Məhkəmə qərarları › İş №2(105)-590/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-590/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-590/2024 01.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 Əşrəf oğlunun, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri, hətta qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından belə uzun illərdir yayınmaları nəticəsində ona dəymiş avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada ona ödəməli olduqları ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə uçot faiz dərəcəsi üzrə ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, eyni zamanda Cavabdeh2lə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinin qəbulundan keçən 6 il müddət ərzində öhdəliklərini icra etməmələrinə görə dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, o cümlədən vurulmuş mənəvi zərərə görə ******* manat olmaqla, cəmi 25976991 (iyirmi beş milyon doqquz yüz yetmiş altı min doqquz yüz doxsan bir) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən avro ilə manatın məzənnə fərqi üzrə maddi zərərə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat, dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, əldən çıxmış faydaya görə 10257300 (on milyon iki yüz əlli yeddi min üç yüz) manat, infilyasiya nəticəsində cavabdehlərin borcu olduqları pulun dəyər itirməsinə görə 3.607.150,5 (üç milyon altı yüz yeddi min yüz əlli manat əlli qəpik) manat, ümumilikdə 39.841.441.50 (otuz doqquz milyon səkkiz yüz qırx bir min dörd yüz qırx bir manat əlli qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro manatı məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə 4131412,5 (dörd milyon yüz otuz bir min dörd yüz on iki manat, əlli qəpik) manat, dəbbə pulu üzrə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat, mənəvi ziyana görə ******* (bir milyon) manat, əldən çıxmış faydaya görə 10.000.000 (on milyon) manat, ümumilikdə 36390132,5 (otuz altı milyon üç yüz doxsan min yüz otuz iki manat, əlli qəpik) manat məbləğində, habelə qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər gecikdirilmiş ay üçün 35615,62 (otuz beş min altı yüz on beş manat, altmış iki qəpik) pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etmişdir. MMC 2005-ci ilin may ayının 19-da dövlət reyestrində qeydə alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 200 (iki yüz) paydan ibarət 200 (iki yüz) manatdan ibarət olmuşdur ki, ondan 190 (yüz doxsan) pay iddiaçıya, 10 (on) pay isə Cavabdeh2 məxsus olmuşdur. 24 sentyabr 2009cu il tarixdə MMC-nin nizamnaməsinə dəyişiklik edilmiş və iddiaçının payı 95%, Cavabdeh2 payı isə 5% müəyyən edilmişdir. Cəmiyyətin nizamnaməsinə əsasən onun əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının inşa edilməsi olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3014-cü məhəllədə "xxxx" MMC-nin təsdiq edilmiş layihə əsasında inşa edəcəyi 73768,32 kv.m. ümumi sahəsi olan 25 mərtəbəli binanın tikintisi üçün müvafiq torpaq sahəsini alaraq Cavabdeh2 vermişdir. Binanın tikintisinə başlamaq üçün Cavabdeh2 iddiaçıdan 2009-cu il iyulun 2də notariat qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən ******* (altı milyon altı yüz əlli min) avro - həmin dövr üçün mövcud olan məzənnə ilə ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat borc almış və 11 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 2-ci bəndində alınmış borcun son qalığının xx.xx.2010-cu il tarixdən gec olmayaraq "xxxx" MMC tərəfindən qaytarılmalı olduğu qeyd edilmişdir. Bundan başqa, borc müqaviləsinin 3-cü bəndinə əsasən «Borcalan borcun ödənilməsini gecikdirdiyi halda ödənişin gecikdirildiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh2 aralarında bağlanmış notariat qaydada təsdiq edilən müqavilədən başqa, sadə yazılı qəbz tərtib edərək şahidlər Qayıbquliyev İmran və Yusif İsayevin iştirakı ilə ondan 6.650.000 (altı milyon altı yüz əlli min) avro aldığını qeyd etmişdir. Müqavilə üzrə müəyyən edilmiş müddət keçdikdən sonra dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC və onun təsisiçisi Cavabdeh2 borcu ödəməkdən boyun qaçırmışlar. Bundan sonra iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat və dəbbə pulu üzrə ******* (bir milyon) manat olmaqla, cəmi ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulun tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, artıq 6 (altı) ildir ki, borclular icra vərəqəsinin icrasını təmin etməmiş və müxtəlif vasitələrlə bundan yayınmışlar ki, bu da qanunlu qorunan hüquq və mənafemin pozulmasına, iddiaçının əlavə maddi və mənəvi zərərə məruz qalmağına səbəb olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 iddiaçıdan borc pulu avro olaraq götürmüş və borcu aldığı vaxt üçün müəyyən edilmiş məzənnə ilə Cavabdeh2 verdiyi ******* (altı milyon altı yüz əlli min) avro ******* (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat təşkil edirdisə, bu günkü müəyyən olunmuş məzənnə ilə 12503330 (on iki milyon beş yüz üç min üç yüz otuz) manat təşkil edir. Beləliklə, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri, hətta qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasından belə uzun illərdir yayınmaları onu məzənnə fərqinə görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat məbləğində maddi zərərə düçar etmişdir. (12503330- 7547750=4955580). Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada iddiaçıya ödəməli olduqları ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə qanunvericiliyin tələbinə görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir və Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir ki, hazırda da Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsi 7,25%-dir. Beləliklə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin iddiaçıya məxsus ******* (səkkiz milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu 6 (altı) ildir ki, özlərində qanunsuz saxlayaraq, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödməlidirlər ki, həmin məbləğ də ******* (üç milyon yeddi yüz on səkkiz min iki yüz yetmiş bir) manat təşkil edir (8547750 x illik 7,25% = 619711 x 6 il = 3.718.271). Eyni zamanda Cavabdeh2lə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsinin 3-cü bəndinə əsasən «Borcalan borcun ödənilməsini gecikdirdiyi halda ödənişin gecikdirildiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürmüşdür ki, dəbbə puluna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-208/2014 saylı qətnaməsinin qəbulundan keçən 6 il müddət ərzində öhdəliklərini icra etməmələrinə görə 16303140 (on altı milyon üç yüz üç min yüz qırx) manat məbləğində pul ödəməlidirlər. (7547750 x 0,1% =7547,75 x 360 günə = ******* x 6 ilə = 16.303.140 manat). Bundan başqa, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin ******* (altı milyon altı yüz əlli min) avro məbləğində pulunu ələ keçirib uzun illərdir ki, qaytarmamaları iddiaçının dərin mənəvi iztirablar keçirməyinə, əsəb-stresə düçar olmağına səbəb olmuşdur ki, iddiaçıya dəymiş mənəvi zərəri də ******* (bir milyon) manat məbləğində dəyərləndirir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin öhdəliklərini vaxtında icra etməmələri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə ******* (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat, əldən çıxmış faydaya görə ******* (üç milyon doqquz yüz on beş min üç yüz on səkkiz) manat, cəmi ******* (səkkiz milyon səkkiz yüz yetmiş min səkkiz yüz doxsan səkkiz) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamə ilə razı olmayan Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prossesual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə hazırki qətnaməsini maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1 439.1, 439.2-ci maddələrinə əsaslanmışdır. Hesab edir ki, hazırki mübahisəyə yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq etməkdə məhkəmə haqlı olmamışdır. Belə ki, məhkəmə hazırki iş üzrə heç bir araşdırma aparmadan, onun nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakını təmin etmədən, hazırki iş üzrə qəbul edilmiş köhnə məhkəmə qərarlarına istinad edərək tərəflər arasında olan münasibətlərinə borc müqaviləsinin (kredit müqaviləsi ) müddəalarını tətbiq etmişdir. İşə baxan məhkəmə diqqətdən qaçırmışdır ki, iş üzrə hər iki tərəf gəlir əldə etmək məqsədilə bina tikintisi ilə məşğul olmuşlar. İddiaçı "xxxx" MMC və onun mülkiyyətinə 6.650.000 (altı milyon altı yüz əlli min) avro, manatla kurs üzrə 7.547.750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində pulu heç vaxt verməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şəxrtlərinə əsasən pul verilən gün iddiaçı bu barədə kassa mədaxil orderi təqdim etməli idi. Müqavilə formal bağlandığı üçün həmin qəbz təqdim edilməmişdir. Məhkəmə bildirmişdir ki, - “xx.xx.2019-cul tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC və Cavabdeh2 mülkiyyətinə, əməli idarəçiliyinə 6.650.000 (altı milyon altı yüz əlli min) avro, manatla kurs üzrə 7.547.750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat borc verir, borc alan – xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. İşə baxan məhkəmə hazırki iddia tələbini araşdırarkən borc məbləğinin verilməsinə səbəb olmuş notariat işini tələb edib araşdırmalı olduğu halda bunu məqsədyönlü şəkildə etməmişdir. Belə ki, qeyd olunan məbləğin həqiqətən də banka (notariusun depazit hesabına ) mədaxil olub- olmamasının, bununla bağlı kassa mədaxil orderinin olub-olmamasının, qanunla müəyyən olunmuş ödənişlərin tutulub=tutulmamasının böyük əhəmiyyəti vardır. Belə ki həmin xüsusatlar araşdırılmış olsa idi bir daha təsdiq olunardı ki, qeyd olunan məbləğ cavabdehə verilməmiş, tərəflər arasında bağlanmış müqavilə tamamilə formal xarakterlidir.“Mediasiya haqqında qanun”a görə, ailə münasibətləri, kommersiya işləri, əmək münasibətləri, mülki münasibətlər, həmçinin inzibati münasibətlərdən irəli gələn mübahisələrə mediasiya şamil olunur. Tərəflər arasında olan münasibətlər Kommersiya Münasibətləri olduğu halda ona ümumi məhkəmədə baxılmış və Mediasiya seansında iştirak edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Vəkil1 Əşrəf oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin və ona etirazın dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə avro ilə manatın məzənnə fərqinin tutulmasına dair hissəsində ləğv edilməli,iddia tələbi həmin hissədə təmin edilməməli,qətnamə əldən çıxmış faydanın tutulmasına dair hissədə isə dəyişdirilməlidir. İş materiallarında olan xx.xx.2019-cu l tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC və Cavabdeh2 mülkiyyətinə, əməli idarəçiliyinə-6.650.000 (altı milyon altı yüz əlli min) AVRO, manatla kurs üzrə 7.547.750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat borc verir, borc alan – xx.xx.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə ******* manat və dəbbə pulu üzrə ******* manat olmaqla, cəmii ******* manat tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC və Cavabdeh2 ******* manat tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı cəmi ******* pul vəsaiti xx.xx.2019-cu il tarixdə tələbkar İddiaçı bank hesabına köçürülmüşdür. İşin yuxarıda qeyd edilən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7.547.750 manat və dəbbə pulu üzrə 1.000.000 manat olmaqla cəmi 8.547.750 manatın tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən “X2 Bankı” və Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı həmin məhkəmənin 2(103)- 4331/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023- cü il tarixli qərardadından Maraqlı şəxs MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmışdır. Yəni, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi hal-hazırda qüvvədədir. Qeyd olunan qətnamə əsasında icra vərəqəsi tərtib edilərək, icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, artıq 9 ildir ki, borclular icra vərəqəsinin icrasını təmin etməmişlər və nəticədə iddiaçıya zərər vurmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 443.6-cı maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Həmin Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 443.8-ci maddəsinə əsasən borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Həmin Məcəllənin 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsi iddia tələbini Mərkəzi bankın uçot faiz dərəcəsi üzrə 4131412,5 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsində, dəbbə pulu üzrə 16303140 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsində, mənəvi zərərin əvəzi kimi ******* manatın tutulması ilə bağlı hissəsində, qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər gecikdirilmiş ay üçün 35615,62 manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsində təmin etməmiş, avro ilə manatın məzənnə fərqinin tutulmasına dair hissəsində və əldə çıxmış faydanın tutulmasına dair hissədə isə qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin avro ilə manatın məzənnə fərqinin tutulmasına dair hissəsi ilə razılaşmayaraq qeyd edir ki, həmin hissədə məhkəmə əsassız olaraq iddia tələbini təmin etmişdir. Buna görə də həmin hissədə qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə ödənilməsi müəyyən edilən məbləğ mülki prosessual qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiyasının tələbləri baxımından Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmuş və qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə 7.547.750 manat hesablanmışdır. Buna görə qətnamənin icra olunması üçün müəyyən edilmiş məbləğ Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə artıq manatla müəyyən ediliyindən, yenidən icra edilməməsi üçün məzənnə fərqini tələb etmək əsassızdır. Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 əldən çıxmış faydaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi məbləği düzgün hesablamamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin tələbinə əsasən də müəyyən edilir ki, faizdən faiz ödənilməsi yolverilməzdir.Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi gecikdirilmiş borc üçün illik 5%-lik məbləği hesablayarkən təkcə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə tutulmuş 7.547.750 manat əsas borca münasibətdə hesablamalı olduğu halda, əlavə olaraq ******* manat dəbbə pulunu da hesablamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə həmçinin məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrası ilə bağlı ******* pul vəsaiti xx.xx.2019-cu il tarixdə tələbkar İddiaçı bank hesabına köçürüldüyü halda, cavabdehlərin borc məbləği azalsa da, birinci instansiya məhkəməsi həmin tarixdən sonra borc məbləğinin azalmasını da tam düzgün hesablamadan əldən çıxmış faydaya görə artıq pul tutmuşdur. Beləliklə, məhkəmə kollegiyası əldən çıxmış faydaya görə pul məbləğinin aşağıdakı qaydada hesablanmasını düzgün hesab edir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7.547.750 manat tutulması qət edilmişdir. İşin halları ilə müəyyən edilir ki, cavabdehlər məhkəmə qətnaməsini icrası məcburi olduğu halda icra etmədiklərindən iddiaçının əldən çıxmış faydaya görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində ödənilməsini tələb etmək hüququ vardır. Cavabdehlər tərəfindən xx.xx.2019-cu il tarixdə ******* pul vəsaiti ödənildiyindən qətnamə çıxdıqdan sonra həmin dövrə qədərki müddət 5 il 10 ay 15 gündür. Buna görə illik 5% hesablamaqla 7.547.750 manata münasibətdə həmin dövr üçün ümumi 29,3% tutulmaqla cavabdehlər tərəfindən iddiaçıya əldən çıxmış faydaya görə 2.211.490,75 manat (7.547.750 : 100 x 29,3) ödənilməlidir. xx.xx.2019-cu il tarixdə ******* pul vəsaiti ödənildikdən sonra cavabdehlərin 6.364.750 (7.547.750 – 1.183.000) manat borcu qaldığından ondan sonrakı hazırki iddia ərizəsinin verildiyi tarixədək ödənilməli olan əldən çıxmış faydaya görə gecikdirilmiş vaxt üçün borc 3 il 9 ay 23 günə münasibətdə 19% tutulmalı olduğundan cavabdehlər tərəfindən iddiaçıya əldən çıxmış faydaya görə 1.209.302,5 manat (6.364.750 : 100 x 19) borc ödənilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hazırkı iddia tələbinin kommersiya məhkəməsində baxılmalı olmasına dair dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla iş əvvəllər mülki münasibətlərə aid olduğundan ümumi məhkəmədə - Nəsimi Rayon Məhkəməsində baxılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırkı iddia tələbi isə həmin qətnamə ilə tutulmuş əsas borc məbləğinin icra edilməməsi ilə əlaqədardır.Buna görə də cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, xx.xx.2019-cu il tarixə qədərki və ondan sonrakı ödənilməli olan vurulmuş ziyanla bağl, yəni cavabdehlər tərəfindən əldən çıxmış faydaya görə gecikdirilmiş vaxt üçün 3.420.793,25 manat (2.211.490,75 + 1.209.302,5 ) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən pulun tutulması hissəsində düzgün olmayan nəticəyə gəldiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə avro ilə manatın məzənnə fərqinin tutulmasına dair hissəsində ləğv edilməli və əldə çıxmış faydanın tutulmasına dair hissədə isə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qətnaməsi cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 avro ilə manatın məzənnə fərqi nəticəsində yaranmış maddi ziyana görə 4.955.580 (dörd milyon doqquz yüz əlli beş min beş yüz səksən) manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(060)-6/2023 nömrəli qətnaməsi cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 əldən çıxmış faydaya görə 3.915.318 (üç milyon doqquz yüz on beş min üç yüz on səkkiz) manatın tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 əldən çıxmış faydaya görə 3.420.793,25 (üç milyon dörd yüz iyirmi min yeddi yüz doxsan üç manat iyirmi beş qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar