Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-599/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 4025/2024 nömrəli, 05 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia təmin edilərək, anaları xx.xx.2023-cü il tarixdə ölmüş X1 miras qalmış Sumqayıt şəhəri, 17-ci mikrorayon, 52 nömrəli evin 47 saylı mənzili və Qusar rayonu Hil kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində İddiaçı 1/3 hissədə, cavabdehlər Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə paylarının müəyyən edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) İddiaçı qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4025/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4025/2025 nömrəli qərardadının ləğv edilməsi və Sumqayıt şəhəri, 17-ci mikrorayon, 52 nömrəli evin 47 saylı mənzili və Qusar rayonu Hil kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində İddiaçı 1/3 hissədə, cavabdehlər Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə paylarının müəyyən edilməsi ilə əlaqədar paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı hansı orqan tərəfindən icra olunması ilə bağlı məhkəmə qətnaməsinə izah verilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, hazırda məhkəmənin gəldiyi nəticə ilə razı olmadığına görə həmin qərardaddan şikayət vermək qərarına gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinə qətnamənin izah olunması ilə bağlı təqdim etdiyi ərizədə qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4025/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, anaları xx.xx.2023-cü il tarixdə ölmüş X1 miras qalmış Sumqayıt şəhəri, 17-ci mikrorayon, 52 nömrəli evin 47 saylı mənzili və Qusar rayonu Hil kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində İddiaçı 1/3 hissədə, cavabdehlər Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə payları müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün icra vərəqəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Həmin icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun icraatındadır. İcra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastr və X3 Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məktub ünvanlandırılmışdır. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin paylarının 1/3 hissədə mülkiyyət hüququnun Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina olunmuşdur. Həmin təşkilat tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş məktubda qeyd olunmuşdur ki, "Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(060)-4025/2024 nömrəli icra sənədinin aidiyyəti hissədə icra olunması barədə məktubuna "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-4025/2024 nömrəli icra vərəqəsinə əsasən, anaları xx.xx.2023-cü il tarixdə ölmüş X2 miras qalmış ünvan 3 ünvanında yerləşən 47 saylı mənzil üzərində İddiaçı 1/3 hissədə, cavabdehlər Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Bununla əlaqədar olaraq bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən icra vərəqəsi ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məlumat üçün bildirir ki, qeyd olunan icra vərəqəsi əsasında müvafiq miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib edildikdən sonra idarəyə müraciət olunacağı təqdirdə müraciətin icrasına qanunamüvafiq qaydada baxılacaqdır". Ona görə də, hazırda bugünə kimi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4025/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi icra olunmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, bir çox məhkəmə qətnamələrində analoji iş üzrə məhkəmə tərəfindən paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsas olduğu qeyd olunsa da hazırda işə baxan Sumqayıt şəhər Məhkəməsinin keçmiş hakimi Gülnarə Tağızadə tərəfindən həmin cümlə qeyd olunmadığına görə Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti paylı mülkiyyətdəki paylarının dövlət qetdiyyatına alınmasından imtina edir. Lakin işə baxan birinci instansiya məhkəməsi ərizəni tam və obyektiv araşdırmamış, əsassız olaraq ərizənin təmin olunmasından imtina etmişdir. Ərizəyə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin qətnamənin icrasından imtina etməsinin səbəbi, "Bununla əlaqədar olaraq bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən icra vərəqəsi ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır". Məhkəmənin nəzərinə çatdırır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt ərazi dairəsi tərəfindən qətnamənin icrasından imtina edildiyi halda Sumqayıt İnzibati Məhkəməsinə hazırki qətnaməni icrası ilə bağlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalacaqdır. Ona görə də, mütləq qaydada məhkəmə qətnaməsinin kim tərəfindən icra olunması ilə bağlı izah verilməsinə zərurət vardır. Məhkəmə qətnaməsinin qət etdi hissəsində heç bir anlaşılmazlıq olmamasına baxmayaraq qətnaməni icra etməli olan orqan Sumqayıt şəhər Məhkəməsi tərəfindən onların üzərində heç bir öhdəlik qoyulduğunu bəhanə gətirərək, qətnamənin icrasından imtian edirlər. Qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan 6 ay müddət keçməsinə baxmayaraq, qətnaməni icra etməli olan orqanın gətirdi bəhanələrdən bugünə kimi qətnamə icra olunmamış və onun konstitusiya hüquqları kobud formada pozulmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməyə izah verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi e-2(060)-4025/2024 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsi aydın və dəqiq olduğundan, hər hansı bir ziddiyyət olmadığından ərizənin təmin edilməməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qeyd olunan maddə qətnamənin izah edilməsinin prosessual qaydalarını müəyyən edir. Bu da məhkəmə qətnaməsinin icrasında yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir. Qətnamənin izah edilməsi elə bir prosessual fəaliyyəti nəzərdə tutur ki, bu zaman qətnamə onun məzmununun, yəni yalnız qətnamədə olan sözlərin və ifadələrin şərh edilməsi yolu ilə izah olunur. Bu mənada məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2025-ci il tarixli və onunla bağlı 27 fevral 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2025-ci il tarixli və onunla bağlı 27 fevral 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-599/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-599/2025
01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver