Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-575/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mübarı̇ z oğlunun cavabdeh “Azərı̇ qaz” İ̇stehsalat Bı̇ rlı̇ yinə qarşı mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Mübarı̇ z oğlunun cavabdeh ”zaq̇ ırəzA“ İ̇stehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın qanunsuz hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(012)-3594/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu **********06980) sayğacla bağlı xx.xx.2021-ci il tarixli, ******* nömrəli;xx.xx.2021-ci il tarixli ******* nömrəli;xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlar üzrə hesablanmış 2124 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, ******* nömrəli; xx.xx.2021-ci il tarixli ******* nömrəli; xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla ünvan 1 ünvanındakı (abonent kodu **********06980) sayğacla bağlı 2124 manat əsassız borc hesablanmışdır. Qeyd etmək istəyir ki, Cavabdeh işçiləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, Laçın rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Y.Məmmədəliyev küçəsində yerləşən sənədsiz evdə yaşayırlar. Adına 4 dəfə ayrı-ayrı tarixlərdə aktlar tərtib edilmiş və cərimə olunmuşdur. Guya evə baxış keçirilmiş və o, imza etməkdən imtina etmişdir. Həminm aktların qəbul edilməsindən xəbəri olmamışdır. Heç bir zaman evinə sayğacın yoxlanılması ilə bağlı Azəriqaz İB-nin əməkdaşları gəlməmişlər. Sayğaclara baxışın keçirilib- keçirilməməsi belə ona məlum deyildir. Akatlara əlavə edilmiş evə və sayğaca dair fotoşəkillər evinə və sayğaca aid deyildir. Cavabdeh İBnə yaxınlaşaraq, aktların surətlərini götürmüşdür. Bu günə kimi tərtib edilmiş aktlar tərtib edilən tarixlərdə təqdim edilməmişdir, hadisədən smart tipli qaz kartına pul yükləyən zaman pulun yarı hissəsinin tutulmasından sonra bilmişdir. Aktlar təqdim edilmiş və ümumilikdə müxtəlif tarixlərdə 2124 manat məbləğində cərimə edilməsi bildirilmişdir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli; xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlardan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış abonent kodu **********06980 olan sayğaca baxış keçirilən təbbi qazdan sayğacdan kənar qanunsuz istifadə olunması akşarlanmışdır.
5. Abonentin saldosundan görünür ki, **********06980 saylı abunə kodu üzrə sərf olunan təbii qaza görə abonentin 2021-ci il üzrə 2124 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(012)-3594/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********06980 olan, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 2124 manat cərimə borcundan 1174,08 manat cərimənin silinməklə 949,92 manat saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Qazdan istifadə Qaydaları"nın 4.6, 4.7 və 4.8-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
8. İddiaçı Mübarı̇ z oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(012)-3594/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli, 0293816, 0295330, ******* və ******* nömrəli aktlara əsasən ona ümumilikdə 2.124 (iki min yüz iyirmi dörd) manat məbləğində cərimə növü tətbiq edilmişdir. Aktların hamısının yazılmasına səbəb təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. O, bu qeyd edilən aktlar ilə qəti şəkildə razılaşmır. Ona görə ki, həqiqətləri əks etdirmir. Yuxarıda qeyd etdiyi aktların heç birisindən xəbəri olmamışdır. Onun həmin aktlardan son vaxtda xəbəri olmuşdur. Laçın rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Y.Məmmədəliyev küçəsində yerləşən sənədsiz evdə yaşayır. Onun adına 4 dəfə ayrı-ayrı tarixlərdə aktlar tərtib edilmiş və cərimə olunmuşdur. Guya evə baxış keçirilmiş və o, imza etməkdən imtina etmişdir. Heç bir zaman evinə sayğacın yoxlanılması ilə bağlı Azəriqaz İB-nin əməkdaşları gəlməmişdir. Sayğaclara baxışın keçirilib-keçirilməməsi belə məlum deyildir. Aktlara əlavə edilmiş evə və sayğaca dair fotoşəkillər onun evinə və sayğaca aid deyildir. O, Azəriqaz İB-nə yaxınlaşaraq, aktların surətlərini almış və hadisələrdən sonra xəbəri olmuşdur. Bu günə kimi tərtib edilmiş aktlar tərtib edilən tarixlərdə ona təqdim edilməmişdir. O, hadisədən smart tipli qaz kartından pul yükləyən zaman pulun yarı hissəsinin tutulmasından sonra xəbərdar olmuşdur. Ona aktlar təqdim edilmiş və ümumilikdə müxtəlif tarixlərdə 2124 (iki min yüz iyirmi dörd) manat məbləğində cərimə edildiyi bildirilmişdir. O, bu qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Ona görə də kobud şəkildə pozulan hüquqlarının məhkəmə yolu ilə həll edilməsini istəyir. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən müəyyən edilmiş ümumilikdə 2124 (iki min yüz iyirmi dörd) manat məbləğində cərimə pulu əsassız olduğu üçün tam şəkildə silinməlidir. Göründüyü kimi iddia ərizəsi tam əsaslı olsa da, məhkəmə qətnamədə qeyd etmişdir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın satış Dempartamentinin “Təbii Qazdan istifadə qaydalarının Pozulması haqqında” xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli, 0293816, 0295330, ******* və ******* saylı aktlara əsasən, istehlakçiya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 2124 (iki min yüz iyirmi dörd) manat borc yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” əsas götürülmüşdür. Hansı ki, bu hallar sübuta yetirilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
12. İş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
15. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış abonent kodu **********06980 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 885,60 manat cərimə , xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 875,52 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 362,88 manat cərimə edilmişdir.
20. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.
21. İş materiallarından aşkar olunur ki, həqiqətən də iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Aktlar tərtib etmişdir.
22. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə, Aktla, fotoşəkillər) sübut olunur.
23. Birinci intansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********06980 olan, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 2124 manat cərimə borcundan 1174,08 manat cərimənin silinməklə 949,92 manat saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. İddiaçı Mübarı̇ z oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(012)-3594/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə tam razılaşmır və bununla bağlı aşağıda şərh olunanları qeyd edir:
26. xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında Cavabdeh İB dəymiş ziyan həcminin hesablanması barədə tələbnamə adlı sənədə əsasən abonentə məxsus qaz sayğacının qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 8208 m3 müəyyən edilmişdir.
27. xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında Cavabdeh İB dəymiş ziyan həcminin hesablanması barədə tələbnamə adlı sənədinə əsasən abonentə məxsus qaz sayğacının qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Kombinin maksimal saatlıq qaz sərfi 3 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 3024 m3 müəyyən edilmişdir.
28. xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında Cavabdeh İB dəymiş ziyan həcminin hesablanması barədə tələbnamə adlı sənədinə əsasən abonentə məxsus qaz sayğacının qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 8856 m3 müəyyən edilmişdir.
29. Kollegiya bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 24 saat, 30 və 90 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir.
30. Kollegiya eləcə də qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi qaz paylayıcısı tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktlara görə abonentə mübahisələndirilən cərimə hesablanmışdır. Kollegiya qeyd olunan aktlara görə dəymiş zərərə görə cərimənin hesablanmasını qanunauyğun hesab etmir. Belə ki, sadalanan qanunvericilik normalarından göründüyü kimi qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli olduğu halda, araşdırma zamanı aktın tərtib edildiyi görünsə də, qaz paylayıcısı tərəfindən qanunsuz xəttin dərhal şəbəkədən ayırılması və qazın verilişini dayandırması müəyyən edilmir. Bununla da qaz paylayıcı qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə üzərinə düşən vəzifələrin icrasını təmin etməmiş, nəticədə qaz xəttindən kənar qanunsuz istifadə davam etmişdir. Lakin kollegiya hesab edir ki, bu hal istehlakçının vəziyyətinin ağırlaşmasına xidmət etməməlidir. Odur ki, kollegiyanın qənatincə qaz xəttindən kənar qanunsuz istifadənin müəyyən edildiyi ilk pozuntunun aşkar edilməsi nəticəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən, vurulmuş zərərin hesablanması və abonentdən tələb edilməsi qanuni və əsaslı hesab edilməlidir.
31. Apellyasiya kollegiyası hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********06980 olan, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər nəzərə alınaraq, hesablanmış ümumilikdə 2124 manat cərimə borcundan (4,1x12x90=4428m3; 428m3x 0,12=531,36manat; 2124-531,36=1592,64manat) 1592,64 manat cərimə silinməklə 531,36 manat ziyan vurması müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalıdır.
33. Sadalananlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yaranmış borc məbləğinin əsası barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı (abonent kodu-**********06980) ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 2124 manat cərimə borcundan 1174,08 manat cərimənin silinməsi hissədə dəyişdirilərək, həmin silinməli borcun miqdarı 1592,64 manat məbləğində müəyyən edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(012)-4350/2023 nömrəli qətnaməsi Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********06980 olan, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 2124 manat cərimə borcundan 1174,08 manat cərimə silinməklə 949,92 manat saxlanılsın - hissədə dəyişdirilsin, həmin silinən borc 1592,64 (bir min beş yüz doxsan iki manat altmış dörd qəpik) manat məbləğində müəyyən edilsin, borc məbləği 531,36 (beş yüz otuz bir manat otuz altı qəpik) manat saxlanılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.