Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-646/2023 07.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin”Siqnal” İlİ İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İli İdarəsinə qarşı lizinq müqaviləsi üzrə öhdəliyin icra edilməsi, habelə vurulmuş maddi zərərin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)-2804/2020 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Daxili Lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən lizinq obyekti “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 arasında imzalanmış ödəniş qrafikinə əsasən illik 20,8% hesablanmaqla 42 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 97,30 manat, ümumilikdə isə 12500 manat pul məbləğini Cavabdeh1 İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. AC seriyalı 344149 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdir. Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 1(012)-3/2017 saylı hökmündən görünür ki, Cavabdeh2 31 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağına gedərək özü ilə plasmast qabda olan benzin yanacağını “Craysler Status” markalı ** MN *** dövlət qeydiyyat nişanlıavtomobilin yük yerinə tökərək yandırmış, nəticədə həmin avtomobilin sahibi X4 980 manat, avtomobilin sol tərəfində saxlanılmış “Mercedes Benz 230” markalı ** MF *** dövlət qeydiyyat nişanlıavtomobilin sahibi X3 710 manat və sağ tərəfdə saxlanılmış “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4891 manat məbləğində ziyan vurulmasına səbəb olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilnərək 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, ev dustaqlığında saxlanılma müddəti də nəzərə alınmaqla Cavabdeh2 barəsində qəti olaraq 2 il 2 ay 13 gün müddətində azadlıqdan məhrum etmə cəzası CMnin 70-ci maddəsinin tələblərinə əsasən şərti ihesab edilmiş, 2 il sınaq müddəti təyin edilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, müqavilə müddəti üzrə Cavabdeh1 İddiaçınə “Mitsubishi Attrage” markalı 99- AJ-229 dövlət qeydiyyat nişanlı avtomobilə görə 11328,28 manat vaxtı keçmiş əsas faiz borcu, 1021,80 manat vaxtı keçmiş faiz borcu, cəmi 12350,08 manat borcu vardır. "xxxx" MMC-nin avtomobilin qiymətləndirilməsinə dair rəyindən müəyyən edilir ki, “Mitsubishi Attrage” markalı 99-AJ229 dövlət qeydiyyat nişanlı avtomobilin qalıq dəyəri ***-**** manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3140 saylı 07 iyun 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə xx.xx.2014- cü il tarixli 1404/0168/TH saylı daxili lizinq müqaviləsi üzrə müqavilə müddətinin sonuna əsas lizinq məbləği 11328,28 manat, lizinq faizi üzrə 1021,80 manat təşkil etdiyi müəyyən edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/2563 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixə əsas lizinq məbləği üzrə 11328,28 manat; lizinq faizi üzrə 82,46 manat, xx.xx.2016-ci il tarixə əsas lizinq məbləği üzrə 11328,28 manat; lizinq faizi üzrə 459.60 manat, xx.xx.2017-ci il tarixə əsas lizinq məbləği üzrə 11328,28 manat; lizinq faizi üzrə 880,55 manat, xx.xx.2018-ci il tarixə əsas lizinq məbləği üzrə 11328,28 manat; lizinq faizi üzrə 1021,80 manat. Qeyd edilir ki, iş materiallarında **-AJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin İddiaçı MMC-yə təhvil-təslim edilməsinə dair məlumat olmadığı üçün hazırki tədqiqatla müqavilə müddətinin sonunadək faiz hesablaması aparıldı. Minik avtomobilinin lizinq şirkətinə təhvil verildiyi tarix dəqiqləşdirildikdən sonra avtomobilin təhvil təslim tarixinə olan qiymətinin çıxarılması məhkəmə tərfindən qiymət verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, BDYPİ “SİQNAL” İLİ İdarəsinin nəzdində fəaliyyət göstərən müvəqqəti avtomobil dayanacaqlarının qeydiyyat kitablarında “Mitsubishi” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə məlumat aşkarlanmamışdır. Nəqliyyat vasitələrinin dayanacaqdan çıxarılmsı yalnız arayış əsasında həyata keçirilə bilər. Təəssüf ki, Sizə bu barədə məlumat verə bilmirik. DİN-nin xx.xx.2015-ci il tarixli Q33-001-15 saylı Əmrinin 8.1.2, 8.2.2, 8.10, 8.13, 8.17, 8.33, 8.39 bəndlərinə istinad olunaraq tam istifadə edilmiş kitab və aktlar saxlama müddəti bitdiyindən məhv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN Baş X14 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz «MİTSUBİSHİ ATTRAGE» markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdən İddiaçı MMC-nin adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş X14 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsinə qarşı lizinq müqaviləsi üzrə öhdəliyin icra edilməsi, habelə vurulmuş maddi zərərin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 11328,28 manat vaxtı keçmiş əsas faiz borcu, 1021,80 manat vaxtı keçmiş faiz borcu, cəmi 12350,08 manat borc, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsinin qanunazidd əməlləri nəticəsində İddiaçı MMC-yə dəymiş ƏDV daxil 21388,02 manat məbləğində maddi ziyanın Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsindən, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsinə əsasən 42 ay müddətinə illik faiz dərəcəsi 20,8 olmaqla dəyəri 12500 manat olan və lizinq predmeti kimi çıxış edən “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində təyinatına uyğun olaraq sahiblik və istifadə hüququ müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alan Cavabdeh1 verilmişdir. Lakin, Cavabdeh1 lizinq predmeti “Mitsubishi Attrage” markalı 99- AJ-229 dövlət qeydiyyat nişanlı avtomobilinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağında yanaraq yararsız hala düşməsini bəhanə edərək öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Hazırda Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə 11328,28 manat vaxtı keçmiş əsas faiz borcu, 1021,80 manat vaxtı keçmiş faiz borcu, cəmi 12350,08 manat borcu vardır. “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydaları pozulduğuna görə həmin avtomobil Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağında yerləşdirilmiş və Cavabdeh2 həmin dayanacağa daxil olaraq özünə məxsus olan “Craysler Status” markalı ** MN *** dövlət qeydiyyat nişanlıavtomobilin yük yerinə tökərək yandırmış, nəticədə “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil də yanaraq tamamilə yararsız hala düşmüşdür. Həmin əməl nəticəsində Ağayev X6 Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 1(012)-3/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilnərək 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, ev dustaqlığında saxlanılma müddəti də nəzərə alınmaqla Cavabdeh2 barəsində qəti olaraq 2 il 2 ay 13 gün müddətində azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinin tələblərinə əsasən şərti ihesab edilmiş, 2 il sınaq müddəti təyin edilmişdir. Cavabdeh2 təqsirli əməli nəticəsində İddiaçı MMC-yə məxsus “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız hala düşdüyündən digər Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmir. Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağı isə üzərinə düşən vəzifəni, yəni saxlanca verilmiş avtomobillərin mühafizəsini layiqincə təşkil etməməsi və buraxılış vərəqəsi olmadan kənar şəxslərin dayanacağa buraxılması nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasında “Mitsubishi Attrage” markalı avtomobillərin rəsmi distribütörü olan Diamond Motors MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Mİ-66042 saylı iş qüsur aktından müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus olan “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın dəyəri ƏDV daxil 21388,02 manat təşkil edir. Dəymiş ziyanın dənilməsi ilə bağlı pretenziya qaydasında cavabdehlərə müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)-2804/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə əsas borc olaraq 4008.45 manat, faiz borcundan isə 1021.80 manat, cəmi 5030,25 manat məbləğində pul, Cavabdeh2 “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 4891 manat məbləğində pul, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı lizinq verən İddiaçı MMC cavabdeh lizinq alan Cavabdeh1 İddiaçı MMC arasında etibarlı daxili lizinq müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh daxili lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə olan borc məbləği lizinq obyekti olan avtomobillə bağlı baş verən hadisəyə, yəni 30 may 2016-cı il tarixə qədərki dövr üçün olan borc məbləği lizinqalan olaraq Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının təqdim etdiyi ödəniş cədvəlindən görünür ki, 30 may 2016-cı il tarixinə 4008.45 manat əsas borc 3165,55 manat isə faiz borcu olmaqla, cəmi 7174 manat borcu olmuşdur. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı faiz borcu olaraq 1021,80 manat tələb edir. İşin araşdırılan hallarından göründüyü kimi lizinq obyekti olan “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 təqsirli əməli nəticəsində 4891 manat məbləğində ziyan vurulması qanuni qüvvəyə minən Abşeron Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli 1(012)-3/2017 saylı hökmü ilə təsdiq olunmuşdur. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi ziyan hissədə qismən təmin edilməli 4891 manat məbləğində pul Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Lizinq obyekti olan “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması birbaşa Cavabdeh2 cinayət əməli ilə vurulduğundan burada digər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsinin mülki məsuliyyəti istisna olunur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia bu cavabdehə münasibətdə əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 465.2, 747.1, 748-1.12-ci maddələrinə istinad etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, müqavilənin 11.13-cü bəndinə əsasən lizinq alan lizinq obyektinin məhv edilməsi halında lizinq məbləğinin tam həcmində məsuliyyət daşıyır. Bu səbəbdən də müqvailə üzrə əsas borcun məbləğinin 11328,28 manat, faiz borcunun 1021,80 manat müəyyən edilməli olduğunu qeyd etmişdir. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti şikayəti verərək, qətnamənin ona aid olan hissəsində ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ona aid hissədə işin faktiki lallarına uyğun olmamaqla, qanunsuz və əsassızdır. Onun ilə ilə iddiaçı arasında 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq üqaviləsi bağlanmış, müqaviləyə əsasən 42 ay müddətinə illik faiz dərəcəsi 20,8 rnaqla dəyəri 12500 manat olan və lizinq predmeti kimi çıxış edən “Mitsubishi Attrage” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində təyinatına uyğun olaraq sahiblik və istifadə hüququ müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə ona verilmişdir. Həmin müqavilə üzrə həftədə 98 manat olmaqla 5 ay müddətində, 2000 manat ödəniş etmiş və sonradan ödənişi edə bilmədiyi üçün avtomobili iddiaçıya təhvil vermiş, lakin avtomobili təhvil verərkən müqaviləni də ləğv etməli olduğu izah edilməmiş və “Mitsubishi Attrage” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq sahiblik və istifadəsindən çıxmışdır. Hətta qeyd olunan avtomobil ondan sonra X1 və istifadəsinə, ondan sonra isə başqa şəxslərin də sahiblik və istifadəsinə" verilmişdir (həmin hal “Mitsubishi Attrage” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edərkən yol hərəkəti qaydalarının pozuntusuna görə onun deyil, digər şəxslərin adlarına yazılmış protokollarla da öz təsdiqini tapır). Buna baxmayaraq, “EKOLİZİNQ MMC” iddia ərizəsində guya onun izinq predmeti “Mitsubishi Attrage” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilin AR DİN-nin Baş X14 İdarəsinin “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağında yanaraq yararsız hala düşməsnin bəhamə edərək öhdəliklərimi icra etməkdən boyu qaçırmağı göstərilmişdir. “Mitsubishi Attrage” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq müqaviləsinə əsasən 2014-cü ildə götürdükdən sonra 5 ay müddətində öhdəmə düşən ödənişi etmiş və həmin avtomobili “EKOLİZİNQ MMC”-nə təhvil verdikdən sonra avtomobil onun sahiblik və istifadəsində olmamış, buna müvafiq olaraq da “EKOLİZİNQ MMC” tərəfindən bu illər ərzində ondan hec bir ödəniş tələb edilməniş və ümumiyyətlə avtomobilin yanmasından da xəbəri olmamışdır. Yalnız “EKOLİZİNQ MMC” Abşeron Rayon Məhkəməsində ona qarşı hazırki iddianı qaldırandan sonra 2Mitsubishi Attrage” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı MMC ilə aralarında bağlanmış 26 dekabr 2014-cü il tarixli, 1404/0168/TH saylı Lizinq müqaviləsinin ləğv olunmamasından xəbəri olmamışdır. Ona görə də hesab edir ki, məhkəmənin qətnaməsi əsassizdir, işin faktiki hallan araşdırılmamış və işin faktiki hallarına uyğun olmamaqla qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1307/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 26 dekabr 2014- cü il tarixli 1404/0168/TH saylı lizinq müqaviləsi üzrə 11328 (on bir min üç yüz iyirmi səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində əsas lizinq məbləği alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin “Siqnal” İli İdarəsindən müştərək qaydada 4891 (dörd min səkkiz yüz doxsan bir) manat məbləğində maddi ziyan alınaraq İddiaçı MMC-yə verilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(102)-4511/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1307/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar və etirazlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin (lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində) dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində tam təmin edilməsini xahiş etdi. Cavabdeh1, onun vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək, öz ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun dostudur, avtomobili 10 həftə idarə etdiyini, həftəlik 98 manat ödəniş etdiyini, həmin 10 həftənin hansı tarixləri əhatə etdiyini bilmədiyini, taksi fəaliyyəti ilə məşğul oluğunu, onun maşını köhnə olduğundan, Faiqin lizinq götürdüyü maşınla dəyişmək barədə öz aralarında razılığa gəldiklərini, Faiq 1000 manat pul ödədiyindən pulunu itirməsin deyə, həmin avtomobili ona verdiyini, sonra Anar adlı şəxsin yanına gəldiklərini, ona yol vərəqəsi verildiyini, avtomobilin açarını ona Anar adlı şəxsin yanında Faiqin verdiyini, ona ödənişi etdiyi halda, axırda maşının ona qalacağını dediklərini, sonra ödənişi etməkdə çətinlik çəkdiyindən, maşının açarını aparıb Anar müəllimə verdiyini, bununla bağlı Faiqə məlumat vermədiyini, çünki onunla bağlı heç bir şey artıq qalmadığından, məlumat verməyi düşünmədiyini, müqavilə barədə isə ona heç bir məlumat verilmədiyini, ona ancaq sürücülük vəsiqəsini götürülərək, yol vərəqəsi verildiyini, ödənişi iki dəfə Anar adlı şəxsə etdiyini, sonra bank hesabı ilə ödədiyini, hesabın kimin adına olmasının yadında olmadığını, yol polisinin onu saxlayaraq, ona cərimə barədə mlumat verdiyini, o isə maşının onda olmadığını bildirdiyini, Anar adlı şəxsin işçi olduğunu, maşını ona təhvil verdiyini qeyd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Maddə 748-6.3. Sığorta edənin öhdəliklərini yerinə yetirən və qazanc götürən tərəflər, həmçinin sığortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir. Maddə 748.6.4. Lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748.-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Maddə 748-13.4. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Maddə 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(102)-4511/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1307/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində ləğv edilib, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarıldığlndan, qətnamənin həmin hisədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərlərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərini və onun dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti (apellyasiya baxışının predmeti olan lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində) təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi lizinq müqaviləsi üzrə yaranmış faiz borcuna aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən əsas borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 (bundan sonra cavabdeh) arasında 26 dekabr 2014-cü il tarixli lizinq müqaviləsi bağlanılmış, müqaviləyə əsasən lizinq obyekti onun müvəqqəti sahiblik və istifadəsinə verilmiş, cavabdeh isə lizin qalan qimsində ödəniş cədvəlinə əsasən şərtləşdirilmiş qaydada illik 20,8 % olmaqla, 182 həftə müddətində hər həftə 97,30 manat olmaqla, ümumilikdə 17708,6 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İşin mübahisəli halı apellyasiya baxışının predmeti olan hissədə ondan ibarətdir ki, iddiaçı cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etmədiyini əsas götürərək, lizinq müqavilə müddəti üzrə borc öhdəliyinin yaranmasını əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə lizinq obyektinin onun istifadəsində 4-5 ay olduğunu, həmin müddətdə lizinq ödənişini tam ödədiyini, daha sonra lizinq obyektini təhvil verdiyini əsas gətirərək, iddia tələbinə etiraz etmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, 31 may 2016-cı il tarixdə digər Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində (qəsdən yanğın törətməklə) lizinq obyektinə maddi ziyan dəymiş, vurulmuş ziyanın məbləği 4891 manat müəyyən edilməklə cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazilriyi Baş X14 “Siqnal İLİ” İdarəsindən müştərək qaydada tutulması qət edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi sübutetmə yükü ilə bağlı olmaqla, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Başqa sözlə, iddiaçı tərəf lizinq müqaviləsi üzrə öhdəliklərin müqavilə müddəti ərzində tam və lazımi qaydada icra edilməməsinin məhz cavabdehin təqsirli hərəkətləri ilə bağlı olması və bununla da cavabdehin bütün müqavilə müddəti üzrə yaranmış borc öhdəliyinin icra etməsi ilə bağlı mülki hüquqi məsuliyyət daşımasının əsasını sübutetmək öhdəliyini daşıyır. Cavabdeh tərəf isə lizinq müqaviləsi üzrə ödənişləri tam yerinə yetirməsi, borcunun olmaması, lizinq obyektini iddiaçıya təhvil verməsi, onun sahibliyində və istifadəsində olmaması, lizinq obyektinin iddiaçı tərəfindən başqa şəxslərin sahibliyinə və istifadəsinə verməsi ilə bağlı halları sübutetmək öhdəliyini daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, lizinq obyekti müvafiq cinayət işi üzrə maddi sübut qismində tanınmış və qanuni qüvvəyə minmiş məhkəmə hökmü (17 oktyabr 2017-ci il tarixli) əsasında iddiaçıya geri qaytarılmışdır. Həmçinin, iş materiallarından görünür ki, lizinq obyektinin istifadə üçün yararsız olmasına səbəb olan müvafiq cinayət hadisəsi 31 may 2016-cı il tarixdə baş vermiş və həmin hadisənin baş verməsi lizinq alanın (Cavabdeh1) təqsiri nəticəsində olmamışdır. İddiaçı tərəf isə lizinq alan qismində cavabdehin lizinq müqaviləsi üzrə yaranmış borcun məbləğinin 22 iyun 2018-ci il tarixə olan dövr əsas götürülməklə, müəyyən edilməli olduğunu, cavabdehin məhz həmin dövrdə borc öhdəliyinin icra edilməməsinə görə mülki hüquqi məsuliyyət daşımasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin normalarının tələbinə əsasən lizinq alan məhz lizinq obyektinin istifadəsinə görə lizinq ödənişlərini ödəmək öhdəliyi daşımaqla, məhz onun təqsiri nəticəsində əmlaka vurulmuş ziyana görə mülki hüquqi məsuliyyət daşıyır. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, lizinq obyektinin zədələnməsi lizinq alanın təqsiri nəticəsində baş verməmişdir. Nəticə etibarilə lizinq obyektinin lizinq alanın istifadəsindən və sahibliyindən çıxması digər şəxsin hüquqazidd hərəkətlərinin nəticəsində baş vermiş, onun özünün iradəsinin nəticəsi kimi olmamışdır. Belə olan halda, lizinq alanın onun təqsiri olmadan lizinq obyektindən istifadə etmədiyi müddətə görə mülki hüquqi məsuliyyət daşıması özlüyündə lizinq müqaviləsinin mahiyyətinə və məqsədinə zidd olmaqla, yuxarıda istinad olunan mülki qanunvericilik normalarının tələblərinə də uyğun deyildir. Qeyd olunan hallar özlüyündə iddiaçının bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təkzib edir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin iddia tələbinin qeyd olunan hissədə etirazının əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan hallarla bağlı sübut qismində şahid ifadəsi, başqa şəxslərin adına etibarnamə verilməsi ilə bağlı iddiaçıya ünvanladığı yazılı ərizə, başqa şəxslərin adına iddiaçı tərəfindən verilmiş etibarnamələr, başqa şəxslərin barəsində lizinq obyekti ilə bağlı inzibati xəta haqqında protokollara istinad etmişdir. Məhkəmə kollegiyası həmin sübut vasitələri ilə bağlı qeyd edir ki, iddiaçı ilə həmin cavabdeh arasında lizinq müqaviləsinə xitam verilməsi (ləğv edilməsi), lizinq ödənişlərinin mübahisəli dövr üzrə ödənilməsi, habelə lizinq obyektinin lizinq alan cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi halını təsdiq etməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdehin sübut qismində istinad etdiyi etibarnamələr məhz hazırki mübahisə predmeti olan 2015-ci ilin iyun ayından əvvəlki tarixlərə aid olmuşdur ki, həmin dövrlər üzrə lizinq borcunun tutulması hazırki iş üzrə mübahisə predmeti olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin sübut vasitəsi kimi istinad etdiyi inzibati xəta haqqında protokollar xüsusi texniki vasitənin köməkliyi ilə tərtib edilməklə, yalnız sürət həddinin aşması ilə bağlı olmuşdur. İndiki halda qeyd edilən lizinq obyektinin həmin şəxslərin qanuni sahibliyində və istifadəsində olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı da həmin şəxslərin adına məhz həmin dövrə aid iddiaçı tərəfindən etibarnamə verilməsi halı aşkar edilməmişdir. Cavabdeh tərəfindən isə həmin hala dair heç bir mötəbər sübut təqdim edilməmişdir, halbuki həmin halın sübut edilməsi öhdəliyini məhz cavabdeh daşımışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin sübut kimi istinad etdiyi şahid ifadəsi ilə bağlı qeyd edir ki, şahid qismində dindirilmiş şəxsin adına iş materiallarında müvafiq etibarnamə mövcud olmuş, həmin etibarnamənin tarixi isə 24 aprel 2015-ci il tarixədək qüvvədə olmuş, bundan əlavə cavabdehin həmin şəxsin adına etibarnamə verilməsi ilə bağlı məhz xx.xx.2015ci il tarixli yazılı ərizəsi mövcud olmuşdur. Qeyd edilən müddət isə indiki halda mübahisə predmeti olmamışdır. İş materiallarında isə həmin dövrə aid hər hansı sübut (mübahisə predmeti olan dövrə aid onun adına verilmiş etibarnamə və aralarında bağlanılmış müqavilə və sair) mövcud olmadığından, lizinq obyektinin şahid qismində dindirilmiş şəxsin məhz mübahisə predmeti olan dövrdə onun qanuni sahibliyində olması halının müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda şahid ifadəsinin məzmunundan görünür ki, o lizinq obyektinin hansı tarixlərdə onun sahibliyində olması halının yadında olmadığını, lizinq obyektinin cavabdeh dostu tərəfindən ona verilməsi barədə aralarında razılıq olduğunu, heç bir müqavilə barədə məlumat verilmədiyini qeyd etmişdir. Həmçinin, həm cavabdehin izahatı, həm də şahid ifadəsinin məzmunundan aydın olur ki, cavabdeh avtomobili şahid qismində dindirilmiş şəxs dostuna verdiyini, bu barədə aralarında razılıq olduğunu qeyd etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı həmin hallara dair heç bir başqa sübut (müqavilə, təhvil-təslim aktı və sair) təqdim edilmədiyindən şahid ifadəsinin mötəbərliyinin müəyyən edilməsi, bununla da istinad olunan həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarında lizinq obyektinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsinə dair heç bir sübut mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş şahid ifadəsi də iddia tələbinə etirazın əsası kimi istinad edilən halları təsdiq etməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı lizinq obyektinin başqa şəxsin təqsirli hərəkəti nəticəsində cavabdehin sahibliyindən və istifadəsində çıxdığı (31 may 2016-cı il tarixədək) müddətədə qədər olan dövr üzrə başqa şəxslərin qanuni sahibliyində və istifadəsində olması halı (etibarnamə, müqvailə və digər sənədlər olması) müəyyən edilməmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələbinə əsasən lizinq alan qismində məhz cavabdeh çıxış etdiyindən, lizinq müqaviləsi ləğv edilmədiyindən, etibarnamə əsasında lizinq obyektinə sahiblik edən şəxslərin lizinq ödənişlərini lizinq verən qarşısında vaxtında və tam həcmdə icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti məhz lizinq alan məsuliyyət daşıyır (Mülki Məcəllə maddə 683.3). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsi ləğv edilmədiyindən, lizinq obyektinin iddiaçıya təhvil verilməsi, habelə başqa şəxslərin qanuni sahibliyində olması halı müəyyən edilmədiyindən, cavabdeh lizinq alanın lizinq obyektinin onun sahibliyində olduğu müddət üzrə lizinq ödənişlərinin müqavilə ilə şərtləşdirilmiş qaydada ödənilməsinə dair mülki hüquqi məsliyyəti yaranmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, lizinq alanın lizinq müqvailəsi üzrə yaranmış borc öhdəliyinə görə mülki hüquqi məsuliyyət daşıdığını, habelə yaranmış borcun məbləğinin məhz lizinq müqaviləsi üzrə öhdəliyini icra etmədiyi vaxtlar nəzərə alınmaqla, lizinq alanın iradəsinə zidd olaraq lizinq obyektinin onun sahbliyindən və istifadəsindən çıxdığı (31 may 2016-cı il tarixədək) müddətə qədər olan dövr əsas götürülməklə, müəyyən etməkdə haqlı olmuşdur. Qeyd olunan hallara əsasən isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf bütün müqavilə müddəti üzrə yaranmış borcun məbləğini tələb etməkdə haqlı olmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası lizinq müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, birinci isntansiya məhkəməsi qeyd olunan hissədə lizinq müqvailəsi üzrə yaranmış əsas və faiz borcunun məbləğini məhz iddiaçı tərəfin təqdim etdiyi sübut vasitəsini əsas götürərək, iddia tələbi həddini nəzərə alaraq, müəyyən etmişdir. Bu baxımından məhkəmə araşdırması zamanı qeyd edilən halın müəyyən edilməsi məqsədilə iki dəfə müvafiq məhkəmə ekspertizası təyin edilmiş, əvvəlki eskpert rəyi üzrə lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği müqavilə müddətinin sonunadək olan dövr əsas götürülmüşdür. İndiki halda isə lizinq obyektinin cavabdehin onun iradəsinə zidd olaraq sahibliyindən çıxması halı əsas götürüldüyündən, həmin tarixədək olan dövrün əsas götürülməklə, lizinq müqaviləsi üzrə yaranmış borcun məbləğinin əsas götürülməsi məqəsədmüvafiq hesab edildiyindən, yenidən müvafiq məhkəmə ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyinin məzmunundan aydın olur ki, lizinq müqaviləsi üzrə yaranmış əsas borcun məbləği xx.xx.2016-ci il tarixə qədər olan dövr üzrə 11328,28 manat, faiz borcunun məbləği 459,60 manat məbləğində müəyyən edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği məhz sonuncu ekspert rəyi əsas götürülməklə, müəyyən edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, həmin ekspert rəyi üzrə lizinq müqvailəsinə dair xx.xx.2018-ci il tarixə əsas borcun məbləği ilə xx.xx.2016-cı il tarixə olan əsas borcun məbləği eyni məbləğ kimi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsi üzrə əsas borcun məbləği də məhz lizinq obyektinin cavabdehin qanuni sahibliyində olduğu və onun sahibliyindən iradəsinə zidd olaraq çıxdığı vaxt əsas götürülməklə müəyyən edilməli, məhz həmin dövrdə ödənilməli olan, lakin cavabdeh tərəfindən ödənilməyən əsas lizinq məbləği nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki tarixə olan dövr üzrə yaranmış əsas borcun məbləği 11328,28 manat təşkil etdiyindən, müqavilə müddəti 182 həftə təşkil etdiyindən, lizinq obyekti isə 182 həftə müddətində cavabdehin sahibliyində olmadığından, məhz cavabdehin qanuni sahibliyində olduğu dövr (30 may 2016-cı il tarxə olan dövr) əsas götürülməklə, hesablanmalıdır. Həmin tarixədək olan dövr 17 ay təşkil etmişdir. Həmçinin, iş materiallarında olan ödəniş cədvəlinin və hesabdan çıxarışın məzmunundan görünür ki, müqavilə üzrə həftəlik ödəniş məbləği 97,30 manat, aylıq isə 422 manat olmaqla, nəticə etibarilə 17 ay üzrə ödənilməli məbləğ 7174 manat-əsas borc üzrə 4008,45, faiz borcu üzrə 3165,55 manat təşkil etmiş, habelə həmin tarixə cavabdeh tərəfindən cəmi ödənilmiş məbləğ 2528,10 manat təşkil etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının özünün təqdim etdiyi sənədlərdə müqavilə üzrə ödənilməlii olan əsas borcun məbləğinin xx.xx.2016-cı il tarixə olan dövr üzrə 4008,45 manat odluğu müəyyən edildiyindən, bu hal iş materialları əsasında öz təsdiqini tapdığından (müvafiq eskpert rəyi dövrlər nəzərə alınmaqla, hesabdan çıxarış və digər) cavabdeh tərəfindən isə həmin borcun ödənilməsinə dair heç bir sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi lizinq müqaviləsi üzrə yaranmış borcun məbləğini qeyd edilən məbləği əsas götürməklə, müəyyən etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bizirinci instansiya məhkəməsinin qətnaməsi lizinq müqvailəsi üzrə yaranmış əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi müqvailə üzrə yaranmış faiz borcun məbləğinin müəyyən edilməsi zamanı iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış və ödəniş cədvəlini əsas götürməklə, iddia tələbi həddində 1021,80 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq kespert rəyinin məzmunundan görünür ki, xx.xx.2016-cı il tarixə olan faiz borcunun məbləği 459,60 manat, xx.xx.2018-ci il tarixədək olan faiz borcunun məbləği 1021,80 manat təşkil etmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, müqavilə üzrə yaranmış əsas borcun məbləğini xx.xx.2016-cı il tarixə olan dövr üzrə müəyyən etsə də, faiz borcun məbləğinin xx.xx.2018-ci il tarixədək yaranmış faiz borcunun məbləğini əsas götürmüşdür. Bu hal isə yuxarıda müəyyən edilmiş işin halları baxımından uyğun olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, lizinq müqvailəsi üzrə yaranmış faiz borcunun məbləği məhz ekspert rəyi əsas götürülməklə, lizinq obyektinin cavabdehin qanuni sahibliyindəndən onun iradəsinə zidd olaraq çıxdığı 30 may 2016-ci il tarixə olan məbləğ əsasında müəyyən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli, faiz borcunun məbləği 459,60 manat müəyyən edilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi hallar yuxarıda istinad olunan iş materialları əsasında və işin müəyyən edilmiş halları əsasında təkzib olunduğundan təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən müqavilə üzrə yaranmış faiz borcunun məbləğinə aid hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməli, qalan mübahisələdirilən müqavilə üzrə yaranmış əsas borcun məbləğinin müəyyən edilməsi hissədində əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti lizinq müqaviiləsi üzrə borcun tutulması ilə bağlı iddia tələbinin təmin olunmayan hissəsində təmin edilməməli, Cavabdeh1 apellyasiya şiakyəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi lizinq müqaviləsi üzrə yaranmış faiz borcunun məbləğinin müəyyən edilməsinə aid hissədə dəyişdirilməli, əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmçinin, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçının özünə və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçü ödənilmiş 16 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti İddiaçı MMC və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti lizinq müqvailəsi üzrə borcun tutulması hissəsində təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)-2804/2020 saylı qətnaməsi Cavabdeh1 26 dekabr 2014-cü il tarixli lizinq müqvailəsi üzrə yaranmış 1021,80 manat faiz borcunun tutulmasına aid hissədə dəyişdirilsin. Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsinə dair yaranmış faiz borcu üzrə 459,60 (dörd yüz əlli doqquz) manat 60 qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçınə verilsin. Qətnamə Cavabdeh1 26 dekabr 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə əsas borc olaraq 4008.45 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçının özünə və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçü ödənilmiş 16 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti İddiaçı MMC və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-646/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-646/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver