Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-686/2022 11.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil Novruz oğlunun, Cavabdeh, nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-2297/2020 nömrəli 18 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 03.07.2013-cü il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz - yalan əqd kimi qiymətləndirilməsi, müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nağd olaraq verdiyi 3000 ABŞ dolları pulun, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən ünvan 1 ünvanında yerləşən və əvvəllər onun istifadəsində olan torpaq sahəsini 2013-cü ildə 25.000 ABŞ dollarına almışdır. Həmin vaxt cavabdehin torpaq sahəsinə aid heç bir sənədi olmadığına görə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Əvəzində notarial qaydada 03 iyul 2013-cü il tarixli kredit müqaviləsi bağlamışlar. Lakin həmin kredit müqaviləsi aralarında yaranmış faktiki münasibətləri əks etdirməmişdir. Faktiki aralarında alqı-satqı münasibətləri olsa da, yalan əqd olaraq kredit müqaviləsi bağlanmışdır. Bundan sonra isə əlavə olaraq 3 sot torpaq sahəsinə görə 3000 ABŞ dolları pul ödəmişdir. Cavabdeh 2015ci ildə həmin kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddia qaldırmış, 25.000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)-3686/2015 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Bundan başqa, Abşeron rayon Masazır Bələdiyyəsi cavabdehə qarşı özbaşına tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin geri qaytarılması və qeyri-qanuni tikilmiş daş hasarın sökülməsi tələbinə dair iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)-101/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2297/2020 nömrəli 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (2(105)-1101/2021 nömrəli 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021ci il tarixli, 2(102)-5138/2021 nömrəli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi A.Hüseynov, Z.Əliyev və Ə.Nurməmmədov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1101/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Baxılan iş üzrə iddia ərizəsi məhkəməyə daxil olanadək qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-3686/2015 nömrəli iş üzrə 25 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı 25000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir.(hakim İ.Rəcəbov) Yəni, hazırkı iş üzrə cavabdehin hazırkı iş üzrə iddiaçıya qarşı 25000 ABŞ dolları pul tələbinə dair iddiası təmin olunmuşdur. Həmin iş üzrə iddia tələbinin əsasını hazırkı iş üzrə mübahisələndirilən borc (kredit) müqaviləsi təşkil etmişdir. Cavabdeh İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-3686/2015 nömrəli iş üzrə 25 avqust 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1274/2021 nömrəli 07 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair mülki iş üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2297/2020 nömrəli 18 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Göründüyü kimi, hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları üst-üstə düşür, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrası ilə bağlıdır, hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını təşkil edir. Hazırki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-5138/2021 nömrəli qərarında qeyd olunmuşdur ki, əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş varsa iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan bu iş üzrə cavabdehin iddiaya etirazlarını ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürməsi prosessual hüquqlardan prosessual qənaət prinsipinə zidd sui-istifadə olmaqla, MPM-in 259.0.4 və ya 261.0.2-ci maddələrinin tələbləri ilə bir araya sığmır. MPM-in 47.1-ci maddəsində ifadə edilmiş işdə iştirak edən şəxslərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduğu barədə prinsipdən irəli gələrək iddia tələbinin əsaslandığı müqaviləni etibarsız və ya əhəmiyyətsiz, yaxud müqavilədən irəli gələn öhdəliklərə xitam verildiyini hesab edən cavabdeh bununla bağlı ayrıca iddia qaldırmalı deyil, iddianın rədd olunmasına əsas verən etirazlarını və həmin etiraza dair sübutlarını və ya qarşılıqlı iddia ərizəsini işə baxan məhkəməyə təqdim etməlidir. MPM-in prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edən mühüm institutlarından biri də əlaqəli işlərin bir icraatda birləşdirilməsidir. Belə ki, MPM-in 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara baxmayaraq, birinci instansiyası məhkəməsi eyni tərəflər arasında mübahisələndirilən borc müqaviləsi üzrə pulun tutulması barədə məhkəmə qətnaməsinin olduğunu nəzərə almadan, yuxarıda sadalanan prosessual hüquq normalarını işə tətbiq etmədən və bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 385.1.1- ci maddəsinin tələbləri pozularaq həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair hazırki 2(105)-686/2022 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair 2(105)-103/2022 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir və işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili Vəkil Novruz oğlu mülki işlərin baxılmaq üçün bir icraatda birləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və nümayəndəsi Nümayəndə mülki işlərin baxılmaq üçün bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-nin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3,169.4, 263- 264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair hazırki 2(105)-686/2022 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair 2(105)-103/2022 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-686/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-686/2022
11.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver