Məhkəmə qərarları › İş №2(105)-665/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-665/2025

21.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-665/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbulu müddətinin bərpası tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5691/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova Nüşabə Sübhan qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X3 və İbrahimova Nüşabə Sübhan qızına qarşı miras əmlakın qəbulu müddətinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən X2 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən imtinasının qanunsuz sayılması və mərhum X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən,sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evinin və sahəsi 987 kvadrat metr torpaq sahəsinin tərəflərindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(060)-5691/2024 saylı qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilərək, mərhum X1 miras qalmış əmlakın (Sumqayıt şəhəri,Corat qəsəbəsi, ünvanında yerləşən sahəsi 103,4 kvadrat metr olan fərdi yaşayış evi və sahəsi 987 kvadrat metr olan torpaq sahəsi) İddiaçı3 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və müddətin uzadılması, iddia tələbinin qalan hissədə təmin edilməməsiqət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova Nüşabə Sübhan qızı Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(060)-5691/2024 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddəti üzrlü hesab edib, müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən şikayət vermək üçün müəyyən edilmiş müddətlər qeyri-iş gününə təsadüf etmişdir. O, şikayət üçün müddəti anlaya bilməmiş və müddəti üzürlü səbəblərdən ötürmüşdür. O, həmçinin hər gün işdə olduğundan, qətnamədən şikayət verə bilməsi üçün vaxtının az olması da nəzərə alınmaqla, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5691/2024 saylı, 03 mart 2025-ci il tarixli qərardadı təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(060)-5691/2024 saylı qətnaməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova Nüşabə Sübhan qızına (Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 58) rəsmi qaydada göndərilmiş, sözügedən qətnamə Nüşabə İbrahimova tərəfindən xx.xx.2025-ci il tarixdə şəxsən imza edilməklə qəbul edilmişdir. İbrahimova Nüşabə Sübhan qızının apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə, elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Nəticədə qətnamədən 1 aylıq apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Belə ki, iddiaçının apellyasiya şikayəti verməsi üçün son müddət xx.xx.2025-ci il tarixə təsadüf etmişdir. Lakin iddiaçı bu müddətə əməl etməmiş, onun qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizəçi apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətini hər gün işdə olması və şikayət edə bilməsi üçün vaxtının az olması ilə əsaslandırmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova Nüşabə Sübhan qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5691/2024 saylı, 03 mart 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə buraxılmış müddətin bərpasına dair ərizəyə baxan zaman bir çox faktiki halları nəzərə almadan qərardad qəbul etmişdir. Belə ki, ərizədə də göstərildiyi kimi şikayət elektron sistemə yüklənən zaman elektron sistemdə yaranan problemlər səbəbindən təsdiq olunması mümkün olmamışdır. Dəfələrlə ərizə yenidən tərtib edilmiş və sistemdə təsdiq olunmasına çalışılsa da bu mümkün olmamışdır. Nəzərə alınmalı idi ki, şikayət qısa müddətin ötürülməsi ilə verilmişdir. Bu hal tərəfin şikayət vermək istəyinin olmasını, şikayətin verilməsinin uzadılmasında isə marağının olmamasının göstəricisidir. Bu hallar nəzərə alınsa idi buraxılmış müddət bərpa ediləcək idi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5691/2024 saylı, 12 mart 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5691/2024 saylı, 03 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, 06 fevral 2025-ci il tarixi həftənin 4-cü gününə təsadüf etmiş, həmin gün, eləcə də həmin günün səhəri 07 fevral 2025-ci il tarixi də iş günü olmuşdur. Həmçinin iş materialların alavə edilmiş etibarnamə və orderdən görünür ki, üçüncü şəxs Vəkil2 ilə hüquqların müdafiəsi üçün müqavilə bağlamış, xx.xx.2024-cü il tarixdə təmsil edilmə ilə bağlı etibarnamə verilmişdir. Bununla da müəyyən edilir ki, üçüncü şəxsin hüquqlarının müdafiəsi ilə bağlı vəkili olmuşdur. Belə olan halda onun qətnamədən şikayət vermə müddətini anlaya bilməməsi barədə dəlilləri inandırıcı hesab edilə bilməz. Qeyd edilən hal həmçinin şikayətçinin hər gün işdə olması və bununla əlaqədar olaraq apellyasiya şikayəti verməsi üçün hər hansı bir zaman məhddiyyətinin olması faktını da istisna etmişdir. Digər tərəfdən apellyasiya şikayətinin vaxtında verilməməsinin səbəbi kimi “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaranan texniki nasazlıq qeyd olunsa da bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hərçənd ki, şikayətçinin bu dəlili prosessual müddətin bərpasında diar ərizədə göstərilə səbəblərən fərqli olmuşdur. Qeyd edilən fakt da şikayətçinin qətnamədən şikayət verməsi üçün ötürdüyü prosessual müddətin üzürlü olmamasını təsdiq etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsini məhkəmədə sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin isə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

133. Qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5691/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar