Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-649/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(060)-5700/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən çıxarılma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən Cavabdeh məcburi çıxarılması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu xx.xx.2019-cu il tarixində adına qeydə alınmış çıxarış təsdiq edir. Sözügedən torpaq sahəsində fərdi ev tikilmişdir. Cavabdeh atası X1 ikinci həyat yoldaşıdır. Cavabdeh ona məxsus torpaq sahəsini və torpaq sahəsi üzərində tikilmiş fərdi evi qeyri-qanuni yolla zəbt edərək torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəsinə imkan vermir. Dəfələrlə mülkiyyətçisi olduğu evdən istifadə etməyinin cavabdeh tərəfindən qarşısı alınmışdır. Hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Liman küçəsi ünvanında yerləşən torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi evdən Cavabdeh məcburi çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(060)-5700/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(060)-5700/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun hüququ məhkəmə tərəfindən qorunmamış qalmaqdadır. Belə ki, o, öz pensiyasından, həmçinin digər gəlirlərindən, bir sözlə, şəxsi vəsaitlərindən istifadə etməklə, mübahisəli daşınmaz əmlakı – evi təmir etdirmiş, evin və evin yerləşdiyi torpaq sahəsinin əhəmiyyətli dərəcədə abadlaşdırılmasını təmin etmişdir. O, həmin mübahisəli fərdi tikilidə qeydiyyatda olmasa da, həmin ev onun faktiki yeganə yaşayış yeridir. Sumqayıt şəhər İcra Hakimiyəti Mənzil- Kommunal təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin 2018 nömrəli, xx.xx.2023-cü il tarixli məlumatından da görünür ki, “22 saylı MKS-nin rəhbərliyi bildirmişdir ki, Cavabdeh xidmət sahəsində olan 41-ci məhəllə, Bakı küçəsi, yataxana 2-də pasport qeydiyyatındadır”. Lakin, yaşamır. Adına otaq yoxdur. Onun əvvələr yaşadığı otaqda hal-hazırda X2 yaşayır. X2 MKTİB tərəfindən verilmiş 31 nömrəli, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi əsasında yerləşdirilmiş və həmin otaqda pasport qeydiyyatındadır. Onunla qohumluq əlaqəsi yoxdur. O, əlildir və pensiya alır. Mənzil başqasına verildiyi üçün həmin ünvanda yaşamır. İddiaçının atası- Hüseyn Quliyevlə onun faktiki nikah münasibətləri 20 ilə yaxın davam etmişdir. Lakin 2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Mübahisəli tikiliyə köçməmişdən əvvəl onlar iddiaçının babasına məxsus - Sumqayıt şəhəri, 17-ci mikrorayonda olan 3 otaqlı mənzildə yaşamışlar. İddiaçı ilə onun kiçik qardaşı azyaşlı olmuşlar. O, iddiaçını və onun qardaşını doğma ana kimi tərbiyə etmiş, həyat yoldaşı Hüseyn Quliyevlə mehriban olmuşdur. Sonradan iddiaçı ailə həyatı qurmuşdur. Cavabdeh öz həyat yoldaşı, iddiaçının atası ilə bərabər qızının toyunu təşkil etmiş, iddiaçıya cehiz əşyaları vermişlər. Bir neçə ildən sonra iddiaçının nikahı pozulduğundan, iddiaçı valideynlərinin yanına qayıtmışdır. İddiaçı qayıtdıqdan sonra yaşadıqları mənzilin satılmasına nail olmuşdur. Həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti iki yerə bölünmüş, pulun bir hissəsi iddiaçıya, digər hissəsi isə iddiaçının qardaşına verilmişdir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən, o vaxt azyaşlı olan iddiaçıya və onun qardaşına illərlə doğma ana nəvazişi, ana qayğısı göstərən, iddiaçının toyunu belə doğma ana kimi təşkil edən o, həm həyat yoldaşı, həm də onun qızı-hazırkı iddia üzrə iddiaçı tərəfindən məkrli surətdə, qəddarcasına aldadılmışdır. Nikahın əvvəlki illərində fiziki təsirlər, döyülmə nəticəsində iki dəfə hamiləliyi “yarımçıq qalmış”, bətnindəki uşaqlarının tələf olmalarının ağrı-acısını hələ də unutmayan, qəlbinin ağrısını hazırda da yaşayan o, indi də “doğmaları “ tərəfindən yeganə yaşayış yerindən məhrum edilməkdədir. Birinci instansiya məhkəməsi bütün bu sözügedən halları, həmçinin onun tərəfindən mübahisəli yaşayış sahəsinin əhəmiyyətli şəkildə abadlaşdırılmasına xeyli vəsait sərf edilməsi halını nəzərə almamaqla, Mülki Məcəllənin 6-cı maddəsinin müddəalarını kobudcasına pozmuşdur. Birinci instansiya məhkəməsi onun və iddiaçı tərəfin əvvəl yaşadıqları mənzilin satılmasında onun heç bir etirazının olmamasını, əksinə, həmin mənzilin satılmasında, mənzilin satışından əldə edilmiş pul vəsaitinin iki yerə bölünməklə, pulun bir hissəsinin iddiaçıya, digər hissəsinin isə iddiaçının qardaşına verilməsinin təmin edilməsinə köməklik göstərən, özünün, yaxud həyat yoldaşının adına deyil, məhz iddiaçının adına torpaq və ev alınmasını faktiki təşkil edən onun mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu “görmək istəməmiş”, bununla da, nəinki qanunsuz və əsassız, hətta ədalətdən tamamilə uzaq olan yekun məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsi onun həmin normalarda təsbit edilmiş hüquqlarına əhəmiyyət verməmiş, bununla da iddiaçı mülkiyyətçi tərəfindən onun əmlak hüquqlarının pozulması artıq məhkəmə müstəvisində davam etdirilmişdir. Belə ki, birinci instansiya məhkəməsi mülki işə qərəzsiz və hərtərəfli baxsaydi, görərdi ki, mübahisəli daşınmaz əmlak üzərində xeyli müddətdir ki, onun əmlak hüququ mövcuddur. Mülki iş üzrə toplanmış sübutlar, o cümlədən, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsi də həm tərəflərin əvvəl yaşadıqları mənzilin yaşayış sahəsinin, həmçinin hazırkı mübahisə predmeti olan torpaq sahəsinin və onun üzərindəki tikilinin (evin) real bazar dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuş, əsaslı təmir, yenidənqurma, ümumiyyətlə, geniş abadlıq işlərinin təşkilatçısının məhz cavabdeh olduğunu birinci instansiya məhkəməsi nədənsə, qətiyyən nəzərə almamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli evdə sadəcə yaşayan və evin yaşayış sahəsindən tam həcmdə istifadə etməyən, həm də mənəvi haqqı çatan o, iddiaçının (mülkiyyətçinin) heç bir hüququnu pozmur. Mülkiyyətçi özü “ərköyünlük” nümayiş etdirərək, istədiyi vaxt mübahisəli evə gəlib gedir. Birinci instansiya məhkəməsi həmçinin o halı nəzərə almamışdır ki, ötən il o, iddiaçının təhriki ilə fiziki təsirə məruz qalaraq polis orqanına şikayətlə müraciət etmək məcburiyyətində qaldığından, öz ailə üzvlərinin hiddətini, nifrətini və qəzəbini “qazanmış”, nəticədə məhkəmə qaydasında evindən “qovulmaq” təhlükəsi ilə üz-üzə qalmışdır. Heç də cavan olmayan, bir neçə xəstəlikdən əziyyət çəkən onun böyük bir ədalətsizliklə üzləşdiyi də, birmənalıdır. Beləliklə də, cavabdehin əmlak və digər hüquqlarının mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməmiş qalması şübhəsiz və açıq-aşkardır. Onun Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafeləri məhkəmədə təsdiq olunmamışdır. Belə ki, məhkəmə mülki iş üzrə çəkişmə prinsipinə formal əməl edilsə də, tərəflərin bərabərliyi təmin edilməmişdir. Başqa sözlə, ona münasibətdə bərabərlik pozulmuşdur. İddiaçının tam formal cəhətdən “qanuni” görünən, əslində isə tam əsassız və ədalətdən uzaq iddia tələbinin təmin edilməsi göstərilən prosessual normaların düzgün tətbiq edilməməsinin əyani təzahürüdür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(060)- 5700/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(060)-5700/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1001 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 996 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1988-ci il tarixdə anadan olmuş, 22 sentyabr 2022-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, AZ 5021, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam payda İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikası, Zərdab rayonu, Seyidlər kəndində anadan olmuşdur. Sumqayıt şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsinin 2018 nömrəli, xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 22 saylı MKS-nin rəhbərliyi bildirmişdir ki, Məmmədova Adilə Ağabala qızı xidmət sahəsində olan 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 2-də pasport qeydiyyatındadır. Lakin yaşamır. Adına otaq yoxdur. Onun əvvəllər yaşadığı otaqda hal-hazırda X2 yaşayır. X2 MKTİB tərəfinən verilmiş 31 nömrəli, xx.xx.2022- ci il tarixli kirayə müqaviləsi əsasında yerləşdirilmiş və həmin otaqda pasport qeydiyyatındadır. Məmmədova Adilə ilə qohumluq əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, işin materiallarından göründüyü kimi, torpaq sahəsi iddiaçıya məxsusdur. Odur ki, mülkiyyət hüququ ilə iddiaçı ona məxsus torpaq sahəsindən və üzərində inşa edilmiş yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli sahədən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə həmin sahədən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün Cavabdeh torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalıdır. İşdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsi üzərində iddaçı İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********56 reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Beləliklə də, Mülki Məcəllənin 139-1.1.3.-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, İddiaçı mübahisəli torpaq sahəsi üzərində rəsmi dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququnun olması hazırki mülki işin mübahisələndirilməyən tərəfidir. İddiaçı iddia ərizəsindən göründüyü kimi, o, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını istəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ hissəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası işin yuxarıda araşdırılan faktiki hallarına və tətbiq olunan maddi hüquq normalarına əsasən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi mübahisəli daşınmaz əmlakı – evi təmir etdirməsi, evin və evin yerləşdiyi torpaq sahəsinin əhəmiyyətli dərəcədə abadlaşdırılması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər üzrə sübutetmə vəzifəsi daşıyan cavabdeh mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də mübahisə predmeti olan fərdi yaşayış evində faktiki olaraq yaşamağa subyektiv hüququ yoxdur. Fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olmasa da, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən iddiaçının həmin yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(060)-5700/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-649/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-649/2024
06.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver