Məhkəmə qərarları › İş №2(105)-555/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-555/2022

19.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-555/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(027)-255/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(027)-255/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1 27.07.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh3 tərəfindən tərtib edilmiş 07.11.2018-ci il tarixli, 150/1 saylı hərracın yekunları barədə protokol və 07 noyabr 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-atqısı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh3 (yeni adı «Capitals Auction MMC») apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(027)-255/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, iş materiallarının 117-ci səhifəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə 20 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, Cavabdeh3 (yeni adı «Capitals Auction MMC») tərəfindən «Paşa Bank» vasitəsi ilə 15 manat dövlət rüsumu ödənilmiş, ödənişin təyinatı apellyasiya məhkəməsidir. Göründüyü kimi, Cavabdeh3 (yeni adı «Capitals Auction MMC») tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun təyinatı apellyasiya şikayətinin verilməsi üçün olsa da ödənişin təyinatı Sumqayıt Apellyasiya Məhkəməsinin olması konkret deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödədiyi 15 manat dövlət rüsumu hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3-nin (yeni adı «Capitals Auction MMC») apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(027)-255/2021 saylı qətnaməsindən Cavabdeh3-nin (yeni adı «Capitals Auction MMC») verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar