Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-647/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı2, onun vəkili X10, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,18 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışlar ki, 11 iyul 1972-ci ildə tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından Cavabdeh1, X54 oğlu və X23 anadan olmuşlar. Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi əvvəllər İddiaçı1 anası X5 mülkiyyətində olmuşdur və anası 17 fevral 1978-ci ildə vəfat etdikdən sonra həmin ev miras əmlak olaraq İddiaçı1 qalmışdır və İddiaçı1 həmin mirası faktiki olaraq qəbul edib idarə etmişdir. Anası vəfat edərkən 1973-cü ildə anadan olmuş oğlu Cəmilin 5 yaşı olmuşdur. Ona məlum olmayan səbəblərdən təsərrüfatbaşına kitabda anasının adı mötərizəyə alınaraq üstündə Cavabdeh1 yazılmışdır. Bu barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 23 noyabr 2017-ci il tarixli, 2026 saylı arxiv arayışı vardır. Qeyd edilən ev anası X3 İddiaçı1 miras qalmışdır. Quba rayonu İHB-nın İ Nüqədi İƏD üzrə nümayəndəliyinin 868 saylı, 13.10.2017-ci il tarixli arayışına əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan yaşayış evi əvvəllər anası X5 mülkiyyətində olmuşdur. 2009-cu ildə X8 məxsus yaşayış evi yararsız vəziyyətə düşdüyündən 2010-cu ildə İddiaçı1 tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Quba filialının 23 noyabr 2017-ci il tarixli, 2026 saylı arxiv arayışından görünür ki, Quba rayonu, İ Nügədi kəndi sovetinin 1977-1979-cu illər üzrə 6 nömrəli təsərrüfatbaşına kitabda X12 334 saylı təsərrüfatın başçısı olub, şəxsi mülkiyyətində 1957-ci ildə tikilmiş yaşayış evi olduğu qeyd edilmişdir. Təsərrüfat başçısı X12 17.02.1978-ci ildə ölmüş, onun adı mötərizəyə alınaraq üst hissədə Cavabdeh1 adı yazılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Quba filialının 29 sentyabr 2017-ci il tarixli, 1739 saylı arxiv arayışında göstərilir ki, Quba rayonu, İ Nügədi kənd ZDS İcraiyyə Komitəsinin İ Nügədi kəndinə aid 1969-1971-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabda X12 334 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində iki mərtəbəli, 1957-ci ildə tikilmiş yaşayış evi olmuşdur. Həmin təsərrüfatda X2 Bibixanım Ələsgər qızının qızı kimi göstərilmişdir. Quba rayonu İ Nügədi bələdiyyəsində tərtib və təsdiq olunmuş 07 iyul 2009-cu il tarixli aktdan görünür ki, İddiaçı1 yaşadığı ev çox köhnə olduğundan yaşayış üçün yararsız olması, istismar müddətini başa vurduğundan və müasir tələblərə cavab vermədiyindən sökülərək icazə sənədləri əsasında yeni yaşayış evinin tikintisi məqsədəuyğun hesab edilmişdir. 2009-cu ildə alınmış razılığa əsasən X3 miras qalmış yaşayış evi yararsız vəziyyətə düşdüyündən İddiaçı1 tərəfindən sökülərək yenidən inşa edilmişdir. 02 oktyabr 2017-ci il tarixli Quba rayonu, İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş kənd sakinləri tərəfindən imzalanmış aktda Quba rayonu İ Nügədi kəndi C.Cabbarlı küçəsi 1-də olan 0,18 ha həyətyanı torpaq sahəsində tikilən evdə İddiaçı1 yaşaması və 63 il əvvəl İddiaçı1 həmin ünvanda anası X8 məxsus olan evdə anadan olması və hal-hazıra kimi həyat yoldaşı İddiaçı2 ilə birlikdə yaşaması göstərilmişdir. Həmin aktda qeyd edilir ki, Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 uşaqları ilə birlikdə qeyd edilən evdə yaşamamışlar. Quba rayonu İHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəsinin verdiyi 19.09.2017-ci il tarixli, 791 nömrəli arayışına əsasən Bakı şəhərində qeydiyyatda olan Cavabdeh1 adına həmin tarixə Quba rayonu İ Nügədi kəndində heç bir həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi yoxdur. Quba rayonu İ Nügədi kənd sakinləri X13, X21, X11, X16 və X22 tərəfindən tərtib edilmiş və səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilmiş 02 oktyabr 2017-ci il tarixli aktda göstərilir ki, Cavabdeh2 Cavabdeh1 ilə 1999-cu ildə ailə qurduqdan sonra İddiaçı1 məxsus Bakı şəhərindəki evə gəlin köçmüşdür. 1999-cu il tarixdən 2017-ci il tarixədək Cavabdeh2, Cavabdeh1 və onların övladları İddiaçı1 məxsus Quba rayonu, İ Nügədi kəndi, C.Cabbarlı küçəsi 1-də olan 0,18 ha həyətyanı torpaq sahəsində tikilən evdə yaşamamışlar, onlar 63 il əvvəl İddiaçı1 həmin ünvanda anası X8 məxsus olan evdə anadan olmasının və hal-hazıra kimi həyat yoldaşı İddiaçı2 ilə birlikdə qeyd edilən evdə yaşamasının şahididirlər. Göründüyü kimi, İddiaçı1 əri İddiaçı2 Minac oğlu ilə birlikdə mərhum anasından qalan evdə daimi yaşamağı kənd sakinləri tərəfindən də təsdiq edilir. Bu da həmin ev üzərində onların istifadə hüquqların xeyli əvvəl yarandığını, davam etdiyini və hazırda da mövcud olduğunu mübahisəsiz şəkildə təsdiq edir. İddiaçı1 anasından miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə əri birlikdə yaşamağı və anasından sonra mirası faktiki olaraq qəbul edərək idarə etməyi mübahisəsiz və təkzib edilməz haldır. Quba RİHB Aparatının memarlıq və tikinti şöbəsinin böyük mühəndisi Fikrət Qurbanovun, Quba RİHB-nın İ Nügədi İƏV üzrə nümayəndəliyinin işçisi Alik Qəhrəmanovun, Quba rayonu, İ Nügədi bələdiyyəsinin üzvü Qüdrət Umaratovun, Quba rayonu, İ Nügədi kənd sakini Abdulağa Abduləzimovun iştirakı ilə tərtib edilmiş və Quba rayonu, İ Nügədi bələdiyyəsi tərəfindən təsdiq edilmiş 01 iyul 2009-cu il tarixli akt da onların daimi olaraq anasından miras qalmış əmlakda yaşadıqlarını sübut edir. Cavabdeh2 digər cavabdeh olan Cavabdeh1 ilə 09.10.1999-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Ailə qurduqdan sonra cavabdehləri mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 21 saylı evdə yerləşən 4 və 5 saylı mənzilə köçürmüş və cavabdehlər orada yaşamışlar. Cavabdeh1 səlahiyyətli dövlət orqanlarına ünvanlanladığı və 23.09.2017-ci il tarixdə Quba rayon notariat kontorunda təsdiq edilmiş ərizəsində göstərir ki, o, 1999-cu ildə Bakı şəhərində ailə qurmuş, Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsi, mənzil 1-də yaşamağa şərait olmadığı üçün özləri həmin mənzildə yaşamaqla Bakı şəhərində anası İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda 4 və 5 saylı mənzilləri ona və həyat yoldaşı Cavabdeh2 içərisinin mebel, televizor və bütün lazım olan avadanlıqları ilə birlikdə bağışlayıb evdən çıxmışdır, ona görə də anası İddiaçı1, atası İddiaçı2 Minac oğlundan, bacısı Məhbubədən, qardaşı Şamildən heç bir tələbi və mülki iddiası yoxdur və heç vaxt olmayacaqdır. Cavabdeh1 həyat yoldaşı Mətanətlə həmin mənzildə yaşadığı müddətdə onların maddi köməkliyi ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917 C məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən 1 nömrəli binanın ümumi sahəsi 200 kv.metr olan 4 nömrəli mənzilinə dair “Kooperativ binada mənzil tikintisi haqda” 15 iyul 2004-cü il tarixli, 32 saylı müqavilə bağlayaraq 4 otaqlı kooperativ mənzili tikdirmişdilər. Mənzil hazır olduqdan sonra cavabdehlərə bağışladıqları Cavadxan küçəsindəki mənzilləri satıb kooperativ mənzilin pulunu tam ödəmiş və həmin mənzilə köçüb orada yaşamağa başlamışdılar. Göründüyü kimi, valideyn olaraq cavabdehlər üçün öz vəsaitləri hesabına hər cür şərait yaratmışlar. Belə ki, əvvəl mülkiyyətlərində olan mənzilləri cavabdehlərə bağışlamış, sonra isə daha yaxşı şəraitli mənzildə yaşamaları üçün yeni kooperativ mənzil tikilməsini maliyyələşdirmişlər. Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 aldığı etibarnamə əsasında Cəmilin məlumatı və xəbəri olmadan 16 iyul 2016cı ildə kooperativ binadakı 4 otaqlı mənzili 325.000 manata satmışdır. Mənzil satılan vaxt Cavabdeh1 Azərbaycanda olmamışdır. Mətanətin atası X48 aparmışdı ki, orada biznes qursunlar. Mənzil satıldıqdan sonra Adil Bakıya qayıtmış, Cəmil isə Türkiyədə qalmışdı. Hətta həmin vaxtlarda X28 və atası Adilin adına 40000 ABŞ dolları göndərmişdi. Mənzil satıldıqdan bir müddət sonra Cavabdeh2 qeydiyyatda Bakı şəhərində olsa da, anadan olduğu Ağdam Rayon Məhkəməsinə nikahın pozulmasına dair iddia ilə müraciət edərək həyat yoldaşı Cavabdeh1 bu barədə məlumatı və xəbəri olmadan 10 gün ərzində məhkəmənin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə boşanmışdır. Bu işlərin hamısı məqsədli şəkildə həyata keçirilmiş və Qubadakı evinin də zəbt olunması əvvəldən planlaşdırılmışdı. Cavabdeh1 Türkiyədən qayıdıb Bakıya gəldikdə evin satıldığını və Mətanətin boşandığını müəyyən etmiş, bundan sonra Qubaya gəlib başına gələnləri və vəziyyəti onlara danışmışdı. Cavabdeh1 notariat kontoruna gedərək səlahiyyətli orqanlara ünvanlanmış 04.08.2017-ci il və 23.09.2017-ci il tarixli ərizələrini təsdiq etdirib onlara vermişdir. 04 avqust 2017-ci il tarixdə notariatda təsdiq edilmiş ərizəsində Cavabdeh1 göstərir ki, Quba rayonu İ Nügədi kəndində tikilmiş bir mərtəbəli yaşayış evinin tikintisinə o, bir manat da pul xərcləməmiş, ona görə də anası İddiaçı1 və atası İddiaçı2 Minac oğlundan heç bir tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Cavabdeh2 yaşadıqları kooperativ mənzili 360.000 manata satdıqdan sonra mənzilin pulunun hara verildiyi barədə heç bir məlumatları yoxdur. Qeyd edilən pula Bakı şəhərində hər bir şəraiti və avadanlığı ilə ayrı ayrılıqda hər uşağına bir mənzil almaq mümkün idi. 08 iyul 2017-ci ildə Cavabdeh2 Cəmildən boşanıb ailə münasibətlərinə son qoyulmasına baxmayaraq onlar Bakıda olan vaxt evdə olmamalarından istifadə edərək anasından miras qalmış və onun adına sənədləşdirilmiş ünvan 3 ünvandakı evin pəncərəsini sındırıb evi zəbt etmişdir. Bu barədə qonşular onlara xəbər vermişlər və o da 102 xidmətinə evinin zəbt olunması barədə məlumat vermişdir. Polislər məsələ ilə bağlı gəldikdə Mətanət Cəmildən boşanmasını gizlədərək ləğv olunmuş nikah şəhadətnaməsini göstərmiş və evin gəlini olduğunu bildirmişdir. Mətanət boşandıqdan sonra ünvan 4 ünvana qeydiyyata düşmüşdür və Mətanətə Ağdam RPŞ tərəfindən 26.07.2017-ci il tarixli, AZE ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin şəxsiyyət vəsiqəsində də Mətanət subay kimi göstərilir. Ancaq hansısa vasitə ilə köhnə vəsiqəsini saxlamış və polislər gələn vaxt ləğv olunmuş nikah şəhadətnaməsi ilə birlikdə köhnə vəsiqəsini də təqdim edərək Cəmilin həyat yoldaşı olduğunu, evin də Cəmilin olduğunu bildirmişdir. Mətanət öz məqsədinə çatmaq üçün və müəyyən sənədləri əldə etmək niyyəti ilə Cəmili uşaqları görmək adı ilə aldadaraq evə çağırmış və həmin vaxtdan onu evdən bayıra buraxmayaraq girov kimi saxlayır. Cavabdehlər həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi üzərində istifadə hüquqları mövcud olmasına baxmayaraq, həmin evdə yaşamaqla istifadə etməklərinə maneəçilik törədir, onları həmin evə buraxmayaq istifadə hüquqlarını kobud surətdə pozur, onlara ziyan vuraraq, evi və evdə olan əmlaklarını qəsdən dağıdıb məhv edirlər. Cavabdehlər onların həmin evdə olmamağından sui-istifadə edərək evə qanunsuz daxil olaraq onları evə buraxmaqdan imtina edir və həmin evdən istifadə etmələrinə maneçilik törədir. 08 iyul 2017-ci il tarixindən indiyədək onlar Quba rayonu, İ Nügədi kəndi, Maksim Qorki küçəsi, ev 24, mənzil 4-də hər ay 250 manat kirayə haqqı ödəməklə həmin mənzildə müvəqqəti yaşamağa məcbur olmuşlar və bu vəziyyətin nə qədər davam edəcəyi onlara məlum deyildir. Cavabdehlərin qeyd edilən qanunsuz əməlləri nəticəsində onlar 08 iyul 2017-ci il tarixdən bu günə kimi başqa yerdə müvəqqəti yaşamağa məcbur qalmışlar. Cavabdehlər heç bir qanuni əsas olmadan yuxarıda qeyd edilən qanunsuz əməllərə yol verməklə onları fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə daxil olmağa imkan vermir və həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə qanunsuz və əsassız olaraq maneələr yaradır və onlar qeyd edilən daşınmaz əmlaklar üzərində olan istifadə hüquqlarından mərhum olmuşlar. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onlar rəsmi nikaha daxil olmuşlar və nikahları Bakı şəhəri, Səadət sarayında 09 oktyabr 1999-cu il tarixdə qeydə alınmış, həmin tarixdən bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından 13.05.2001-ci il tarixdə X39, 25.10.2008-ci il tarixdə X34, 25.10.2010-cu il tarixdə X35 və 06.04.2014-cü il tarixdə X40 anadan olmuşlar. Onlar birgə nikahda olduqları zaman ünvan 6 ünvanında yerləşən mənzili şəxsi vəsaitləri hesabına almışlar. Bundan başqa, Cavabdeh1 adına Quba rayonu, İ Nügədi kəndində JN-1617 saylı şəhadətnaməyə əsasən 0,18 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmiş olsa da, üzərində inşa edilən fərdi yaşayış evi birgə nikah dövründə əldə etdikləri vəsait hesabına inşa edilmişdir. ünvan 6 ünvanında yerləşən mənzil İddiaçı2 tərəfindən satılmışdır. Onların və dörd azyaşlı uşaqların qalmağa başqa yaşayış yeri yoxdur. Hazırda birgə nikah dövründə əldə etdikləri Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə uşaqları ilə birlikdə yaşayırlar. Cavabdeh1 birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evini öz adına sənədləşdirilməsi üçün atası İddiaçı2 adına 23 may 2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda baş etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən onların razılığı olmadan birgə nikah dövründə əldə etdikləri torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1 adına rəsmiləşdirilmişdir. Bundan başqa, Quba Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qanunsuz olaraq İddiaçı1 ilə Cavabdeh1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışın və İddiaçı1 adına verilmiş fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsinə dair JN-1032F saylı, kodu 30319018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(027)-200/2018 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi və evdən çıxarılma tələblərinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1032F saylı, kodu 30319018 olan şəhadətnamənin, Cavabdeh1 adından Quba rayon notariat kontorunda 23.05.2017-ci il tarixdə verilmiş 8071 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 ilə İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı1 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(105)- 2852/2018 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirmədən saxlamışdır. İddiaçı1 və İddiaçı2 Sumqayıt Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(105)-2852/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(102)-2582/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(105)-2852/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların Quba rayonu, İ Nügədi kəndi Şıxəli Qurbanov küçəsində yaşayış mülkləri olmaqla yanaşı, mülkiyyətlərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 saylı evin 62 saylı mənzili vardır, bu mənzildə yaşamaqla qeydiyyatdadırlar. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq ərizə ilə müraciət edərək göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona və Cavabdeh2 qarşı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasını qəbul etmir, İddiaçı1 və İddiaçı2 onun mülkiyyətində olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə razı deyildir. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh1 imzası 23.09.2017-ci il tarixdə Quba rayon notariat kontorunda təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, 1999-cu ildə Bakı şəhərində ailə qurmuş, Quba rayonu İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsi, mənzil 1-də yaşamağa şərait olmadığı üçün özləri həmin mənzildə yaşamaq şərti ilə Bakı şəhərində anası İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda 4 və 5 saylı mənzilləri ona və həyat yoldaşı Cavabdeh2 içərisinin mebel, televizor və bütün lazım olan avadanlıqları ilə birlikdə bağışlayıb evdə çıxmışdılar. Ona görə də anası İddiaçı1, atası İddiaçı2 Minac oğlu, bacısı Məhbubədən və qardaşı Şamildən heç bir tələbi və mülki iddiası yoxdur, heç vaxtda olmayacaqdır. İş materiallarında olan Cavabdeh1 imzası 04.08.2017-ci il tarixdə Quba rayon notariat kontorunda təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində tikilmiş 1 mərtəbəli yaşayış evinin tikintisinə bir manat da pul xərcləməmiş, ona görə də anası İddiaçı1 və atası İddiaçı2 Minac oğlundan heç bir tələbi və mülki iddiası yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 03 iyun 2019-cu il tarixli, 987 saylı arxiv arayışının surətindən görünür ki, Quba rayonu, İ Nügədi kənd X19 İcraiyyə Komitəsinin 1969-1971-ci illər üzrə İ Nügədi kəndinə aid 5 saylı təsərrüfatbaşına kitabda X14 334 saylı təsərrüfatın başçısı olub və onun X45 və X9 ibarət ailə tərkibi olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 29 sentyabr 2017-ci il tarixli, 1739 saylı arxiv arayışının surətindən görünür ki, Quba rayonu, İ Nügədi kənd X19 İcraiyyə Komitəsinin İ Nügədi kəndinə aid 1969-1971-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabında X14 334 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində iki mərtəbəli, 1957-ci ildə tikilmiş evinin olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda İddiaçı1 X6 qızı kimi göstərilmişdir. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 13.10.2018-ci il tarixli, 868 saylı arayışının surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan yaşayış evi əvvəllər X5 mülkiyyətində olmuşdur. 2009-cu ildə X8 məxsus olan yaşayış evi yararsız vəziyyətə düşdüyündən 2010-cu ildə İddiaçı1 tərəfindən inşa edilmişdir. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 02.10.2017-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh2 X52 oğlu ilə 1999-cu ildə ailə qurduqdan sonra İddiaçı1 məxsus Bakı şəhərindəki evinə gəlin köçmüşdür, 1999-cu ildən 2017-ci il tarixədək Cavabdeh2, Cavabdeh1 və onların övladları İddiaçı1 məxsus Quba rayonu İ Nügədi kəndi C.Cabbarlı küçəsi 1-də olan 0.18 ha həyətyanı torpaq sahəsində tikilən evdə yaşamamışlar. İddiaçı1 63 ildir İddiaçı2 ilə X8 məxsus olan həmin evdə yaşamışdır. İş materiallarında olan Quba rayonu İ Nügədi kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, İddiaçı1 yaşadığı ev yaşayış üçün yararsız olduğundan, həmin evin sökülməsi üçün evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, yaşayış evi 2 mərtəbəli olub, divarları saman kərpicindən, bünövrəsi but daşından, dam örtüyü şifer materialındandır. Yaşayış evi 1930-cu illərdə tikilmişdir. Evin 1ci mərtəbəsi köməkçi sahə kimi istifadə olunmuşdur. 2-ci mərtəbədə yaşayış sahəsi 12,0 m2 və 15 m2 olan iki otaqdan və sahəsi 6.0 m2 olan kiçik dəhlizdən ibarətdir. Evin bünövrə və divarlarının deformasiyaya uğraması nəticəsində divarlarda dərin çatlar əmələ gəlmişdir. Evin ağac materialından olan konstruksiyalarının çürüməsi müşahidə edilir. Dam örtüyü çatı ayaqlarının əyilməsi nəticəsində yararsız hala düşmüşdür. Yaşayış evi istismar müddətini başa vurduğundan və müasir tələblərə cavab vermədiyindən sökülərək icazə sənədləri əsasında yeni yaşayış evinin tikintisi məqsədə uyğun hesab edilmişdir. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən evi X17 fəhlələri ilə birlikdə inşa etmişdir. Tikintinin xərclərini İddiaçı1 həyat yoldaşı İddiaçı2 ödəmiş, catışmayan pula görə özünün adına olan “QAZ-3129” markalı avtomobilini usta X24 vermişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-2994/2017 saylı, 13 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 qarşı nikahın pozulması iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 arasında 09.10.1999cu ildə Bakı şəhəri Səadət sarayında 1399 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına 11 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına 29 iyun 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-200/2018 saylı, 13 mart 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi və evdən çıxarılma tələblərinə dair iddiasının təmin edilməməsi, Cavabdeh2 qarşılıqlı iddiasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 iddiasının təmin edilməsi, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN1032F KOD 30319018 saylı şəhadətnamə, Cavabdeh1 adından Quba rayon Notariat Kontorunda 23.05.2017-ci il tarixdə verilmiş 8071 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 ilə İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 1099732, ********** qeydiyyat nömrəli, 11.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(105)-2852/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 adına verilmiş JN-1032F, KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mərhum anası X4 miras qalmış ünvan 8 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının, eləcə də, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X39, X34, X35 və X29 ilə birlikdə RX seriyalı, 099732 saylı, ********** qeydiyyat nömrəli, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarına dair ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsi, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnamə, Cavabdeh1 ilə İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli 11.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(102)-1395/2019 nömrəli qərarının surətindən görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2582/2018 nömrəli, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-356/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı1 və X18 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilmiş, cavabdeh İddiaçı1 ilə X25 arasında 25.10.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestr AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 11811436, ********** qeydiyyat nömrəli, 22.11.2017-ci il qeydiyat tarixli çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(105)-332/2020 saylı qətnaməsinin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-356/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X15 apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamədə İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdiklərini göstərmişdir. Lakin iş materiallarında İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi yoxdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən İddiaçı1 hazırki mübahisəli evin yerləşdiyi torpaq sahəsində olan 2009-cu ildə sökülmüş fərdi yaşayış evində doğulmasına, həmin evdə anası ilə birlikdə yaşamasına, sonradan digər iddiaçı ilə ailə quraraq həmin evdə birlikdə yaşamağa davam etmələrinə, həmin yaşayış evi qəzalı olduğu üçün iddiaçılar tərəfindən sökülərək yeni yaşayış evi tikilməsinə, lakin buna baxmayaraq həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Hüquqların dövlət qeydiyyatıda haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Cavabdeh1 adına çıxarış verilməsinə, cavabdehlərin iddiaçıları yaşadıqları həmin evdən və torpaq sahəsindən çıxarmalarına, iddiaçıların Cavabdeh1 valideynləri olmaqla, ailə üzvləri olmasına, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən də, iddiaçıların qeyd edilən mənzilə istifadə hüquqlarının yaranmasına, iddiaçıların qeyd edilən evə istifadə hüquqlarının 2000-ci ildən əvvəl yaranmasına, sonradan hüquq münasibətləri dəyişsə də, iddiaçıların qeyd edilən mənzildən istifadə hüquqlarının itirilməsinə əsas olan halın baş verməməsinə isitnad etmiş, gəldiyi nəticəni Azərbaycan SSR-nin 1982-ci il 08 iyul tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(105)-2852/2018 saylı qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 adına verilmiş JN-1032F, KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mərhum anası X4 miras qalmış ünvan 9 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının, eləcə də, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X39, X34, X35 və X29 ilə birlikdə RX seriyalı, 099732 saylı, ********** qeydiyyat nömrəli, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarına dair ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsi, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnamə, Cavabdeh1 ilə İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli 11.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş həmin qətnamə ilə İddiaçı1 iddia tələbi ona görə rədd edilmişdir ki, İddiaçı1 X4 ünvan 9 ünvanda yaşayış evinin və həyatyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə etməsinə dair heç bir sübut təqdim etməmiş, mərhum anası B.Orucovanın vəfat edənə qədər yaşadığı mübahisəli evin yararsız olduğundan, onun ərizəsinə əsasən sökülərək yenisi ilə əvəz edilmişdir və həmin əmlak miras kütləsinə daxil olsa belə, artıq həmin əmlak sökülərək yerində yeni yaşayış evi tikildiyindən, qeyd edilən yeni yaşayış evinə miras əmlak kimi ilkin iddiaçının, yəni İddiaçı1 hər hansı hüququ tanına bilməz. Həmin iş üzrə məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kolxoz və sovxoz təsərrüfatının hesabında olan əmlaklar, həmin təsərrüfatbaşına kitabda konkret göstərilir. Həmin əmlaklar vərəsəlik qaydasında yalnız təsərrüfatın üzvlərinə (yalnız təsərrüfatbaşına kitabda göstərilən şəxslərə) ardıcıllıqla keçir. İddiaçı1 mərhum B.Orucovanın 1977-1979cu illərdə təsərrüfat üzvü olmadığından, sonuncudan miras qalmış əmlak olsa belə, ona vərəsəlik qaydasında keçə bilməzdi. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 X4 ünvan 9 ünvanda yaşayış evinin və həyatyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə edilməsinə dair heç bir sübut təqdim etmədiyindən, daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktı müəyyən edilə bilməz. Göründüyü kimi, İddiaçı1 ünvan 9 ünvanda yaşayış evi və həyatyanı torpaq sahəsindən istifadə etməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda, İddiaçı2 da həmin daşınmaz əmlaklardan isitfadə hüququnun yaranması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı1 və İddiaçı2 iddia tələbini həm də onunla əsaslandırmışlar ki, 08 iyul 2017-ci il tarixindən indiyədək onlar Quba rayonu, İ Nügədi kəndi, Maksim Qorki küçəsi, ev 24, mənzil 4-də hər ay 250 manat kirayə haqqı ödəməklə həmin mənzildə müvəqqəti yaşamağa məcbur olmuşlar, cavabdehlər heç bir qanuni əsas olmadan yuxarıda qeyd edilən qanunsuz əməllərə yol verməklə onları fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə daxil olmağa imkan vermir və həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə qanunsuz və əsassız olaraq maneələr yaradır və onlar qeyd edilən daşınmaz əmlaklar üzərində olan istifadə hüquqlarından mərhum olmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 adından Quba rayon Notariat Kontorunda 23.05.2017-ci il tarixdə verilmiş 8071 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 mübahisəli fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini 04.07.2017-ci il tarixdə İddiaçı1 bağışlamış, bundan 3 ay sonra İddiaçı1 həmin daşınmaz əmlakları X1. Həmin sənədlər isə qanuni qüvvəyə minmiş qətnamələri ilə etibarsız hesab edilmişdir. Qeyd edilən hal iddiaçıların yaşayış sahəsinə ehtiyacı olmadığını bir daha təsdiq edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,18 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına 29 iyun 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə hazırda Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evin yaşayır. Şərh olunan hallara qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-647/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-647/2021
15.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver