Məhkəmə qərarları › İş №2(105)-655/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-655/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-655/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: X2 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cəlb edilməklə tat etnik qrupuna mənsub azərbaycanlı olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Aydın Babayev) X1 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçinin yaşayış ünvanı Saatlı şəhəri, A.Abuzərov küçəsi, ev 91 kimi müəyyən olunmuşdur. X2 qərardaddan şikayət verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi. ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 şəhəri, A.Abuzərov küçəsi, ev 91 ünvanında sadəcə müvəqqəti olaraq məskunlaşmış və hazırda Rusiyadadır, lakin 1963-cü ildə Quba rayonunun Güləzi kəndində anadan olmuş və həmçinin onun hər iki valideyni də Quba rayonunun Güləzi kəndində anadan olmuşdur. Onun tat etnik qrupuna mənsub olması haqqında sübutlar, o cümlədən ailə arxiv sənədləri və digər hüquqi dəlillər məhz Quba rayonunda yerləşən aidiyyəti orqanlarda saxlanılır. Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. O, Rusiya Federasiyası vətəndaşıdır və Saatlı şəhəri, A.Abuzərov küçəsi, ev 91 ünvanında qeyd olunan maddə üzrə müvəqqəti olaraq qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin e-2(027)-1171/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, ərizəçi X4 ərizəsi icraata qəbul edilməsi xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, ərizəçinin özünün qeyd etdiyi kimi o, Rusiya Federasiyasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasında olarakən müvəqqəti qeydiyyata Saatlı şəhəri, A.Abuzərov küçəsi, ev 91 ünvanında müvəqqəti qeydiyyata düşür ki, hazıkı ərizədə də müvəqqəti olduğu yer kimi həmin ünvanı qeyd etmişdir. Buna görə də ərizəçinin Azərbaycan Respublikasında müvəqqəti olduğu yer Saatlı rayonudur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-1171/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar