Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-61/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X15 iştirakı ilə İddiaçı İB-nin cavabdehlər Cavabdeh Şirin oğluna, X20, X30, X10, X27, X11, X28, X12, X21, X7, X13, X22 və X5 qarşı qaz kəmərinin mühafizəsi zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 43/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, M.Ə.Sabir küçəsi ərazisindən keçən İddiaçınə məxsus 225 mmlik yeraltı orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş fərdi yaşayış evlərinin cavabdehlər X23, Cavabdeh Şirin oğlu, X42, X38, X16, X39, X31, X17, X8 öz hesabına sökülməsi və mühafizə zonasından çıxarılması, 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmaqla İddiaçınə ödənilməsi, məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Sevinc Quliyeva) Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Masazır qəsəbəsi, M.Ə.Sabir küçəsi ərazisindən keçən İddiaçı İB-yə məxsus 225 mmlik yeraltı orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş fərdi yaşayış evlərinin cavabdehlər Cavabdeh Şirin oğlu, X32, X42, X24, X38, X25, X39, X23, X31, X17, X26, X33 və X2 öz hesablarına sökülərək kəmərin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq İddiaçı İB-nin balansında və istismarında olan 225 mm diametrlik orta təzyiqli qaz kəmərinin Abşeron rayonu, Masazır qəsəbəsi, M.Ə.Sabir küçəsi ərazisindən keçən hissəsinin üzərində fərdi yaşayış evləri inşa edilmişdir. Qeyd edilən tikinti birbaşa mühafizə zonasında yerləşir və magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və kütləvi insan tələfatına səbəb ola bilər. Mövcud vəziyyətin təhlükəli olduğunu nəzərə alaraq müvafiq aktlar, fotoşəkillər çəkilərək qaz kəmərinin mühafizə zonasının bərpası ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə cavabdehlərə rəsmi xəbərdarlıq göndərilmişdir. Bu səbəbdən də tikilinin sökülməsi zəruridir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iddia tələbinin qismən təmin edilməsinə əsas olan səbəblər tam və ətraflı göstərilməmiş, əsassız olaraq iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X34 iddia ərizəsi və apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan, “İddiaçı İB” tərəfindən tərtib olunmuş xx xxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.Ə.-2 X29 Lahiyələndirmə Normalarının tələbləri pozularaq, 1020/720 mm diametrli, 37 atmosfer təzyiqli “Qaradağ KS-Digah-Şimal DRES” magistral qaz kəmərinin Abşeron rayonu, Masazır kəndi, M.Ə.Sabir küçəsində 1050 p/m PE 225 mmlik qaz xətti üzərində 25 ədəd fərdi yaşayış evi inşa olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin xx xxx 2017-ci il tarixli məktubunun surətindən görünür ki, agentliyin mütəxəssisləri tərəfindən müraciətlərdə göstərilmiş sahələrə baxış keçirilmiş və həqiqətən işçi təzyiqi 225 atm olan Abşeron rayonu, Masazır qəsəbəsi, M.Ə.Sabir küçəsi ərazisindən keçən hissəsinin üzərində qaz boru kəmərinin mühafizə zonasında texniki təhlükəsizlik qaydaları tələblərinin pozulması faktları təsdiqlənmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 21875 saylı rəyində qeyd olunmuşdur ki, tədqiq olunan ərazidən yeraltı qaz kəmərinin keçməsini, kəmərin 4 m məsafədə müəyyən edilmiş mühafizə zolağını Abşeron MQKS-nın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın göstəricilərini nəzərə alaraq, Vahidova Sevinc, Əliyev Samir, Cavabdeh Şirin oğlu, X42, X38, X16, X39, X31, X17, X26 tərəfindən İddiaçı X1 istismarı sahəsinin balansında və istifadəsində olan 225 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərinin üzərində fərdi yaşayış evi və ya evin həyətyanı tikililər inşa edildiyi və həmin tikililərin mühafizə zonasına düşdüyü müəyyən edildi. Qeyd olunan qaz kəmərinin yerlərinin dəyişdirilməsi “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 15-ci bəndinin tələblərinə əsasən, cavabdehlər tərəfindən göstərilən qaz kəmərlərinin öz hesabına yerlərinin dəyişdirilməsi texniki cəhətdən mümkündür bunun üçün tədqiq olunan qaz xəttinin tikintilərinin altında yerləşin hisəsinin həmin tikililərin qarşısında yerləşən hissəsinin həmin tikililərin qarşısında yerləşən küçənin kənarına keçirilməklə müvafiq layihə sənədləri hazırlanıb icra hakimiyyəti orqanları ilə planlaşdırıldıqdan və razılaşdırldıqdan sonra həyata keçirilə bilər. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4, Torpaq Məcəlləsinin 111-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin X10, X20, X22, X6 aid hissəsində mübahisələndirildiyindən həmin hissələrdə müzakirə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 1-ci bəndinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin Qanunun 19-cu maddəsinin 2-ci bəndinə əsasən, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirini Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, X9, X18, X19, X3 istifadəsində olan, iddiaçı tərəfin sökülərək qaz kəmərinin mühafizə zonasından çıxarılmasını tələb etdiyi fərdi yaşayış evlərinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçının sübut növü kimi istinad etdiyi iş materiallarında olan (İ cild, səh.7) aktdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, M.Ə.Sabir küçəsində (Cantəpə-Atçılıq massivi) 1050 p/m 225 mm-lik yeraltı daşıyıcı qaz xəttinin üzərində tikilən fərdi yaşayış evlərinin istifadəçiləri arasında X9, X18, X19, X3 adı yoxdur. Bundan əlavə, məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 21875 saylı rəyində X14, X24, X32, X33 tərəfindən Abşeron rayonu, Masazır kəndi, M.Ə.Sabir küçəsində fərdi yaşayış evlərinin və ya həyətyanı tikililərin qaz kəmərinin üzərində inşa etmələri göstərilməmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin Q.Məmmədovanın xüsusi mülkiyyətindədir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, X9, X18, X19, X3 qaz kəmərinin mühafizə zonasında tikili inşa etmələri və bu tikililərin qaz kəmərinin mühafizə zonasında yerləşməsi İddiaçı İB-nin məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi iddia tələbini onlara münasibətdə təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-43/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-61/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-61/2021
09.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver