Məhkəmə qərarları › İş №2(105)-629/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-629/2025

04.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-629/2025 04.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 039116 saylı aktına əsasən, ona hesablanmış 1595,01 manat məbləğində borcun silinməsi və xx.xx.2024-cü il tarixdə ona elektrik enerjisi cəriməsinə görə məcburi ödətdirilmiş 500 manat pulunun cavabdehdən alınaraq, ona qaytarılmasının barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdehin əməkdaşlarının ona tətbiq etdiyi xx.xx.2024-cü il tarixli, 039116 saylı aktında “Sayğaca qoşulma ardıcıllığı pozularaq, kənar xəttin dövrədən kənarlaşdırılması” iddiasının rədd edilməsi və onların bu əsasda dəymiş ziyana dair ona yazdıqları 1605,05 manat cərimənin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdə ona elektrik enerjisi cəriməsinə görə məcburi ödətdirilmiş 500 manat pulunun da, cavabdehdən alınaraq, ona qaytarılmasının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməməsi əsası ilə həmin məcəllənin 363.1-1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini düzgün hesab etmədiyi konkret əsasları apellyasiya şikayətində göstərməmişdir. Həmçinin, apellyasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni tələblər irəli sürmüşdür. İddiaçı Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun iddia ərizəsi apellyasiya şikayəti ilə tutuşdurularsa, onların hər ikisinin eyni tələbdən, mahiyyətcə eyni olmasından ibarət olması aşkar görünür. Buna görə də Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadında əleyhinə yazılanların hamısı əsassızdır, belə hərəkətlər məhkəmə tərəfindən törədilmiş süründürməçilik halı sayılır. Məhkəmə apellaysiya şikayətində olan nöqsanların konkret nədən ibarət olmasını açıq-aydın göstərməmiş və qeyri-müəyyən cümlələrlə ümumi şəkildə qeyd etmişdir. Ona görə də bu əsassız qərardad ləğv olunmalı və apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; Birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətində qətnaməsini düzgün hesab etmədiyi konkret əsasları göstərmədiyini, apellyasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni tələblər irəli sürməsini qeyd etsə də məhkəmə kollegiyası bu nəticə ilə razılaşmamışdır. Belə ki, iddiaçı apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi əsaslar göstərməklə yanaşı, iddiaçı iddia ərizəsində ona yazılmış 1605.05 manat cərimənin ləğv edilməsi və 08 mart 2024-cü il tarixdə ona elektrik enerjisi cəriməsinə görə məcburi ödətdirilmiş 500 manat pulun cavabdehdən alınaraq ona qaytarılmasının xahiş etmişdir ki, apellyasiya şikayətində də tələbi iddia ərizəsindəki tələbi ilə eynilik təşkil etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.3, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin dəftərxanasına təqdim edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar