Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-600/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X5 və X6 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi B.Z.Həmidov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.M.Kazımov) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili X2 icraatın dayandırılması barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon 31 saylı Xüsusi X1 ilə Cavabdeh arasında bağlanmış AN-İ№ ******* saylı xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi, vəkili B.Z.Həmidov Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia ərizəsinin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhər 31 saylı Notariat Kontorunda imzalanan AN-İN 042444 saylı xx xxxxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanına dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxxxx 2019-cu il tarixli, **********99-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili B.Z.Həmidov məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhər 31 saylı Notariat kontorunda imzalanan AN-İN 042444 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanına dair Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRX-nin daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxxxx 2019-cu il tarixli **********99-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə üzrə mübahisə predmeti olan daşınmaz əmlakdan çıxarılma tələbinə dair Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi vardır. Həmin qətnamənin icrası cari iş üzrə məhkəmə baxışına dair yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək dayandırılmalıdır. Çünki, cari iddia tələbi üzrə hərəkətlər mübahisə predmetinin əsasını təşkil edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 158.1.6-cı maddəsinə əsasən icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq barədə tədbir görə bilər. Həmin ünvanda daimi yaşayan X7 Azərbaycan Silahlı qüvvələrinin tibb xidmətinin mayorudur, 27 sentyabrdan başlayan və hal-hazırda davam edən uğurlu hərbi əməliyyatlarda ön cəbhədə milli ordunun «N» saylı hospitalında öz hərbi vəzifəsini yerinə yetirməkdədir. Odur ki, o, Abşeron Rayon Məhkəməsinin qətnaməsi əsasında icraya yönləndirilən 2(012)-4217/2019 saylı icra sənədinin icrasının cari iş üzrə yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi B.Z.Həmidov şikayəti onunla əsaslandırmışdır ki, cari iş üzrə məhkəmə icraatı barəsində yekun məhkəmə aktı qəbul edilənədək eyni predmet üzrə olan 2(012)-4217/2019 saylı iş üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin qətnaməsinin icrası dayandırılmalı olduğu halda məhkəmə hər hansı əsas göstərmədən dayandırmamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)- 3298/2020 saylı qərardadının ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçı, iddiaçının nümayəndəsi, cavabdehlər və 3-ğü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin Kommentariyasının 158-ci maddəsinin 9-cu bəndinə əsasən borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq da iddianı təmin etmək üçün görülən tədbirlərə aiddir (MPM-nin 158.1.5-ci maddəsi). Burada borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələb dedikdə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə səlahiyyətli orqanların qərarları istisna olmaqla, digər səlahiyyətli orqanların qərarları ilə təstiq edilmiş tələb başa düşülməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Z.X.Mərdiyeva iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmış, cavabdeh Z.X.Mərdiyeva həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-786/2020-ci il tarixli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4217/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3172/2020 saylı qərarı ilə Z.X.Mərdiyevanın kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)-786/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qüvvəyə minmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(012)-4217/2019 saylı qətnaməsi olduğundan hazırkı mübahisə mahiyyəti üzrə həll edilənə qədər qeyd edilən icra sənədinin icrasını dayandırmaq mümkün olmaması barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi və vəkili X2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(012)-3298/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-600/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-600/2021
11.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver