Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-588/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-1009/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları JN-424A saylı KOD41017018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Cavabdeh2 Şamaxı rayonu, Çuxuryurd kəndində 0.10 ha torpaq sahəsi verilmişdir. Torpaqların alqı-satqı dair aktdan görünür ki, X2 rayon Çuxuryurd kənd bələdiyyəsinə xx.xx.2004-cü il tarixdə torpaq sahəsini almaq barədə müraciət etmiş. Ərizəyə bələdiyyə orqanında baxılmış və Çuxuryurd bələdiyyə ərazisində 0.10 ha torpaq sahəsinin satılması barədə 2004-cü il 18 may tarixli 06 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X2 rayon BBŞF bankının hesabına əvvəlcədən 470000 mant haqq ödənilmişdir. Çuxuryurd bələdiyyəsinin 18 may 2004-cü il 6 nömrəli iclas protokolunun qərarından çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0.10 hektar xüsusi həyətyanı torpaq sahəsi ərizəsinə əsasən ehtiyacı olan X5 verilməsi, yerquluşu mühəndisi X6 həmin torpaq sahəsinin qanuni sənədlərini tərtib edib X5 təqdim edilməsi, Bələdiyyənin mühasibi Nikolay Fiminə, X12, İddiaçı 0.10 hektar torpaq sahəsinin rüsumu qəbul edilməsi qərara alınmışdır. Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 912 saylı Qeydiyyat vəsiqəsinə əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən iki mərtəbədən 5 yaşayış otağından 86,4 kv.m yaşayış sahəsindən, 182,3 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi ona İddiaçı məxsusdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********16 saylı məktubundan görünür ki, təqdim olunmuş sənədlər Ərazi İdarəsi tərəfindən araşdırılan zaman məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsnin mülkiyyətə verilməsinə dair JN- 424A, kod 41017018 nömrəli şəhadətnamə Cavabdeh2 adına işlənilmişdir. Buna baxmayaraq, Cavabdeh2 ilə aralarında bağlanmış bağlanmış alqı-satqı səlahiyyətsiz qurum Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur.Evin yerləşdiyi torpaq sahəsi başqa şəxsin mülkiyyətində olduğu üçün mülkiyyətinizdə olan fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.Evin yerləşdiyi torpaq sahəsinə dair notarial təsdiq olunmuş alqı-satqı müqvailəsi təqdim olunduğu halda mürcaiətə baxıla bilər. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Məlhəm kənd icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 44 saylı arayışından görünür ki, Çuxuryurd Bələdiyyəsinin 18 may 2004-cü il tarixli 06 saylı protokolunda vətəndaş Cavabdeh2 öz ərizəsi ilə 0.10 ha həyətyanı torpa sahəsindəm imtina etməsi və həmin torpaq sahəsinin vətəndaş X4 adına rüsumu ödəməklə təhkim olunması barədə qərar qəbul olunmuşdur. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Çuxuryurd kənd icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 241 saylı arayışından görünür ki, İddiaçı Şamaxı rayonu Çuxuryurd kəndində özünə məxsus yerləşən 0.10 ha torpaq sahəsində ümumi sahəsi 120,0 Kv.m olan fərdi yaşayış evi inşa etmişdir. 2004-cü ildən etibarən həmin torpaqdan istifadə edir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdehlər Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ilə İddiaçı arasında Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin 0,10 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması barədə 18 may 2004-cü il tarixli alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ilə bağladığım 18 may 2004-cü il tarixli torpaqların alq-satqısına dair akta əsasən Şamaxı rayonu Çuxurdyurd Bələdiyyəsi ərazisində 0,10 ha torpaq sahəsini əldə etmiş, bununla bağlı bütün sənədlərin torpaq sahəsin planı və digər sənədlər var. Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 912 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən iki mərtəbədən 5 yaşayış otağından 86,4 kv.m yaşayış sahəsindən, 182,3 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi ona məxsusdur. Lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən heç bir subyektiv hüququ olmadığı halda torpaq sahəsnin mülkiyyətə verilməsinə dair JN-424A, kod 41017018 nömrəli şəhadətnamə Cavabdeh2 adına işlənilmişdir. Fərdi yaşayış evini və onun torpaq sahəsinin qeydə alınması üçün DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etdikdə ona bildirildi ki, fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 424A, kod 41017018 nömrəli şəhadətnamə Cavabdeh2 adına işlənilmişdir. Cavabdeh2 ilə aralarında bağlanmış alqı-satqı aktı səlahiyyətsiz qurum Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi tərəfindən təsdiqlənmişdir. Evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi başqa şəxsin mülkiyyətində olduğu üçün mülkiyyətdə olan fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi təqdim olunacağı təqdirdə müraciətə qanunamüvafıq qaydada baxıla biləcəyi bildirilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-1009/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırki mülki iş üzrə daşınmaz əmlak olan mübahisəli torpaq sahəsinin mülkiyytəçisi ilə İddiaçı arasında alqı-satqı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəllənin 647.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2005-ci ilədək qüvvədə olmuş 335.2-ci maddəsinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2005-ci ilədək qüvvədə olmuş 335.2-ci maddəsinə istinad etsə də, yanlış olaraq qətnamədə qeyd etmişdir ki, guya torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 ilə onun arasında hər hansı yazılı razılaşma mövcud olmadığına görə, iddianın təmin edilməsi mümkün deyil. Halbuki, məhkəmə bu qənaətə gəlmək üçün, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi ilə onun arasında 18 may 2004-cü il tarixli “torpaqların alqı-satqısına dair” akt bağlandığı zaman həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olduğunu müəyyən etməli idi. Lakin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə bu hal müəyyən edilməmişdir. Məhkəmə qətnaməsində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2 adına işlənmiş JN-24A, kod 41017018 nömrəli torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə istinad edilmişdir ki, həmin Şəhadətnamənin də hansı tarixdə verildiyi qətnamədən aydın deyil. Bunun əksinə olaraq, iş materiallarına əlavə edilmiş, Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının Məlhəm kənd icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 44 nömrəli arayışından görünür ki, Çuxuryurd Bələdiyyəsinin 18 may 2004-cü il tarixli 06 saylı protokolunda vətəndaş Cavabdeh2 öz ərizəsi ilə 0,10 ha həyətyanı torpaq sahəsindən imtina etməsi və həmin torpaq sahəsinin vətəndaş X4 adəna rüsumu ödəməklə təhkim olunması barədə qərar qəbul olunmuşdur. Göründüyü kimi, nə Cavabdeh2 tərəfindən öz ərizəsi ilə 0,10 ha həyətyanı torpaq sahəsindən imtina etdiyi, nə Çuxuryurd Bələdiyyəsinin 18 may 2004-cü il tarixli 06 saylı protokolu tərtib edildiyi, nə də Çuxuryurd Bələdiyyəsi ilə mənim aramda 18 may 2004-cü il tarixli “torpaqların alqı- satqısına dair” akt bağlandığı zaman mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmamışdır. Belə olan halda, məhkəmənin yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etməklə onun Cavabdeh2 ilə arasında torpaq sahəsinə dair yazılı müqavilənin olmadığına istinad edərək iddianı rədd etməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Bunun əksinə olaraq, torpaq sahəsinin ona satılması ilə bağlı Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi ilə aralarında 18 may 2004-cü il tarixli yazılı akt (müqavilə-əqd) bağlanarkən həmin torpaq sahəsindən Cavabdeh2 imtinası mövcud olmuş (mülkiyyətçi kimi deyil) və torpaq sahəsi üzərində sərəncam vermə hüququ Çuxuryurd Bələdiyyəsində olmuşdur. Bu səbəbdən də, məhkəmənin tətbiq etdiyi maddi hüquq norması Cavabdeh2 ilə deyil, Çuxuryurd bələdiyyəsi ilə onun arasında mövcud olan hüquq münasibətlərinə tətbiq edilməlidir. Bələdiyyə ilə onun arasında torpaq sahəsinin ona satılması barədə akt bağlandığı 18 may 2004-cü il tarixindən sonra torpaq sahəsini faktiki qəbul etmiş və mülkiyyət hüququna aid olan bütün hüquqlarından bu günədək istifadə edir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailə üzvlərilə birlikdə orada yaşayır. Bu müddət ərzində Cavabdeh2 torpaq sahəsi ilə bağlı heç bir pritenziya irəli sürməmişdir. Lakin təəssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi qeyd edilənlərin heç birini araşdırmamış, bu isə onun hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahat Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, cavabdeh Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsi və maraqlı şəxs nümayəndələrini məhkəmə iclasına göndərməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə işdə iştirak edən digər şəxlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 647.1. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır (24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 647-ci maddə çıxarılmışdır). Maddə 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Maddə 335.3. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir (24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır.). Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi müvafiq Dövlət aktı və torpaq şəhadətnaməsi əsasında Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Deməli, həmin torpaq sahəsinin mülkiyyətçisi qismində də məhz qeyd edilən cavabdeh çıxış edir. İddiaçı həmin torpaq sahəsinin satın alınmasına dair müvafiq bələdiyyə ilə aralarında razılaşma olduğunu, cavabdehin həmin torpaq sahəsindən imtina etməsi kimi hallara istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi haqlı olaraq hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli münasibətlərinə məhz həmin münaisbətlərin yarandığı vaxt qüvvədə olan mülki qanunvericiliyin müvafiq normalarını (MM-nin 647.1 və 335-ci maddələrini) tətbiq etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair müvafiq bələdiyyə orqanı ilə aralarında 18 may 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanması və həmin müqavilənin əsasında torpaq sahəsini satın alması halına istinad etmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri məhz 2004-cü il tarixdə yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi qeyd olunan hüquq1 normalarına istinad etməklə, işin hallarına düzgün hüquqi qiymət vermişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqısatqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı ilə mübahisə predmeti olan əmlakın mülkiyyətçisi olan cavabdeh arasında hər hansı alqı-satqı müqaviləsinin bağlanması, qeyd edilən əqdin mövcud olması halı müəyyən edilməmişdir. İddiaçı həmin əmalık mülkiyyətçisi və ya qanuni sahibi qismində çıxış etməyən müvafiq bələdiyyə orqanı ilə bağladığı razılaşmaya istinad etmişdir, hansı ki, qeyd edilən subyektin həmin əmlaka dair heç bir əmlak hüquqları mövcud olmamışdır (bu hal müvafiq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin məktubunda da qeyd olunmuşdur). Bu halları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-1009/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-588/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-588/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver