Məhkəmə qərarları › İş №2(105)-591/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-591/2022

06.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-591/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X17 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(029)-770/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən yaşayış evi və onun yerləşdiyi 0,0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın 04 iyun 2003-cü ildə miras qoyan X7 ölümündən sonra X18 tərəfindən vəsiyyət üzrə qəbul edilməsi, X9 24 noyabr 2005-ci ildə ölümündən sonra həmin mirasın İddiaçı tərəfindən qanun üzrə qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X17 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evi və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın 04.06.2003-cü ildə miras qoyan X7 vəfatından sonra X4 tərəfindən vəsiyyət üzrə qəbul edilməsi, X4nun 24 noyabr 2005-ci ildə vəfatından sonra həmin mirasın onun tərəfindən qanun üzrə qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1996-cı il tarixdə Qusar şəhəri Fizuli küçəsi 4 nömrəli evdə anadan olmuş, həmin evdə boya-başa çatmış və hal-hazırda da həmin evdə yaşayır. Valideynləri, X4 ilə anası X10 07 oktyabr 1994-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş, həmin tarixdə də anası Mənzərə Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən evə gəlin köçmüşdür. Valideynləri arasında rəsmi nikah 08 iyun 2005-ci il tarixdə qeyd edilmişdir. Anası bu evə gəlin köçdüyü vaxt evdə atası Nadir, onun valideynləri- atası X13 və anası X19 yaşayırdılar. X2 26 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra evdə babası Saruxan, atası Nadir, anası Mənzərə, o və bacısı Kəmalə Mityayeva birlikdə yaşamışlar. 04 iyun 2003-cü il tarixdə isə babası X13 vəfat etmişdir. Mərhum babası X13 vəfat etməmişdən əvvəl 21 may 2003-cü il tarixdə Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən fərdi yaşayış evini oğluna, yəni onun atası Nadir Mityayevə vəsiyyət etmişdir. X4 24 noyabr 2005-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adı çəkilən evdə anası Mənzərə, o və bacısı Kəmalə yaşamışlar. Mərhum babası Saruxan və nənəsi Saimatdan miras qalmış Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evindən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı cavabdehlər əmisi Cavabdeh1 və bibisi Cavabdeh2 ilə onun anası X10 arasında məhkəmə çəkişmələri olmuşdur. O, göstərilən miras əmlaka vərəsə olaraq həmin məhkəmə çəkişmələrində iştirak etməmişdir. Belə ki, Qusar rayon məhkəməsinin 2(029)-223/2017 saylı 05 yanvar 2014-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 anası Mənzərəyə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması, qanun üzrə və vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması, mirasın vərəsələr arasında bölüşdürülməsi, vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi payın ayrılması tələbinə dair” ilkin iddiası qismən təmin olunaraq ünvan 2 fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X7 və mərhum X11 hər birinin mülkiyyət payları 50 faiz müəyyən edilərək həmin hissələrin müvafiq olaraq onların miras kütləsinə daxil edilməsi, X1 və X11 miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla həmin müddətin uzadılması, mərhum X7 miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Cavabdeh1 məcburi payı 1/6 hissə (8,3 faiz), iddiaçı Yaqubova (Mityayeva) Sevilə Saruxan qızının məcburi payı 1/6 hissə (8,3 faiz) müəyyən edilməsi və həmin mirasa dair mərhum X9 vərəsələri olan X3, X14, X15, X16, X12 miras paylarının isə bilrikdə 2/3 (33,4 faiz) hissə müəyyən edilməsi, miras qoyan X11 miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı X9 vərəsələri olan X5, X14, X15, X16, X12 miras paylarının isə birlikdə 1/3 hissə (16,7 faiz) müəyyən edilməsi, yekun olaraq ünvan 2 fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 miras payının qanun və vəsiyyət üzrə 2,91/7 hissə (41,6 faiz), Yaqubova (Mityayeva) Sevilə Saruxan qızının miras payının 0,59/7 hissə (8,3 faiz), X3, X14, X15, X16, X12 miras paylarının hər birinin payı 0,7/7 hissə (10,2 faiz) olmaqla cəmi 3,5/7 hissə (50,1 faiz) müəyyən edilməsi və həmin payların müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi, anası Mənzərənin cavabdehlərə qarşı Çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir (hakım R.V.Kazımov). Həmin qətnamədən anası Mənzərə Mityayevanın verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1557/2017 saylı 21 iyun 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Qusar rayon məhkəməsinin 05 yanvar 2017-ci il tarixli 2(029)-223/2017 saylı qətnaməsinin “ilk iddia qismən təmin edilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin- “ilk iddia edilməyən və X3 Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən və məruzəçi hakim T.O.Quliyev, hakimlər A.Q.Hüseyinov və G.F.Tağızadə). Həmin qətnamədə qeyd olunur ki, ilk iddia üzrə iddiaçılar mirası qəbul etməmiş və mirasın qəbul edilməsi müddətinin hər hansı üzürlü səbəbdən buraxmaları barədə məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişlər. Həmçinin qətnamədə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə qənaəti belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evinə və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi üzərində S.M.Mityayevin mülkiyyət hüququ müəyyən edilmədən X11 26 sentyabr 2002-ci il tarixdə vəfatından sonra miras həyətyanı torpaq sahəsində ona çatası paydan ibarət mirasın qaynatası S.Mitayev və əri Nadir Mitayev tərəfindən qəbul edilməsi faktının, 04 iyun 2003cü il tarixdə qaynatası S.Ş.Mitayevin vəfatından sonra miras əmlakda onun payının vəsiyyətnamə üzrə əri N.S.Mitayev tərəfindən qəbul edilməsi faktının və 24 noyabr 2005-ci il tarixdə əri N.S.Mitayevin vəfatından sonra ondan miras qalmış Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evindən və evin yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsinin ¾ hissəsindən ibarət mirasın bütovlükdə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi mümkün deyildir. Apellyasiya instansiya məhkəməsinin göstərilən qətnaməsindən iş üzrə iddiaçı Cavabdeh1 verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 8180/2017 saylı 28 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1557/2017 saylı 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır (sədrlik edən və məruzəçi hakim A.K.Kalbalıyev, hakimlər Ə.Ə.Əliyev və V.Ə.İbayev). Beləliklə, qanuni qüvvəsinə minmiş məhkəmə qətnamələri ilə mərhum X6 və X8 miras qalmış Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evindən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın mərhumun birinci dərəcədə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 qəbul etməsi tələbinə dair iddiası rədd edilmişdir. Miras evə mərhum babası X7 adına DƏDRXnin Xaçmaz Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli 27.06.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və **********79-10301 reyestr nömrəli Daşınmaz Əmlakın texniki pasportu alınmışdır. Həmin Çıxarışa əsasən Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən ümumi sahəsi 147 kv.metr olan yaşayış evi və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə mərhum babası S.Ş.Mityayevin adına qeydə alınmışdır. Qusar RİHBnın Qusar şəhər İƏD üzrə nümayəndəliyinin 15 oktyabr 2019-cu il tarixli 3010 saylı arayışı ilə təsdiq olunur ki, ünvan 1 evin sakini X19 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı X20, oğlu X18, gəlini X10 və nəvələri X23, X21 yaşamışdılar. X13 2003-cü ildə vəfat etmiş, ondan sonra həmin evdə X18, gəlini X10, nəvələri X23 və X21 yaşamışlar. O, 17 oktyabr 2018-ci il tarixdə adını “Şahbaz”dan “Ömər” adına dəyişmişdir. Bu barədə ona Qusar rayon Qeydiyyat şöbəsindən 17 oktyabr 2018-ci il tarixli AZ-İ N 017926 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. O, bütün bu sənədlərlə Qusar rayon Notariat ofisinə müraciət edərək mərhum babası X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin notariat ofusunun notariusu D.A.Tağıyev ona 01 noyabr 2019-cu il tarixli X-984 saylı məktubla cavab vermişdir ki, tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət keçirilmiş, həmçinin X7 digər vərəsələri mövcuddur, həmin varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir və Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. O, sözü gedən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə notariusun yuxarıda göstərilən məktubuna əsaslanaraq, yəni miras barədə vərəsələr arasında mübahisənin olması səbəbi ilə ərizəni geri qaytarmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs X25 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini İddiaçı X4 04.06.2003cü ildə vəfat etmiş atası X6 miras qalmış Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evində daimi yaşamaqla həmin evdən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirası vəsiyyət üzrə faktiki qəbul etməsi, lakin həmin əmlakları öz adına rəsmiləşdirmədən 24.11.2005-ci il tarixdə ölməsi, həmin vaxt iddiaçı azyaşlı olduğundan, İddiaçı X4nun 24.11.2005-ci ildə vəfatından sonra həmin mirası birinci növbədə vərəsə kimi həmin evdə yaşamaqla faktiki olaraq qanun üzrə qəbul etməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə həmin evdə daimi yaşamamış olmaqları, həmçinin, vaxtında notariat orqanına ərizə verməklə mirası qəbul etməməsi, mirasın qəbul edilməsi müddətini ötürmələri, bu səbəbdən də, həmin şəxslərin vərəsəlik hüquqlarının itirilməsi, Elmira Ömərovanın həmin mirasa dair vərəsəlik hüququ olmaması, çünki həmin şəxs miras qoyan Saruxan Mityayevin övladı və qanun üzrə birinci dərəcəli vərəsəsi deyil, bundan başqa, həmin şəxs anasının mirasını isə nə faktiki olaraq, nə də notariat orqanına vaxtında müraciət etməklə qəbul etməməsi və mübahisələndirməməsi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnaməni mübahisələndirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli miras əmlakı iddiaçının babası Saruxan Mityayevə məxsus olmuş, sonuncu 2003-cü ildə vəfat etmişdir. İşin digər halı ondan ibarətdir ki, cavabdehlər Rafiq Mitayev və Sevil Yaqubova ilə iddiaçının anası Mənzərə Mityayeva arasında mirasın qəbul edilməsi ilə bağlı mübahisə olmuş və qüvvədə olan məhkəmə aktları ilə cavabdehlərin həmin əmlak barədə mirasın qəbul edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi hazırkı iş üzrə cavabdehlərin mübahisəli miras əmlaka hər hansı bir hüquqları yaranmamışdır. Halbuki, həmin əmlaka vərəsəlik hüquqları olan Mənzərə və Kəmalə Mitayevlər cavabdeh olduğu halda iddia tələbi bu tələbə cavab verməyən şəxslərə qarşı qaldırılmışdır. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır (Mülki Prosessual Məcəllənin 54.1., 54.4. maddələri). Qeyd etmək lazımdır ki, iddiaçı iddianı qaldırarkən məhkəməyə elə məlumatlar təqdim etməlidir ki, bu məlumatlar onun cavabdeh kimi işə cəlb olunan şəxsin əsil cavabdeh olmasını ifadə etsin. Tərəflərin işdə iştirakını əsaslandıran sübutların təqdim edilməsi onların iş üzrə tərəf kimi rəsmiləşdirilməsi sayılır. Rəsmiləşdirmə mübahisənin iştirakçılarının subyektiv tərkibini dəqiq müəyyən etmək, mübahisənin düzgün hüquqi təsnifatını aparmaq məqsədi daşıyır və qərarın həqiqi maddi maraqlı şəxslərə münasibətdə çıxarılmasını təmin edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən, iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi aşağı instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almamış və nəticədə qəbul etdiyi məhkəmə aktı həqiqi maddi maraqlı şəxsə münasibətdə təmin edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X17 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar