Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-580/2025 14.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Mayılova (Həsənova) Vüsalə Həsən qızı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 MTK-ya qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbə dair mülki iş üzrə (Açar sözlər: kredit vəsaitindən istifadə haqqı, ipoteka predmetinin ilkin satış qiyməti, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması, apellyasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1833/2024 nömrəli qətnaməsindən cavabdehlər Mayılova (Həsənova) Vüsalə Həsən qızı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. xx.xx.2016-cı il tarixli, 2-04- 04-2016-RO-X3 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Səbail filialı – “Bank”, X9 – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 240 ay müddətinə, illik 08 % dərəcəsi ilə 108315 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-RO-X3 saylı zaminlik müqavilələrindən müəyyən edilir ki, X3 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 2-04- 04-2016-RO- X3 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativi bank qarşısında öz üzərinə öhdəlik götürmüşlər.
3. xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan X9 arasında bağlanmış həmin müqaviləyə əsasən ipoteka qoyan X5 məxsus ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 76.8 kv/m, yaşayış sahəsi 51.9 kv/m, yardımçı sahəsi 24.9 kv/m olan 3 otaqlı mənzil (Seriya RX, № 0887646, qeydiyyat nömrəsi: ********** qeydiyyat tarixi: xx.xx.2016-cı il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********54-05309-093207) ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 120350 manat olaraq müəyyən edilmişdir.
4. xx.xx.2018-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Satıcı - X9 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Saylı Ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Reyestr nömrəsi **********54-05309- 093207, RX-0853231, Qeydiyyat nömrəsi ********** saylı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, ünvan 2, mənzil 218 ipoteka ilə yüklü olan mənzili Alıcının - Cavabdeh3 mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzilin satış qiyməti olan 120 350 (bir yüz iyirmi min üç yüz əlli) manatın 22 650 (iyirmi iki min altı yüz əlli) manatını birdəfəlik olaraq satıcıya, 97 700 (doxsan yeddi min yeddi yüz) manatı isə Kredit müqaviləsi üzrə Satıcının hüquq və vəzifələrinin Alıcıya verilməsi yolu ilə ödəməyi öz üzərinə götürmüşlər.
5. xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi müqaviləsindən müəyyən edilir ki, X1 Vüsalə Həsənqızı ilə razılığa gəlirlər ki, müqavilənin imzalandığı tarixdən Borc alan ilə Kreditor-ipoteka saxlayan arasında bağlanmış 04 Aprel 2016-ci il tarixli, 2xx-xx-2016-RO-X3 Kredit müqaviləsi üzrə Borc alanın hüquq və vəzifələri Yeni borc alana verilir və o, qüvvədə olan qanunvericiliyə müvafıq olaraq Borc alanı əvəz edir. Yeni borc alan Kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunmasına qədər Kredit müqaviləsi ilə Borc alana münasibətdə nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirir və müvafiq məsuliyyəti daşıyır. Borc alan bu müqavilənin imzalandığı tarixdən 3 (üç) iş günü ərzində Kredit müqaviləsi əsasən ayrılmış pul vəsaiti hesabına alınmış Abşeron rayonu, Xırdalan şəh, H.Əliyev prospekti 30- cu məhəllə, ev 9, mənzil 218 (bundan sonra - yaşayış sahəsi) ünvanında yerləşən yaşayış sahəsini Yeni borc alana satmağı öz öhdəsinə götürür. Yaşayış sahəsinin satış qiyməti 120 350 (bir yüz iyirmi min üç yüz əlli ) manatdır, yaşayış sahəsinin dəyərinin 22 650 (iyirmi iki min altı yüz əlli) manat məbləğində olan hissəsi Yeni borc alan tərəfindən birdəfəlik olaraq, 97 700 (doxsan yeddi min yeddi yüz) manat məbləğində olan hissəsi isə Kredit müqaviləsi üzrə Borc alanın hüquq və vəzifələrinin Yeni borc alana verilməsi yolu ilə ödəniləcəkdir. Yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarının Yeni borc alana keçməsi Kredit müqaviləsi üzrə kredit öhdəliklərinə və Borc alanın Kreditor-ipoteka saxlayan qarşısında öhdəliklərinin təmin edilməsi üçün xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsinə səbəb olmur. İpoteka predmeti üzərində mülkiyyət hüquqları ilə birlikdə Borc alan Kredit, İpoteka müqaviləsi üzrə bütün hüquq və vəzifələri, eləcə də məsuliyyəti Yeni borc alana keçir. Kreditor-ipoteka saxlayanın Kredit müqaviləsi, İpoteka müqaviləsi üzrə bütün hüquq və vəzifələri saxlanılır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2602/2021 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi qismən mənzildə payın müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, məhəllə 30, ev 9, 218 saylı mənzilinin /2 hissəsinə payı müəyyən edilməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
7. **********54-05309-093207 reystr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 76,8 kv.metr olan 218 saylı mənzil ½ hissə Cavabdeh1, ½ hissədə Cavabdeh3 adına qeydə alınmışdır.
8. "xxxx" ASC-nin 19 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 94327,63 manat əsas borc, 30847,69 manat faiz borcu – cəmi 125175,32 manat məbləğində borcu vardır.
9. "xxxx" ASC-nin 20 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 94327,63 manat əsas borc, 37157,09 manat faiz borcu – cəmi 131484,72 manat məbləğində borcu vardır.
10. İş materiallarında olan ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir.
11. İş materiallarında olan mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank cavabdehləri kredit müqaviləsi üzrə götürülmüş öhdəlikləri 3 gün müddətində yerinə yetirilməyəcəyi təqdirdə kredit müqaviləsi üzrə borcun tutulması, eyni zamanda tutmanın ipoteka predmetinə yönəldilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4313 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, "xxxx" ASC ilə X10 arasında bağlanmış 2-xx-xx-2016- RO-X3 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi və X10 ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi haqqında müqavilədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 125.281,01 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 30.683,52 manat, xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 125.344,07 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 30.746,58 manat, xx.xx.2024- cü il (sualda göstərilən tarixə) borcu 125.617,36 manat əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 31.019,87 manat, xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 127.551,36 manat -- əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 32.953,86 manat müəyyən edilmişdir.
13. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən 76, 8 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin xx.xx.2024-cü il vəziyyətinə bazar dəyəri 133.110.0 (yüz otuz üç min yüz on) manat, likvid dəyəri isə 113.144.0 (yüz on üç min yüz qırx dörd) manat məbləğində müəyyən olunmuşdur.
14. Apellyasiya icraatı zamanı əldə edilmiş: "xxxx" MMC-nin 011-058/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli mütəxəssis rəyində ünvan 4 ünvanında yerləşən 76, 8 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin hal-hazırkı tarixə bazar dəyəri 115000 manat, likvid dəyəri isə 104000 manat məbləğində qiymətləndirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı "xxxx" ASC cavabdehlər X11, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 MTK-ya qarşı qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 manat, faiz borcu üzrə 30847.69 manat olmaqla, cəmi 125175.32 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 415.18 manat dövlət rüsumu və 1.42 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsi; İpoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayəetmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Sonradan "xxxx" ASC MPM-nin 53-cü maddəsinə istinad edərək dəqiqləşmə barədə ərizə ilə müracət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016- RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 manat, faiz borcu üzrə 30847.69 manat olmaqla, cəmi 125175.32 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 415.18 manat dövlət rüsumu və 1.42 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən cavabdehlər ½ hissədə Cavabdeh3 və ½ hissədə Cavabdeh1 məxsus Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzlə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzil boşaldılaraq təhvil verilməsi; İpoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Daha sonra "xxxx" ASC MPM-nin 53-cü maddəsinə istinad edərək dəqiqləşmə barədə ərizə ilə müracət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2-xx-xx-2016- RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 94327.63 AZN, faiz borcu üzrə 37157.09 AZN olmaqla, cəmi 131484.72 AZN kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 46.45 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 422 AZN dövlət rüsumu və 1.82 AZN xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: cavabdehlər ½ hissədə Cavabdeh3 və ½ hissədə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti. 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi: ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılsın, mənzil boşaldılaraq təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə X9 arasında bağlanmış 2-xx-xx-2016-RO-X3saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən X5 illik 08 faiz olmaqla, 240 ay müddətinə 108315 (yüz səkkiz min üç yüz on beş) manat məbləğində kredit verilmişdir. 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi X9 ilə Bank arasında bağlanan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, X5 məxsus ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 76.8 kv/m, yaşayış sahəsi 51.9 kv/m, yardımçı sahəsi 24.9 kv/m olan 3 otaqlı mənzil (Seriya RX, № 0887646, qeydiyyat nömrəsi: ********** qeydiyyat tarixi: xx.xx.2016-cı il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********54- 05309-093207) ipoteka ilə yüklü edilmişdir. 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixində 2- xx-xx-2016-RO-X3 saylı zaminlik müqaviləsi imzalanmışdır. 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh4 arasında xx.xx.2016-cı il tarixli, 2-xx-xx-2016-RO-X3 saylı zaminlik müqaviləsi imzalanmışdır. Daha sonradan, X9 ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən, yuxarıda qeyd edilən kredit və ipoteka müqavilələri üzrə borc alana məxsus bütün hüquq və vəzifələr Cavabdeh3 keçmişdir. Müqavilədə müəyyən edilmişdir ki, yaşayış sahəsinin 22650 manat məbləğində olan hissəsi yeni borc alan tərəfindən birdəfəlik olaraq, 97700 manat məbləğində olan hissəsi isə kredit müqaviləsi üzrə borcalanın hüquq və vəzifələrinin yeni borc alana verilməsi yolu ilə ödənəcəkdir. Eyni zamanda, X9 və Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən, yuxarıda qeyd edilmiş ipoteka ilə yüklü edilmiş əmlak ipotekada saxlanılmaq şərti ilə Cavabdeh3 mülkiyyətinə keçmişdir. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün tərəfimizdən ümumilikdə 46.45 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən cavabdehlərin əsas borc üzrə 94327.63 AZN, faiz borcu üzrə 30847.69 AZN olmaqla, cəmi 125175.32 AZN borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehlər Cavabdeh3, “Kristal Abşeron“ MTK, Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 415.18 AZN dövlət rüsumu və 1.42 AZN bank xidmət haqqı ödənilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
19. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1833/2024 nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) - iddia qismən təmin edilərək, Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 94327,63 manat məbləğində əsas, 30746,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 125074,21 manat, ödənilmiş dövlət rüsumu üçün 415,07 manat, xidmət haqqı 0,62 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 46,45 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, - Tutmanın ½ hissədə Həsənova (Mayılova) Vüsalə Həsən qızına və ½ hissədə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 120350 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi, - Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil- Tikinti Kooperativindən müştərək qaydada tutulması, - Əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Həsənova (Mayılova) Vüsalə Həsən qızı və Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməklə onlarən əmlakları ilə birgə həmin evdən çıxarılmaları - Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 250 manat məbləğində pul vəsaitinin Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: **********, Hesab nömrəsi: AZ85ACAB********************, Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu-505000) köçürülməsi və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Həsənova (Mayılova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən müəyyən edilir ki, cavabdeh Həsənova (Mayılova) Vüsalə Həsən qızı götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Borc məbləğinin dəqiq müəyyən edilməsi ilə bağlı məhkəmənin 07 may 2024-cü il tarixli, 2(012)- 1833/2024 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 9/4313 saylı müvafiq rəyinin nəticə hissəsində "xxxx" ASC ilə X10 arasında bağlanmış 2-xx-xx-2016-RO-X3 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi və X10 ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, 001 saylı öhdəliklərin verilməsi haqqında müqavilədə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 125.281,01 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 30.683,52 manat, xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 125.344,07 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 30.746,58 manat, xx.xx.2024cü il (sualda göstərilən tarixə) borcu 125.617,36 manat - əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 31.019,87 manat, xx.xx.2024-cü il (sualda göstərilən tarixə) borcu 127.551,36 manat -- əsas borc üzrə 94.597,49 manat, faiz borcu üzrə 32.953,86 manat məbləğdə göstərilmişdir.
21. Məhkəmə hesab edib ki, Həsənova (Mayılova) Vüsalə Həsən qızı "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcud olduğundan və hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış əsas borc məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği ilə uyğunluq təşkil etdiyindən iddia əsas borcun qaytarılması hissəsində təmin edilməlidir.
22. Məhkəmə qeyd edib ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. Ekspert rəyinə görə kredit müqaviləsi üzrə cavabdeh Vüsalə Həsənovanın xx.xx.2024-cü il tarixə faiz borcu 30746,58 manat təşkil edir. Buna görə də məhkəmə ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlib ki, cavabdehlərdən faiz borcuna görə 30746,58 manat tutulmalıdır.
23. Məhkəmə həmçinin göstərib ki, öhdəliyin təminatı kimi çıxış etmiş cavabdeh zaminlər Cavabdeh2 və Cavabdeh4 Mənzil Təmir-Tikinti Kooperativi cavabdeh Həsənova (Mayılova) Vüsalə Həsən qızı ilə birlikdə iddiaçı "xxxx" ASC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Həsənova (Mayılova) Vüsalə Həsən qızından, Cavabdeh2 və Cavabdeh4 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada xx.xx.2016-cı il tarixli 2-xx-xx-2016-RO-X3 saylı kredit müqaviləsi üzrə 94327,63 manat məbləğində əsas borc, 30746,58 manat faiz borcu olmaqla ümumilikdə, 125074,21 manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Eyni zamanda məhkəmə iddianın "tələbin ipoteka predmetinə yönəldilməsinə dair" hissəsini də araşdıraraq hesab edib ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir.
24. Mülki iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə Abşeron Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərardadına əsasən qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 113144 manat olduğu göstərilmişdir.
25. Birinci instansiya məhkəməsi işin faktiki hallarından, ipoteka müqaviləsindən və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlər Həsənova (Mayılova) Vüsalə Həsən qızına və Cavabdeh1 hər birinə ½ hissə ilə məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, ev 9, 218 saylı mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun qaytarılması tələbinin qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti 120350 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə yuxarıdakı nəticəyə gəlmişdir.
26. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 296.1, 319.1, 385.1, 421, 427, 442, 445, 448.1, 449.4, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3, 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən Cavabdeh1 və cavabdehlər Mayılova (Həsənova) Vüsalə Həsən qızı ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
28. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə qanunsuz, əsassız və ədalətsizdir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddia üzrə faiz borcu iddiaçı "xxxx" ASC tərəfindən düzgün hesablanmamış, məhkəmə isə mühasibatlıq ekspertizası təyin etməklə faiz borcunun düzgün hesablanması üçün zəruri prosessual tədbirlər görməmişdir. Digər tərəfdən 94327,63 manat məbləğində əsas borcun ½ hissəsi Həsənova (Mayılova) Vüsalə Həsən qızından və ½ hissəsi isə Cavabdeh1 tutulmalı olduğu halda, birinci instansiya məhkəməsi səhvə yol verərək, borcun müştərək qaydada tutulması barədə qətnamə qəbul etmişdir. Həmçinin xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 120350 manat olaraq müəyyən edilmişdir. Göründüyü kimi mülki işə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edərkən, iş materiallarında olan xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsinə istinad etmişdir. Həmin ipoteka müqaviləsində isə ipoteka predmetinin ilkin satış qiyməti bazar qiyməti ilə göstərilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti tərəflərin razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Hazırki işdə isə ipoteka predmeti likvid qiymətlə deyil, “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq (real dəyərindən yuxarı qiymətə) iş materiallarında olan xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsində qeyd olunan bazar qiyməti ilə müəyyən olunmuşdur. Halbuki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında mübahisə vardır. İşə baxan məhkəmə isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin, həmin Qanunun 1.0.9-cu maddəsinin, “Qiyimətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 7-ci və 8-ci maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, nəticədə ipoteka predmeti olan əmlak dəyərindən çox yuxarı qiymətə qiymətləndirilmişdir. Bundan başqa məhkəmənin qətnaməsində: «cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilməklə onların əmlakları ilə birgə həmin mənzildən çıxarılmaları” barədə gəldiyi nəticə qanunsuzdur. Ona görə ki, məhkəmə, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə “cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilməklə onların əmlakları ilə birgə həmin mənzildən çıxarılmaları” nəticəsinə gələrkən, faktiki olaraq hakim öz şəxsi mülahizələrinə və ehtimallara əsaslanaraq, gələcəkdə güman etdiyi halın baş verməsi nəticəsində qeyd edilən daşınmaz əmlakların açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə cavabdehlərin həmin mənzilə olan istifadə hüquqları itirilməklə onların əmlakları ilə birgə həmin mənzildən çıxarılmaları məsələsini həll etmişdir. Halbuki, qeyd edilən daşınmaz əmlakın açıq hərracda satışa çıxarılarkən hərracın qalibinin kim olması bu gün heç kimə məlum deyil. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1833/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, şikayətin dəlilləri əsasında yeni qanuni qətnamə qəbul edilməlidir.
29. Cavabdeh Mayılova (Həsənova) Vüsalə Həsən qızının apellyasiya şikayəti onunla əsaslanıb ki, məhkəmə qətnaməsi ədalətsiz, əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə özünün 07 may 2024-cü il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın likvid dəyərinin 113144 manat olduğu göstərilsə də, məhkəmə ipoteka predmetinin likvid dəyərini tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun 120350 manat müəyyən etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ədalətsizdir. Ona görə ki, 2016-cı ildən hazırki ilə, yəni 8 il sonra həmin mənzilin bazar dəyəri eyni ola bilməz. Hazırki, vaxtda həmin mənzilin bazar qiyməti 2016-cı illə müqayisədə xeyli artıqdır. Məhkəmə isə heç bir əsas olmadan mübahisəli mənzilin likvid dəyərini tərəflər arasında 2016-cı ildə bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq 120350 manat müəyyən etmişdir. Bundan əlavə bank ona olan ödənişləri gizlədir. Belə ki, banka ümumilikdə 50.0000 manata qədər pul ödənmişdir. Məhkəmə isə bununla bağlı ekspertiza təyin etməli, ödənilmiş və qalıq borcu dəqiq müəyyən etməli idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan, nəticədə ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmənin nəzərinə onu da çatdırır ki, əri Cavabdeh1 ilə ayrılmışlar. Hazırda 2 qız övladı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Başqa yaşayış yeri yoxdur. Valideynləri vəfat etmişdir. Bu qətnamə onu mülkiyyətindən məhrum edərək, 2 qız övladı ilə küçədə yaşamağa məcbur edəcəkdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi reallaığı əks etdirmir. Belə ki, həmin rəydə ipoteka predmeti olan əmlak real dəyərindən daha yuxarı həddə göstərilmişdir. Həmin ərazidə yerləşən evlərin təxmini qiyməti bəllidir. Müstəqil şəkildə müraciət edərək mütəxəssis rəyi əldə etmişdir ki, həmin rəydə əmlakın real dəyəri əks olunmuşdur. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı iş üzrə məhkəmə qətnaməsi ipoteka predmeti olan əmlakın ilksin satış qiyməti hissəsində mübahisələndirilərkən cavabdehin dəlili məhz əmlakın yüksək qiymətləndirilməsi ilə bağlı olmuşdur. Belə ki, Cavabdeh1 mübahisələndirilən kredit müqaviləsinin tərəfi olmamış, birbaşa öhdəlik götürməmişdir. Bununla belə ipoteka predmetinin real dəyərinə uyğun ilkin satış qiymətinin müəyyən edilməsi əmlakın daha tez satılmasını və borcun ödənməsini təmin edəcəkdir. İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 011-058/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli mütəxəssis rəyi əsassızdır. Bu rəydə ipoteka predmeti olan əmlak real dəyərindən daha yuxarı həddə göstərilmişdir. Cavabdeh müstəqil şəkildə müraciət edərək mütəxəssis rəyi əldə etmişdir ki, həmin rəydə əmlakın real dəyəri əks olunmuşdur və məhkəmə qətnaməsində həmin rəyə istinad olunması xahiş olunur. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 izahatında bildirdi ki, apellyasiya şikayətləri əsassızdır. İşə baxan məhkəmə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə tərəf olmamışdır, sadəcə ipoteka predmeti olan əmlakda onun ½ hissədə payı müəyyən edildiyindən iddia ərizəsində o da cavabdeh qismində göstərilmişdir. İş üzrə məhkəmə tərəfindən əldə edilən mütəxəssis rəyinə etiraz etmir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Mayılova (Həsənova) Vüsalə Həsən qızı, Cavabdeh2 və Cavabdeh4 MTK-ya lazımı qaydada və vaxtında məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, (təmsil olunmamış) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi).
37. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddə 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddə 59.3. İİpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
39. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar hər biri ayrı-ayrılıqda qətnamənin ləğv edilməsini xahiş etmişlər. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, qətnamə ipoteka predmetinin likvid dəyərinin müəyyən edilmiş hissəsində dəyişdirilməlidir.
41. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının tələbi bir neçə hissədən – kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və mənzilin boşaldılması və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması barədədir.
42. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı bankla cavabdehlər arasında kredit müqaviləsi, həmin müqavilənin təminatı kimi zaminlik və ipoteka müqavilələri bağlanıb. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəf müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür.
43. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi ünvan 4 ünvanında yerləşən 76, 8 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
44. Baxılan mülki işin təhlilindən belə aydın olur ki, iddiaçı tərəf kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdeh tərəfə vermiş, lakin cavabdehlər sözügedən müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişlər.
45. İş materialları ilə təsdiq olunur ki, iddiaçı həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, müvafiq bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh tərəf Banka heç bir cavab verməmiş və mövcud borcun Banka qaytarılmasından yayınmışdır. Odur ki, cavabdeh tərəfin iddiaçı qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.
46. Mübahisəli kredit müqaviləsinin şərtlərinə görə borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.
47. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
48. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs., müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır.
49. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdehlər banka borclu olduqlarını inkar etmir, lakin şikayətlərinin dəlili kimi gah birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının təyin edilmədiyini, gah da ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini, həmin hesabatın (rəyin) iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməməsini, sonda isə iddianın rədd olunmasını xahiş edirlər. Şikayətin dəlillərini həm də onunla əsaslandırırlar ki, həmin rəylər borc məbləğini, ipoteka predmetinin həqiqi real bazar dəyərini əks etdirmir.
50. Cavabdehlərin apellyasiya şikayətləri kollegiya tərəfindən bir-biri ilə əlaqəli şəkildə təhlil edilərkən həm də müəyyən edilmişdir ki, Cavabdeh1 ipoteka predmetinin ilkin satış qiymətinin real qiymətdən yuxarı göstərildiyini, digər Cavabdeh3 isə əksinə, əmlakın dəyərinin düzgün müəyyən edilmədiyini bildirir. Göründüyü kimi, apellyasiya şikayətlərinin dəlilləri ipoteka predmetinin dəyərinə münasibətdə bir-biri ilə ziddiyyət təşkil etməklə anlaşılan deyil və bu kollegiya tərəfindən işin süni şəkildə uzadılması kimi qiymətləndirilir.
51. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissəsi istisna olmaqla, şikayətin digər dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
52. Əvvəla ona görə ki, işin mübahisə olunmayan hallarından görünür ki, cavabdehlər qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.
53. İkincisi, apellyatorlar bu dəlillərini əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə yanaşı, ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının təyin edilmədiyini bildirirlər. Halbuki iş materiallarının 1-ci cildinin 128-134-cü səhifələrində olan rəydən görünür ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə müvafiq olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4313 saylı rəyi alınmışdır.
54. Üçüncüsü, borcun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdehlər ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.
55. Apellyasiya şikayətinin digər dəlili ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) düzgün müəyyən edilməməsi ilə bağlıdır (bir apellyator az, digəri isə düzgün müəyyən edilmədiyini mübahisələndirir).
56. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
57. Yuxarıda qeyd olunan qanunvericiliyə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulub. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında.
58. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini (likvid dəyərini) deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” (likvid dəyəri) anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti (likvid dəyəri) tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir.
59. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz.
60. Formalaşmış məhkəmə təcrübəsinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Qərardan göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti ilə yanaşı likvid qiyməti də müəyyən edilməlidir.
61. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə tərəflər arasında bu barədə razılaşma əldə edilməməsinə baxmayaraq, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbi baxımından ipoteka predmetinin ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında məhz likvid qiymətlə müəyyən etməmişdir ki, bu da həm qanunvericiliyin, həm də formalaşmış məhkəmə təcrübəsi ilə uzlaşmır.
62. Bu anlamda, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Bu kontekstdən yanaşan kollegiya tərəfindən yenidən qiymətləndirmə təyin edilmiş və sonda qiymətləndirici ("xxxx" MMC) tərəfindən verilmiş hesabata (rəyə) əsasən ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinin hal-hazırkı tarixə bazar dəyəri 115000 manat, likvid dəyəri isə 104000 manat məbləğində qiymətləndirilmişdir.
63. Araşdırma zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarına əsasın bu məbləğ ilkin satış qiyməti kimi 120 350 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin bu hissədə dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, nə qədər ki, cavabdehlər ipoteka predmeti olan mənzilin dəyərini mübahisələndirir və Cavabdeh1 ipoteka predmeti olan mənzilin dəyərinin yuxarı qiymətləndirildiyini bəyan edərək, mübahisənin daha tez yekunlaşmasının tərəfdarıdır və Bank tərəf buna etiraz etmir, onda orta qiymət kimi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatı (rəyi) əsas götürülməli və ipoteka predmeti olan mübahisəli mənzilin likvid dəyəri kimi 104000 manat əsas götürülməlidir.
64. Kollegiya həm də bu dəyəri ona görə əsas götürməyi vacib bilir ki, cavabdeh (apellyator) Cavabdeh1 özü məhkəmə iclasında əmlakın dəyərinin yuxarı göstərildiyini qeyd etməklə, likvid dəyər kimi aşağı qiymətin əsas götürülməsini özü xahiş etmiş və mübahisənin tez yekunlaşmasının tərəfdarı olduğunu bildirmişdir.
65. Bu qiymətləndirmə hesabatının (rəyinin) təsviri-əsaslandırıcı hissəsindən müəyyən edilir ki, (i/m 2-cı cild səh. 116-139 ) konkret olaraq mübahisəli əmlaklara yerində baxış keçirilmiş və hesabat təqdim edilərkən qanunvericiliklə yanaşı, həm də Milli Qiymətləndirmə Standartlarına (AMQS 3, AMQS 5), Tikinti Norma və Qaydalarına (TSN və Q, SNİP, QOST), həmçinin digər normativ sənədlərə, eləcə də müasir metodologiyaya istinad olunmuşdur.
66. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli Qərardadının (§24) 21-ci bəndində göstərilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olubolmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir
67. Kollegiya cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin digər dəlillərinin eyniliyini nəzərə alaraq ümumilikdə qeyd edir ki, şikayətlərdə qeyd olunanlar formal mülahizələr olmaqla yanaşı, həm də işin süni şəkildə uzadılmasına xidmət edir.
68. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
69. Məhkəmə kollegiyası sonda qeyd edir ki, iş üzrə ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirməsi cavabdeh tərəfin apellyasiya şikayətlərinin dəlili əsasında həyata keçirildiyindən,“Qiymətləndirmə və Consulting Mərkəzinin” xx.xx.2025-ci il tarixli hesabatına əsasən müəyyən edilmiş 300 manat hesab xərci apellyatorlardan müştərək qaydada alınaraq Qiymətləndirmə və Consulting Mərkəzi” MMC –yə ödənilməlidir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1833/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilərək – ipoteka predmeti olan ünvan 4 ünvanda yerləşən 76, 8 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 104 000 (bir yüz dörd min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Müstəqil qiymətləndirmənin icrası ilə əlaqədar 300 manat hesab xərci müştərək qaydada Mayılova (Həsənova) Vüsalə Həsən qızı və Cavabdeh1 alınaraq "xxxx" MMC-nin VÖEN **********, AZ06AİİB400600C**********103, Kapital Bank ASC, Yasamal filialı 200037 VÖEN ********** S.W.İ.F.T, AİİBAZ2X, AZ37NABZ******************** hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və Vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.