Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-586/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki Notariat ofisinin 08 yanvar 2023-cü il tarixli, 45 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair hərəkətinin əsassız hesab edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Ərizəçi 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki Notariat ofisinin 08 yanvar 2023cü il tarixli, 45 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair hərəkətinin əssasız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 08 yanvar 2023-cü il tarixli 45 nömrəli məktubdan görünür ki, X1 xx.xx.1994cü il ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış Azərbaycan Respublikasının Mülki Məcəlləsinn 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2021-ci il tarixli 08 nömrəli arayışından görünür ki, X3 vəfat etdiyi günə qədər oğlu xx.xx.1932-ci il təvəllüdlü X4 və nəvəsi xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. Ərizəçi 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisinin 08 yanvar 2023-cü il tarixli, 45 nömrəli “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair” qərarının əssasız hesab edilməsi tələbinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Şikayətçi tələbini onunla əsaslandırmışdır ki, nənəsi X5 xx.xx.1994-cü il tarixdə vəfat etmiş, nənəsindən atası X2 miras əmlak qalmış, atası 2013-cü il tarixdə vəfat etdiyindən miras qalmış əmlakı əldə etmək üçün 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndəki notariat ofisinə müraciət etmiş, müraciəti əsasında ona mirasın qəbulu üzrə qanunla müəyyən edilmiş müddət ötürüldüyündən ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edərək müddətin bərpası üçün məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. O, nənəsindən qalmış əmlakı faktiki qəbul edərək sahiblik edib istifadə etdiyindən notariat ofisinin qeyd edilən qərarının əssasız olduğunu, ona görə həmin qərarın qanunverilciliyin tələblərinə əsasən qanunsuz olduğundan əssasız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) Ərizəçi 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisinin 08 yanvar 2023-cü il tarixli, 45 nömrəli “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya dair” hərəkətinin əsassız hesab edilməsinə dair şikayəti təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1 saylı Sumqayıt regional Maraqlı şəxsndəki notariat ofisi tərəfindən şikayət edən Ərizəçi miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdüyündən vərəsəlik şəhadətnmasənin verilməsindən imtina edilməsi barədə etdiyi hərəkət qanuni olmuşdur.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1246, 1248.1-ci maddaələri, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57, 58, 59-cu maddələri və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarının 96-cı maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apellyasiya şikayətinin dəlilləri
8. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası, miras qoyan nənəsinin vəfatından sonra ona faktiki sahiblik edərək, həmin mirasa öz əmlakı kimi yanaşmışdır. O, da atası ilə yanaşı, həmin əmlakı birgə idarə edən şəxslər olmuşlar və atasının vəfatından sonra da həmin funksiyanı tək idarə etmiş və etməkdə də davam edir. Belə ki, nənəsi vəfat edərkən onun 27 yaşı olsa da onun övladı olan atası Ağabəy sağ olduğu üçün mirası qəbul edən şəxs də vərəsə olaraq o olub və mirası faktiki qəbul edən atası vəfat etdiyi üçün ona anasından (nənəsindən) qalmış həmin mirasa o, sahiblik etmiş və bu gün də sahiblik etməkdədir. Deməli mirasdan pay almaq hüququ da ona məxsusdur. Necə ki, AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1252-ci maddəsində deyilir ki, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarı üzrə hüquqi mövqeyini ortaya qoyaraq bir daha bildirir ki,.... Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılırazılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir....Plenum bu qərarınının 2-ci hissəsi ilə göstərişi də belədir ki,... (2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Yuxarıda şərh olunanlarla cavabdeh notariat ofisinin imtinasına məcmu halda baxdıqda aşkar görərik ki, notariat ofisi nə “Notariat haqqında” Qanunun nə də, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın vərəsəliklə əlaqəli işlərdə istifadə olunmalı norma tələblərini düzgün icra etməmiş və əsassız yerə ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (...)
13. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
15. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
16. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
20. Belə ki, işdən göründüyü kimi ərizəçinin tələbi notariat orqanının ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsinin tövsiyə edilməsi ilə bağlıdır. Ərizəçi bu tövsiyyəni əsassız hesab edir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİl hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
22. Həmin Qərara görə, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
23. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda-olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
24. Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, “..qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın, bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir”.
25. Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda mirasın qəbul edilməsinə dair müddətlə bağlı məhdudiyyət olmadığından, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməli, ərizəçiyə müvafiq notariat ofisinə miras əmlaka payların müəyyən olunması barədə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 2(060)-2990/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Ərizəçiyə müvafiq notariat ofisinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.