Məhkəmə qərarları › İş №2(105)-666/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-666/2021

08.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-666/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi B.Seyfullayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia ərizəsinin təmin edilməsi, İddiaçı yaşadığı Quba rayonu Üçgün kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 540 (beş yüz qırx) manat borc pulun silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh «Cavabdeh” İstehsalat Birliyinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əməkdaşları tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə ******* nömrəli akta əsasən qanunsuz hesablanmış 540 (beş yüz qırx) manat borcun abonent hesabımdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba rayonu Üçgün kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Hal-hazırda işi ilə və uşaqlarınn təhsii ilə əlaqədar müvəqqəti olaraq, Bakı şəhərində yaşayır. Üçgün kəndində yaşadığı ev qaynatası X1 adınadı. O, hazırda Rusiyadadadır. O, iki uşağı ilə həmin evdə yaşayır. İstifadə etdiyi qazın istehlakçısı odur. Həmin evə müqavilə ilə 2013-cü ildə qaz xətti çəkilmiş sayğac quraşdırılmış, həmin vaxtdan sayğac üzrə istifadə etdiyi qazın pulunu ödəmişdir. 2018-ci ildə evinə gələrkən, küçədə quraşdırılmış qaz sayğacının sındırıldığını görmüşdür. Bu barədə X5 idarəsinə məlumat vermişdir. X6 idarəsinin əməkdaşları məlumatın əsasında sayğaca baxış keçirmiş, sayğacı ekspertizaya göndərilməsi üçün çıxarıb aparmışlar. Bundan iki ay sonra 2018-ci ilin oktyabr ayında QQİ-dən ona zəng edərək sayğacda deşik olduğunun müəyyən edildiyini bildirmişlər. xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh-nin işçiləri yaşadığı evə gələrək sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədən deşilməsi adı ilə müvafiq akt tərtib etmişlər. Akta əsasən ona 5400 kub metr qaz sərfiyyatının itkisi kimi 540 manat ziyan hesablanmışdır. Həmin akta etirazını bildirmiş və aktı imzalamaqdan imtina etmişdir. Qaz sayğacı küçədə yerləşdirilmiş, tərəfindən sayğaca heç bir müdaxilə olunmamış, sayğacın plombu yerində olmuşdur və özü də müvəqqəti Bakıda yaşayır. O, hesab edir ki, 540 manat məbləğində borc onun hesabından silinməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi B.M.Seyfullayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh X2 RQİİ-si ilə İddiaçı arasında bağlanmış «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında o, təbii qazdan istifadə edir. Abonent üçün G-4 markalı, Elster tipli, ******* saylı qaz saygacı quraşdırılmış, bu barədə müvafiq akt tərtib edilmişdir. Aktda saygacın və saygaca vurulan plombun toxunulmamazlığına cavabdeh şəxs göstərilmişdir. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan həmin qaz saygacına xx xxxxxxxx 2018-ci il tarixdə baxış keçirilmiş, saygacın müdaxiləyə şübhə doğurduğu müəyyən edilmişdir. Bu barədə də həmin tarixdə ******* saylı akt tərtib edilmiş və aktla tanış olaraq heç bir irad bildirməkdən aktı imzalamışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-1296/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi B.M.Seyfullayevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Quba rayonu Üçgün kəndində yaşayan İddiaçı aşadığı evdə çöldə quraşdırılan G4T markalı, ******* nömrəli sayğac növbədənkənar Dövlət yoxlamasına göndərilmək üçün çıxarılmışdır. İşdə olan Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx xxxxxxx 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı Quba rayonu Üçgün kəndində yerləşən fərdi evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, ARDNŞ-nin İT və Rİnin 29/1710-01950-31 saylı rəyinə görə ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən deşilib və ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İşə əlavə olan Cavabdeh X2 X4 İdarəsinin rəisi tərəfindən xx xxxxxxx 2018- ci il tarixdə təsdiq edilmiş aktdan görünürki, İddiaçı məxsus Quba rayonu Üçgün kəndində fərdi yaşayış evində qaz işlədicilərindən 3 gözlü qaz piltəsinin maksimal saatlığ qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi6 saat, hesabat müddəti 480 gün qəbul edilməklə, dəmir sobasının qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi – 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ cəmi 5400 m3 təşkil etmişdir. İş materiallarında olan abonentin saldosundan görünürki, Quba rayonu Üçgün kəndində yerləşən İddiaçı 2018-ci il oktyabr ayına qazın sərfinə görə 9.50 manat, qalığ və aktlar üzrə isə 540.00 manat borc hesablanmışdı. Azərbaycan Respublikasl Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” nın 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasaən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında “Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquları vardır. Həmin Qanunu 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsinin məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Məhkəmə araşdırması zamanı İddiaçı yaşadığı fərdi yaşayış evinə qaz sayğacının çöldə quraşdırıldığı müəyyən edilmişdir, həmin yer ictimai yer olduğundan qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsinə istisna edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti ona min manatdan az olan əmlak xakakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(027)-1296/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar