Məhkəmə qərarları › İş №2(105)-677/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-677/2023

20.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-677/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ötürülmüş müddətin bərpası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında məhkəmə iclasında (şifahi icraatda) baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışına əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışına əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,29 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışına əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310-2005 nömrəli qətnaməsinin surətinin qət hissəsinin 2-ci bəndinə əsasən İddiaçı Meyralı oğlunun adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı kod nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 21 iyun 2007-ci il tarixli, 1MK-1959/2007 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310-2005 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyindən 0.39 ha torpaq sahəsinin alınaraq ona geri qaytarılması və 0.39 ha torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə Seriya RX № ******* qeydiyyat nömrəli ********** çıxarış ilə onun mülkiyyətinə Xaçmaz rayon Köhnə Xaçmaz kəndi ərazisində, Qudyalçay çayının yaxınlığından 0.39 hektar torpaq sahəsi verilmişdir. 0.39 hektar torpaq sahəsi onun mülkiyyətinə verilməsinə baxmayaraq Cavabdeh onun mülkiyyətini əsassız və qanunsuz olaraq bugünki günədək istifadə edir. Odur ki, cavabdehin əsassız olaraq onun 0,39 hektar torpaq sahəsində apardığı tikintilərlə əlaqədar olaraq Xaçmaz rayon PŞ-də ərizəsi ilə 2005-ci ildə müraciət etmiş, 2005-ci ildə cavabdehin barəsində cinayət işi də açılmışdır və zəbt olunmuş 0,39 hektar torpağın boşaldılması cavabdehə tövsiyyə olunmuşdur, lakin cavabdeh 2005-ci ildən bugünki günədək onun torpağından qanunsuz olaraq istifadə edir. Odur ki, cavabdehin yanına dəfələrlə gedərək cavabdehə bildirmişdir ki, ona məxsus mülkiyyətini boşaltsın və orada qanunsuz tikilmiş tikintilərini söksün, lakin cavabdeh ona müxtəlif vədlər verərək onun mülkiyyətindən bugünki günədək istifadə edir. Cavabdeh onun mülkiyyətində olan əmlakını könüllü olaraq ona qaytarmadığı üçün onu məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia rədd edilmişdir.

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 184/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.

11. İddiaçı qərardaddan kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4618/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Daha sonra, iddiaçının vəkili və nümayəndəsi 28 oktyabr 2022-ci il tarixdə “elektron kabinet” vasitəsilə məhkəmənin ünvanına vəkil ərizəsini göndərib, apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən çatışmazlığı aradan qaldıraraq, əlavə 35 manat dövlət rüsumunun ödənildiyini bildirməklə, işin yenidən apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Xaçmaz Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti müvafiq məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmışdır.

15. İddiaçının vəkili və nümayəndəsi Vəkil 02 dekabr 2022-ci il tarixdə elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 184/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinin ötürülməsinin üzürlü sayılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.

16. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinin ötürülməsinin üzürlü sayılması və buraxılmış müddətin bərpa edilməsindən imtina edilmişdir.

17. İddiaçı qərardaddan şikayət vermişdir.

18. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından narazı qaldığından, qanunla ona verilmiş hüquqlarından istifadə etməklə, vəkil vasitəsilə kassasiya şikayəti vermiş, lakin nəticədə qərarın onun xeyirinə olmamasına əmin olmuşdur.

20. Təbii ki bu proses müəyyən müddət tələb etmiş və kassasiya məhkəməsinin qərarı elan olunan tarixdə artıq apellyasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür.

21. İddiaçı və onun vəkili və nümayəndəsi Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından bir neçə gün sonra (ən gec halda, qanunla müəyyən edilmiş 1 ay ərzində) vəsatətlə məhkəməyə müraciət etmiş olsa idilər, o halda məhkəmə tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzürlü hesab edilə bilərdi və buraxılmış prosessual müddətin məhkəmə tərəfindən bərpa edilməsi ağlabatan olardı.

22. Lakin, iddiaçıya peşəkar hüquqi yardım göstərən vəkil Ali Məhkəmənin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadını qüvvədə saxlayan və qəbul edildiyi andan qüvvəyə minən xx.xx.2022-ci il tarixli Qərarın qəbul edildiyi gündən 3 ay 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir.

23. Belə olan halda, məhkəmə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edə bilməz və prosessual müddətin bərpa edilməsinə hər hansı bir əsasın olmaması qənaətinə gəlir.

24. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” işinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə və Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3, 134.1, 135.5, 135.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

25. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadda Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının iddiaçıya və müdafiəçiyə dərhal çatdırılmış hesab olunması, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətinin qeyri-mümkün olmasına xx.xx.2022-ci il tarixdə əmin olsalar belə, göstərilmiş nöqsanları vaxtında aradan qaldırmamaları barədə göstərilənləri əsassız hesab edir.

26. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4618/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə qəbul olunsa da Elektron Məhkəmə informasya sisteminə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Bundan sonra mülki iş xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə həmin məhkəməyə daxil olmuşdur. Daha sonra mülki iş Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə həmin məhkəməyə daxil olmuşdur.

27. Bundan başqa, mübahisələndirilən qərardadda Ali Məhkəmənin qəbul edildiyi andan qüvvəyə minən xx.xx.2022-ci il tarixli Qərarın qəbul edildiyi gündən 3 ay 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edilməsi ilə bağlı apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edə bilməməsi və prosessual müddətin bərpa edilməsinə hər hansı bir əsasın olmamasına dair məhkəmənin gəldiyi nəticəni də əsassız hesab edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, mülki işin materialları xx.xx.2022-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur.

28. Daha sonra xx.xx.2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən çatışmazlıq tərəflərindən aradan qaldırılaraq Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan 35 (otuz beş) manat məbləği xx.xx.2022-ci il tarixdə tərəflərindən ödənilmiş və müdafiəçi xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-184/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Qeyd olunan vəkil müraciəti göndəriləndən sonra, vəkil müraciətinə cavab verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə vəkil yenidən elektron məhkəmə sistemi vasitəsi ilə Xaçmaz Rayon Məhkəməsi müraciət edərək 2(067)-184/2022 nömrəli mülki işdə iddiaçı tərəfinin vəkili kimi elektron kabinetə əlavə edilməsini xahiş etmişdir. Bundan 05 gün sonra, xx.xx.2022-ci il tarixdə vəkil 2(067)-184/2022 nömrəli mülki işdə üzrə elektron kabinetə əlavə olunmuşdur. Həmin vaxt onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, lakin xx.xx.2022-ci il tarixdə elektron məhkəmə kabinetinə yerləşdirilmiş cavab məktubu göndərilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 184/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti ötürüldüyü və Azərbaycan Respublikası MPM-nin tələblərinə müvafiq olaraq buraxılmış apellyasiya müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəmə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Həmin cavab məktubu elektron məhkəmə kabinetinə yerləşdirildikdən 02 gün sonra, xx.xx.2022-ci il tarixdə vəkil tərəfindən Xaçmaz Rayon Məhkəməsinə müddətin bərpası barədə vəsatət verilmişdir.

30. Xaçmaz Rayon Məhkəməsində işə baxan hakim tərəfindən həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürüldüyü və Azərbaycan Respublikası MPM-nin tələblərinə müvafiq olaraq buraxılmış apellyasiya müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəmə müraciət edilməli olduğu barədə məktub göndərilməsi səbəbindən müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz və vəsatət verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfin təşəbbüsü ilə qərardaddan verilən şikayətə şifahi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı şikayəti müdafiə edərək, sonda müddətin bərpa edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, sözügedən qətnamədən apellyasiya şikayəti vaxtında verilmişdir. Lakin dövlət rüsumu əvvəlki qaydada ödənildiyindən şikayət geri qaytarılmışdır. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etsələr də, müraciətləri müsbət həll olunmamışdır. Ona görə də şikayətin təmin olunmasını xahiş edir.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdehlər ***-***- **-** mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

35. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 398.0.3-cü maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

39. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.

41. Belə ki, öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almış, xx.xx.2022-ci il tarixdə (bir ay müddətində) elektron qaydada apellyasiya şikayəti vermişdir.

42. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)- 1517/2022 nömrəli qərardadı ilə dövlət rüsümunun tam ödənilməməsi səbəbi ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

43. Sözügedən qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4618/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1517/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

44. Bundan sonra mülki iş xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə həmin məhkəməyə daxil olmuşdur. Daha sonra mülki iş aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə həmin məhkəməyə daxil olmuşdur.

45. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti iddiaçıya geri qaytarılır.

46. Apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən çatışmazlıq iddiaçı tərəfindən aradan qaldırıldıqdan sonra, sonuncu yenidən apellyasiya şikayəti verilmişdir.

47. Bundan əlavə işdən görünür ki, iddiaçı ikinci dəfə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən, müddətin bərpası ilə bağlı vəsatət də vermiş, lakin sonda müraciətləri müsbət həll olunmamışdır.

48. Göründüyü kimi iddiaçı tərəf sözügedən məhkəmə qətnaməsindən ilk vaxtdan apellyasiya şikayəti vermək hüququndan istifadə etmək istəsə də, sonda texniki səbəblərdən vaxt itkisinə yol vermiş, bu səbəbdən də prosessual müddəti özündən asılı olmayaraq üzürlü olaraq ötürmüşdür.

49. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

50. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, apellyasiya şikayətini geri qaytarakən işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət yetirməmişdir.

51. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(067)-184/2022 nömrəli qərardadı qismən- “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” verilmiş vəsatət təmin olunaraq, apellyasiya şikayəti baxılamsı üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(067)- 184/2022 nömrəli qərardadı qismən- “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” iddaçı tərəfindən verilmiş vəsatət təmin edilsin. Apellyasiya şikayəti qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar