-ci il tarixli ərizələrin surətindən görünür ki, onlar anaları Cavabdeh məxsus Siyəzən şəhəri, Heydər Əliyev küçəsindəki 91 saylı fərdi yaşayış evinin satılmasına razıdırlar və etiraz etmirlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 91 saylı fərdi yaşayış evi X8 xüsusi mülkiyyətindədir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli yerində müayinə protokolundan görünür ki, baxış zamanı Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 91 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X8 adına olsa da, faktiki olaraq həmin evin 2 yaşayış otağı və 1 bağlı eyvanı Cavabdeh və onun ailə üzvlərinin istifadəsində, digər eyni ölçülü 2 yaşayış otağı və 1 bağlı eyvanı olan hissəsi iddiaçının istifadəsində olması müəyyən edilmişdir. Eyni zamanda İddiaçı mübahisələndirilən bu evin X38nın vəfatından sonra onun istifadəsində olmaqla, mütəmadi olaraq yaşadığı Bakı şəhərindən gəlib-getməklə evə sahiblik etdiyini bildirsə də, onun hazırda istifadəsində olduğu 2 yaşayış otağı və 1 bağlı eyvanda yaşayış üçün zəruri olan kifayət qədər əşyaların olması müəyyən edilməmişdir. Belə ki, iddiaçının istifadəsində olan həmin 2 otağın girişlə üzbəüz olan otağında 3 ədəd stul, televizor və televizor altlığı, döşəmədə kiçik ölçülü 1 ədəd xalça, eləcə də, digər otaqda 1 ədəd dəmir çarpayı və 1 ədəd xalçanın olması müəyyən olunur. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən və şahid ifadələrinə əsasən Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 91 saylı ünvanda yerləşən fərdi yaşayış evinin (miras əmlak) mülkiyyət hüququ əsasında tərəflərin atası, mərhum Dadaş Dadaşova məxsus olmasını, Dadaş Dadaşovla tərəflərin X38 arasında olan nikahın pozulmaması, Dadaş Dadaşovun xx xxxxxx 1983-cü il tarixdə vəfat edərkən nikahda olması, xx xxxxxxx 1999-cu ildə tərəflərin X38nın vəfat etməsi, miras açıldıqdan sonra həmin evdə qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsə kimi həmin əmlakı notarial qaydada qəbul etməsini, digər övladlar, o cümlədən İddiaçı atalarının, daha sonra analarının ölməsini və mirasın açıldığını bilsələr də, miras əmlakı qəbul etmək istiqamətində hər hansı bir iradə nümayiş etdirməmələrini, həmin əmlakın müvafiq olaraq qanun üzrə vərəsəlik qaydasında Cavabdeh və övladlarının adına paylı mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət kimi qeydiyyata alınmasını müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527-ci maddəsinə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528.1-ci maddəsinə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528.2-ci maddəsinə, həm də hazırda qüvvədə olan 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MM-in 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 532.1-ci maddəsinə, həm də hazırda qüvvədə olan 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinin İ və İİ hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinin V hissəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göründüyü kimi, iddiaçı valideynlərinin öldüyü vaxtı və atasının mülkiyyətində mübahisə predmeti olan fərdi yaşayış evinin olduğunu bilmiş, lakin, o, mirasın açıldığı vaxtdan vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan fərdi yaşayış evinin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Bunula da, iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı izahatında Bakı şəhərində daimi yaşayış üçün yerinin olmasına baxmayaraq, mübahisəli ünvana gedib-gəldiyini, həmin ünvanın 2 otağının və bir bağlı eyvanının onun istifadəsində olmaqla açarının onda olmasını, orada müvafiq əşyalarının (3 ədəd stulun, televizorun və televizor altlığının, döşəmədə kiçik ölçülü 1 ədəd xalçanın, eləcə də, digər otaqda 1 ədəd dəmir çarpayının və 1 ədəd xalçanın) olmasını qeyd etsə də, bu hal miras əmlakın faktiki qəbul edilməsinə dəlalət etmir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Bundan əlavə miras əmlak qanun üzrə vərəsəlik qaydasında Cavabdeh adına keçmiş, onun mülkiyyəti kimi qeyd edilmiş, onun, eləcə də övladlarının tərəfindən miras əmlak kimi qəbul edilərək paylı mülkiyyət hüququ əsasında onların adlarına qeydə alınmışdır. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, miras əmlakı kimi mübahisələndirilən Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 91 saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X2, bununla da başqa bir şəxsin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların aqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Bu Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Cavabdeh mülkiyyətində olan əmlakı qanunvericiliyə uyğun notarial qaldada alqı-satqı müqaviləsi əsasında X1. Bununla da müəyyən edilir ki, xx xxxx 2015-ci il tarixdə Mətanət Əmirquliyeva ilə Maral Binyaminova arasında mübahisəli evin alqı-satqısına dair müqavilə imzalanmaqla tərəflər iradələrini ifadə etmişlər. Belə ki, bağlanmış müqaviləyə əsasən satıcı Mətanət Əmirquliyeva və övladları qeyd edilən evi alıcı Maral Binyaminovaya verməyi, alıcı isə həmin evi qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (5000 manatı) ödəməyi öhdəsinə götürmüş və hər iki tərəf öz öhdəliyini lazımınca icra etmişdir. Daşınmaz əmlakın alqı-satqısı haqqında bağlanmış müqavilədən görünür ki, bu müqavilə ilə hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Belə ki, sözügedən ev Mətanət Əmirquliyeva tərəfindən Maral Binyaminovaya satılarkən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmçinin şəhadətnaməyə əsasən xx xxxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsində təqdim olunmuş çıxarış qüvvədə olmuş, o cümlədən hüquqi qüvvəsini itirməmiş, X23 Əmirquliyevanın miras əmlak, yəni Siyəzən şəhəri, Heydər Əliyev küçəsindəki 91 saylı fərdi yaşayış evi barədə ailə üzvləri ilə aralarında mübahisəsinin olduğunu bilməmiş, əmlakı vicdanlı alıcı olaraq əldə etmişdir. Eyni zamanda, İddiaçı qeyd edilən müqavilə bağlanarkən bu və ya digər formada tərəf, o cümlədən iştirakçı olmamış, bağlanmış müqavilə yalnız Mətanət Əmirquliyeva ilə Maral Binyaminova arasında hüquq və vəzifələr yaratmışdır. Bununla da hazırkı vəziyyətdə bağlanmış müqavilə Mətanət Əmirquliyevanın və Maral Binyaminovanın iradəsini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə hazırkı iş üzrə Azərbaycan Respublikasının MM-nin 20-ci fəslində nəzərdə tutulmuş əqdlərin ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat" ın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyəti olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ər-arvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun. Yuxarıda qeyd edilən normativ hüquqi aktın tələblərindən görünür ki, ev özgəninkiləşdirilərkən yalnız orada daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin, həmçinin, qeydiyyatda olmasından asılı olmayaraq birgə mülkiyyətçi sayılan ərin və ya arvadın razılığı tələb olunur. İşin faktiki hallarından və təqdim edilmiş sübutlarından da göründüyü kimi, cavabdeh Mətanət Əmirquliyevaya məxsus olan Siyəzən şəhəri, Heydər Əliyev küçəsindəki 91 saylı fərdi yaşayış evi özgəninkiləşdirilərkən onun övladları həmin evin özgəninkiləşdirilməsinə etiraz etməmiş və bununla bağlı notariat qaydasında yazılı razılıq ərizələri vermişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şahid ifadələrini əsaslı saymamaqda haqlı olmuşdur. Belə ki, şahidlər iddiaçı və cavabdeh tərəfin qohumları olmaqla iddiaçının cavabdehlə olan münasibətlərini bildiklərindən, iş üzrə iddiaçı tərəfindən ifadə vermələri baxımından və beləliklə də, şahid dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda verilmiş şahid ifadələri evin müqəddaratına aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Belə olan təqdirdə isə verilən şahid ifadələrinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, mübahisəli mənzili tərəflərin X38nın vəfat etdikdən və miras açıldıqdan sonra həmin evdə qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsə kimi həmin əmlakı notarial qaydada qəbul etmiş, digər övladlar, o cümlədən İddiaçı atalarının, daha sonra analarının ölməsini və mirasın açıldığını bilsələr də, miras əmlakı qəbul etmək istiqamətində hər hansı bir iradə nümayiş etdirməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh cəzaçəkmə müəssisəsində olmasını, müqaviləni imzalamaq hüququnu təsdiq edən sənədin X18 hansı qaydada və hansı əsslarla verilməsinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, müqaviləni Cavabdeh əvəzindən Siyəzən rayon dövlıət notariat kontorunda 7E-1006 saylı reyestr nömrəsi ilə qeyd edilb təsdiqlənmiş xx.xx.2015-ci il tarixli, 384137 saylı etibarnamə ilə X27 imzalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-308/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Şəmsəddin Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar