Məhkəmə qərarları › İş №2(105)-618/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-618/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-618/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Soltanməcid oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ərizəçilər Ələskərova (Əhmədova) Cəmilə Əkrəmqızının və Ömərova (Əhmədova) Luiza Əkrəmqızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)3053/2018 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Soltanməcid oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ələskərova (Əhmədova) Cəmilə Əkrəm qızının və Ömərova (Əhmədova) Luiza Əkrəm qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, adlarına verilmiş xx xxxxxx 1998-ci il tarixli, JN-495A saylı, KOD 30311018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, həmçinin onlara, yəni Ələskərova (Əhmədova) Cəmilə Əkrəm qızına, Ömərova (Əhmədova) Luiza Əkrəm qızına və mərhum anaları X1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)3053/2018 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, hüquqmüəyyənedici sənəd olan Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, JN-495A saylı, KOD 30311018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmçinin Ələskərova (Əhmədova) Cəmilə Əkrəm qızına, Ömərova (Əhmədova) Luiza Əkrəm qızına və mərhum anaları X1 məxsus olması faktı müəyyən olunmuşdur. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-3053/2018 saylı qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs Soltanməcid oğlu apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-3053/2018 saylı qərardadı ilə Maraqlı şəxs Soltanməcid oğlunun Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-3053/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi, Maraqlı şəxs Soltanməcid oğlunun Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)- 3053/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddətin bərpa edilməsi, apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apelyasiya məhkəməsində baxılan zaman məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Soltanməcid oğlunun nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi əsasında ərizəçilərin adına alınmış çıxarışın etibarsız hesab edilməsi ilə bağlı inzibati məhkəməyə müraciət edilməsi səbəbindən hazırki iş üzrə məhkəmə qətnaməsindən verilmiş apelyasiya şikayətindən imtina etdiyini, apelyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə ərizəçilər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblədi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçilərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş ərizələrini müzakirə edərək hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəfin apelyasiya şikayəti olmadığı üçün qəbul edilməli və Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)3053/2018 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Soltanməcid oğlunun apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətlərdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətlərindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına istinadən icraatına xitam verməklə yanaşı, izah edir ki, apelyasiya şikayətlərindən imtina edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)3053/2018 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Soltanməcid oğlunun apelyasiya şikayətindən imtinası qəbul edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)3053/2018 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Soltanməcid oğluna münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar