Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-616/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2nında yaşayan qızı – 29 yanvar 2008-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2317/2025 saylı qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Ərizəçi şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə Mülki Prosessual Məcəllənin 152.1.3 maddəsinə əsasən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb olunan şəxs – İsgəndərova Hüsnayə Tengiz qızı yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. Ərizəçi qərardaddan şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2(060)- 2317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını ləğv olunaraq, iddianı mümkün sayaraq, işin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb olunan şəxs İsgəndərova Hüsnayə Tengiz qızı ünvan 3 ünvanında rəsmi qeydiyyatda olmasına baxmayaraq, o, valideyni ilə birlikdə ünvan 2nında yaşayır və bununla bağlı müvafiq arayış tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Həmin arayışdan da görünür ki, İsgəndərova Hüsnayə Tengiz qızı ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2317/2025 saylı qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2(060)-2317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb olunan şəxs – İsgəndərova Hüsnayə Tengiz qızı ünvan 3 ünvanında rəsmi qeydiyyatdadır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, şəxsin yaşadığı və ya olduğu yer qanunveriviliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanında qeydiyyatı ilə müəyyən edilir. Hazırki işdən isə görünür ki, iş üzrə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb olunan şəxs – İsgəndərova Hüsnayə Tengiz qızı yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır, olduğu yer üzrə isə qeydiyyatı yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-616/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-616/2025
02.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver