Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-617/2022 31.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-ə, Cavabdeh3 Təbiyət oğluna və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia, iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1 MMC-ə qarşı müqavilə öhdəliyinin icra edilməsi və daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili A.Ə.Ağaşirinov tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim M.A.Abbasova) Abşeron Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(012)- 2259/2021 saylı qətnaməsindən iddiaçı və Cavabdeh3 Təbiyət oğlunun vəkilinümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh3 Təbiyət oğluna qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 Təbiyət oğlu arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında imzalanmış 06 iyul 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında imzalanmış 10 sentyabr 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh3 Təbiyət oğlu Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.m qeyriyaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2(012)-2259/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 iyul 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC-ti tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı, Cavabdeh1 MMC-ti ilə Cavabdeh3 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC-ti tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1nə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh3 Təbiyət oğlunun vəkili-nümayəndəsi A.Ə.Ağaşirinov apellyasiya şikayəti vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh3 nümayəndəsi A.Ə.Ağaşirinov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ona 30 sentyabr 2021-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. 01 noyabr 2021-ci il tarixdə həftənin bazar ertəsi Abşeron Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Məhkəmə mülki prosessual qanunvericiyinə zidd olaraq qərardadı çıxarmış və qanunsuz oldugundan ləğv edilməlidir. Bir ay müəyyən edilən müddətin son günü 31 oktyabr 2021-ci il həftənin bazar gününə təsadüf etdiyindən, qeyri iş günü hesab edilmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(012)-2259/2021 saylı qərardadını tamamilə ləğv edilməsinə dair qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2(012)- 2259/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 iyul 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC-ti tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı, Cavabdeh1 MMC-ti ilə Cavabdeh3 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC-ti tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1nə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, həmin qətnamədən narazı qalaraq, Cavabdeh3 nümayəndəsi apellyasiya şikayəti vermişdir. İşdə olan qəbzdən görünür ki, məhkəmə qətnaməsi 30 sentyabr 2021-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. 01 noyabr 2021-ci il tarixdə Cavabdeh3 nümayəndəsi apellyasiya şikayəti vermişdir. İş materialları ilə müəyyən edilir ki, bir ay ilə müəyyən edilən müddətin son günü 31 oktyabr 2021-ci il həftənin bazar gününə təsadüf etdiyindən, qeyri-iş günü hesab edilmişdir. Ayın axırıncı günü qeyri-iş günü olduğundan növbəti iş günü verilən şikayətlərin müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh3 Təbiyət oğlunun nümayəndəsi X3 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 03 noyabr 2021-ci il tarixli 2(012)-2259/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh3 Təbiyət oğlunun nümayəndəsi X4 tərəfindən Abşeron Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(012)-2259/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-617/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-617/2022
31.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver