Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-631/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “«Azəriqaz” ” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1841/2021 saylı qərardadından İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1616.65 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 1646.65 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı ASC-nin «Azəriqaz” şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, «Azəriqaz” İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı X1 istifadə qaydalarının pozulması haqqında 03.06.2019-cu il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 165.6 manat dəymiş ziyan, 18.70 manat debitor borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 214,30 manat pul vəsaitinin İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mülki iş üzrə İddiaçı X3 rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1841/2021 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(012)-1841/2021 saylı qərardadına əsasən İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 saylı qətnaməsindən İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda, İddiaçı X3 Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1841/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı İB tərəfindən Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə və mülki işin apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzürlü hesab edilərək müddətin bərpa edilməsinə və mülki işin apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. əsasən müddətin bərpasından imtina edilmiş, Abşeron rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1841/2021 saylı qətnaməsindən İddiaçı İstehsalat Birliyinin verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı İstehsalat Birliyi 06.11.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1841/2021 saylı qərardadından şikayət verərək Abşeron Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(012)-1841/2021 saylı müddətin bərpasından imtina edilməsinə dair qərardadını ləğv edib İddiaçı ” İstehsalat Birliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-1841/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə dair yeni qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir Abşeron rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(012)-1841/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09.07.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı təşkilat tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(012)-1841/2021 saylı qərardadından İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-631/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-631/2022
25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver