Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-651/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X5 və X6 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Almaz qızının cavabdehlər Cavabdeh, X1 və X4 qarşı vərəsəlik haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.İ.İsmayılov) İddiaçı Almaz qızının cavabdehlər Cavabdeh, X1 və X4 qarşı vərəsəlik haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Almaz qızı cavabdehlər Cavabdeh, X1 və X4 qarşı vərəsəlik haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh və S.Q.Qasımzadənin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)- 2638/2020 saylı mülki iş üzrə icraatın Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-1216/2018 saylı mülki işdə baxılan iddia tələbləri üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında İddiaçı Almaz qızının cavabdehlər S.Q.Qasımzadə (Tağıyeva), X1 və Cavabdeh qarşı vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsasında mülki işə baxılır. Bununla əlaqədar olaraq məhkəmənin nəzərinə çatdırılır ki, hal-hazırki iddia tələbinin qaldırılması üçün əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(060)-1216/2018 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı Almaz qızının və X3 cavabdehlər X2 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «qərarın qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi qismən təmin olunmuş, Sumqayıt şəhər XDS İK-nın xx xxxxxxxx 1990-cı il tarixli 15.517.3 saylı qərarının 31-ci bəndinin «vətəndaş Q.İ.Qasımovun istifadəsindədir» hissəsi etibarsız hesab edilmiş və Q.İ.Qasımovun adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 26ya dair DTİ və MHQ İdarəsi tərəfindən verilmiş 237 nömrəli, xx xxxxxxxx 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmişdir. Eyni zamanda sözügedən məhkəmə qətnaməsi ilə ilkin iddia üzrə cavabdehin hüquqi varisi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmamışdır. Cavabdeh və mübahisələndirilən fərdi yaşayış evinin paylı mülkiyyətçisi olan S.Q.Qasımzadə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən iş üzrə məhkəmə prosesinə cəlb edilmədiyindən, çıxarılmış məhkəmə qətnaməsinin hüquqlarına və qanuni maraqlarına toxundugunu hesab edərək həmin qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(105)-2685/2020 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən İddiaçı və S.A.Kərimovun «qərarın qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edildiyi hissədə ləğv olunmuş, həmin hissədə məhkəmə aidiyyəti qaydaları pozulduğundan, iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, hər iki məhkəmə işi üzrə mübahisə predmeti eyni torpaq sahəsi təşkil etdiyindən, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2638/2020 saylı mülki iş üzrə icraat yuxarıda qeyd olunan Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)- 1216/2018 saylı mülki iş üzrə verilən iddia tələbləri üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə iş üzrə icraatı dayandırdıqda haqlı olmamışdır. Bu iş arasında hər hansı bir əlaqə yoxdur və bir işin baxılması digər işin baxılmasını qeyri-mümkün etmir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(060)-2638/2020 saylı qərardadını ləgv edib, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh, İ.Q.Tağıyev, S.Q.Tağıyeva və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli 2(105)-2685/2020 saylı bildirişinin surətindən görünür ki, iddiaçılar İddiaçı və S.A.Kərimovun cavabdehlər Q.İ.Qasımova və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «qərarın qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən digər mülki işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb yekun qərar çıxarılanadək hazırkı iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 254.1.4, 263-264 maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı Almaz qızının şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(060)- 2638/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-651/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-651/2021
11.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver