Məhkəmə qərarları › İş №2(105)-572/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-572/2022

21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-572/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdehin nümayəndəsi: X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi, aktın ləğv edilməsi və xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, X7 tərəfindən əsassız olaraq hesablanmış 458,30 (dörd yüz əlli səkkiz manat otuz qəpik) manat borcun abonent kodu **********00256 olan İddiaçı məxsus abunə hesabından silinməsi, aparılmış ekspertiza tədqiqatına görə 102 (yüz iki) manatın X2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X1rşı X3 Bakı Regional Qazın Satışı Departamentinin qazdan istifadəyə görə hesablanmış 458.30 manat borcun əsassız hesab edilməsi və 30 aprel 2020-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 Bakı Regional Qazın Satışı Departamentinin qazdan istifadəyə görə hesablanmış 458.30 manat borcun əsassız hesab edilməsi, 30 aprel 2020ci il tarixli, ******* nömrəli saxta aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə əsasən 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktla bağlı xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün Prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır və ünvan 2 ünvanında yerləşən yeni tikilən fərdi yaşayış evi ona məxsus olmaqla 2020-ci ilin aprel ayına kimi həmin ünvan qazla təmin olunmamış, orada ümumiyyətlə yaşayış yoxdur və olmamışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 30 aprel 2020-ci il tarixdə quraşdırılmış smart kart sayğac üzrə və 30 aprel 2020-ci il tarixli, ******* nömrəli akt üzrə onun heç bir borcu yoxdur və ola da bilməzdi. Belə ki, o, 12 iyul 2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, ali təhsilli olduğu üçün 03 iyul 2020-ci il tarixdə ehtiyata buraxılmaqla Azərbaycan Respublikası SHXÇDX-nin Abşeron Şöbəsində hərbi qeydiyyata alınmış və Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta akt tərtib edilən zaman guya onun həmin akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. O, hərbi xidmətdə olduğu halda bu hal mümkün ola bilməzdi və bunu təsdiq edən hərbi biletin aidiyyəti 1-ci və 24-cü vərəqlərini və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli Qəsəbə İƏDÜ Nümayəndəsinin 12 yanvar 2021-ci il tarixli, 49 nömrəli arayışının əslini sübut olaraq iddia ərizəsinə əlavə etmişdir. Bir daha qeyd edir ki, onun qazdan istifadəyə görə heç bir borcu yoxdur və Bakı Regional Qazın Satışı Departamentinin 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta akta əlavə edilmiş qaz borclarının olduğu divarın onun evinə heç bir aidiyyəti yoxdur. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin yetərli əsaslar və sübut olmadığından qazdan istifadəyə görə ona hesablanmış borcun əsassız hesab edilməsinə və 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktın ləğv edilməsinə dair məhkəmə tərəfindən qətnamə çıxarılmalıdır və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə əsasən 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktla bağlı xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün Prokurora məlumat verilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Ç.N.Dibirov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacı quraşdırılmışdır. 30.04.2020-ci il tarixdə istehlakçının qaz syğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan qeyriqanuni olaraq istifadə edir. Faktla bağlı yerində 1 ədəd fotoşəkil çəkilmiş və fotoşəkildə əyani surətdə istehlakçının sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etdiyi görünməkdədir. Bununla əlaqədar Birliyin əməkdaşları tərəfindən həmin tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta müvafiq olaraq itirilmiş təbii qazın bərpası üzrə tələblər müəyyən edilmiş, tələblərə əsasən istehlakçının qaz işlədicilərindən PQ2-nin (iki gözlü qaz plitəsi) maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ (qənaətli su qızdırıcısı)-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 453,60 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçıya hesablanmış dəymiş ziyan məbləği 453,60 manat təşkil edir. Bundan əlavə iddiaçı təbii qazdan istifadəyə görə əlavə borcu olduğundan bu günə olan borcu 464,60 manat təşkil edir. İstehlakçının istifadəsində olan qaz cihazlarının sərfiyyatına uyğun hesabat aparılmış dəyəri ödənilməyən qazın həcmi müəyyən edilmiş və istehlakçıdan qeyri-qanuni istifadə etdiyi qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edilənlərin əsası yoxdur. Hər bir istehlakçı Qazdan istifadə Qaydalarının tələbinə uyğun olaraq qazdan istifadə etməli və istifadə etdiyi qazın dəyərini tam ödəməlidir. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının tələbinə əməl edilməməsini nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(012)-1526/2021 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Z.R.Qurbanov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Ç.N.Dibirovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 60-cı maddəsinin İ.bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İşdə olan Azəriqaz İB-nin İddiaçı ünvanladığı SOCAR **********30560046X02297 saylı 21 dekabr 2020-ci il tarixliməktubdan görünür ki, Bakı Regional Qazın Satışı Departəmentinə ünvanlanmış **********00256 saylı istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə 07.12.2020-ci il tarixli ərizəyə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 4i ünvanında yerləşən mənzildə sayğacsız təbii qazdan qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq 453.60 manat dəymiş ziyan hesablanmışdır. Hazırda istifadədə olan mexaniki qaz sayğacı vasitəsi ilə istifadə edilmiş təbii qaza görə 4.70 manat olmaqla, 18.12.2020-ci il tarixinə istehlakçı hesabında ümumilikdə 458.30 manat borc mövcuddur və istehlakçı tərəfindən ödənilməlidir. İşə əlavə olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman abonentin qeydiyyatsız təbii qazdan istifadə etməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan Azəriqaz İB-nin 30.04.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4536 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 30.04.2020-ci il tarixli ******* saylı akt olmuşdur. İşdə olan istehlakçının qaz təsərrüfatının 30.04.2020-ci il tarixli inventar aktından görünür ki, Abşeron rayonu üzrə qrup rəhbəri Zaur Qasımov, mühəndis Məhəbbət Mahmudov tərəfindən tərtib olunmuş aktdan görünür ki, Abşeron rayonu Hökməli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilən zaman abonent kodu **********00256 olan istehlakçının sayğacdan əvvəl təbii qazdan istifadə etdiyi aşkar olunduğundan təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmış, akt istehlakçı İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşə əlavə olan abonent kodu **********00256 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 4i ünvanında 28.04.2020-ci il tarixdə Natek Enerji G4 Mexanika tipli 40017453 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4) (1/1) Aktlara əsasən hesablanmış abonentin 2020-ci ilə aid olan borcu 458.60 manat (453.60+4.70=458.30) göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2021-ci il tarixli 10/2592 saylı rəyindən müəyyən olunur ki, ekspertə təqdim edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus 14 A saylı ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. İşdə olan Abşeron rayonu Hökməli qəsəbə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli 49 saylı arayışdan görünür ki, Hökməli qəsəbəsi Koroğlu küçəsi 14a saylı yeni tikilən fərdi yaşayış evinə təbii qazın verilməsi 30 aprel 2020-ci ildə olmuşdur. Mülkün sahibi İddiaçı həmin dövrdə həqiqi hərbi xidmətdə olmuşdur. İşə əlavə olan SX-0523197 saylı hərbi biletin surətindən görünür ki, ali təhsilli İddiaçı 03.07.2020-ci il tarixdə hərbi xidmətdə olmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın mexanika tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Abşeron rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 2(012)-1526/2021 saylı qərardadına əsasən tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş 27.08.2021-ci il tarixli 10/2592 saylı rəyi ilə Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus 14 A saylı ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halının, eləcə də qoşulmaya xarakterik əlamətlərin aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə ekspert rəyini əsas götürüb mülki iş materiallarında olan digər sənədlərlə yanaşı qiymətləndirib belə nəticəyə gəlir ki, rəy əsaslıdır və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən əsas sübut növü kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.04.2021-ci il tarixli 2(012)-1526/2021 saylı rəyini əsas sübut kimi götürərək hesab edir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı məxsus 14 A saylı ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halının, eləcə də qoşulmaya xarakterik əlamətlərin aşkar edilmədiyi halda Azəriqaz İB-nin əməkdaşları tərəfindən əsassız olaraq təbii qazdan qeyriqanuni istifadə edilməyə görə 30.04.2020-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən 458,30 manat cərimə borcu hesablanmışdır. İş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, iddiaçının mənzilində quraşdırılmış sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə qeyd edir ki, 30.04.2020-ci il tarixli ******* saylı akt tədqiq edilərkən həmin aktın iki nəfər Azəriqaz əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olunmuşdur ki, bu isə aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa, iş materiallarına əlavə olunmuş arayışdan, hərbi biletdən də göründüyü kimi, cavabdehin nümayəndələri tərəfindən akt tərtib olunduğu müddətdə, iddiaçı hərbi xidmətdə olduğu halda tərtib edilmiş və aktın iddiaçı tərəfindən imzalanmaqdan imtina edildiyi qeyd edilmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını, yaxud qeyri-qanuni istifadə etməsini istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğacdan qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən iddia ərizəsini əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, X7 tərəfindən əsassız olaraq hesablanmış 458,30 manat borc abonent kodu **********00256 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Məhkəmə iddiaçının iddia tələbinin 30 aprel 2020-ci il tarixli, ******* nömrəli saxta aktla bağlı xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün Prokurora məlumat verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin əməllərində cinayət əməllərinin aşkara çıxarılmasına dair əsaslı sübutlarını məhkəməyə təqdim etmədiyindən və məhkəmə iclasında iştirak etməməklə həmin halları sübuta yetirmədiyindən, eyni zamanda məhkəmə araşdırılması zamanı belə hallar müəyyən olunmadığından, məhkəmə ərizənin həmin hissədə əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Mülki Prosessual Məcəllənin 265.4. maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir 265.5. maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 28 sentyabr 2021-ci il tarixli 2(012)- 1526/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar