Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-69/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-34/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-34/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Quba rayonu, Aşağı Atuc kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 170 m2 hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilməsi və həmin 170 m2 hissədə Cavabdeh tərəfindən tikilmiş tikililərin Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq, iş üzrə İddiaçı verilməsi, həmçinin iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Zamin Tahirov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A Rİ : İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektarında tikdiyi tikilinin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx xxxxxx 2013-cü il qeydiyyat tarixli Çıxarışa əsasən adına mülkiyyət hüququ əsasında Quba rayonu, Aşağı Atuc kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh özbaşına zəbt etməklə, orada qanunsuz tikili tikmişdir. Ona dəfələrlə qanunsuz tikintinin dayandırılmasını və torpaq sahəsinin boşaldılmasını təklif etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin təqsiri üzündən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin həmin ərazidə bir neçə tikili tikdiyini, bununla əlaqədar Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, Aşağı Atuc kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektarında tikdiyi tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏPROSES İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, o, Quba rayonu, Aşağı-Atuc bələdiyyəsindən haqqını ödəyərək 0,07 hektar torpaq sahəsi satın almışdır. Bələdiyyə ilə arasında müvafiq sənədləşmə işləri aparılmış və hazırki yer ona təhkim olunmuşdur. Torpaq sahəsi ona verildikdən sonra faktiki olaraq oranı istifadə edir və hazırda da onun sahibliyində və istifadəsindədir. İddiaçı məlum olmayan əsaslarla adına şəhadətnamə çıxarmış və onun əsasında hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Şəhadətnamənin verilməsinə səbəb kimi guya notariat kontorunda bağlanmış alğı-satqı müqaviləsi göstərilmişdir. Halbuki, belə bir müqavilə mövcud deyildir. O, isə qanunun tələblərinə riayət edərək torpaq sahəsi satın almışdır. Məhkəmə isə qeyd olunan hallara qiymət vermədən çıxarışı əsas götürərək iddianı təmin etmişdir. Ekspert ondan xəbərsiz əraziyə baxış keçirmiş və ona məxsus sənədlərə baxmadan birtərəfli qaydada rəy vermişdir. Halbuki, həmin sənədlər birlikdə müayinə edilsəydi torpaq sahələrinin müəyyən hissələrinin üstüstə düşdüyü aydın görünəcəkdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48 olan çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə Quba rayonu, Aşağı Atuc kəndi ərazisindən 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 22880 saylı ekspert rəyindən görünür ki, Cavabdeh inşa etdiyi tikililərin İddiaçı məxsus 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü və bu hissənin 170 m2 təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olduğu iddia olunan torpaq sahəsinin üzərində tikililərin olduğu görünür. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatından müəyyən edilir ki, mübahisələndirilən tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh oğunun inşa etdiyi tikililər İddiaçı məxsus torpaq sahəsinin hüdudlarında yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin mübahisələndirilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-2009/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1664/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, cavabdeh torpaq sahəsinə dair sənədləri inzibati qaydada mübahisələndirməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli torpaq sahəsini Quba rayonu Aşağı Atuc bələdiyyəsindən almasına dair alğı-satqı aktını məhkəməyə təqdim etsə də, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd qüvvədə olduğundan, ləğv və etibarsız hesab edilmədiyindən, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-34/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-69/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-69/2021
16.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver