Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-644/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(067)-3204/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 231.80 manat əsas, 34.70 manat cərimə olmaqla, cəmi 266.50 manat borc pul, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqısatqı müqavilə üzrə yaranmış 304.10 manat əsas, 45.60 manat cərimə olmaqla, cəmi 349.70 manat borc pul və xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqısatqı müqavilə üzrə yaranmış 550.70 manat əsas, 82.60 manat cərimə olmaqla, cəmi 633.30 manat borc pul, ümumilikdə üç müqavilə üzrə 1086.60 manat əsas, 162.90 manat cərimə olmaqla, cəmi 1249.50 manat borc pul və 32.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «XİAOMİ» markalı mobil telefon və qulaqcığa görə 18 ay, ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla, cəmi 1099.90 manat, xx.xx.2022 il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «XİAOMİ» markalı mobil telefon və qulaqcığa görə 18 ay, ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla, cəmi 1123.90 manat və xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı «XİAOMİ» markalı mobil telefon və “BASEUS” markalı qulaqcığa görə 18 ay, ödəniş cədvəli üzrə hər ay 70 manat olmaqla, cəmi 1250.70 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 63 manat və xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 20 manat ödəniş etmiş və qalıq qalmış ümumi üç müqavilə üzrə cəmi 1249.50 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2021-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 347 manat, xx.xx.2022 il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 456 manat və xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 826 manat təşkil edir. Cavabdehin üç müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı cəmi 1629 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni cəmi 162.90 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nə olan borcu 1086.60 manat əsas, 162.90 manat cərimə, cəmi 1249.50 manat təşkil etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(067)-3204/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2021-ci il tarixli, № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə «XİAOMİ» markalı mobil telefon və qulaqcığa görə yaranmış 231.80 manat əsas, 34.70 manat cərimə olmaqla, cəmi 266.50 manat məbləğində borc pul, xx.xx.2022 il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə «XİAOMİ» markalı mobil telefon və qulaqcığa görə yaranmış 304.10 manat əsas, 45.60 manat cərimə olmaqla, cəmi 349.70 manat məbləğində borc pul və xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə «XİAOMİ» markalı mobil telefon və “BASEUS” markalı qulaqcığa yaranmış 550.70 manat əsas, 82.60 manat cərimə olmaqla, cəmi 633.30 manat borc pul, ümumilikdə üç müqavilə üzrə 1086.60 manat əsas, 162.90 manat cərimə olmaqla, cəmi 1249.50 manat məbləğində borc pul və 32.49 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə) Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(067)-3204/2023 nömrəli qətnaməsinin 162,90 manat cərimə borcunun tutulması hissəsində qismən ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, №010963186 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 231.80 manat borc pul, xx.xx.2022-ci il tarixli, №011004149 saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə yaranmış 304.10 manat əsas, 45.60 manat cərimə olmaqla, cəmi 349,70 manat borc pul və xx.xx.2022-ci il tarixli, №011068515 saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə yaranmış 550,70 manat əsas, 82.60 manat cərimə olmaqla, cəmi 633.50 manat borc pul, ümumillikdə üç, müqavilə üzrə 1086.60 manat əsas, 162.90 manat cərimə olmaqla, cəmi 1249,50 manat borc pulun və 32.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq, "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianı təmin etmiş və xx.xx.2021-ci il tarixli, №010963186 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “Xiaomi” markalı mobil telefon və qulaqcığa görə yaranmış 231.80 manat əsas, 34.70 manat cərimə olmaqla, cəmi 266.50 manat məbləğində borc pulun, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə “Xiaomi” markalı mobil telefon və qulaqcığa görə yaranmış 231.80 manat əsas, 304.10 manat əsas, 45.60 manat cərimə, olmaqla cəmi 349.70 manat məbləğində borc pulun və xx.xx.2022-ci il tarixli, №011068515 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “Xiaomi” markalı mobil telefon və “Baseus” markalı qulaqcığa görə yaranmış 550.70 manat əsas, 82.60 manat cərimə olmaqla, cəmi 633.30 manat məbləğində borc pulun, ümumilikdə üç müqavilə üzrə 1086.60 manat əsas, 162.90 manat cərimə olmaqla, cəmi 1249.50 manat məbləğində borc pulun və 32.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh, yəni ondan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. O, hesab edir ki, tənasüb müəyyənləşdirilməyib. Çünki məhkəmədə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmayıb. "xxxx"MMC uzun müddət fəaliyyət göstərməsi ilə bərabər respublikanın çox yerlərində onun filialları fəaliyyət göstərir. Hamıya bəlli olduğu kimi onun əmlakları nəğd pulla, yaxud nisyə satılır. Belə hesab edir ki, onun dövriyyəsi böyük olduğundan, cəriməni ödəmədiyi halda, ona zərər vurula bilməz. Cəriməni ödəməməyi onun fəaliyyətinin dayanmasına, yaxud fəaliyyətinin zəiflənməsinə səbəb olmayıb. O, belə başa düşür ki, məhkəmə cəriməni silməli, ya da ki, minimum səviyyəyə endirməli idi. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə sübutları tam araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticənin 162.90 manat cərimə ödəməli olduğu hissəsi ilə razılaşmır. Məhkəmədə kreditorun həm əmlak, həm də bütün əsaslı maənafeləri sübut olunmayıb. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbindən göründüyü kimi iddiaçı özü üç müqavilə üzrə hesablanmış dəbbə pulunu 90 faiz azaldaraq ümumilikdə 162,90 manat cərimə borcunun tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə düzgün olaraq həmin hissədə iddianı təmin etmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(067)-3204/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-644/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-644/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver