Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-56/2024 19.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Quba rayonu Əlik Bələdiyyəsi və Cavabdeh1 qarşı “torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(027)-1627/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu Əlik bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 saylı müqaviləni etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Əlik bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə “Qəmbə” adlanan ərazidən 9 hektar boş torpaq sahəsi 15 il müddətinə icarəsinə verilmişdir. 2016-cı ildə Quba rayon Cek sakini Cavabdeh1 Möhsüm oğlu Sumqayıt İnzibati İqtisadi Məhkəməsində ona qarşı iddia qaldıraraq ona ayrılmış 80 hektar örüş sahəsi ilə ona verilmiş 9 hektar torpaq sahəsinin üst-üstə düşməsini bildirmiş və ona torpaq sahəsinin ayrılması barədə 14 sentyabr 2006-cı il tarixli bələdiyyə qərarının ləğv olunmasını xahiş etmiş, məhkəmənin 30 aprel 2018-ci il tarixli qərarı ilə iddiası təmin olunmuşdur. Məhkəmənin qərarında iddianın təmin olunmasına əsas kimi göstərilmişdir ki, iddiaçı Cavabdeh1 adına olan Torpaqdan müvəqqəti istifadəyə dair JN-5403 saylı Şəhadətnamə vardır və həmin Şəhadətnamədə göstərilmişdir kı, Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cu il tarixli qərarı ilə ona 80 hektar örüş sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Tərəfndən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh1 adına olan JN-5403 saylı Şəhadətnamə və onun verilməsinə əsas olan torpaqayırma sənədləri götürülüb öyrənilərkən onların qanunsuz olması aşkar olunmuşdur. Belə ki, vəkilinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivi Quba filialının təqdim etdiyi 10 iyul 2018-ci il 1184 nömrəli arxiv çıxarışından görünür ki, bələdiyyənin həmin qərarı ilə Cavabdeh1 torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir və həmin qərarının kserosurəti əlavə olunmuşdur. Arxiv arayışına əlavə olunmuş 3 aprel 2003-cu il tarixli 04 saylı qərardan açıq-aydın görünür ki, Quba rayon Əlik bələdiyyəsi ayrı-ayrı şəxslərə, o cümlədən Cavabdeh1 “Bəhərə” adlı ərazidən 80 hektar torpaq sahəsi 15 il deyil, 10 il müddətinə icarəyə verilmişdir. Odur ki, o, Xaçmaz rayon məhkəməsinə müraciət edərək həmin şəhadətnamənin ləğv olunması barədə iddia qaldırmış və məhkəmə baxışı nəticəsində Cavabdeh1 adına olan icarə müqaviləsi və digər sənədlərin saxta olması təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh1 özünün məhkəməyə təqdim etdiyi sənədlərin əslilərinin texniki və xətt ekspertizası təyin olunmuş və icarə müqaviləsindəki imza və möhürün saxta olması təsdiq olunmuşdur. Belə ki, məhkəmə xəttşünaslıq ekspertizasının 17 oktyabr 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 təqdim etdiyi Quba rayon Əlik bələdiyyəsi adından bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsindəki Quba rayon Əlik bələdiyyəsi adından edilmiş imza bələdiyyə sədri X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, sənədlərin texniki ekspertizasının 9 oktyabr 2019-cu il tarixli rəyindən isə görünür ki, həmin icarə müqaviləsindəki Əlik bələdiyyəsinin möhürü həqiqi deyildir, yəni möhür hər hansı sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülərək cap olunmuşdur. Bundan əlavə, müqavilənin 2.1 və 2.3 bəndlərindəki “15” rəqəmində (icarə müddətinin ilini əks etdirən rəqəm ) düzəlişlər edilmiş, “5” rəqəmin yerində əvvəl "0” rəqəmi, yəni 15 il deyil, 10 il rəqəmi olmuşdur. Həmçinin müqavilənin axırıncı abzasında ili əks etdirən “2003” rəqəmində düzəliş olunmuş, “2003” rəqəmində 2-ci ”0“ rəqəmi boya çəkilərək düzəliş olmuşdur, əvvəlki rəqəmi müəyyən etmək mümkün olmamışdır. Əvvəlki rəqəm saxta icarə müqaviləsinin ilkin variantında əks olduğu üçün heç texniki ekspertizaya ehtiyac yoxdur. Belə ki, Cavabdeh1 tərəfindən Quba rayon məhkəməsinə və Sumqayıt İnzibati-İqtisad məhkəməsinə iddia ərizəsi ilə birlikdə təqdim etdiyi müqavilələrdə “2003” rəqəmi yerində əvvəl ”2013 il” rəqəmi olması aydın görünür. Sonradan “1” rəqəmi pozularaq “0” yazılmışdır ki, guya icarə müqaviləsi 2013-cü ildə deyil, 2003-cü ildə tərtib edilmişdir. İcarə müqaviləsinin saxtalaşdırılaraq 2013-cü ildə deyil, guya 2003-cü ildə yazılmasının saxtalaşdırılması faktı təkzib olunmazdır, belə ki, müqavilənin blankına diqqətlə baxanda açıq-aydın görünür ki, 10 illik icarə müddəti 2013-cü ildə başa çatdıqdan sonra əvvəlki tarixə - 29 aprel 2003-cü il tarixə 15 illik saxta icarə müqaviləsi və digər sənədlər tərtib olunmuşdur. Yəni müqavilə blankları 2010-cu ildən sonrakı illər üçün çap olunmaqla 2003cü ildə həmin blanklar mövcud ola bilməzdi. Məhkəmə xəttşünaslıq ekspertizasının 9 iyun 2019-cu il tarixli rəyindən həmçinin görünür ki, Cavabdeh1 təqdim etdiyi Əlik bələdiyyəsi adından olan 3 aprel 2003-cu il tarixli 4 saylı qərarından çıxarışda da “katibi” sözündə" edilmiş imza bələdiyyə üzvü olmuş X12 tərəfindən icra olunmamışdur, yəni bu da saxtadır. Həmin vaxtı bələdiyyənin sədri olmuş X5 və müavini X8 bildirmişlər ki, 2003-cu ilin aprel ayında Cavabdeh1 10 il müddətinə 80 hektar örüş sahəsi icarəyə verilmiş və 2013-cü ildə icarə müddəti başa çatmışdır. İcarə müddəti 15 il göstərilən sənədlər və onların adından edilmiş imzalar saxtadır. Əmrah Əmrahov həmçinin bildirmişdir ki, 2013-cü ildə Cavabdeh1 ona müraciət edərək ona ayrılmış torpaq sahəsinin 10 illik icarə müddəti bitdiyi üçün 15 illik sənəd almaq istədiyini bildirmiş, o Şahinə artıq bələdiyyədə işləmədiyini demiş, sonradan məlum olmuşdur ki, Şahin 15 illik saxta sənədlər əldə edib. Odur ki, məhkəmə baxışı zamanı keçirilmiş sənədlərin texniki və xətt ekspertizaları rəyləri ilə Cavabdeh1la Quba rayon Əlik bələdiyyəsi arasında olan 15 illik, 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsinin də saxta olması müəyyən olunduğu üçün əvvəlki iddiaya əlavə olaraq həmin icarə müqaviləsinin də ləğv olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Xaçmaz rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 adına olan JN- 5403 saylı Şəhadətnamə ləğv edilməsi və torpaq sahəsinin onun adına qeydiyyata alınmasına dair qeydiyyatın Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Reyestrindən çıxarılması qət olunmuşdur. Məhkəmə icarə müqaviləsinin ləğvinə dair tələbə inzibati icraat qaydasında baxılmalı olması əsası ilə icraata xitam vermiş və göstərilmişdir ki, icarə müqaviləsinin ləğvinə dair iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə müraciət olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, JN-5403 nömrəli Şəhadətnamədə göstərilmişdir ki, 09 avqust 2004-cü ildə verilmişdir. Cavabdeh1 torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 saylı müqavilənin axırıncı abzasından isə görünür ki, müqavilə Quba rayon Torpaq şöbəsində 25 iyul 2013-cü ildə 192 nömrə ilə qeydiyyata alınmışdır. İcarə müqaviləsi Torpaq şöbəsində 25 iyul 2013-cü ildə qeydiyyata alındığı halda 9 il əvvələ, yəni 09 avqust 2004-cü il tarixli JN-5403 nömrəli Şəhadətnamə necə verilə bilər, halbuki bələdiyyə sənədləri torpaq şöbəsində qeydiyyata alındıqdan sonra rayon torpaq şöbəsində müvafiq sənədləşmə aparılaraq dövlət qeydiyyatı sənədi olan şəhadətnamə verilməlidir. Bundan əlavə, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun tələblərinə əsasən 2006-cı ilin iyulun 6-dan daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməli idi. Lakin müqavilə və digər sənədlər saxta olduğundan Cavabdeh1 Dövlət Əmlak Komitəsinin Reyestr Xidmətinə müraciət etməmiş və 25 iyul 2013-cü ildə Quba rayon torpaq şöbəsində qeydiyyata aldıraraq əvvəlki illərə, yəni 09 avqust 2004-cü il tarixli JN-5403 nömrəli qanunsuz şəhadətnamə əldə etmişdir. Bundan əlavə, 29 aprel 2003-cü il tarixli icarə müqaviləsində çoxsaylı pozuntu və düzəlişlər olduğundan Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbyacan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununa əsasən həmin sənədlər dövlət qeydiyyatına alına bilməz. Həmin Qanunun 11-ci maddəsində göstərilir ki, hüquqların əldə olunmasını təsdiq edən sənədlər dövlət qeydiyyatı ücün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı, mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə yazılmalı, həmçinin pozulmuş və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan sənədlər dövlət qeydiyyatı ücün qəbul edilmir. Həmin icarə müqaviləsində çoxsaylı pozuntu və düzəlişlər vardır. Təkcə onu demək kifayətdir ki, icarəçinin soyadı “Salmanov” əvəzinə Quliyev yazılıb, sonradan mötərizədə “Salmanov” göstərilib, “kənd” sözu “t” hərfi ilə yazılıb, icarə müddəti olan “10” rəqəmi sözlə “on beş il” yazılıb, “Cek” kəndi əvəzinə “Cek” sədri yazılıb və s. bu barədə qeydlər işdə vardır və əlavə olunur. Hətta icarə müqaviləsinin blankı da 2010-cu ildə cap olunduğu halda, geri tarixə-2003-cü ilə sənədləşdirilməsi acıqaydın görünür. Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan 07 iyun 2021-ci il tarixli qərarına əsasən icarə müqaviləsinin ləğvinə dair iddia tələbi ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət olunmuş, İnzibati məhkəmənin 17 may 2022-ci ildə keçirilmiş hazırlıq iclasında göstərilmişdir ki, müqavilə sərəncam xarakteri daşımadığından, onun ləğv olunması ilə bağlı ərazi üzrə Quba Rayon Məhkəməsi qarşısında iddia qaldırılmalıdır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli, 03 saylı müqavilədən görünür ki, həmin tarixdə Quba rayonu Əlik bələdiyyəsi ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanaraq, «Bəhər qumu ağ qayadan 100-cü aşağı» adlanan ərazidən 80 hektar yay-otlaq sahəsi icarə haqqı 400.000 manat olmaqla 15 il müddətinə icarəyə verilmişdir.
5. Quba rayonu, Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarından çıxarışdan görünür ki, Əlik bələdiyyəsi ərazisindən ağ qayanın alt hissəsindən 80,0 hektar örüş sahəsi heyvandarlığı inkişaf etdirmək üçün Cek kənd sakini Cavabdeh1 15 il müddətinə icarəyə verilməsi qərara alınmışdır.
6. JN-5403 KOD 30305018 saylı X6 Hüququna dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Quba rayonu Əlik Bələdiyyəsinin 03 aprel 2033-cü il tarixli, 04 saylı qərarı ilə “Ağ qaya” adlı yerin alt hissəsindən 80 hektar yay-otlaq sahəsi müəqqəti istifadə üçün verilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2018-ci il tarixli, 1184№-li Arxiv çıxarışından görünür ki, Əlik bələdiyyə şurası iclasının 03 aprel 2003-cü il 4 saylı qərarı ilə Cavabdeh1 80 hektar yay otlaq sahəsi icarəyə verilmişdir.
8. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 16 saylı müqavilədən görünür ki, həmin tarixdə Quba rayonu Əlik bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanaraq, «Sahə» adlanan ərazidə 9.0 hektar torpaq sahəsini 15 il müddətinə icarəyə verilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1601/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Quba rayonu, Əlik Bələdiyyəsinə qarşı “Əlik Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 nömrəli, 29 aprel 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(105)-255/2023 nömrəli qərardadına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Quba rayon Əlik Bələdiyyəsinə qarşı “cavabdehin 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə mahiyyəti üzrə baxılıb, çıxarılacaq yekun qərar qüvvəyə minənədək İddiaçı cavabdehlər Quba rayonu, Əlik bələdiyyəsi və Cavabdeh1 qarşı “torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraatı dayandırılması qərara alınmışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(105)1/2024 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh Quba rayon Əlik Bələdiyyəsinə qarşı “cavabdehin 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, “Quba rayonu Əlik bələdiyyəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, üçüncü şəxs İddiaçı ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə icarə müqaviləsinin müddəti bitmişdir. Üçüncü şəxs İddiaçı ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə icarə müqaviləsi mövcud deyildir”. Kollegiya hesab etmişdir ki, üçüncü şəxslə icarə müqaviləsinin müddəti uzadılmamışdır. Bu baxımdan hazırki iddia iddiaçının hüquqi marağına uyğun olmadığından iddia mümkün sayılmamalıdır.
12. Azərbaycan Respublikası Quba rayonu Əlik bələdiyyəsi iclasının 14 sentyabr 2021-ci il tarixli, 09 №-li protokolundan görünür ki, icarədar İddiaçı icarəsində olan arıçılığı inkişaf etdirmək üçün verilmiş torpaq sahəsinin icarə müddəti bitdiyinə görə onun icarə müqaviləsinin müddəti eyni müddət üçün olmaqla 15 il müddətinə uzadılması qərarar alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
13. Quba Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(027)-1627/2022 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi və Cavabdeh1 qarşı “torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 88, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
15. Quba Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(027)-1627/2022 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, torpaq sahəsinin icarəsi ilə bağlı müqaviləyə xitam verilməsi ilə bağlı ərizə verməmiş və bu səbəbdən də Əlik bələdiyyəsi ilə bağladığı həmin müqavilə icarə haqqında qanunda göstərildiyi kimi eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab olunur. Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, Cavabdeh1la Əlik bələdiyyəsi arasında olan həmin 29 aprel 2003-cü il tarixli 03 saylı müqavilədəki bələdiyyənin adından vurulmuş möhür və bələdiyyə sədri Q.Abdullayevin adından olan imzanın saxta olması, ekspert rəyləri, şahid ifadələri və digər məhkəmə sənədləri ilə təsdiq olunduğu halda, onun etibarsız hesab olunmaması və hazırda qüvvədə qalması Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və məhkəmələrin belə yanaşması başa düşülən deyil, məhkəmə hakimiyyətinə hörmətsizlikdir. Məhkəmənin bu yanaşması ilə belə nəticəyə gəlmək olar ki, Cavabdeh1 kimi saxta sənədlər hazırlayıb, saxta möhür və vəzifəli şəxsin imzasını saxtalaşdırmaqla torpaq sahələrini ələ kecirmək olar. Məhkəmənin belə yanaşması nəticəsində cinayət nəinki cəzasız qalır, hətta saxta sənədlərlə üstünlük əldə etməklə qarşı tərəfin konstitusion hüquqları tapdalanır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
19. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
20. Cavabdeh Quba rayonu Əlik Bələdiyyəsinin sədri X7 14 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Quba rayonu Əlik Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsinin davam etmədiyini, müqavilə bağlanılmadığını bildirmişdir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2006-cı il tarxli, 16 saylı qərarı ilə Bələdiyyə torpağından 9 ha boş istifadəsiz torpaq sahəsi İddiaçı Osmanpşa oğluna 15 il müddətə icarəsinə verilmişdir. Əlik bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 03 nömrəli İcarə müqaviləsinə əsasən, «Bəhər qumu ağ qayadan 100-cü aşağı» adlanan ərazidən 80 hektar yayotlaq sahəsi 15 il müddətinə Cavabdeh1 icarəyə verilmişdir. Araşdırılan mübahisə üzrə iddiaçı Əlik bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 03 nömrəli İcarə müqaviləsinin etibarlılığını mübahisələndirmişdir.
27. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi və Cavabdeh1 qarşı “torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
28. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə əvvəlcə İddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, cavabdehin istifadəsində olan, 80 hektar yay-otlaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş (əvvəllər mübahisəli torpaq sahəsinə mülkiyyətçi ilə aralarında icarə müqaviləsi olsa da, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxt həmin torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti uzadılmamışdır), torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı və ya icarə müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir.
29. Quba Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(027)-1627/2022 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdeh Quba rayon Əlik Bələdiyyəsinə qarşı “cavabdehin 14 sentyabr 2006-cı il tarixli 16 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(105)1/2024 nömrəli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, “Quba rayonu Əlik bələdiyyəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, üçüncü şəxs İddiaçı ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə icarə müqaviləsinin müddəti bitmişdir. Üçüncü şəxs İddiaçı ilə Quba rayonu Əlik bələdiyyəsi arasında 9 ha torpaq sahəsinə görə icarə müqaviləsi mövcud deyildir”. Üçüncü şəxslə icarə müqaviləsinin müddəti uzadılmadığından iddia iddiaçının hüquqi marağına uyğun hesab edilməyərək mümkün sayılmamışdır.
33. İddiaçı məhkəmə kollegiyasına Azərbaycan Respublikası Quba rayonu Əlik bələdiyyəsi iclasının 14 sentyabr 2021-ci il tarixli, 09 №-li protokolunu təqdim edərək icarə müddətinin 15 il müddətinə uzadıldığını göstərmişdir.
34. Qeyd olunan ziddiyyətin araşdırılması məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 30 avqust 2024-cü il tarixli sorğu ilə Quba rayonu Əlik Bələdiyyəsinə müraciət edilmişdir.
35. Quba rayonu Əlik Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2024-cü il tarixli sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2006-cı il tarxli, 16 saylı qərarı ilə Bələdiyyə torpağından 9 ha boş istifadəsiz torpaq sahəsi İddiaçı Osmanpşa oğluna 15 il müddətə icarəsinə verilməsi qeyd edilsə də, Sumqayıt İnzibatiiqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə iddia mümkün sayılmamışdır. Qərardan da görünür ki, icarə müqaviləsinin müddəti bitmişdir. Bundan sonra Quba rayonu Əlik Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmamışdır. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixli 9 nömrəli protokolda icarəçi İddiaçı icarəsində olan arıçılığı inkişaf etdirmək üçün verilmiş torpaq sahəsinin icarə müddəti bitdiyinə görə onun icarə müqaviləsinin müddəti eyni müddət olmaqla 15 il müddətinə uzadılması qeyd edilsə də, ümumiyyətlə İddiaçı ilə Bələdiyyə arasında icarə müqaviləsi uzadılmamışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
37. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
38. Araşdırılan mübahisədən göründüyü kimi iddiaçı ilə icarə münasibətlərinə son qoyulmuş, mübahisələndirilən əqd üzrə icrayə verilmiş torpaq sahəsi üzrə iddiaçının heç bir qanuni mənafeyi müəyyən edilmir. Bu qeyd olunanlar isə bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı araşdırılan mübahisə üzrə hüquqi ixtiyara malik deyildir. Kollegiya hesab edir ki, subyektiv hüququn birinci elementinin olmaması, iddianın əsaslığının araşdırilması zərurətini aradan qaldırmış olur.
39. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(027)-1627/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.