Məhkəmə qərarları › İş №2(105)-613/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-613/2025

02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-613/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 824/2024 nömrəli, 25 fevral 2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim E.Hüseynov) Ərizəçi ölən anası X1 70 yaşından, yəni 1998-ci ildən 2014-cü ilədək ərizəçi tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsi barədə (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF) ərizəsinə dair mülki işin icraatına xitam verilməsi, Ərizəçi xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsi ilə müvafiq olaraq ********** nömrəli qəbzlə ödəmiş olduğu 100 manat dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Ərizəçi qərardaddan şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim E.Hüseynov) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Ərizəçi tərəfindən verilmiş vəsatətin rədd edilməsi qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 824/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilən xx.xx.2025-ci il tarixli şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X1 70 yaşından, yəni 1998-ci ildən 2014-cü ilədək onun tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin apellyasiya şikayəti üçün müəyyən edilmiş müddətin bərpasına dair qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadını qanunsuz və əsassız olduğundan ləğv edib, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsindən qanunsuz olaraq imtina etmişdir. Məhkəmənin məsləhəti əsasında inzibati orqana və daha sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdiyi üçün Məhkəmə buraxılmış müddətin səbəbini üzrlü hesab edərək bərpa etməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini müddətin bərpası qeyd edilən halların üzrlü səbəb olması üçün əsas olmaması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qeyd etdiyi hallar əsaslı olmadığından və bu barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli və onunla bağlı 10 mart 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar