Məhkəmə qərarları › İş №2(105)-628/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-628/2022

21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-628/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 431,70 manat, 113,30 manat debitor borcu və ödənilmiş dövlət rüsumuna görə 10 manat, cəmi 555 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3724 manat məbləğində dəymiş ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 3754 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13.06.2017-cı il tarixli, T/17825 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********02050 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin və "Qazdan istifadə Qaydaları’nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 31.01,2018-ci il tarixli ******* saylı akt əsasında 431,70 manat, 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 439,20 manat, 17.05.2018-ci il tarixli ******* saylı akt əsasında 32,40 manat, 03.06.2019-ci il tarixli ******* saylı akt əsasında 165,60 manat, 31,07.2019-ci il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 30.10.2019-ci il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11,2019-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30.12.2019-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli 02365837 saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat və 24.03.2020-ci il tarixli ******* saylı akt əsasında 236,20 manat, cəmi 3724 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3724 (üç min iyirmi dörd manat) məbləğində dəymiş ziyan hesablanmışdır Cavabdehə Birliyin işçiləri tərəfindən 3724 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verilərək, Cavabdeh hesablanmış 3698,80 (üç min altı yüz doxsan səkkiz manat səksən qəpik) manat məbləğində dəymiş ziyan əvəzinin, 113,30 (bir yüz on üç manat otuz qəpik) manat debitor borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə isə 3842,10 (üç min səkkiz yüz qırx iki manat on qəpik) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Həmin ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin mətnində yer alan və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” bəzi aktlar üzrə dəymiş ziyan üzrə hesablanmış məbləğlər texniki səhv olaraq iddia ərizəsində düzgün qeyd edilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qismən qanunsuz və əsassızdır. Cavabdehə təbii qazdan qanunsuz istifadə edilməsi barədə aktlar tərtib edilməsinə baxmayaraq, o, bu aktları imzalamaqdan imtina etsə də, həmin aktları heç vaxt mübahisələndirməmişdir. Cavabdehin saygacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi öz təstiqini tapmışdır. İddia tələbinin tam əsaslı oldugu halda və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, birinci instansiya məhkəməsi iddia tələbinin tam yox, hər hansı bir əsas olmadan iddianı qismən təmin etmişdir. Məhkəmə bu hallara düzgün qiymət verməmiş, maddi hüquq normalarını tətbiq etməmiş və bununlada hüququn tətbiq edilməsində səhv buraxmışdır. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(012)-4620/2021 saylı qətnaməsini qismən ləğv edib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.06.2017-ci il tarixli, T/17825 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İşdə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2018-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin sayğacdan kənar istifadə etməsi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 31.01.2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. İtirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşə əlavə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2018-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin sayğacdan kənar xətt aşkar olunmuşdur, bununla əlaqədar olaraq 28.02.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. İtirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşdə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2018-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan qeyri-qanuni şəkildə istifadə etməsi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 30.04.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşə əlavə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17.05.2018-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonent təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyriqanuni şəkildə istifadə etməsi aşkar olunmuşdur, bununla əlaqədar olaraq 17.05.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 03.06.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 03.06.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşdə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.07.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 03.06.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.09.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 30.09.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşdə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.10.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 30.10.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşdə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.11.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 29.11.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.12.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 30.12.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşdə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.01.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 30.01.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşdə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 28.02.2020-ci il tarixli, 02470053 saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İşə əlavə olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24.03.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, həmin tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu: **********02050) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkar edilmişdir, bununla əlaqədar olaraq 24.03.2020-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 24 mart 2020-ci il tarixli abonentin saldosundan cədvəlindən müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçınə yanvar 2018-ci il tarixli akt əsasında 863,40 manat ziyan dəymişdir.İş materiallarında olan 31.01.2018-ci il tarixli akt üzrə hesabat-qərrara əsasən 4317 kub.m. təbii qazdan sərfiyat hesablansa da, cərimə borcu ikiqat hesablanaraq 863,40 manat hesablanmışdır. Bundan əlavə olaraq cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2021-ci ilin oktyabr ayınadək 113,30 manat debitor borcu qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Azərbaycan Respublikası MM-nin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 17 noyabr 2021-ci il tarixli 2(012)- 4620/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar