Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-623/2023 18.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı qaz sayğacının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli e-2(031)-989/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində quraşdırılmış və istismar müddətini başa vurmuş ******* №li mexaniki sayğacın Cavabdeh Xaçmaz RQİİ-i tərəfindən və cavbdehin hesabına smart tipli elektron sayğacla əvəzlənməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdı ki, xx.xx.2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən və şəxsi mülkiyyətində olan qeyri yaşayış binasında quraşdırılmış qaz sayğacının istifadə müddətinin başa çatması ilə əlaqədar olaraq yoxlamaya göndərilməsi məqsədilə xətdən ayırmış və əvəzinə müvəqqəti mexaniki qaz sayğacı quraşdırılmışdır. Buna görə ******* №li xx.xx.2021-ci il tarixli Akt tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixində tərəfindən Cavabdeh Xaçmaz RQİİ-nə istismarını başa vurmuş qaz sayğacının əvəzinə yeni smart tipli sayğacın quraşdırılması ilə əlaqədar ərizə ilə müraciət edilmişdir. Şifahi olaraq və qanunla əsaslandırılmadan ona bildirilmişdir ki, qeyri- yaşayış obyektlərinə smart tipli qaz sayğacları quraşdırılması nəzərdə tutulmamışdır. Ərizəsinə baxılmasının nəticəsi barədə ona Cavabdeh Xaçmaz RQİİ-i tərəfindən rəsmi mövqe bildirən cavab məktubu da göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə Şabran QİS-nin əməkdaşı tərəfindən onlara özündə qeyri-qanuni tələbləri əks etdirən bildiriş təqdim edilmişdir. Bildirişdə qeyd olunur ki, texniki baxış zamanı G-4 markalı ******* №li qaz sayğacı istismara yararsız hesab edildiyindən o, öz vəsaiti hesabına yuxarıda qeyd olunan məişət tipli qaz sayğacını təmir etdirməli və ya yenisini əldə etməlidir. Bildirişə əlavə olunan MS29/1640-03253-54 №li Aktda qüsur kimi zavod nömrə olan lövhənin yararsız olduğu, xətaların normaya uyğun olmadığı qeyd olunmuşdur. Sayğacın yoxlanması haqqında aktdan da məlum olur ki, yoxlamanın nəticəsi kimi qeyd olunan formal “uyğunsuzluqlar”ın istehlakçıya hər hansı bir aidiyyəti yoxdur və qaz paylayıcısının öz vəzifə borcunu yerinə yetirməkdən yayınmaq məqsədini güdür. Azərbaycan Respublikası NK-nin xx.xx.2011-ci il tarixli, 80 №li Qərarı ilə təsdiq edilmiş “X6”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Yuxarıda göstərdiyi xüsusatlara yardım göstərilməsi məqsədilə, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələləri Tənzimləmə Agentliyinə müraciəti olmuşdur. X3 xx.xx.2022-ci il tarixli AERA-25-476/22 saylı məktubunda qaz sayğacının yenisi ilə dəyişdirilməsi məqsədilə Cavabdehnə məktub göndərildiyi, lakin mexaniki qaz sayğacının smart tipli sayğacla əvəz edilməsinə görə qaz təchizatı müəssisəsinə müraciət etməyi tovsiyə olunmuşdur. Qaz təchizatı müəssisəsi isə normativ hüquqi aktlarla əsaslandırılmayan mövqeyini müdafiə etməkdə davam edir. Yuxarıda qeyd olunan xüsusatlarla bağlı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciəti olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(118)-1781/2022 saylı qərardadı ilə iddia məhkəmə aidiyyəti səbəbindən mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(118)-1781/2022 saylı qərardadından apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(105)-537/2022 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(118)-1781/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. ünvan 1 ünvanında yerləşən qeyri yaşayış obyektində quraşdırılmış və istismar müddətini başa vurmuş ******* №li mexaniki sayğacın Cavabdeh Xaçmaz RQİİ-i tərəfindən və cavbdehin hesabına smart tipli elektron sayğacla əvəzlənməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli e-2(031)-989/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən qeyri yaşayış obyektində quraşdırılmış və istismar müddətini başa vurmuş ******* №li mexaniki sayğac Cavabdeh Xaçmaz RQİİ-i tərəfindən və cavbdehin hesabına smart tipli elektron sayğacla əvəzlənməsi öhdəliyi qoyulması qət edilmişdir (hakim Çingiz İsgəndərov). Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli e-2(031)-989/2022 saylı qətnaməsinin ləğv edlərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasındaki müqavilə xx.xx.2016cı il tarixdə bağlanıb. Həmin müqavilə qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanılıb. “Təbii X6” haqqında Qanunun 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı paylayıcının hesabına, sənayə qaz qurğuları üçün sayğac isə istehlakçının hesabına təsis edilir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli e-2(031)-989/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, “X6” sənaye qurğusuna anlayış verir. Ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu sənaye qaz qurğusudur. Onun işıq istifadə etdiyi yer qeyri-yaşayış sahəsidir. Oradan heç bir şeyin istehsalı, yaxud emalı ilə məşğul deyil. Cavabdeh qaz sərfiyyatına baxmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, e-2(031)-989/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını, iddia ərizəsini, tərəfin izahatını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli e-2(031)-989/2022 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İşə əlavə edilmiş Daxili qaz kəmərinin Tikinti Pasportunda qaz kəmərinin, qaz avadanlıqlarının xarakteristikası bölməsində qaz avadanlığı kimi 1 ədəd Su qızdırıcı Kombi 32 kw qeyd olunmuşdur. İşə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 26 iyun 2022-ci il tarixli e-2- 1(118)-1781/2022 saylı qərardadına əsasən İddiaçı «Azəriqaz” İB-nə qarşı ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyektində Quraşdırılmış və istismar müddətini başa vurmuş ******* saylı mexaniki sayğacın Cavabdeh Xaçmaz RQİİ tərəfindən və onun hesabına smart tipli elektron sayğacla əvəzlənməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-1(118)- 1781/2022 saylı qərardadından apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (xx.xx.2022-ci il tarixli 2-1(105)-537/2022 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(118)-1781/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 Filialı tərəfindən İddiaçı ünvanlanmış 29 aprel 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Şabran xidmət sahəsinin nümayəndələri tərəfindən qeyd edilən, ona məxsus qeyri-yaşayış obyektinin qaz xətti üzərində olan G-4 markalı ******* nömrəli qaz sayğacı ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt tərtib olunaraq qaz xəttindən açılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Çıxarılan sayğacın əvəzinə müvəqqəti olaq G- 4 markalı 44997832 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh İB-nin Metrologiya Departamentinin qeyri-əhali qaz saycağının yoxlanması haqqında MS-29/1640-03253-54 nömrəli aktına əsasən sayğacın zavod nömrəsi olan lövhəsinin yararsız olması və xətanın normaya uyğun olmadığı barədə rəy verilmişdir. Eyni zamanda yeni sayğacın quraşdırılmasının onun vəsaiti hesabına həyata keçiriləcəyi bildirilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası NK-nin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X6”na 2 nömrəli Əlavədə verilmiş qazın alğı-satqısı müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, tərəflər arasında yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, məhkəməyə müraciət edə bilərlər. Mexaniki qaz sayğacının smart tipli sayğcla əvəz edilməsi məqsədilə qaz təchizatı müəssisəsinə müraciət etməyi tövsiyyə olunur. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********10-06301 olan çıxarışdan və Texniki Pasportdan görünür ki, ünvan 7 ünvanında yerləşən qeyri yaşayış binası İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən verilmiş 05 dekabr 2022ci il tarixli sorğuya cavab məktubundan göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərindən çıxarılaraq Dövlət yoxlamasına aparılmış G-4 markalı, ******* zavod nömrəli mexaniki qaz sayğacına Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və istismara yararsız olması barədə Qeyri-əhali qaz sayğacının yoxlaması haqqında MS-29/164003253-54 nömrəli akt tərtib edilmişdir. Bildirilir ki, Respublika ərazisində istehlakçılara təbii qazın nəqli və satışı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, NKnin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6” və SOCAR-ın müvafiq normativ sənədləri ilə tənzimlənir. Qydaların 4.2-ci bəndinə əsasən “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bununla əlaqədar “X6”-nın tələblərinə uyğun olaraq, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əhalinin məişət ehtiyacları üçün deyil, kommersiya məqsədləri üçün gəlir əldə etmək üçün qazdan istifadə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə xx.xx.2018-ci il tarixli, Q-AK-195 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” Müqavilə (3№-li əlavə) bağlanılmış və Cavabdeh İB-nin “AGİS” İnformasiya bazasında qeyri-əhali sektoru üzrə abonent kimi qeydiyyata alınmışdır. İddiaçı məxsus “Qlobus” dəftərxana mağazasına qaz sayğacının quraşdırılması istehlakçının vəsaiti hesabına təmin edilməlidir. İşə əlavə edilmiş Quba Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən, Cavabdeh Müştəri Xidmətləri şöbəsində qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 29 noyabr 2022-ci il tarixli, AMX5517/22 saylı müqavilədən görünür ki, X10 İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, hazırkı iş üzrə İddiaçı verg ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət obyekti “Qlobus” məktəb və ofis ləvazimatları mağazasıdır. Cavabdeh hüquqi şəxsdir və adına ********** nömrəli VÖEN var. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, kommersiya məqsədləri üçün gəlir əldə etmək üçün qazdan istifadə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə xx.xx.2018-ci il tarixli, Q-AK-195 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” Müqavilə (3№-li əlavə) bağlanılmış və Cavabdeh İB-nin “AGİS” İnformasiya bazasında qeyri-əhali sektoru üzrə abonent kimi qeydiyyata alınmışdır. Hazırki mübahisə isə İddiaçı məxsus sahibkarlıq fəaliyyəti ilə bağlı fəaliyyət göstərən “Qlobus” dəftərxana mağazasına qaz sayğacının quraşdırılması ilə bağlıdır. Hazırki halda iş materiallarından tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı fəaliyyət göstərən “Qlobus” dəftərxana mağazasına qaz sayğacının quraşdırılması zaman yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsini qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli e-2(031)- 989/2022 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, e-2(031)-989/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı qaz sayğacının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-623/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-623/2023
18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver